Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5778/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2(103)3098/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(010)5652/2018 saylı qətnaməsi ilə (s ədrlik edən, hakim Z.Ə.Sadiqov) İddiaçı Cavabdeh qarşı “borca görə 23.260 ABŞ dolları, mənəvi zərə görə 3.000 ABŞ dolları, cəmi 26.260 ABŞ dolları pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən ödəniş günü milli manata məzənnədə borca görə 22.000 ABŞ dolları pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2(103)3098/2019 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində qismən ləğv edilib, cavabdehdə n ödəniş vaxtı milli manata məzənnədə borca görə 8.000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “borca görə 23.260 ABŞ dolları, mənəvi zərə görə 3.000 ABŞ dolları, cəmi 26.260 ABŞ dolları pul tələbinə dair” iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, Bakı şəhərində kirayədə yaşayır və ona 23.000 ABŞ dollarına ev tikmək üçün cavabdehlə müqavilə bağlayıb və sonuncuya 5.000 ABŞ dolları beh verib. İki il ərzində qalan məbləği ödəyib. Cavabdeh evin tikintisinə başladığını qeyd etsə də, müxtəlif bəhanələr gətirərək evi ona göstərmədən imtina edib. Müvafiq qurumlara şikayət edəcəyini bildirdikdə n sonra cavabdeh onu Balaxanı qəsəbəsinə apararaq yalnız divarlardan ibarət olan, nə döşəməsi, nə də qapı, pəncərəsi olmayan tikilini ona göstərmişdir. Yaşayış üçün heç bir şəraiti olmayan tikilini davam etdirmək üçün cavabdeh əlavə olaraq ondan 3.000 manat pul istəmişdir. Ümumilikdə cavabdehə 23.269 ABŞ dolları pul verib. Cavabdeh evi tez bir zamanda tikib ona təhvil verəcəyini göstərsə də, artıq 7-8 aydır ki, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, nə evi, nə də verdiyi pulu ona geri qaytarmamışdır. Nəticədə cavabdehin təqsiri üzündən ona 3.000 ABŞ dolları mənəvi, 23.260 ABŞ dolları maddi ziyan dəymişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏ Rİ Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı isə kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iddia tələblərini bütövlükdə təmin etməməklə iş üzrə düzgün olmayan qətnamə qəbul edib. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Vüqar Hacıyev öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və vəkili X məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddia ərizəsinin təmin edilməsi hissəsində qismən ləğv edib, həmin hissədə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıdan yalnız 8.000 ABŞ dolları məbləğində pul alma sının mülki iş materialları ilə təsdiq edilməsinə, tərəflər arasında bağlanmış və cavabdehin dairəvi möhürü ilə təsdiq edilmiş “beh müqaviləsi” adlanan sənədə görə cavabdehin iddiaçıdan cəmi 8.000 ABŞ pul almasına, cavabdehə münasibətdə iddia tələbini 22.000 ABŞ dolları məbləğində təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq no rmalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Balaxanı bələdiyyəsinin 18 sentyabr 2008-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə 120 kv.metr torpaq sahəsi ayrılıb. İddia ərizəsindən görünür ki, iddiaçı fərdi yaşayış evinin tikintisi üçün cavabdehə cəmi 23.260 ABŞ dolları pul verdiyini iddia etmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə iddiaçı ilə X2 arasında 16 sentyabr 2008-ci il tarixdə bağlanmış və cavabdehin dairəv i möhürü ilə təsdiq edilmiş “beh müqaviləsi” adlanan sənəd təqdim etmişdir. Həmin “beh müqavilə”si adlanan sənədin məzmunundan görünür ki, iş icraçısı X2 sifarişçi İddiaçı 23.000 ABŞ dollarının 5.000 ABŞ dollarını beh şəklində aldığını, qalan 18.000 ABŞ dollarının hər ay 1.000 ABŞ dolları olmaqla, 18 aya ödəniləcəyini, beh verilən müddətdən 4 ay müddətində evi tam şəkildə təmirli vəziyyətlə tikib təhvil verəcəyini öhdəsinə götürmüşdür. Həmin “beh müqavilə”si adlanan sənəd sifarişçi İddiaçı və iş icraçısı X2 tərəfindən imzalanmış və fərdi sahibkar Cavabdeh dairəvi möhürü ilə təsdiq edilmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı tərəfindən evin tikintisi üçün ödənilmiş 23.000 ABŞ dollarının yalnız 8.000 ABŞ dolları bilava sitə cavabdeh tərəfindən “beh müqavilə”si adlanan sənədə imza etməklə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (d elikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması ü çün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə duzgun nəticəyə gəlib, sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı kassasiya şikayətində “beh müqavilə”si adlanan sənədin cavabdehin dairəvi möhürü ilə təsdiq edildiyi üçün ona dəymiş zərərin də bütövlükdə cavabdehdən tutulmalı olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmır. Belə ki, əvvəla, sadalanan maddələrin mənasına görə, bilavasitə delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Hazırki halda işdən, “beh müqavilə”si adlanan sənəddən görünür ki, cavabdeh həmin müqaviləyə imza etməklə iddiaçıdan bilavasitə 8.000 ABŞ dolları pul almışdır. Digər tərəfdən “beh müqavilə”si adlanan sənədin məzmunundan görünür ki, həmin müqavilə sifarişçi İddia çı ilə bilavasitə iş icraçısı X2 arasında bağlanmaqla imzalanıb və ev tikmək üçün iddiaçının ödədiyi pul vəsaitinin böyük hissəsi məhz iş icrasıçı X2 tərəfindən imza edilməklə qəbul edilmişdir. Bu fakt işin 11-12-ci vərəqələrində olan X2un Bakı İstintaq Təcridxanası vasitəsilə məhkəməyə göndərdiyi yazılı ərizəsi ilə də təsdiq olunur. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir ki, belə qənatə gəlir ki, iddiaçı ayrıca birinci instansiya məhkəməsində X2a qarşı iddia qaldıraraq bilavasitə evin tikintisi üçün ona verdiyi pul vəsaitinin geri qaytarılmasını və dəymiş maddi, mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh kassasiya şikayətində iddiaçı üçün tikiləcək evin iş icraçısının onun deyil, qardaşı X2un olduğun u, iddiaçı tərəfindən ona ödənilən 8.000 ABŞ dollarını qardaşı X2a verdiyini, sonuncunun yanında işləməklə ona işlərində kömək etdiyini və beləliklə də iddianın ona qarşı tələbinin əsassız olmasını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Çünki, işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçıdan 8.000 ABŞ dollarını “beh müqavilə”si adlanan sənədə imza etməklə cavabdeh şəxsən özü almışdır. Ona görə də həmin pulu iddiaçıya geri qaytarmağa borcludur. Cavabdeh kassasiya şikayətində, X2 isə məhkəməyə göndərdiyi yazılı ərizəsində iddiaçı tərəfindən ödənilən pul vəsaitinin sonuncuya ayrılan torpaq sahəsində inşa edilmiş evin tikinitsinə sərf edildiyini, həmin evin tam təmirli vəziyyətdə tikilib iddiaçıya təhvil verildiyini və sair göstərsələr də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut et məli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara sadalanan prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri ə sassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2(103)-3098/2019 saylı qətnaməsi onların kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5778/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5778/2019
01.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver