Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5765/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ioteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-295/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Borcverən "xxxx" KB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış UM-36/11 saylı, 25.10.2011-ci il tarixli əsas kredit müqaviləsinə əsasən bank borcalan Cavabdeh1 35280 manat məbləğində 60 ay müddətinə 25.10.2016-cı il tarixinədək bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditin məbləğinə hesbalanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. UM-36/11 saylı, 25.10.2011-ci il tarixli əsas kredit müqaviləsinə 1 saylı sazişə əsasən tərəflər arasında bağlanılmış 25.10.2011-ci il tarixli UM-36/11 saylı Əsas kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan əsas kredit limiti artırılaraq ******* manat məbləğində müəyyən olunmuş, kredit müqaviləsinin müddəti 19.02.2014-cü il tarixdən 60 ay uzadılaraq 19.02.2019-cu il tarixə müəyyən olunmuşdur “Borcverən” "xxxx" KB ASC ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış 19/14 saylı, 20.02.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən “borcverən” “borcalan”a mənzilin təmiri məqsədilə 36 ay müddətinə, 19.02.2017-ci il tarixədək illik 20 faiz ödəmək şərtilə 70000 ABŞ dolları məbləğində kredit vermişdir. "xxxx" KB ASC ilə “müştəri” Cavabdeh1 arasında bağlanmış 12mspSTB/14 saylı, 05.06.2014-cü il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən “bank” “müştəri”yə ist ehlak məqsədilə 24 ay müddətinə, 05.06.2016-cı il tarixədək illik 28 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit ayırır, ona bank hesabı açır və plastik kart təqdim edir, “müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “bank”a qaytarmağı öhdəsinə götürür. “Borcverən” "xxxx" KB ASC ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış 99/14 saylı, 13.11.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən “bank” “borcalan”a mənzil təmiri məqsədilə 23 ay müddətinə 13.10.2016-cı il tarixədək illik 23 faiz ödəmək şərtilə 18000 ABŞ dolları məbləğində kredit vermişdir. “Kreditor” "xxxx" KB ASC, “zamin” Cavabdeh2 və “borclu” Cavabdeh1 arasında bağlanmış UM-36/11 saylı, 11.06.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin kreditor qarşısında borclunun 25.10.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürür. Kreditor tərəfindən 25.10.2011-ci il traixli UM-36/11 saylı əsas kredit müqaviləsi üzrə borcluya 35280 manat məbləğində 60 ay müddətinə 25.10.2016-cı il tarixinədək əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. “İpoteka saxlayan” "xxxx" KB ASC ilə “ipoteka qoyan” X5 arasında bağlanmış 368İ/5 və 369Kİ/5 saylı, 19.10.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş “kredit müqaviləsi” üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngə, 28 saylı yaşayış sahəsi 62,5 kvadrat metr, köməkçi sahəsi 24,1 kvadrat metr 4 otaqdan ibarət yaşayış evini ipoteka qoymuşdur. 19.10.2005-ci il tarixli 3681/5 və 369Kİ/8 saylı ipoteka müqaviləsinə əlavə razılaşmaya əsasən “ipoteka qoyan” mülkiyyət hüququ ilə ona məxsus olan və tərəflər arasında bağlanmış 19.10.2005-ci il tarixli 368İ/5 və 369Kİ/5 saylı ipoteka müqaviləsinə əsasən 19.10.2005-ci il tarixli 368/5 və 369K/5 saylı kredit müqavilələrinin təminatı üçün “ipoteka saxlayan”a ipoteka qoyduğu Cavabdeh1 məxsus ol an Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evini “ipoteka saxlayan” la və “borcalan” arasında bağlanmış 25.10.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələrindən irəli gələn borcalanın öhdəliyinin icrasını təmin etmək üçün “ipoteka saxlayan”a yenidən ipoteka qoyur. 3681/5 və 369K1/5 saylı, 19.10.2005-ci il tarixli ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında 01 saylı, 19.02.2014-cü il tarixli sazişə əsasən tərəflər arasında bağlanmış 3681/5 və 369K1/5 saylı, 19.10.2005-ci il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş kredit məbləği dəyişdirilərək ******* manat müəyyən e dilir. Sazişin 2-ci bəndinə əsasən ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş kreditin müddəti dəyişdirilərək 19.02.2019-cu ilədək 60 ay müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq y/m, 4-cü küçəsində 2-ci döngə, 28 saylı yaşayış sahəsi 62,5 kvadrat metr,köməkçi sahəsi 24,1 kvadrat metr 4 otaqdan ibarət yaşayış evi Cavabdeh1 adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27.03.1997-ci il tarixli, 66 saylı sərəncamı əsasında qeydə alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 2 saylı forma arayışa əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X1 rayonu, Xırdalan şəhəri, 4-cü küçəsində 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evində qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bankın xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25.10.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: 20.02.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 45272,95 ABŞ dolları, faiz borcu üzrə 5419,17 ABŞ dolları, cərimə borcu üzrə 6845,36 ABŞ dolları, cəmi 57537,48 ABŞ dolları; 05.06.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4999, 88 AZN, faiz borcuna görə 718,64 AZN, cəmi 5718,52 AZN; 13.11.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 13301,00 ABŞ dolları, faiz borcu üzrə 1891,11 ABŞ dolları, cərimə borcu üzrə 2731,82 ABŞ dolları, cəmi 17923,93 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinin 4-cü küçəsində, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 20.02.2014 -cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsi üzrə 57537,48 ABŞ dolları, 05.06.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə üzrə 5718,52 AZN, 13.11.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsi üzrə 17923,93 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-уə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və о satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh1 ünvanlanm ış 25.11.2015-ci il tarixli, PKKİED/22278 saylı pretenziya məktubuna əsasən Cavabdeh1 kredit müqavilələrindən irəli gələn öhdəliklərinin icra etmədiyi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 28.01.2016-cı il tarixli, PKKİED/2051 saylı ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldilməsi barədə bildirişə əsasən Cavabdeh1 iddiaçı tərəfindən “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq tələbin təmin edilməsi məqsədilə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə tutmanın yönəldiləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 14.03.2016-cı il tarixli, BANK/PİKMD/450562 saylı maliyyə arayışına əsasən Cavabdeh1 19/14 saylı kredit müqaviləsi üzrə 45272,95 ABŞ dolları əsas borcu, 5419,17 ABŞ dolları faiz borcu və cərimə borcu üzrə 6845,36 ABŞ dolları olmaqla, cəmi 57537,48 ABŞ dolları borcu vardır. İddiaçı tərəfindən təqdim edilmiş 14.03.2016-cı il tarixli, BANK/PİKMD/450564 saylı maliyyə arayışına əsasən Cavabdeh1 12 mspSTB/14 saylı kredit müqaviləsi üzrə 4999,88 manat əsas borcu və 718,64 manat faiz borcu olmaqla, cəmi 5718,52 manat borcu vardır. İddiaçı tərəfindən təqdim edilmiş 14.03.2016-cı il tarixli, BANK/PİKMD/450568 saylı maliyyə arayışına əsasən Cavabdeh1 99/14 saylı kredit müqaviləsi üzrə 13301 ABŞ dolları əsas borcu, 1891,11 ABŞ dolları faiz borcu və cərimə borcu üzrə 2731,82 ABŞ dolları olmaqla, cəmi 17923,93 ABŞ dolları borcu vardır. İddiaçı tərəfindən təqdim edilmiş 14.03.2016-cı il tarixli, BANK/PİKMD/450568 say lı maliyyə arayışına əsasən Cavabdeh1 99/14 saylı kredit müqaviləsi üzrə 13301 ABŞ dolları əsas borcu, 1891,11 ABŞ dolları faiz borcu və cərimə borcu üzrə 2731,82 ABŞ dolları olmaqla, cəmi 17923,93 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23.02.2017-ci il tarixli, 15001 saylı ekspert rəyinə əsasn 20.02.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsi üzrə təqdim olunmuş hesabdan çıxarış məlumatları, 20.02.2014-cü il tarixli 19/14 saylı əlavə kredit üzrə 14.03.2016-cı il tarixə banka olan borcu 50324,60 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 44681,94 ABŞ dolları, faiz borcu üzrə 5642,66 ABŞ dolları. 13.11.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsi üzrə təqdim olunmuş hesab dan çıxarış məlumatları 13.11.2014-cü il tarixli 99/14 saylı əlavə kredit üzrə 14.03.2016-cı il tarixə banka olan borcu 15428,01 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 13408,37 ABŞ dolları, faiz borcu üzrə 2019,63 ABŞ dolları. 05.06.2014-сü il tarixli 12mspSTB/14 saylı kredit xətti müqaviləsi üzrə təqdim olunmuş hesabdan çıxarış məlumatları, 05.06.2014-cü il tarixli 12mspSTB/14 saylı kredit xətti üzrə 14.03.2016-cı il tarixə banka olan borcu 5718,52 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 4999,88 manat, faiz borcu üzrə 718,64 manat. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.10.2011-ci il tarixli, UM-36/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.02.2014-cü il tarixli, 19/4 saylı əlavə kredit müqaviləsi, 05.06.2014-cü il tar ixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsi və 13.11.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsi üzrə hesabladığı və iddia tələbi üzrə cavabdehlərdən tutulmasını tələb etdiyi əsas borc məbləğlərinə hesablanmış faiz və cərimə borclarının məbləği Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında” Qaydalara uyğun hesablanmışdır. “Hüquq və "Torpaq Məsələləri” MMC tərəfindən verilmiş 71 saylı, 30 may 2017-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, “”Quşçuluq yaşayış massivi, 4-cü küçə, 2ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin hazırki dövr üçün orta bazar qiyməti təqribi 102830 manat məbləğində müəyyənləşdirilir. Abşeron Ra yon Məhkəməsinin (hakim Sevinc Quliyeva) 2(012)-3546/2018 saylı, 30 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25.10.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: 20.02.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 44681,94 ABŞ dolları əsas borc, 5419,17 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu, cəmi 51101,11 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq; 05.06.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4999,88 manat, faiz borcuna görə 718,64 manat, cəmi 5718,52 manat; 13.11.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 13301 ABŞ dolları əsas borc, 1891,11 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 15692,11 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanıb müştərək qaydada tutularaq "xxxx" KB ASC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına 25.10.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 02.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə gör ə 51101,11 ABŞ dolları, 05.06.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas 5718,52 manat; 13.11.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 15692,11 ABŞ dolları kredit borcu, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 30 manat xidmət haqqının əvəzinin ödənilməsi,ipoteka predmetinin ilkin satış qiymətinin 102830 manat müəyyən edilməsi, "xxxx" KB ASC-nə ödənilməli olan kredit borcu, dövlət rüsumlarının əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iopoteka predmeti olan fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin yaşayış sahəsindən çıxarılması,məhkəmə-mühasibatlıq ekspe rtizasının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinin dəyəri olan 200 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq, "xxxx" MMC-nin xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən cavabdehlərin kredit və zaminlik müqavilləri üzrə öhdəlikləri yerinə yetirmədiyini və bunula da banka qarşı borclarının yaranmasını qeyd edərək iddia tələbini qismən təmin etmiş, borcun məbləğini müəyyən edərkən ekspert rəyinə əsaslanmış, Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək tələb edilən dəbbə pulunu azaltmışdır. Məhkəmə həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi hissədə də iddia tələbinin əs aslı hesab edərək təmin etmiş, ipoteka predmetinin ilkin satış qiymətini işdə olan 30 may 2017-ci il tarixli mütəxəssis rəyini əsas götürmüşdür. Məhkəmə gəldiyi nəticəni də Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 442, 445.2, 448.1, 448.2,467-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndində istinad edərək əsaslandırmışdır. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 102830 manat müəyyən edilməsi hissəsində dəyişdiri lmiş, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin likvid dəyəri 90000 manat məyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən borcun tutulması hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı bank tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, banka olan borcunu ödəməmişdir. Cavabdehin banka olan borcu iş materiallarına əlavə edilmiş eksperti rəyi ilə də müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, cavabdehin öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının d əbbə pulu almaq tələbinin də qanuni əsasları olmuşdur. Apellyasiya şikayətində cavabdehlər borc məbləğini mübahisələndirilsələr də, məhkəmə qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsində ekspertiza təyin edilərək müqavilələr borca dair hissədə iddianı yuxarıda göstərilən formada təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, rəyin əsaslılığına şübhə doğuracaq hallar müəyyən edilməmiş, cavabdehlər bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Bundan başqa məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetlərinə yənəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi,onun satışından əldə olunmuş pul vəsaiti hesabına banka olan borcun əvəzinin ödənilməsi, "xxxx" KB ASC-nə ödənilməli olan kredit borcu, dövlət rüsumlarının əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin yaşayış sahəsindən çıxarılması hissəsində nəticədə haqlı olmuşdur. İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin təmini üçün ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka predmeti olan fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi yuxarı da qeyd edilən hissələrdə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin bu hissələrlə bağlı dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinə dair gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 71 saylı, 30 may 2017-ci il tarixli mütəxəssis rəyinə əsasən 102830 manat müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 s aylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi 24 noyabr 2020-ci il tarixli, 2(105)2723/2020 saylı qərardadı ilə ipot eka predmeti olan əmlakların likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin 23.12.2020-ci il tarixli, A-04/417 saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin likvid dəyəri 90000 manat müəyyən edilir. Buna görə də məhkəmə ekspert rəyinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, qətnamə ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın dəyəri ekspert rəyinə uyğun olaraq 90000 manat müəyyən edilməlidir. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apel lyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Faiz borcu düzgün hesablanmamış, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Ekspert rəyləri əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehlərin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamış dır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müə yyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi ü suludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə ed ilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məh kəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmama lıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-295/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.