Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-578/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tutulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(106)-16/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 237/PBMF No-li kredit müqaviləsi üzrə 32460.01 manat əsas, 15773.60 manat hesablanmış faiz borcu, 18307.45 manat dəbbə pulu, cəmi 66541.06 manatın, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, Cavabdeh1 Böyiikağa oğlu və Cavabdeh2 2015 -ci il dekabrın 4-dən başlayaraq borc öhdəliyi icra edilən günədək qətnamənin icrası qaydasında 2013-cü il 23 iyul tarixli, 237/PBMF №-li kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə hər gün üçün 41.48 manat gündəlik faiz borcu və 64.92 manat gündəlik dəbbə pulu hesablanaraq tutulması, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 2014-cü il 12 sentyabr tarixli, 536/PK №-li kredit müqaviləsi üzrə 2929.44 manat əsas, 2056.44 manat hesablanmış faiz, 1341.68 manat dəbbə pulu, cəmi 6237.56 manatın tutulması, Cavabdeh1 2015-ci il dekabrın 4-dən başlayaraq borc öhdəliyi icra edilən günədək qətnamənin icrası qaydasında 2014-cü il 12 sentyabr tarixli 536/PK №-li kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə hər gün üçün 5.86 manatgündəlik faiz borcu və 5.85 manat gündəlik dəbbə pulu hesablanaraq tutulması, ip oteka predmetinin 35000 manat qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə Astara şəhəri, Səməd Vurğun küçəsində 0.25 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki 107.3 kv.m yaşayış və 77.4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı, 8b №-li fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Astara şəhəri, Səməd Vurğun küçəsində 0.25 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki 107.3 kv.m yaşayış və 77.4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı, 8b №-li fərdi yaşayış evinin boşaldılması, girov qoyulmuş ev əşyalarının - 1 ədəd kondisioner, 2 yumşaq mebel dəsti, 1 ədəd televizor, 5 ədəd xalça, 1 ədəd soyuducu, 1 mətbəx mebeli, 1 ədəd qaz sobası, 1 ədəd pianino, 1 ədəd stenka və yataq otağı dəstinin açıq hərracda satılaraq tələb edilən borcun bir qismi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
2. Astara Rayon Məhkəməsinin (hakim Zamin İbrahimov) 14 mart 2016-cı il tarixli, 2(018)-243/2016 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 23 iyul 2013cü il tarixli, 237/PBMF nömrəli kredit müqaviləsi üzrə 32460,01 manat məbləğində əsas, 15773,6 manat məbləğində faiz borcu, 1500 manat məbləğində dəbbə pulu, cəmi 49733,61 manat məbləğində pulun tutulması, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 12 sentyabr 2014-cü tarixli, 536/PK nömrəli kredit müqaviləsi üzrə 2929,44 manat məbləğində əsas, 2056,44 manat məbləğində faiz borcu, 100 manat məbləğində dəbbə pulu, cəmi 5085,88 manat məbləğində pulun tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 300 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın Cavabdeh1 xüsusi mülkiyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsində 0,25 hektar torpaq sahəsində yerləşən 107,3 kv.m yaşayış, 77,4 kv.m yardımçı sahədən ibarət iki mərtəbəli, altı otaqlı 8B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılaraq tələb edilən borc ödənilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin tərəflərin müqavilə üzrə razılaşdıqları 50.000 manat həcmində müəyyən edilməsi, Cavabdeh1 tərəfindən girov qoyulmuş ev əşyaları - bir ədəd kondisioner, iki ədəd yumşaq mebel dəsti, bir ədəd televizor, on beş ədəd xalça, bir ədəd soyuducu, bir ədəd mətbəx mebeli, bir ədəd qaz sobası, bir ədəd pianino, bir ədəd stenka və bir ədəd yataq dəsti açıq hərracda satılaraq tələb edilən borc ödənilməsi, ev əşyalarının ilkin satış qiyməti tərəflərin müqavilə üzrə razılaşdıqları ümumilikdə 2340 manat həcmində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin və girov qoyulmuş ev əşyalarının satışından əldə olunan vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Nüsrət Mirzəyev və Zəki Babayevdən ibarət tərkibdə) 21 avqust 2018-ci il tarixli, 2(106)-16/2018 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(018)-243/2016 saylı qətnaməsinin “23 iyul 2013- cü il tarixli, 237/PBMF nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu, və 12 sentyabr 2014-cü tarixli, 536/PK nömrəli kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində” dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 23 iyul 2013-cü il tarixli, 237/PBMF nömrəli kredit müqaviləsi üzrə 32206,67 manat məbləğində əsas, 6504,85 manat məbləğində faiz borcu, 1500 manat məbləğində dəbbə pulu, cəmi 40211,52 manat məbləğində pulun tutulması, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 12 sentyabr 2014-cü tarixli, 536/PK nömrəli kredit müqaviləsi üzrə 292 9,44 manat məbləğində əsas, 942,31 manat məbləğində faiz borcu, 100 manat məbləğində dəbbə pulu, cəmi 3971,75 manat məbləğində pulun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Qətnamədən xx.xx.2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmiş, eyni zamanda kassasiya şikayətinə buraxılmış müddətin bərpası barədə ərizə əlavə edilərək buraxılmış müddətin bərpa edilməsi xahiş edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə) 23 dekabr 2024-cü il tarixli, 2(106)-16/2018 nömrəli qərardadı ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2018-ci il tarixli, 2(106)-16/2018 saylı qətnaməsindən Cavabdeh2 nümayəndə si və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxlmış müddətin bərpası barədə verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
6. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2018-ci il tarixli, 2(106)-16/2018 saylı qətnaməsinin surətinin Cavabdeh2 tərəfindən alınmasını təsdiq edən sənəd (xəbərnamə) iş materiallarında mövcuddur və həmin qətnamədən cavabdehin kifayət qədər məlumatı olmuş, onun həmin müddətdə əsaslı üzürlü səbəb olmadan şikayət verməməsi, əksinə qətnamənin icrası ilə bağlı icra tədbirlərinin görülməsi və sonda icra sənədi icra bir hissədə icra olunduqdan sonra qətnamədən kassasiya şikayəti verməsi, əsassız məhkəmə çəkişməs inin yaranmasına və süründürməçiliyə şərait yaratmaq, eyni zamanda qətnamənin icrasından yayınmaq məqsədi daşımışdır.
7. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1, 402.2.3, 408.1.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2024-cü il tarixli 1(106)16/2018 nömrəliı qərardadını ləğv edib, kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizəni təmi n edərək, ötürülmüş prosessual maddətin bərpasına dair yeni qərar qəbul edib qətnamədən verilmiş kassasiya şikayətinə baxılmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi kassasiya şikayəti verilməsinə dair müddətin bərpası barədə ərizəni təmin etməyərək Mülki Məcəllə və Konistitusiya ilə qorunan müdafiə hüququnu pozmuşdur.
10. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Mülki Məcəlləsinin 5.3, 6-cı maddələrinə, Mülki-Prosessual Məcəlləsinin 133.1ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 133.1. Məhkəm ə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
13. Maddə 402.2.3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qəradaddan kassasiya şikayəti verilə bilər.
14. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
15. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
16. Maddə 408.1.5.Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmə mişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
22. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
23. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etm ənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
8. Hazırkı iş üzrə apellyasiya məhkəməsi tərəfindən müəyyən olunur ki, qətnaməsinin surətinin Cavabdeh2 tərəfindən alınmasını təsdiq edən sənəd (xəbərnamə) iş materiallarında mövcuddur və həmin qətnamədən cavabdehin kifayət qədər məlumatı olmuş, onun həmin müddətdə əsaslı üzürlü səbəb olmadan şikayət verməməsi, əksinə qətnamənin icrası ilə bağlı icra tədbirlərinin görülməsi və sonda icra sənədi icra bir hissədə icra olunduqdan sonra qətnamədən kassasiya şikayəti verməsi, əsassız məhkəmə çəkişməsinin yaranmasına və süründürməçiliyə şərait yaratmaq, eyni zamanda qətnamənin icrasından yayınmaq məqsədi daşımışdır. 9. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Resp ublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
10. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.
11. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
12. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imt ina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(106)-16/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.