Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5775/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5775/2022 (Açar sözlər: kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlərXələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin cavabdeh X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzillərdən çıxarılma”tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci i l tarixli, 2(105)-1207/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsi bağlanmışdır.
2. Müqaviləyə əsasən Borclu Cavabdeh2 illik 29% hesablanması şərti ilə 36 ay müddətinə 35000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 23 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ASCnin iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, 119557-1-9915 s aylı kommersiya kredit müqaviləsinə əsasən yaranmış 28772,02 manat əsas, 1036,99 manat faiz borcunun, 500 manat cərimənin, cəmi 30309,01 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, ödəmənin 26 noyabr 2013-cü il tarixli, 119607-NEDVİJ2005 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101,5 kv.metr, yaşayış sahəsi 77,0 kv.metr, yardımçı sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi və ilkin satış qiymətinin 61000 manat müəyyən edilməklə əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələb lərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin isə Cavabdeh1 verilməsi qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi – “Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 61000 manat müəyyən edilsin” hissəsində dəyişdirilmiş, Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 92000 manat məbləğində müə yyən edilmiş, qətnamə – İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, 119557-1-9915 saylı kommersiya kredit müqaviləsinə əsasən - yaranmış 28772,02 manat əsas, 1036,99 manat faiz borcu, 500 manat cərimə, cəmi 30309,01 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, tutmanın 26 noyabr 2013-cü il tarixli, 119607NEDVİJ-2005 saylı, ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi, əmlak açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitinin yuxar ıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi və satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi isə Cavabdeh1 verilsin” hissələrində dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 mart 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 məxsus Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101,5 kv.m, yaşayış sahəsi 77,0 kv.m, yardımçı sahəsi 24,5 kv.m olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 85000 manat müəyyən edilmiş, İddiaçı ASCnin kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASCnin iddiası təmin edilərək, Cavabdeh2, Cavabdeh1, X2, X3, X4 və X5 ünvan 1 ünvanında yerləşən 23 saylı mənzildən məcburi qaydada çıxarılmaları və həmin evin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 119-557-1-9915/1 saylı, xx.xx.2013 -cü il tarixli kommersiya krediti müqaviləsindən irəli gələn və Abşeron Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(012)-408/2015 saylı qətnaməsi ilə müəyyən edilən pul öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən həmin müqavilənin şərtlərinə əsasən hesablanmış 14.462,77 manat məbləğində faiz borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan kredit borcunun tutulmasına dair məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verməklə qətnamənin icrasını qəsdən gecikdirmiş, onun məqsədli hərəkətləri nəticəsində pul öhdəlikləri vaxtında icra olunmamış və bunun nəticəsind ə kredit müqaviləsi üzrə faizlər yığılmışdır. Kredit müqaviləsindən irəli gələn və Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 14462,77 manat borc məbləğində faiz borcu cavabdehlərdən tutularaq Banka qaytarılmalıdır.
9. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. 10.Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 445.7, 449.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı ASC Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2789/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.O.Quliyev, Q.F.Tağızadə və L.M.Məmmədova) iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası borclu tərəfindən gecikdirildiyindən yaranmış borc məbləği həmin öhdəliyin təminatı olan ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılması yolu ilə ödənilmişdir. İpoteka predmetlərinin satışından əldə olunan vəsaitin borc məbləğinin ödənilməsinə kifayət etməməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etmədiyi kimi bu barədə tələb də irəli sürməmişdir. İpoteka predmeti iddiaçı bankın mülkiyyətinə verildiyindən bu müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Hazırki halda cavabdehlərin hərəkətləri özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi kimi qiymətləndirilə bilməz. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat a)Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı ASC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)-2789/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbini təmin edilməsi barədə yeni qərar qəbul e dilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)2789/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
17. Kassasiya instansiya m əhkəməsinin mövqeyinə görə apellyasiya məhkəməsi tərəfindən iddiaçının dəlillərinə tam hüquqi qiymət verilməmiş, mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, hazırki iddia tələbinin əsasını ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etməməsi və ya cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir.
18. Belə ki, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlər in, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.
19. Bu zaman məhkəmə iddiaçının faiz qismində tələb etdiyi məbləğin kredit vəsaitindən kredit müqaviləsi üzrə müəyyən edilmiş istifadə haqqı, yaxud zərər olduğu barədə məsələləri araşdırmalıdır.
20. Belə ki, Konstitusiya Məhkəməsinin həmin mövqeyi hazırki iddiaya tətbiq edilməklə qeyd olunmalıdır ki, iddiaçının kredit vəsaitindən istifadə haqqı olaraq kredit müqaviləsinin müddəti bitdiyi tarixədək, qətnamə ilə müəyyən olunan məbləğ həmin tarixdən əvvəl ödənildiyi halda isə - qətnamənin tam icra tarixədək - müqavilə üzrə müəyyən olunmuş faizləri, müqavilə müddəti bitdiyi tarixdən sonrakı dövr üçün - faiz formasında zərəri tələb etmək hüququ vardır.
21. Həmçinin məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edir.
22. Hazırki işdə isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 447.5-c maddəsini düzgün tətbiq etməmiş, həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini n əzərə almamış, apellyasiya instansiyası məhkəməsi isə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyərək Mülki Prosessual Məcəllənin 220.4, 392ci maddələrinin tələblərini pozmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.A.Qafari, Ş.R.Abasov və T.Q.Məmmədov) İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh2 119-557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə hesablanmış 14462 (on dörd min dörd yüz altmış iki) manat 77 (yetmiş yeddi) qəpik məbləğində faiz borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçı zaminə qarşı iddia tələbi ilə müraciət edərkən Mülki Məcəllə ilə nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış müqavilə 3 il müddətinə, yəni xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək bağlanmış, bununla zaminə qarşı tələbi xx.xx.2017-ci il tarixdə bitdiyi halda, xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da 1 illik kəsici müddəti ötürmüşdür.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci, 445.7-ci, 470.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin b əzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli 2(105)- 1207/2022 nömrəli qətnaməsinin iddia tələbinin Cavabdeh1 Həsənqulu oğluna aid hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilərək 14.462,77 (on dörd min dörd yüz altmış iki manat 77 qəpik) AZN məbləğində faizin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 Həsənqulu oğlundan tutulması və “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsindən irəli gələn və məhkəmə qərarı ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 14.462,77 (on dörd min dörd yüz altmış iki manat 77 qəpik) AZN məbləğində faiz borcu Cavabdeh2 tutulmaqla yanaşı Cavabdeh1 Həsənqulu oğlundan da tutulmalı və Banka ödənilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 354.2. Həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bild iyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
31. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarı:
33. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsait indən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.
35. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1207/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.