Məhkəmə qərarları › İş №2(102)-5768/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5768/2019

16.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5768/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçının vəkili Quliyev Elnur Ağalar oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli 2(103)-3171/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, Cavabdeh 40000 manat əsas, 2000 manat faiz borcunun və 30 manat dövlət rüsumunun, cəmi 42030 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(006)-467/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 manat məbləğində pulun İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli, 2(103)-5921/2018 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, V.Ə.Baxışova və N.Ş.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 06 mart 2018-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 40.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh YYY, nümayəndəsi 000 və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Əhmədovun sədrliyi və məruzəsi ilə, A.İsgəndərov və İ.Dəmirovdan ibarət tərkibdə) 13.12.2018-ci il tarixli 2(102)-7419/2018 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli, 2(103)-5921/2018 sa ylı qətnaməsinin qismən cavabdeh X4 40.000 manat pulun tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Aida Hüseyn) 09.04.2019-cu il tarixli 2(103)-3171/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-467/2018 saylı mülki iş üzrə qəbul etdiyi 06 mart 2018ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh 40.000 manat pulun tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, Cavabdeh 40000 manat əsas borc və 30 manat dövlət rüsum u olmaqla, cəmi 40030 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli 2(103)-3171/2019 nömrəli qətnaməsinin qismən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası “borcun etirafı ilə bağlı qəbzi” iddianın Cavabdeh qarşı əsaslı olduğuna dair sübut kimi qəbul etməklə qane olmuş, məhkəmədə müəyyən edilmiş həmin pulun verilməsi, xərclənməsi ilə bağlı mövcud dəlilləri və bununla bağlı tərəflərin faktiki münasi bətlərini nəzərə almamışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsinin hüquqi əsaslığı üçün, faktiki əsası (sübutu) kimi istinad etdiyi “40.000 manat pulun alındığı və qaytarılacağı barədə” 30.07.2016-cı il tarixdə tərtib edilmiş yazı mətnini ilkin olaraq “kredit müqaviləsi”, sonra isə “borcun etirafı barədə mücərrəd müqavilə” kimi şərh edilmişdir. Nəticədə isə MM-nin 500.1-ci maddəsinə istinadən, cavabdehin YYYa birgə borclu olduğunu qeyd edir. Cavabdeh YYYa birgə borclu olması üçün, bu sonuncu tərəfindən qəbul edilməlidir. Lakin sonuncu bunu birmənalı olaraq rədd edir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş FFF İddiaçı ona pulu borc deyil, birgə iş üçün hissə-hissə həmin yazıdan bir neçə müddət əvvəl verdiyini, həmin pullara İddiaçı istəyi ilə radio-tel e yayım üçün studiyanın hazırlanmasına sərf edildiyini, Cavabdeh ümumiyyətlə həmin pulla qarışacağı olmadığını, LLLun ümumilikdə 120.000 manat verməklə tele yayım şirkətinin 33%-nə şərik olacağını, lakin sonradan bundan imtina edərək, verdiyi pulun qaytarılmasını tələb etdiyini aydın və sübutlarla izah etmişdir. Həmçinin sədrlik edənin suallarını cavablarında bildirmişdir ki, qəbz yazılanda İddiaçı ona veriləcəyi payı başqasına satıb, pulunu qaytaracağını dediyini, qəbzə də məhz bu mövqedə imza etdiyini, iddiaçı tərəfindən studiyanın hazırlanması üçün verilmiş pulu ona olan borc kimi qəbul etmiş və qaytarılmasını üzərinə götürmüşdür. Məhz bu baxımdan həmin qəbzə özü və Cavabdeh imza etmişlər. İddiaçı qəbzi tərtib etdirəndə məzmununda pulun cəm şəklində, yəni Cavabdeh ilə birgə qaytarılması nın qeyd etdiyini bilməmiş və buna diqqət etməmişdir. Həmin qəbz bir nüsxədən yazıldığından və İddiaçı qaldığından qəbzin məzmundan sonradan da xəbəri olmamışdır. Bu barədə ona məhkəmədə məlum olmuşdur. Həmçinin izahatında YYY İddiaçı adı çəkilən televiziya şirkətin payının əldə edilməsi, birgə verilişlərin təşkilində, studiyanın hazırlanmasında iştirakı və bütün bunlar üçün pulu hissə-hissə ona verilməsi ilə bağlı halların təsdiq edən çoxlu sayda dəlillər və şahidlərin olduğu bildirilmişdir. Lakin məhkəmə kollegiyası iddia tələbinin ona deyil Cavabdeh yönəldiyindən, FFFun göstərdiklərinin yetərli olduğu baxımından, bununla bağlı digər şahidlərin dindirilməsini lüzum bilmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş qəbzə imza etmiş digər şəxslər 111 və HHH izahatlarında bildirdilər ki, İddiaçı məxsus oteldə işlədiklərini, həmin qəbzə İddiaçı xahişi ilə imza etdiklərini, lakin qəbzin tərtib edildiyini və pulun verildiyi görməmişlər. Bundan başqa iddiaçı tərəf Cavabdeh LLLdan 100.000 borc istədiyi, lakin həmin məbləği əldə edə bilmədiyindən ona 40.000 manat borc verdiyi qeyd etmişdir. Məhkəmə işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamış, borcun aidliyi ilə bağlı iddiaçı tərəfin söylədiyi ümumilikdə mənaca ağla batan olmayan hallara əsaslanaraq, ən əsası isə iddiaçının söyləntilərinin, məhkəmədə təhqiq olunmuş yuxarıda qeyd olunan sübutlardan, eləcə də cavabdehin göstərdiklərindən üstün tutmuş, lakin hansı dəyərlə üstün olduğunu şərh etməmiş, tərəflərin mübahisə ilə bağlı münasibətlərini nəzərə almadığından yanlış nəticəyə gəlmişdir. Prosessual məsə lələr: İddiaçının vəkili Quliyev Elnur Ağalar oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə ba xan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş üzrə iddia qismən təmin edildiyindən və iddiaçı iddianın təmin edilməmiş hissəsini mübahisələndirmədiyindən cavabdehin kassasiya şikayəti əsasında qətnamənin qanuniliyi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh, İddiaçı, V.V.V tərəfindən imzalanmış 30.07.2016-cı il tarixli qəbzdən görü nür ki, Cavabdeh və X5 həmin tarixdə İddiaçı 40.000 manat məbləğində borc pul almış və borcu 31.08.2016-cı il tarixədək qaytarmağı öhdəliyinə götürmüşlər. Məhkəmə Ekspertizası Mərkəzinin 93 №-li, 02 fevral 2018-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin materiallarında İddiaçı XXXX və X3 40.000 manat borc pul verməsinə dair 30 iyul 2016-cı il tarixli qəbzin aşağı hissəsindəki “1XXXX” yazıları qarşısındakı imza XXXX tərəfindən icra olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya 40000 manat məbləğində borclu olması və cavabdehin həmin pul vəsaitini qaytarmaq öhdəliyinin yaranması yazılı şəkildə tərtib olunaraq imzalanmış qəbzlə təsdiq olunur. Həmin qəbz isə mahiyyət etibarı ilə Mülki Məcəllənin 882.1-ci maddəsində nəzərdə tutulmuş mövcud borcun etirafı haqqında mücərrəd müqavilədir və iddiaçı həmin müqaviləyə əsasən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində və hazırki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş FFF, 111 və HHH, Rəşad Əbilovun öz ifadələrində göstərdikləri hallar isə mübahisənin həllinə heç bir təsir etmir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh və X5 kreditor İddiaçı qarşısında birgə borcludurlar və iddiaçı da Mülki Məcəllənin 501-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə edərək, öz seçimi əsasında həmin borcun yalnız Cavabdeh tutulması tələbini irəli sürmüşdür. Həmçinin tərəflər arasında yazılı şəkildə tərtib olunaraq imzalanmış qəbz mahiyyət etibarı ilə Mülki Məcəllənin 882.1-ci maddəsində nəzərdə tutulmuş mövcud borcun etirafı haqqında mücərrəd müqavilədir və həmin maddənin tələblərindən də görünür ki, mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarlı hesab edilməsi üçün onun hansı münasibətlərdən əmələ gəldiyini əhəmiyyəti yoxdur və yalnız onun formasına riayət edilməsi tələb olunur. Ona görə də, tərəflər arasında olan işgüzar münasibətlərin, pulun əslində hansı məqsədlə verilməsinin mübahisənin həllinə heç bir təsiri yoxdur və iddiaçı da həmin qəbzə əsasən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Bel ə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun i sə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. - 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. - 501-ci maddəsində isə təsbit olunmuşdur ki, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Qeyd olunan normalara ə sasən müəyyən olunur ki, borcun birgə borcluların hər birindən və yaxud yalnız birindən tutulması barədə tələbin irəli sürməsi seçimi iddiaçıya aiddir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı ilə cavabdeh arasında borc verilməsi barədə razılaşma mövcuddur. Məhkəmə kollegiyası həmin razılaşmanı borc müqaviləsi kimi tərəflərin arasında hüquq və vəzifələrin yaranması üçün əsas kimi qəbul edir. Cavabdeh kassasiya şikayətində iddiaçının FFFun biznesinə şərik olması üçün pul ödədiyini qeyd etsə də, bu hal iş materialları ilə təkzib olunur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlar la, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şik ayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəmə sinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli 2(103)-3171/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar