Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5769/2019 16.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, onun vəkili Əliyeva Nərmin Novruz qızının iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qə tnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X3 cavabdeh “X16” MTK-ya qarşı mənzilə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən K.Əsədov, iş 2(001)-7567/2018) iddia tələbi təmin edilmiş, cavabdeh “X16” MTK-dan (VÖEN: **********) Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci ptabəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 60000 manat məbləğində pul alınaraq, iddiaçı X2 verilməsi, iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “X16" MTK-dan tut ularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Şamayev və X.Sarıyev, iş № 2(103)-5102/2019) cavabdeh “X16” MTK-nın apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7567/2018 saylı iş üzrə qəbul etdiyi 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, “X16” MTK-dan (VÖEN: **********) Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 25.000 manat məbləğində pulun alınaraq iddiaçı X2 verilməsi, iddia ərizəs inə və apelyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Əliyeva Nərmin Novruz qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə m übahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2492/2013 saylı, 19 iyul 2013-cü il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətində, mübahisəli mənzilin təmirinə ailəsinin köməkliyi ilə 25.000 manat pul qoyulduğunu bildirmişdir. X1 eyni mövqeyi həmin mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6058/13 saylı 03 dekabr 2013-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində də ifadə etmiş, mənzilin təmirinə 25.000 manat pul qoyduğunu iddia etmişdir. Eləcə də qeyd edilməlidir ki, cavabdehlər X4, X9, X6 və X7 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4918/2016 saylı, 09 iyun 2016-cı il tarixli qətnaməsindən verdikləri apelyasiya şikayətində qətnamənin ləğv e dilib, mənzil üçün çəkilmiş 35.000 ABŞ dolları dəyərində təmir pulunun ödənilməsini tələb etmişlər. Hazırki tələbində isə iddiaçı X4 mübahisəli mənzilin təmirinə çəkilmiş 60.000 manat pulun ödənilməsini tələb etmişdir. Halbuki iddiaçı tərəf tərəflərindən mübahisəli mənzilin təmirinə 60.000 dəyərində pul xərcləmələri ilə bağlı müvafiq sübutlarla (mal-material xərcinin, usta xərclərini təsdiq edən müvafiq qəbzlər, qaimə-fakturalar və s.) çıxış etməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəlləyə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödəni lməsini mülkiyyətçidən tələb edə bilər (157.6). 4 Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (157.7). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni ə sas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092). Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adın a və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “mübahisəli mənzildə iddiaçı və ailəsi 2008-ci ildən yaşamışlar, X8 2013-cü il tarixində verdiyi apelyasiya şikayətində təmir xərcini 25 000 manat qeyd etmişdir. Çünki X8 sağ olduğu vaxtda təmir işlərinə 25 000 manat pul xərclənmişdir. Məhkəmə mənzildə təmir işlərinin 2013-cü ildən sonra da aparılması ehtimalını olmasını nədənsə istisna etmişdir. Çünki bizim iddiamız 2018-ci ildə qaldırılmışdır və 2013-2018 aralığında, yəni 5 il ərzində mənzilin yenidən təmir edilməsi realdır. Belə ki, X8 ölümündən sonra mənzil yenidən təmir olunmuş və mən zilə xeyli miqdarda pul vəsaiti xərclənmişdir. Ona görə də iddiaçı mənzilin təmir qiymətinin ümumiləşdirərək Bakı şəhər Xətai rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətində 35 000 ABŞ dolları qeyd etmişdir. 35 000 ABŞ dollarının manata olan ekvivalenti təxminən 60 000 manata yaxın pul edir. Bundan əlavə, 2013-cü ilədək manatın dollara münasibətdə məzənnəsi 1 manat 0.78 dollar idi. 25 000 manat o vaxtkı məzənnə ilə təxminən 35 000 ABŞ dolları pul edirdi. Lakin məhkəmə nədənsə bu halları nəzərə almamışdır. Bundan əlavə, iş materiallarında olan “xxxx” MMC-nin 14.08.2018-ci il tarixli, 130 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərc 40 000 manat təşkil edir. Məhkəmə ən azından həmin ekspert rəyinə istinad edib 40 000 manat pul tuta bilərdi.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə çəkilmiş təmin xərclərinin dəyərini müəyyən etmək üçün apelyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmək və müvafiq rəy əldə etmək zəruriliyinə baxmayaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normaları nın tələblərini pozmuş və həmin pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5769/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5769/2019
16.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver