Məhkəmə qərarları › İş №2(102)-5787/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5787/2019

16.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5787/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-857/2017 saylı, 09 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova) id dia qismən təmin edilərək Cavabdeh borca görə 81500 manat və bank faiz uçot dərəcəsinə görə 23431,25 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 104961,25 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər i.Xəlilov, X.Cəmilova və A.Hüseynov) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-857/2017 saylı, 09 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 21 dekabr 2018ci il tarixli qərarı ilə (sədrlik edən V.İbayev, hakimlər A.Kalbalıyev və Ə.Əliyev) kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 iyun 2018 ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərarı alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn, E.Nəbiyev və R.Qurbanov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-857/2017 saylı, 09 avqust 2017-ci il tarixli qətnaməsi qismən “bank faiz uçot dərəcəsinə görə 23431, 25 manat tutulması” hissəsində ləğv edilməsini, iddia tələbi həmin hissədə təmin edilməsini, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borc qismində verdiyi puldan ödəmədiyi 81.500 manatın və gecikdirilmiş 2014-cü ildən hazıradək 15% bank uçot dərəcəsi hesablanmaqla 48.900 manatın, cəmi 130.400 manatın və dövlət rüsumu qismində ödədiyi 30,0 manatın, ümumilikdə 130.430 manatın alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavadeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, ali məhkəmənin göstərişləri nəzərə alınmamış, həmçinin maddi və prosessual pozuntularına yol verilmişdir. Ona görə də Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün ap ellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, İddiaçı və vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini d inləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı cavabdehin 81500 manat pul məbləğini qanunsuz saxlamaqla hər hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair sübut təqdim edə bilmədiyindən iddianın cavabdehdən bank faiz uçot dərəcəsinə görə 23431,25 manat məbləğin tutulm ası hissəsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1, 740.2, 385.1 və 425.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, tərəflər arasında borc münasibətinin olması işin mübahisəsiz halıdır. Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 23.08.2016-cı il tarixli qərarına görə, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edi lmiş, qeyd edilən qərarla müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası DİN-in BMCQMİ-də, Xətai RPİ təhqiqat və istintaq şöbələrində verdiyi izahatlarında İddiaçı 2010cu il tarixdən etibarən hissə-hissə 14000 manat, 2014-cü ildən isə 75000 manat hissəhissə borc pul aldığını, həmin vaxtdan 7500 manat qaytardığını, hal-hazırda İddiaçı 81500 manat borclu olduğunu etiraf etməklə, aldığı borcu vaxtında qaytarmamasının səbəbini işində yaranmış problemlərlə, baş vermiş devalivasiya ilə əlaqədar olduğunu, hər ay borcundan İddiaçı 300 manat qaytarmağa hazır olduğunu bildirmişdir. Həmçinin Cavabdeh tərəfindən yazılmış 01.06.2016-cı il tarixli iltizamdan Cavabdeh iddiaçıya 85500 manat borcu olduğu etiraf edilir. Cavabdehin iddiaya olan etirazından görünür ki, qalan borcu 49960 manat təşki l etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışı zamanı əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə əsasən haqlı olaraq hazırki mübahisəyə Mülki Məcəllənin 739.1, 740.1, 740.2, 385.1 və 425.1-ci maddələrini tətbiq etməklə cavabdehdən borca görə 81500 manat pulun tutulması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, bu nəticəsini əsaslandırması zamanı iş üzrə sübutlara, xüsusilə sübut növlərindən biri olan şahid ifadələrinə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktla rla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün məhkəmə ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ar dıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin şahid ifadələrinə verdiyi hüquqi qiymət ona dəlalət edir ki, bu tələblərə birinci instansiya məhkəməsi tərəfindən riayət olunmamışdur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instasiya məhkəməsində dindirilmiş şahidlər X6 cavabdehin anası, X4 cavabdehə məxsus çörək zavodunda gözətçi, X2 isə cavabdehin qardaşı və cavabdehə məxsus çörək zavodunda mühasib işlədiyindən apellyasiya ins tansiyası məhkəməsi haqlı olaraq həmin şəxslərin şahid qismində dindirilmələrinə qanunvericilik baxımından hər hansı maneə olmasa belə, cavabdehin yazılı etiraf etdiyi 81500 manat borc məbləğinin anası, qardaşı və işçisi tərəfindən verilən ifadələrin borc məbləğini 49000-50000 civarında müəyyən edən faktı təsdiq edən sübut kimi dəyərləndirməmişdir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan ş əxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadələridir ki, həmin şahid ifadələri də şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün apellyasiya məhkəməsi tərəfindən haqlı olaraq mötəbər sübut kimi qiymətləndirilməmiş və gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnamədə əsaslandırılmışdır. Məhkəmə kollegiyası daha sonra apellyasiya instansiyası məhkəməsinin cavabdehin apellyasiya şikayətində qeyd etdiyi 2000 manat pulun Cavabdeh Hüseynbala oğlundan “iltizamın” alınmasına nail olduqlarına görə İddiaçı alınması barədə dəlilinə münasibətdə də gəldiyi hüquqi müöqeyi ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmə haqlı olaraq bu qənaətə gəlmişdir ki, iş materiallarında mövcud olan məhkəmə iclas protokollarında iddiaçı tərəfindən belə bir hal etiraf olunmamış, həmçinin bu faktı təsdiq edəcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. İş materiallarından görünür ki, 07.08.2017-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh polisdə iddiçıya 4000 manat verdiyini bildirmiş, iddiaçı da polisdə 4000 manat qəbul etdiyini etiraf etmişdir. Məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlilərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Mərkəzi Bankın faiz uçot dərəcəsinə əsasən cavabdehdən 23431,25 manatın tutulmasına münasibətdə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının Mülki Məcəllənin 449-cu maddəsinə əsaslanaraq tələbinin əsasını gecikdirilmiş 2014-cü ildən hazıradək 15% bank uçot dərəcəsi hesablanmaqla pulun tutulması təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Fa izlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarının nəticə hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunur ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanm anın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə ed ilməsi mənasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin qeyd olunan pul məbləğini qanunsuz saxlamaqla hər hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair sübut təqdim edə bilmədiyindən apellyasiya instansiyası məhkəməsinin iddianın cavabdehdən bank faiz uçot dərəcəsinə görə 23431,25 manat məbləğin tutulması hissəsində əsassız olmasına dair nəticəsi həm işin araşdırılmış hallarına, həm də sadalanan qanunvericilik normalarının tələblərinə uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq nor maları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətr aflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 və 420ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti ü zrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 10 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar