Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5770/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2, İddiaçılar Cavabdeh1, Cavabdeh2 və X1 ASC «Xalq» Bankına qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-5770/21 (Açar sözlər: kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ekspert rəyi, ipoteka predmetinin likvid qiyməti, kredit müqaviləsinə xitam verilməsi) Bakı şəhəri, 13 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı ASC “Xalq” Bankın vəkili Əmirəliyev Ənvər Mehdi oğlunun, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC «Xalq» Bankın Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair ilk, Cavabdeh1, Cavabdeh2 və X1 ASC «Xalq» Bankına qarşı “kredit müqaviləsinə Azərbaycan Respublikası Mərkəzi Bankının 21 fevral 2015-ci il tarixli qərarı verildiyi gündən xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbi üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-159/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC ilə cavabdeh Cavabdeh2 arasında 29 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanıb, müqaviləyə əsasən Cavabdeh2 bankdan 48 ay müddətinə, illik 19 faizlə 17500 ABŞ dolları məbləğində kredit götürmüşdür.
2. Kredit müqaviləsinin təminatı olaraq 29 oktyabr 2014-cü il tarixli, **********30014 nömrəli ipoteka müqaviləsi əsasında digər Cavabdeh1 məxsus Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, ev 15, mənzil 46 ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh2 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Mingəçevir rayon Məhkəməsinə müraciət edərək, 29 oktyabr 2014-cü il tarixli, **********30014 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmet i olan, Cavabdeh1 məxsus Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, ev15, mənzil 46-ya tutmanın yönəldilməsi; 29 oktyabr 2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 14437,74 ABŞ dolları məbləğdə əsas, 1322,53 ABŞ dolları məbləğdə faiz, 25,13 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 15785,40 ABŞ dolları məbləğdə borcun, 03 fevral 2017-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilmə sinə görə 17 manat məbləğdə çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulması; dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi; mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2 və X4, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunmuş likvid dəyərinin 20000 manat məbləğində təyin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütə madi olaraq gecikdirmiş və kredit müqaviləsi üzrə ödənişləri lazımi qaydada etməmişlər.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 443.2, 449, 528-ci “İpoteka haqqında” Qanunun 33, 34, 39, 59.3 və 59.4 34.1.1, 39.3.3 və 59.3.1-ci maddələrinə istinad etmişdir.
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşılıqlı iddia ərizəsi verərək, cavabdeh ASC «Xalq» Bankı ilə Cavabdeh2 arasında bağlanmış 29.10.2014-cü il tarixli, **********0014 saylı kredit müqaviləsinə Azərbaycan Respublikası Mərkəzi Bankının 21 fevral 2015-ci il tarixli qərarı verildiyi gündən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 manat ucuzlaşaraq 1,05 AB Ş dolları olmuşdur. Sonradan isə 1 AB, dolları 1,55 manata bərabər oldu.
9. Kredit müqaviləsi bağlanarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişib. Manatın devalvasiyası kredit öhdəliklərinin icrasını qeyri-mümkün edir.
10. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 422.1, 424-cü maddələrinə istinad edilmişdir.
11. Birinci instansiya məhkəməsi iş üzrə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etməklə, kredit məbləği və ipoteka poredmetinin qiyməti ilə bağlı müvafiq rəylər almışdır.
12. Mingəçevir Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh2 12999.74 ABŞ dolları məbləğində əsas, 926.41 ABŞ dolları məbləğində faiz və 50 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 13976.15 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC «Xalq» Bankına verilməsi, həmin borcun ödənilməsinin ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 17 manat rüsumun Cavabdeh2 alınıb ASC «Xalq» Bankının hesabına ödənilməsi, iş üzrə 120 mana t məbləğində ekspertiza xərcinin iddiaçıdan və 100 manat məbləğində ekspertiza xərcinin cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsinə dair xərclərin Cavabdeh2 alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsi xərcinin iddiaçı ASC «Xalq» Bankından alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. (Hüseyn Mirzəliyev)
13. Birinci instansiya məhkəməsi işin hallarına, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə, ekspert rəylərinə, kredit və ipoteka qanunvericiliyinə istinadən hesab etmişdir ki, ASC «Xalq» Bankı ilə Cavabdeh1, Cavabdeh2 və X1 arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlər olduğundan ilkin iddia tələbi qismən təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi kredotn məbləğin, ipoteka predmetinin ilkin satış qiymətini ekspert rəylərinə əsasən müəyyən etmişdir.
15. Birinci instansiya məhkəməsi 4130,94 ABŞ dolları dəbbə pulunun tənasübsüz olaraq yüksək hesablandığını müəyyən edərək, dəbbə pulunu 50 ABŞ dollarına endirmişdir.
16. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, ipoteka qoyulmuş mənzil hərracda satıldıqdan sonra mülkiyyət hüququ yeni mülkiyyətçiyə keçdiyinə görə həmin mənzillə bağlı hər hansı tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur və iddia tələbi ipoteka predmeti olan mənz il satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və X1 və onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair hissədə təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi iddia tələbinin 29.10.2019-cu il tarixdən 22.08.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 582.94 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 22.08.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % dərəcəsi ilə hesablanan penyanın cavabdehdən alınması tələbinə dair hissənin təmin edilməməsi barədə gəldiyi qənaətini iddiaçının bu barədə məhkəməyə əsaslı sübut təqdim etməməsi ilə əsaslandırmışdır.
18. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə də bağlı qeyd edib ki, əsaslı sübut təqdim edilməyib.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 317.1, 319.3, 319.6, 324, 329.1, 331.1, 337, 385.1, 442, 443.1, 448.1, 449, 467, “İpoteka haqqında” Qanunun 1.0.6, 34.1.1, 36, 39.1, 59.3, 59.4 və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
20. ASC «Xalq» Bankı apellyasiya şikayəti verib, qətnamənin qismən ləğv, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə mövcud sübutları tədqiq edərkən onlara hüquqi qiymət verməl i, ekspert rəyinin yaxud bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı (MPM 88-ci, 103-cü maddələrinin tələblərinə uyğun olaraq) və bunu təmin edərək ekspert rəyində göstərilən adi faizlər üzrə məbləğin (926.41 ABŞ dolları) 05.04.2017-ci il tarixə hesablandığını (həmin tarixə bankın tələb etdiyi adi faizlər üzrə məbləğ isə 1633.53 ABŞ dolları təşkil etmişdir), bankın tələb etdiyi adi faizlər üzrə məbləğin (5931.19 ABŞ dolları) isə 20.10.2018-ci il tarixə hesablandığını, aradan 18 aydan artıq müddət keçdiyini və kredit müqaviləsinin şərtlərinə əsasən faizlərin hesablanmasının davam etdiyini nəzərə almalı idi; -məhkəmə yalnız eksper rəyində adi faiz borcunun 926.41 ABŞ dolları məbləğində müəyyən edildiyini göstərməklə kifayətlənmişdir. Bu isə özlüyündə absurd yanaşmadır, ədalətli məhkəmə araşdırması və iş üzrə məhkəmə baxışının prinsipləri ilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi ekspert rəyində göstərilən adi faizlər üzrə borc məbləğinin əvvəlki, yəni 05.04.2017-ci il tarixə hesablandığını nəzərə alaraq, ya bank tərəfindən təqdim olunmuş 22.08.2018-ci il tarixli ərizədə göstərilən məbləğ həddində iddianı təmin etməli, ya da ki, iddia ərizəsinə tələb həcminin artırılması barədə dəyişiklik nəzər alınmaqla borcun yenidən hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi.
22. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-3154/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(0 51)-32/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov, Vəzirxan Məlikov)
23. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış və məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
24. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən apellyasiya məhkəməsi hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, birinci instansiya məhkəməsi araşdırma zamanı müvafiq ekspertizala r təyin etmiş, həm kredit müqaviləsindən irəli gələn faizə münasibətdə, həm də ipoteka predmeti olan əmlakın real bazar dəyərinin müəyyən edilməsində araşdırma aparmaqla mötəbər sübut kimi həmin rəylərə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki K ollegiyasının 2(102)-2462/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh1, Cavabdeh2 və X4, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
28. Kassasiya insta nsiyası məhkəməsi qeyd edib ki, apellyasiya instanisyası məhkəməsinin qətnaməsi digər hissələrdə qanuni və əsaslı olsa da, ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh1, Cavabdeh2 və X4, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində qanuni və əsaslı deyildir.
29. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında da qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
31. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesd ə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması il ə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsad üfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.
32. İddianın Cavabdeh1, Cavabdeh2 və X4, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları hissəsi ilə bağlı kassasiya instansioyasının mövqeyi belə olub ki, “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər ip oteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. İkinci apellyasiya baxışı zamanı 11 noyabr 2020-ci il tarixli qərardadla qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması “X7” MMC-yə həvalə edilmiş, qiymətləndirici qarşısında ipoteka predmetinin likvid dəyərinin nə qədər olması sual qoyulmuşdur (real bazar dəyəri nəzərə alınmaqla). 34. “X7” MMC-nin 12.04.2021-ci il tarixli hesabatına əsasən, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilinin hazırki dövrə olan orta bazar dəyəri, 36000 manat, likvid dəyəri 34000 manat təşkil edir.
35. Şəki Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının Məhkəməsinin 19 may 2021ci il tarixli 2(107)-159/2021 nömrəli qərardadı ilə iddiaçı ASC “Xalq” Bankının apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnaməsi ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilinin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilmiş, iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı 29.10.2014-cü il tarixli, **********30014 nömrəl i kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair ilk iddiasının borcun təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzili satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları hissəsində baxılmamış saxlanılmışdır.
36. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-159/2021 nömrəli 19 may 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edlmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnаməsi ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh1, Cavabdeh2 və X4, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 34 000 (otuz dörd) manat müəyyən edilmiş, mənzilin satıldıqdan sonra boşaldılması, Cavabdeh1, Cavabdeh2 və X1 1 ay ərzində mənzildən çıxarılmaları qət edilmişdi r. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev, Gümdüz Abbasov
37. Apellyasiya instansiyası birinci instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi ilə razılaşmayaraq qeyd edib ki, məhkəmə bu zaman əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürməklə səhvə yol vermişdir. Çünki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Eyni hüquqi mövqe “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məs ələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir. Həmin qərara görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiymətini nəzərdə tutur.
38. Apellyasiya instansiyası iddianın Cavabdeh1, Cavabdeh2 və X4, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları hissəsində rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq göstərib ki, “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
39. Apellyasiya instansiyası “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinə istinad edərək ipoteka predmeti olan mənzilin satıldıqdan sonra boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 1 ay ərzində mənzildən çıxarılmalı olması nəticəsinə gəlmiş və eyni zamanda cavabdehlərin ailə üzvləri və digər şəxslərin mənzild ən çıxarılması hissəsində iddianın baxılmamış saxlanmasını nəzərə almışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları d) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh1 (Vəkil oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi və isin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi kredit müqaviləsi üzrə borcun demək olar ki, tam şəkildə ödənilməsini nəzərə almamışdır. - işin halları araşdırılmadan qətnamə çıxarılmışdır. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. ə) Məhkəmə icraatı iştirakçılarının izahatları
43. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti ni müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
44. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx"ASC-nin vəkili Əmirəliyev Ənvər Mehdi oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.
45. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğ u şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində i şin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
47. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti ipoteka ilə yüklü edilən mənzilin qiyməti və həmin mənzilin boşaldılması hissəsində olub, qətnamə də həmin hissə üzrə çıxıb. Buna görə də qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Baxılan iş üzrə apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
50. İşdən görünür ki, ipoteka predmetinin ilkin satış qiymətini birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən bazar dəyəri ilə (40000 manat) müəyyən etmiş və cavabdehlərin mənzili boşaltması tələbini isə təmin etməmişdir. İddiaçının apellyasiya şikayəti təmin edilməsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2 462/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və cavabdehlərin, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
51. Barəsində kassasiya şikayəti verilən qətnamədən isə görünür ki, apellyaisya məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin ipoteka predmetinin qiyməti ilə bağlı göstərişlərinə əməl edərək, qiymətləndirmə ekspertizası təy in etmiş və ipoteka predmetinin ilkin satış qiymətini həmin rəyə əsasən likvid dəyəri ilə müəyyən etmişdir.
52. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırki işə tətbiq edilən 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, belə olan halda həmin maddəyə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
53. Həmçinin apellyasiya məhkəməsi ipoteka predmeti olan mənzilin satıldıqdan sonra boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 1 ay ərzində mənzildən çıxarılmalı olmasını qət etməklə də işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Çünki “İpoteka haqqında” Qanunun 59.3-cü maddə sinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
54. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə borcun demək olar ki, tam şəkildə ödənilməsini nəzərə almaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlil işə mahiyyəti üzrə baxan məhkəmlərdə irəli sürülməyib, belə olan halda, irəli sürülməyən dəlillərin apellyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Üstəlik, bu dəlil işin faktiki hallarının araşdırlması ilə bağlıdır ki, kassasiya instansiyası da işin faktiki hallarını araşdırmır.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-159/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.