Məhkəmə qərarları › İş №2(102)-5779/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5779/2020

25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5779/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı MMC Cavabdeh: Cavabdeh İddia tələbi: borcun qaytarılması Açar sözlər: öhdəliyin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı MMC-nin baş aqronomu Eldar Xəlilov, İddiaçı MMC-nin mühasib-xəzinədar Məhərrəm Musayev və Quba rayon sakini- Cavabdeh iştirakı ilə tərtib olunmuş xx xxxxxx 2015-ci il tarixli aktla İddiaçı MMC-dən aldığı mallar üzrə hesablaşmasının nəticəsi ilə əlaqədar üzləşmə aparılaraq, Cavabdeh həmin tarixə İddiaçı MMC-yə borcunun 3773 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat xx xxxxxx 2018-ci il tarixdə İddiaçı MMC məhkəməyə müraciət edərək, aldığı bitki mühafizə vasitələrinə görə olan 3950 manat məbləğində borcun Cavabdeh MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-252/2019 nömrəli iş üzə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 600.2, 600.4, 442, 445.2-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin təqdim etdiyi akta əsasən cavabdeh iddiaçıdan aldığı mallara görə ödəniş etməli olduğu halda üzərinə götürdüyü öhdəliyi icra etməmiş və onun iddiaçının qarşısında 3950 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, aldığı malların dəyəri olan 3950 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Cavabdeh həmin qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanmamış, məhkəmə mübahisə üzrə iddia müddətinin keçdiyini nəzərə almamaqla əsassız olaraq ondan tələb edilən məbləğin tutulması barədə nəticəyə gəlmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1875/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari, Ş.R.Abasov, T.Q.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti Mülki Məcəlləsinin 385.1, 433.1, 442, 448.1-ci maddələrinin tələbləri ilə əsaslandırmış və hesab etmişdir ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək müəyyənləşdirilmiş əşyanı cavabdehə vermiş, lakin cavabdeh tərəf müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyinə görə İddiaçı MMC qarşısında öhdəliyin icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. İddiaçı öhdəliyin icrasının təmin edilməsindən ötrü iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini təmin etməklə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan alqı-satqı ilə dərman preparatı və gübrə almamış, aktı imzalasa da məzmunu ilə tanış olmamış, məhkəmə iclasında iştirakı təmin edilmədiyi üçün iddia müddəti ilə əlaqədar ərizə verə bilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətinin müdafiə edərək təmin edil məsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin ic rasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 375.2-ci.1 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməməsi, müddətin tətbiq edilməsi barədə ərizə verməməsini isə birinci instansiya məhkəməsinin iclaslarında iştirakının təmin edilməməsi ilə əsaslandırsa da, iş materialları ilə onun birinci intansiya məhkəməsinin iclaslarında iştirak etdiyi və iddia tələbinə qarşı yazılı etiraz verdiyi müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar