Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-577/2018 30.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 30 yanvar 2018-ci il № 2(102)-577/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" İnvestisiya-Kommersiya Bankı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(011)-3278/17) iddiaçı "xxxx"xxxx" ASC-nin cavabdeh İddiaçı1 və qeyrisinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək 5556.30 ABŞ dolları məbləğində pulun ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov-sədrlik edən və məruzəçi, V.Baxışova və V.Həsənov, iş № 2(103)-7642/17) iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx"xxxx" ASC cavabdeh İddiaçı1 və Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borc kimi 5556,30 ABŞ dolları, faiz borcu kimi 2770,87 ABŞ dolları, cəmi 8327,17 ABŞ dolları məbləğində pulun ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının iş üzrə 09 avqust 2017-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə mübahisə 30.01.2015-ci il tarixli, 6-MZ-2-0-164-15 nömrəli bank hesabı və kredit müqaviləsi ilə bağlıdır. İddiaçı borcverən, cavabdeh İddiaçı1 borcalan, digər Cavabdeh isə zamindir. Borcalanın borcverən qarşısında icra edilməmiş pul öhdəliyi vardır və bu səbəbdən də Bank məhkəmədə borcalana və zaminə qarşı həmin öhdəliyin yerinə yetirilməsi barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia nı qismən təmin edərək əsas borc kimi 5556,30 ABŞ dolları məbləğində pulun ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gəlməklə mübahisəni qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün həll etmişdir və ona görə də qətnamə mübahisələndirilən hissədə (faiz hissəsində) dəyişdirilmədən saxlanılmalıdır.. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini əsas borca aid hissədə tam təmin etmi şdir və iddiaçı qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Faiz borcuna aid hissədə isə tələb rədd olunmuşdur, iddiaçı qətnamənin bu hissəsini mübahisələndirdiyindən qətnamənin həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcuna aid hissədə qanuni və əsaslı hesab etmişdir. Belə ki, bank kreditalana 12.740 ABŞ dolları məbləğində kredit vermiş, kreditdən istifadə müddəti 12 ay, kreditdən istifadəyə görə illik faiz dərəcəsi (istifadə haqqı) 28 faiz müəyyən edilmişdir. Kredit müqaviləsinin əlavəsi olan "ödəniş cədvəli" (iş v. 8) kredit müqaviləsinin şərti hesab olunur, həmin cədvəldə borc verilmiş 12.740 ABŞ dolları pula 12 ay ərzində 1.994,02 manat faizin ödənilməsi nəzərdə tutulm uşdur, bankın təqdim etdiyi arayışa (iş v. 50) görə kreditalan banka faiz borcu kimi 2.127,3 manat ödəmişdir, bu hesabla kreditalanın ödənilməmiş qalan faiz borcu yoxdur. Ona görə də 1-ci instansiya məhkəməsi düzgün olaraq faiz borcunun tutulması barədə tələbi rədd etmişdir. Əsas borcun ödənilməsinin gecikdirilib-gecikdirilmədiyindən asılı olmayaraq kreditalan yalnız ödəniş cədvəiində göstərilən məbləğdə faiz (istifadə haqqı) ödəməlidir. Belə ki, kreditalanın 12.740 manat puldan istifadə etmək hüququnun 2 həddi var, istifadə hüququ yalnız bu hədlər daxilində qüvvədədir. Həmin hədlər aşağıdakılardır: 1) müddətə aid olan hədd; 2) məbləğə aid olan hədd. Müddətə aid olan hədlə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istifadə hüququnun qüvvədə olduğu müddət 12 aydır. Kredit m üqaviləsində "28 faiz" ifadəsi ilə "özgənin pul vəsaitindən istifadə haqqı" anlayışı ifadə olunub, istifadə haqqı isə istifadə hüququnun qüvvədə olduğu 12 aya görə tələb edilə bilər, 12 aydan sonra istifadə hüququ xitam olunur (müddətin bitməsinə görə), bundan sonrakı dövr üçün bank dəbbə pulu və zərərin (əldə çıxmış faydanın) əvəzini tələb edə bilər. Nəzərə alınmalıdır ki, istifadə hüququ xitam olunduqdan sonra saxlanılan pul qanunsuz saxlanılan pul sayılır, "istifadə haqqı" və "pulun qanunsuz saxlanılması" bir-birini təkzib etdiyinə görə eyni vaxta mövcud ola bilməz, yəni pul qanunsuz saxlanılırsa istifadə haqqı tutula bilməz, istifadə haqqı tutularsa pul qanunsuz saxlanılan pul hesab oluna bilməz. Məbləğə aid olan hədlə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istifadə hüququnun qüvvəsinin şamil edildiyi məbləğ yalnız 1-ci ayda 12.740 ABŞ dollarıdır, 1 aydan sonra kreditalan həmin pulu hər ay hissə-hissə geri qaytarmalıdır, odur ki, bir aydan sonra istifadə hüququnun həcmi hər ay kiçilir, nəhayət 12-ci ayda istifadə hüququ yalnız 1201,42 ABŞ dollarına şamil olunur (i.v. 8, ödəniş cədvəli). Lakin bank işin bu halını təhrif edərək bildirir ki, 12740 ABŞ dollarını 12 ay müddətinə kreditalana borc vermişdir. Əgər kreditalan 12740 ABŞ dollarını tam olaraq özündə saxlamaq hüququna malik olsaydı, yalnız belə halda həmin pul 12 ay müddətinə borc verilmiş sayılardı. Nəzərə alınmalıdır ki, kreditalan ödəniş cədvəlini pozursa və 12 ayın hər bir ayında özündə saxlamaq hüququna malik olduğu puldan artıq məbləğdə pulu özündə saxlayırsa, bank dəbbə pulu tələb etmək hü ququ əldə edir. Dəbbə pulu mülki hüquqi sanksiya olduğuna görə öz hüququndan kənara çıxan şəxsə tətbiq edilir, pulu özündə saxlamaq hüququ olan şəxsə dəbbə pulu tətbiq edilə bilməz. Ona görə də dəbbə pulunun tətbiq edilməsi o deməkdir ki, kreditalan 12 ayın hər ayında ödəniş cədvəlində göstərilən məbləğdən artıq pulu özündə saxlamaq hüququna malik deyil, artıq saxlanılan pul qanunsuz saxlanılan pul sayılır. Beləliklə, 12 ayın hər bir ayı ərzində istifadə hüququnun şamil olunduğu pulun məbləği ödəniş cədvəlində göstərilən məbləğdir. Əgər kreditalan ödəniş cədvəlini pozursa və 12 ayın hər bir ayında özündə saxlamaq hüququna malik olduğu puldan artıq məbləğdə pulu özündə saxlayırsa, artıq saxlanılan məbləğ qanunsuz saxlanılan məbləğ hesab olunur. Qanunsuz saxlanılan pula görə istifadə haqqı ( 28 faiz) ödənilməli deyil, istifadə haqqı yalnız istifadə hüququnun şamil olunduğu məbləğə görə ödənilməlidir. "İstifadə haqqı" və "pulun qanunsuz saxlanılması" bir-birini təkzib etdiyinə görə eyni vaxtda mövcud ola bilməz, yəni pul qanunsuz saxlanılırsa istifadə haqqı tutula bilməz, istifadə haqqı tutularsa pul qanunsuz saxlanılan pul hesab oluna bilməz. Habelə, nəzərə alınmalıdır ki, ''ödəniş cədvəli" kredit müqaviləsinin şərtidir, tərəflər onu imzalamaqla ödəniləcək istifadə haqqının son həddinin 1.994,02 olacağını razılaşdırıblar. Həmin məbləğdən artıq istifadə haqqının tutulması müqavilənin şərtinin birtərəfli qaydada dəyişdirilməsi kimi qəbul olunacaq. Qanunvericiliyə görə müqavilənin dəyişdirilməsi ya tərəflərin razılaşması ilə, ya da tərəflərdən birinin iddiası əsasında məhkəmə q aydasında mümkündür. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı sayaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri həmin qətnamənin ləğvi üçün əsas verə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüq uq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasını n qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx"xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 avqust 2017-ci il tarixli, 2 (103)-7642/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlikedən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov
Məhkəmə qərarları › İş №2(102)-577/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-577/2018
30.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver