Məhkəmə qərarları › İş №2(102)-5767/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5767/2019

22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5767/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı ləğv prosesində olan «X9» ASC-nin vəkili X3, Cavabdeh nümayəndəsi X2 və vəkili Süleymanov Mərdəli Binəli oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)-4133/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan «X9» ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin (hakim F.Babayev) 26.04.2018-ci il tarixli, 2(004)3927/2018 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan «X9» ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddiasının iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 05.09.2018-ci il tarixli, 2(103)-8180/2018 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan «X9» ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.04.2018-ci il tarixli, 2(004)-3927/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva, S.Hacıyev, Q.Əsgərov) 07.01.2019-cu il tarixli, 2(102)-73/2019 saylı qərarı ilə iddiaçı ləğv prosesində olan «X9» ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli, 2(103)-8180/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 09.04.2019-cu il tarixli, 2(103)-4133/2019 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan «X9» ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı ş əhəri Yasamal Rayon Məhkəməsinin 26.04.2018-ci il tarixli, 2(004)-3927/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı ləğv prosesində olan «X9» ASC iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ləğv prosesində olan «X9» ASC Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08.07.2010-cu il tarixli, 12360-10 saylı kredit müqaviləsi üzrə 79816 manat məbləğində əsas borcun, müqavilənin bitdiyi 08.07.2011-ci il tarixə 904.68 manat məbləğində faiz borcunun, müqavilənin bitdiyi tarixdən halhazıra kimi 5%-lik borcu 23172 manatın, cəmi 103892.68 manatın və 23.05.2011-ci il tarixli, 17120-11 saylı k redit müqaviləsi üzrə isə 14199 manat məbləğində əsas borcun, müqavilənin bitdiyi 23.09.2011-ci il tarixə 157.56 manat məbləğində faiz borcunun, müqavilənin bitdiyi tarixdən halhazıra kimi 5%-lik borcu 4260 manatın, cəmi 18616.56 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan «X9» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ləğv prosesində olan «X9» ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq qətnamə qəbul etmişdir. Lakin bu düzgün deyildir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarlarının tələbləri nəzərə alınmamışdır. İddiaçının iştirakı ilə keçiilən məhkəmə iclaslarında cavabdehin nümayəndəsi kreditin cavabdeh tərəfindən götürülmədiyini israr etmişdir. Bununla belə cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Buradan belə nəticə hasil olur ki, cavabdeh bankdan kredit götürmədiyi barədə öz mövqeyində qalmışdır. Bu da o deməkdir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı subyektiv hüquqa malik deyil. Məhkəmənin iddia müddətini tətbiq edərək iddianı rədd etməsi işə bərabərlik prinsiplərinin və obyektivliyin pozulması ilə baxılması deməkdir. Belə ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquq a malik olub-olmamasını və cavabdeh tərəfindən bhəmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)-4133/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan «X9» ASC-nin vəkili X5kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 və vəkili Süleymanov Mərdəli Binəli oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)-4133/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 08 iyul 2010-cu il tarixli 12-360-10 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 12% hesablanmaqla 79816 manat kredit verilmişdir. Həmçinin tərəflər arasında 23 may 2011-ci il tarixli 17-120-11 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 4 ay müddətinə, illik 16% hesablanmaqla 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmiş, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərinə görə kredit 12 və 4 ay müddətinə verilib və kreditlərdən istifadə müddəti 08 iyul 2011-ci il və 23 sentyabr 2011-ci il tarixlərdə başa çatır. Hazırkı iddia ərizəsi isə 03.04.2018-ci il tarixdə, yəni 08 iyul 2011-ci il və 23 sentyabr 2011-ci il tarixlərdən hesablandıqda 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarında birbaşa ifadə olunmuşdur ki, kr edit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməli və iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqavilələrində də bütün öhdəliklər üzrə icra müddəti 08 iyul 2011-ci il və 23 sentyabr 2011-ci il tarixi müəyyən edilmişdir. Həmin tarixdən Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddətini hesabladıqda isə müəyyən edilir ki, iddiaçı 08 iyul 2014-cü il və 23 sentyabr 2014-cü il tarixlərədək cavabdehə qarşı iddia irəli sürə bilərdi. Lakin iddiaçı iddia müddəti keçdikdən sonra, yəni 03.04.2018-ci il tarixdə hazırkı iddianı qaldırmışdır. İddiaçı tərəfindən Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarlarına istinad edilməsi ilə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında kredit müqavilələrinin bağlanılması və cavabdehə həmin müqavilələr əsasında kredit verilməsi işin mübahisəsiz hallarıdır. Eyni zamanda həmin kreditlərin tam ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Ona görə də, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən hüquqların pozulubpozulmamasını əlavə araşdırmağa ehtiyac yoxdur. İddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış faiz borcunun tutulması tələblərinin irəli sürməsinə dair kollegiya qeyd edir ki, həmin tələblər də tərəflər arasında bağlanmış kredit müq avilələrindən irəli gəlir. Çünki həmin tələblər onunla əsaslandırılır ki, cavabdeh kredit müqavilələri üzrə ödənilməli olan əsas kredit borcunu vaxtında ödəmədiyinə görə iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilələr ilə müəyyən edilən müddətlərdən sonra illik 5%-lə hesablanmış faiz məbləğinin tutulmasını tələb etmək hüququ yaranmışdır. Bu baxımdan kollegiya hesab etmişdir ki, həmin tələblərə də kredit müqavilələri üzrə iddia müddəti tətbiq edilməlidir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya məhkəməsi həmin dəlillərə münasibətdə düzgün hüquqi mövqedə olmuşdur. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan «X9» ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)4133/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar