Məhkəmə qərarları › İş №2(102)-5768/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5768/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5768/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC, X5, X2 və X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdeh "xxxx" MMC-nin vəkili X10 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-31/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı X18 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 25 may 2012-ci il tarixdə İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış kredit müqaviləsinə əsasən, bu müqavilənin şərt və müddəalarına uyğun olaraq, Bank borcalana illik faiz dərəcəsi 15 faiz olmaqla 60 ay müddətinə 2.380.000 (iki milyon üç yüz səksən min) ABŞ dollarından artıq olmayan məbləği borc verməyə razılaşmışdır (bənd 2.01). Kredit müqaviləsinə görə əgər borcalan bu müqavilə üzrə ödəyəcəyi hər hansı məbləği vaxtında ödəyə bilmirsə, həmin məbləğin üzərinə illik 30 % olmaqla faiz gələcək. İddiaçı ASC tərəfindən verilmiş “A ER” firması üzrə 17.02.2016-cı il tarixə olan maliyyə arayışından müəyyən olunur ki, kreditin verilmə tarixi 03.07.2012-ci il, kreditin müddəti 60 ay, kreditin məbləği 2.380.000 ABŞ dolları, kreditin faiz dərəcəsi 15%, əsas borcdan ödənilən cəmi məbləğ 817.963,72 ABŞ dolları, faizdən ödənilən cəmi məbləğ 535.956,21 ABŞ dolları, əsas borcun qalığı 1.562.036,28 ABŞ dolları, faiz borcunun məbləği 434.184,77 ABŞ dolları, cərimənin məbləği 275.390,51 ABŞ dollarıdır. İddiaçı ASC (“İpoteka saxlayan”) ilə X12 (“İpoteka qoyan”) və “AER” firmasının direktoru X7 (“Borcalan”) arasında 25 may 2012-ci il tarixdə SİP1-237/22-USD №li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə Borcalan/İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstəri lən əmlakı 237/22-USD №li 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Kreditor/İpoteka saxlayana ipotekaya verir. Hazırki müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas Bank və “AER” firması arasında Bakı şəhərində bağlanmış 02 aprel 2008-ci il tarixli 136/0-SKMF saylı kredit müqaviləsidir. Müqavilənin 3.1-ci bəndinə görə ipotekaya verilən əmlak X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəl binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi, 877,1 kv.m əsas, 536,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsidir (25 saylı təsərüfat mağazası). Bu müqavilənin 3.2-ci bəndinə əsasən bank tərəfindən ipotekaya qoyulmuş əmlak 3.000.000 manat dəyərində qiymə tləndirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 21 saylı qeyri-yaşayış sahəsi 25 saylı təsərrüfat malları mağazası İddiaçı ASC-də 14.06.2012-ci ildən 62 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC tərəfindən “AER” firmasına 25.05.2012-ci il tarixli müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar borcun ipoteka ilə yüklü edilmiş əmlak (X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 21 saylı qeyri-yaşayış sahəsi 25 saylı təsərrüfat malları mağazası) hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə 22.07.2015-ci il tarixli bildiriş göndərilmiş və qeyd olunan bild iriş 23.07.2015-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İddiaçı ASC (“Girov saxlayan”) ilə X12 (“Girov qoyan”) və “AER” firmasının direktoru X7 (“Borcalan”) arasında 25 may 2012-ci il tarixdə SG2-237/22-USD №li sonrakı girov müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə Borcalan/Girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı 110/22AZN №li 26 aprel 2011-ci il tarixli Baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Girov saxlayana girova verir. Hazırki müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas Bank və “AER” firması arasında Bakı şəhərində bağlanmış 26 may 2012-ci il tarixl i 237/22-USD saylı kredit müqaviləsidir. Müqavilənin 3.1ci bəndinə görə girova verilən əmlak X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə 9, "xxxx" MTK-da 145,25 kv.m mənzilə olan pay hüququdur. Bu müqavilənin 3.2-ci bəndinə əsasən bank tərəfindən girova qoyulmuş əmlak 130.000 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı ASC (“Girov saxlayan”) ilə X12 (“Girov qoyan”) və “AER” firmasının direktoru X7 (“Borcalan”) arasında 25 may 2012-ci il tarixdə SG1-237/22-USD №li sonrakı girov müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə Borcalan/Girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı 13-07 SKMF №li 26 dekabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Girov saxlayana giro va verir. Hazırki müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas Bank və “AER” firması arasında Bakı şəhərində bağlanmış 26 may 2012-ci il tarixli 237/22-USD saylı kredit müqaviləsidir. Müqavilənin 3.1ci bəndinə görə girova verilən əmlak “AER” firmasına məxsus Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, Dino-C markalı dondurma istehsalı avadanlığıdır. Bu müqavilənin 3.2-ci bəndinə əsasən tərəflərin razılığına görə girova qoyulmuş əmlak 343.000 manat dəyərində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər “AER” firmasına və X8 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər M əhkəməsinə müraciət edərək “AER” firmasından İddiaçı ASC-nin xeyrinə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 825.386,85 ABŞ dolları əsas, 177.358,14 ABŞ dolları faiz borcu və 167.935,95 ABŞ dolları cərimə olmaqla, cəmi 1.170.680,94 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 18 may 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 343,91 ABŞ dolları məbləğində gündəlik faizin və 343,91 ABŞ dolları cərimə borcunun hesablanaraq tutulması; tutmanın X8 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 saylı qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin hərrac satışından əl də olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X8 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 saylı qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldildikdə və o satıldıqdan 1 ay sonra X3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, “AER” firmasından İddiaçı ASC-nin xeyrinə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 785.38 6,85 ABŞ dolları əsas, 188.276,76 ABŞ dolları faiz borcu və 186.507,38 ABŞ dolları cərimə olmaqla, cəmi 1.160.170,99 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 18 may 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 327,24 ABŞ dolları məbləğində gündəlik faizin və 327,24 ABŞ dolları cərimə borcunun hesablanaraq tutulması; tutmanın X8 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 saylı qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin hərrac satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X8 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 saylı qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldildikdə və o satıldıqdan 1 ay sonra X3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsində göstərmişdir ki, məhkəmə baxışı dövründə cavabdeh banka ödənişlər etdiyindən iş üzrə iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Belə ki, 18 avqust 2015-ci il tarixli maliyyə arayışına əsasən “AER” firmasının 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə banka 785.386,85 ABŞ dolları əsas, 188.276,76 ABŞ dolları faiz, 186.507,38 ABŞ do lları cərimə olmaqla ümumilikdə cəmi 1.160.170,99 ABŞ dolları borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli qərardadı ilə hazırki iş üzrə əsl olmayan cavabdeh “AER” firması, əsl cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. İddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" QSC-dən İddiaçı ASC-nin xeyrinə 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.446.725,06 ABŞ dolları əsas, 818.760,28 ABŞ dolları faiz, 109.512,28 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 2.374.997,62 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin 29 oktyabr 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər g ün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerlşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" QSCdən İddiaçı ASC-nin xeyrinə 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.446.725,06 ABŞ dolları əsas, 818.760,28 ABŞ dolları faiz, 109.512,28 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 2.374.997,62 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin 29 oktyabr 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" QSC-yə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlan-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.m olan pay hüququna yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerlşən 21 nömrəli qeyri-yaş ayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı yenidən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" QSCdən İddiaçı ASC-nin xeyrinə 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 2.271.611,56 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin 17 fevral 2016-cı il tarixdən borc öhdəliklərinin tam şəkildə icr a olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" QSC-yə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlan-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.m olan pay hüququna yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci il 25 may tarixli kredit müqaviləsinə əsasən “AER” firması İddiaçı ASC-dən illik 15 %-lə 60 ay müddətinə 1.190.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən, X3 mülkiyyətindəki 21 nömrəli qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası) 2012-ci il 25 may ta rixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2012-ci il 25 may tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş etmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.-05.-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 2015-ci ilin mayın 18-dək “AER” firmasının 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə banka 825.386,85 ABŞ dolları əsas borc, 177.358,14 ABŞ dolları faiz borcu və 167.935,95 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.170.680,94 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq “AER” firması borcu ödəməkdən boyun qaçı rır. Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Abıyev, iş № 2(060)-103/2016) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ dolları, 05 (beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxs us olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" Mənzil Tikinti Kooperativində 145,25 kv.m olan pay hüququna yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiyməti 3.000.000 (üç milyon) manat müəyyən edilməsi, qeyd olunan əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ dolları, 05 (beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikas ı Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə X5 və X2 qaytarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh “AER” firmasına vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda “AER” firmasının (hazırda "xxxx" QSC) banka olan 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2.271.611,56 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı ASC Sumqayıt şəhər məhkəməsinin 28 sentyabr 2016-cı il tari xli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, cavabdehdən cərimə borcunun 1000 ABŞ dolları məbləğində tutulması, X5 məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 manat müəyyən edilməsi, iddianın əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılmas ı və banka təhvil verilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilərək, iş üzrə əmlakların hazırki real dəyərinin müəyyən edilməsi məqsədi ilə müvafiq məhkəmə ekspertizası təyin edilməsi, rəyə əsasən əmlakların ilkin satış qiymətinin müəyyən edilməklə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cərimə pulunun həcmini əhəmiyyətli azaldarkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Dəbbə pulunun 1000 ABŞ dolları məbləğində müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır. Bundan başqa ipoteka qoyulmuş əmlakların hazırki bazar dəyəri hərracda satılması üçün qətna mə ilə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə ilə müəyyən edilmiş qiymət həmin əmlakların real dəyərini əks etdirmir. Məhkəmə iddianın əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi hissəsinin rədd edilməsi hissəsində də səhv nəticəyə gəlmişdir və nəticədə qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehl ər birgə apellyasiya şikayətlərində Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən "xxxx" QSC-yə nə qədər kredit verildiyi sübut edilməmişdir. Bu hal iddiaçının üç dəfə iddia tələbini dəyişdirməsi və hər dəfə ayrı-ayrı məbləğlər tələb etməsi ilə də təsdiq olunur. İddiaçıya 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə müvafiq sənədləri, yəni cari hesabdan çıxarış, məxaric orderləri, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə ödəniş qəbzləri, elanlar, ödəni ş tapşırıqları və digər sənədləri obyektiv və hərtərəfli ekspertiza aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunması təklif olunsa da, iddiaçı həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə obyektiv rəy verilə bilinməmişdir. Bundan başqa məhkəmə iş üzrə cavabdeh qismində cəlb olunmamış X11 barəsində tələbə baxmış və iddia tələbinin bir hissəsi onun şəxsi əmlakı hesabına ödənilmişdir. Bu hal isə Azərbaycan Respublikası MPM-nin 387, 387.1, 387.2.2 və 387.4cü maddələrinin pozulması deməkdir. Məhkəmə işə cəlb olunmamış şəxsin hüquqlarının pozulması ilə nəticələnən və onun hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Bundan başqa kreditin verilməsi ilə bağlı işin fa ktiki halları araşdırılmamışdır və iş üçün əhəmiyyəti olan hallar tam sübuta yetirilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov, iş № 2(105)-1379/2017) İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, X11, Şərifov Rövşən Ramazan oğlu və X13 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməsi: “1.1. Tərəflər razılaşırlar ki, cavabdehlərin iddiaçı qarşısında 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun qalığı 1997221.05 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir dollar 05 sent) ABŞ dolları (bundan sonra “Qalıq məbləği”) təşkil edir, Qalıq məbləğ cavabdeh tərəfindən iddiaçıya bu Saziş, onun 1 saylı Əlavəsi olan 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin tənzimlənməsinə dair Razılaşma nömrəsi BŞ002”nın (bundan sonra “Razılaşma”) şərtlərinə uyğun olaraq həmin Razılaşmaya əlavə edilmiş ödəniş qrafikinə (bundan sonra “Ödəniş qrafıki”) əsasən ödəməlidir; 1.2. Saziş üzrə cavabdehin, birgə cavabdehlərin öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: 1)X5 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası), 2)15 mart 2008-ci il tarixli müqaviləyə əsasən X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 46, mərtəbə 9 "xxxx" MTK-da 145,25 kv.m mənzilə olan pay hüququ, 3)Tetra-laval şirkətindən alınan Straytlayn - 600 G. Dino-C markalı dondurma istehsalı avadanlığı; 1.3. Hazırki barışıq Sazişi və onun ayrılmaz tərkib hissəsi olan Razılaşma üzrə öhdəliklər cavabdehlər tərəfindən vaxtında və lazımınca yerinə yetirilmədikdə, iddiaçı hazırkı Sazişin 1.1-ci bəndindəki Qalıq məbləği heç bir güzəşt etmədən birgə cavabdehlər tərəfindən edilmiş ödənişlər çıxılmaqla cavabdehlərdən tələb edə, bildiriş vermədən dərhal hazırki barışıq sazişinin (və onun ayrılmaz tərkib hissəsi olan Razılaşmanın) icraya yönəldilməsi üçün Sazişi təsdiq edən məhkəməyə və icra orqanlarına müraciət edə, borcun cavabdehlərdən tutulmasını, eyni zamanda Sazişin 1.2-ci bəndində qeyd edilən təminat hesabına ödənilməsini tələb edə bilər.”, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016- cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və X5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)6743/2018) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 noyabr 2017-ci il tarixli, 2(105)-1379/17 saylı qərardadının ləğv edilməsi və işin apellyasiya qaydasında yenid ən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən barışıq sazişi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına və qanuna zidd olmaqla digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan həmin sazişin təsdiq olunması barədə qərardad ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov və Z.Məmmədov, iş № 2(105)-31/2021) iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlərin apellyasiya şikayətinin təmin ed ilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsinin qismən iddianın təmin edilmiş hissəsində cavabdeh “AER” firmasından 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), “AER” firmasına məxsus olan “Tetra-laval” şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə 9, "xxxx" Mənzil Tikinti Kooperativində 145,25 kv.m mənzilə olan pay hüququna yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 manat müəyyən edilməsi, qeyd olunan əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-yə ödənilməsi və 30 manat dövlət rüsumun tutulması hissəsində ləğv edilməsi və həmin hissələrdə yeni qətna mənin qəbul edilməsi, iddia tələbinin həmin hissələrdə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 315 (üç yüz on beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-nin iddiaçı Bankdakı hesabına köçürülmüş vəsaitin Bank tərəfindən "xxxx" MMC-nin əvvəlki kreditləri üzrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsini həyata keçirməsi qanuni olmamaqla yanaşı, belə silinmənin əsaslılığını, yəni əvvəlki kreditlər üzrə borcların hansı miqdarda olmasını, həmin kreditlərin götürülməsinə dair məxaric orderlərinin və ya çeklərinin olub-olmamasını, həmin kreditlər üzrə ödəniş tapşırıqlarının olub-olmamasını sübutetmə vəzifəsi iddiaçı Bankın üzərinə düşür. İddiaçı Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarından görünür ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə ayrılmış və onun bank hesabına köçürülmüş pul vəsaiti Bank tərəfindən digər 5 ədəd ayrı-ayrı hesablar üzrə silinmişdir. Lakin Bank tərəfindən həmin hesablar üzrə borcun yaranmasını və borcun silindiyi tarixdə mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bank tərəfindən təqdim edilmiş sənədlər hesabdan çıxarış məlumatlarıdır ki, həmin sənədlər özündə ancaq həmin hesablarda aparılmış əməliyyatları əks etdirir. Həmin hesablar üzrə borcun olduğunu təsdiq edən sübutlar i sə kredit müqavilələri, həmin müqavilələrə əsasən verilmiş kreditin məxaric edilməsini və ya digər formada xərclənməsini əks etdirən sənədlərdir. İş materiallarında Bank tərəfindən iddia edilən "xxxx" MMC-nin borclu olduğu əvvəlki kreditləri ilə bağlı yalnız 26.04.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi mövcuddur. Digər hesablar üzrə müqavilələr, kredit məbləğlərinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri, məxaric çekləri və kredit məbləğlərinin digər hesablara köçürülməsinə dair "xxxx" MMC-nin ödəniş tapşırıqları, razılıq ərizələri iddiaçı Bank tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna görə də 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-nin iddiaçı Bankdakı hesabına köçürülmüş vəsaitin Bank tərəfindən "xxxx" MMC-nin əvvəlki kreditləri ü zrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsinin qanuniliyi və əsaslılığı şübhə doğurur. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan xüsusatları sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür. Belə ki, yuxarıda sadalanan sənədlərin saxlanılması mövcud qanunvericilikdə bankların vəzifəsi kimi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 26.04.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə 280.750,00 ABŞ dolları məbləğində pulun nəğd şəkildə məxaric edilməsi üçün "xxxx" MMC-nin kassa hesabına köçürüldüyünü nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, həmin vəsait üzərində "xxxx" MMC-nin real sərəncam vermə imkanı yaranmışdır. Müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən həmin məbləğdən 153.533,ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 138.789,30 ABŞ dolları əsas borca, 14.744,03 ABŞ dolları isə faiz borcuna silinmişdir. Beləliklə "xxxx" MMC-nin hal-hazırda iddiaçıya 154.898,40 ABŞ dolları məbləğində ödənilməmiş kredit borcunun olduğu təsdiqini tapır. Lakin LPO İddiaçı ASC tərəfindən həmin kredit müqaviləsi üzrə borcunun cavabdehdən tutulması barədə tələb irəli sürülməmişdir. İddiaçının tərəflər arasında bağlanmış həm 26.04.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə, həm də digər əvvəlki kredit müqavilələri üzrə yaranmış borcları mötəbər sübutlar əsasında mülki iddia qaydasında müstəqil şəkildə ayrı iddia tələbi ilə tələb etmək hüququ vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı X18 İddiaçı A SC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayətini və ona verilmiş əlavəni onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)31/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, "xxxx" QSC ilə iddiaçı arasında 26.04.2011-ci il (1700000 ABŞ dolları), 29.04.2011-ci il (500000 ABŞ dolları), 10.11.2011-ci il (124759,22 ABŞ dolları), 30.09.2011-ci il (55098,68 ABŞ dolları) və 30.09.2011-ci il (2 6.804 ABŞ dolları) tarixli kredit müqavilələri imzalanmışdır. Cavabdeh həmin kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş və onun 26.04.2011-ci il tarixli müqavilə üzrə ******* ABŞ dolları, 29.04.2011-ci il tarixli müqavilə üzrə 470.306,6 ABŞ dolları, 10.11.2011-ci il tarixli müqavilə üzrə 113.231,15 ABŞ dolları, 30.09.2011-ci il tarixli müqavilə üzrə 55.098,68 ABŞ dolları və 30.09.2011-ci il tarixli müqavilə üzrə 14.258,25 ABŞ dolları məbləğində Banka kredit borcu yaranmışdır. Həmin kredit müqavilələri üzrə ödənişləri həyata keçirə bilmədiyinə görə "xxxx" QSC ilə İddiaçı ASC arasında razılığa əsasən ona həmin kreditlərin bağlanması üçün yeni kreditin verilməsi razılaşdırılmışdır. 03.05.2012-ci il tarixli İddiaçı ASC-nin Kredit Komitəsinin 66/11 saylı protokoluna əsasən "xxxx" QSC-yə 2.380.000 ABŞ dolları kreditin verilməsi qərara alınmışdır. 25.05.2012-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi imzalanmışdır, həmin kredit müqaviləsinə əsasən "xxxx" QSCyə illik 15%-lə 60 ay müddətinə 2.380.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit yuxarıda adı çəkilən kreditlərin bağlanmasına yönəlmişdir. Məhkəmə həmin kredit üzrə kassa məxaric orderlərinin olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Lakin hesablar üzrə əməliyyat aparılan zaman kassa məxaric orderi mövcud olmur, ödənişlər yalnız köçürmə yolu ilə həyata keçirilir. 20 sentyabr 2019-cu il tarixli ekspert rəyində hesabdan çıxarışda bank tərəfindən ayrılmış pulun digər ssuda, faiz hesablarına köçürülməsinə dair müxbirləşmənin aparıldığı göstərilmişdir. 02.06.2020-ci il tarixli rəydə də eyni ilə hesabdan digər hesablara həmin məbləğin köçürüldüyü qeyd edilmişdir. Məhkəmənin də, ekspert mərkəzinin də gəldiyi ortaq məxrəcə görə 2.380.000 ABŞ dollar məbləğin cavabdehin hesabına köçürüldüyü və həmin məbləğin də cavabdehin digər hesabına köçürüldüyü təsdiq olunmuşdur. Məhkəmə iddianı rədd edərkən cavabdehin hesab üzrə sərəncam vermədiyini, ödəniş tapşırığı və razılıq ərizələrinin bank tərəfindən təqdim edilmədiyini bildirmişdir. Məhkəmə belə qərar verərkən formal əsaslardan çıxış etmişdir. Faktiki olaraq isə cavabdehin kredit müqaviləsini imzalayan zaman 2.380.000 ABŞ dollarının onun hesabına daxil olacağını və digər kreditlərin başlanacığını bildirir. Belə olmasa idi ipoteka predmetləri ipoteka ilə yüklü edilməzdir. Bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh və Adil Şərifov tərəfindən apellyasiya şikayətləri verilmiş, iclas zamanı tərəflər razılığa gələrək barışıq sazişi bağlamışlar. Əgər həqiqətən də kredit vəsaiti istifadə edilməmişdirsə o zaman niyə məhkəmə prosesinin gedişində tərəflər arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişi əvvəl bağlanmış əqdin bəyənilməsidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin vəkili X14 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tər əflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyi n tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş və qətnamənin tam olaraq ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icras ını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdiril miş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 477.0.-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2.-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3.-cü maddəsinə əsasən kreditor borclu nun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirm əyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-ci maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetin in bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə mü stəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3.1-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutma nın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəy yən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəs inə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə İddiaçı ASC, hazırda X18 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığ ortalanması Fondu iddia edir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC İddiaçıASC-dən illik 15%-lə 60 ay müddətinə 2.380.000 (iki milyon üç yüz səksən min) ABŞ dolları məbləğində kredit götürmüşdür və son iddia ərizəsinə əlavəyə əsasən "xxxx" MMC-nin 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları cərimə olmaqla Banka ümumilikdə 2.271.511,56 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh "xxxx" MMC iddiaçı ilə 25 may 2012-ci il tarixli kredit müqaviləsi bağlandığını, lakin müqavilədə verilməsi nəzərdə tutulmuş kredit məbləğinin ona verilmədiyini bildirir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından İddiaçı ASC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı ASC 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq "xxxx" MMC-yə 2.380.000 (iki milyon üç yüz səksən min) ABŞ dollarından artıq olmayan məbləğdə vəsaiti verməli olduğu halda öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda ödənişləri həyata keçirməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsində borc müqaviləsinə verilmiş leqal anlayışa əsasən borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməlidir. Yalnız bundan sonra borc alanın borc verən qarşısında aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növ lü əşyalar şəklində borc verənə qaytarmaq öhdəliyi yaranır. Lakin İddiaçı ASC tərəfindən ayrılmış kreditin nağd şəkildə cavabdeh "xxxx" MMC tərəfindən götürülməsini təsdiq edən sübutlar, sonuncunun hesabından pul vəsaitinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri və məxaric çekləri məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən ekspertizaya təqdim edilməsi məqsədi ilə məhkəmə sorğusuna əsasən Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış sənədlərindən görünür ki, "xxxx" MMC-nin iddiaçı Bankdakı hesabına bank tərəfindən 03 iyul 2012-ci il tarixdə 1.190.000,00 ABŞ dolları, 10 iyul 2012-ci il tarixdə 1.190.000,00 ABŞ dolları olmaqla, ümumilikdə 2.380.000,00 ABŞ dolları pul köçürülmüşdür və həmin pul vəsaiti Bank tərəfindən digər 5 ədəd ayrı-ayrı hesablar üzrə silinmişdir. Lakin 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ayrılmış kredit məbləğinin digər hesablara köçürülməsinə və ya digər hesablar üzrə silinməsinə dair həmin hesabların sahibi olan "xxxx" MMC-nin ödəniş tapşırıqları, razılıq ərizələri Bank tərəfindən məhkəməyə təqdim edilmədiyinə görə, Bankın birtərəfli qaydada 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə ayrılmış və onun bank hesabına köçürülmüş kredit məbləğini digər hesablar üzrə silinməsini həyata keçirməsini məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə uyğun hesab etmir. 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-nin iddiaçı Bankdakı hesabına köçürülmüş vəsaitin Bank tərəfindən "xxxx" MMC-nin əvvəlki kreditləri üzrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsini həyata keçirməsi qanuni olmamaqla yanaşı, belə silinmənin əsaslılığını, yəni əvvəlki kreditlər üzrə borcların hansı miqdarda olmasını, həmin kreditlərin götürülməsinə dair məxaric orderlərinin və ya çeklərinin olub-olmamasını, həmin kreditlər üzrə ödəniş tapşırıqlarının olub-olmamasını sübutetmə vəzifəsi iddiaçı Bankın üzərinə düşür. İddiaçı Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarından görünür ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə ayrılmış və onun bank hesabına köçürülmüş pul vəsaiti Bank tərəfindən digər 5 ədəd ayrı-ayrı hesablar üzrə silinmişdir. Lakin Bank tərəfindən həmin hesablar üzrə borcun yaranmasını və borcun silindiyi tarixdə mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bank tərəfindən təqdim edilmiş sənədlər hes abdan çıxarış məlumatlarıdır ki, həmin sənədlər özündə ancaq həmin hesablarda aparılmış əməliyyatları əks etdirir. Həmin hesablar üzrə borcun olduğunu təsdiq edən sübutlar isə kredit müqavilələri, həmin müqavilələrə əsasən verilmiş kreditin məxaric edilməsini və ya digər formada xərclənməsini əks etdirən sənədlərdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müqavilənin bağlanmasını müəyyən edir, lakin həmin müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirilmədiyini qeyd edir. İş materillarında olan müqavilələr, hesabdan çıxarış məlumatları, təsdiq edilmiş barışıq sazişi, audit yoxlaması nəticəsinə görə verilmiş rəy və müvafiq ekspertiza rəyləri ilə tərəflərin müqavilə münasibətlərində olması müəyyən edilir. Hazırki işin mübahisəli halları isə pul məbl əğinin cavabdeh tərəfə ödənilməməsi və cavabdehin iddiaçı qarşısında icra edilməyən öhdəliyinin mövcud olmaması ilə bağlıdır. İşin halları ilə daha sonra müəyyən olunur ki, tərəflər arasında baxılan işin icraatı daxilində barışıq sazişi bağlanmış və bundan sonra iddiaçı tərəfin şikayəti əsasında barışıq sazişinin təsdiq edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmuşdur. Digər tərəfdən aşkar olaraq müəyyən olunur ki, sonuncu ekspertiza tədqiqatı zamanı yalnız cavabdeh tərəfindən təqdim olunmuş audit yoxlamasının nəticəsinə uyğun rəy verilmiş, lakin həmin rəydə ziddiyyətlərin mövcudluğuna əhəmiyyət verilməmiş, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə sənədləri əsasında tədqiqatın hansı səbəbdən həyata keçirilməsinin mümkün olmaması aydınlaşdırılmamışdır. Bununl a yanaşı cavabdehin müxtəlif kredit təşkilatları qarşısında öhdəliklərinin reyestr məlumatları ilə bağlı iş materiallarında olan çıxarışda hansı səbəbdən 25 may 2012-ci il tarixli müqavilə üzrə öhdəliyin qeydə alınmaması aydınlaşdırılmamışdır. İşin tam və hərtərəfli araşdırılması baxımından iddiaçının ilkin iddia tələbi ilə iddia tələbinin həcminin artırılmasına dair ərizələrində məbləğlərin artması (ən əsası əsas borc məbləğinin) səbəbləri araşdırılmamışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətini əsaslı hesab edərkən və ya iddiaçının öhdəliyini icra etməməsi nəticəsinə gələrkən formal mülahizələrdən çıxış etməməli, faktiki olaraq işdə olan və araşdırılması zəruri olan sübutların araşdırılmasından sonra müvafiq nəticəyə gəlməli idi. Məhkəmə kollegiyası izah edir k i, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər tə qdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd oluna n nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X18 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-31/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidə n baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar