Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5787/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zaminlərə qarşı tələbin rədd edilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1041/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” QSC tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş materiallarında olan kredit və zaminlik müqavilələrindən müəyyən edilir ki, Cavabdeh1 «xxxx» QSC (bundan sonra – iddiaçı və ya bank) ilə xx.xx.2012-ci il tarixdə bağladığı 27L000000182 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bank ilə bağladığı xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ma nat məbləğində kredit götürmüşdür. Bundan sonra tərəflərin imzaladıqları 06.1.2016-cı il tarixli 027R**********S saylı, xx.xx.2016-cı il tarixli 027R**********SA saylı, xx.xx.2016-cı il tarixli 027R**********SB saylı, xx.xx.2017-ci il tarixli 027R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Faiz borcu dəyişilməmiş, yalnız ödənişin son müddəti artırılmış və nəhayət sonuncu müddət xx xxxx 2018-ci il tarix müəyyən edilmişdir. Yuxarıda göstərilən kredit xətti müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlərdən Cavabdeh2 ilə xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsi, X3 ilə xx xxxxxx 2015-ci il tarixli və Cavabdeh4 ilə xx xxxxxx 2012-ci il tarixli bağlanmış zaminlik müqavilələrinə əsasən onlar Cavabdeh1 «xxxx» QSC il ə xx.xx.2012-ci il tarixdə bağladığı 27L000000182 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi üzrə zamin olduqlarını qeyd etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 X1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada bankın xeyrinə xx xxxxxx 2015-ci il tarixli,027R********** saylı kredit razılaşması üzrə 4938,38 manat məbləğində kredit borcu, 998,5 manat məbləğində faiz borcu və 1239,53 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7176,41 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş et mişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət vəsaiti xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 10061,62 manat ödəniş etmiş və onun banka 4938,38 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 251 gün üçün hesablanmış faiz borcu 998,5 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 251 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1239,53 manat təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddianın qismən təmin ed ilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması üzrə 4938,38 manat məbləğində kredit borcu, 998,5 manat məbləğində faiz borcu və 120 manat məbləğində cərimə olmaqla, cəmi 6056,88 manat borc və dövlət rüsumuna görə 20 manat pul vəsaiti “xxxx” QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnaməsdən apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh4 aid hissədə təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari - sədrlik edən və məruzəçi, Şəmsəddin Abbaso v, Telman Məmmədov) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləapellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 ilə bank arasında xx.xx.2012-ci il tarixdə 27L000000182 saylı kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilə əsasında ona 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Cavabdeh1 bank ilə bağladığı xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat mə bləğində kredit götürmüşdür. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 ilə xx xxxxxx 2012-ci il tarixli, X3 ilə xx xxxxxx 2015-ci il tarixli və Cavabdeh4 ilə xx xxxxxx 2012-ci il tarixli bağlanmış zaminlik müqavilələrinə əsasən onlar Cavabdeh1 bank ilə xx.xx.2012-ci il tarixdə bağladığı 27L000000182 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi üzrə zamin olduqlarını qeyd etmişlər. Tərəflər arasında bağlanan xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması kredit xətt müqaviləsinin tərkib hissəsi olsa da, kredit xətt müqaviləsində kreditin faiz dərəcəsi qeyd edilməmiş, bundan sonra tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 027R**********S saylı, xx.xx.2016-cı il tarixl i 027R**********SA saylı, xx.xx.2016-cı il tarixli 027R**********SB saylı, xx.xx.2017-ci il tarixli 027R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Faiz borcu dəyişilməmiş, yalnız ödənişin son müddəti artırılmış və nəhayət sonuncu müddət xx xxxx 2018-ci il tarix müəyyən edilmiş, yenə həmin razılaşmalara dair zaminlərlə hər hansı müqavilə bağlanmamışdır. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsimübahisələndirilən hissədə, yəni iddia tələbinin cavabdehlər - zaminlər Cavabdeh2, X1 və Cavabdeh4 aid hissədə rədd etməkdə iş üzrə düzgün nəticəyə gəlmişlər. Apelyasiya şkayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından və ödəniş planlarından görünür ki, əsas borc və hesablanmış faiz məbləğləri ümumilikdə zaminlərin öhdəlik kimi götürdükləri 50000 ABŞ dolları limitini aşmır. AR Mülki Məcəllə-nin 477.0.1-ci maddəsini tədbiq etmək üçün Məhkəmələr ilkin olaraq zaminlərin öhdəliyinin artıb-artmamasını araşdırmalıdırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 472.1. və 472.2. maddələri). “Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2012ci il tarixli qərarında qeyd edlmişdir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verən iddiaçı yalnız iddia tələbinin cavabdehlərə (zaminlərə) qarşı rədd edilməsi hissədə mübahisələndirmişdir. Cavabdehlər isə qətnamədən apelyasiya şikayəti verməmişlər. Apelyasiya instansiyası məhkəməsi qətnaməni iddiaçının apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlamışdı. Hazırki işdə iddiaçı bank birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin zaminlərə qarşı rədd edilməsi hissədə mübahisələndirmiş, apelyasiya instansiyası məhkəməsi həmin hi ssədə qətnaməni yoxlamışdır. Cavabdehlər isə qətnamədən şikayət verməmişlər. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəm ə kollegiyası qeyd edir ki, məhkəmə iddia tələbini zaminlərə qarşı rədd edilməsi hissədə düzgün nəticəyə gəmişdir. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olm adan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, zaminlərlə bağlanmış zaminlik müqaviləsində müqavilənin zəruri şərti olan faiz dərəcəsi qeyd edilmədiyindən, bu hal isə zaminin məsuliyyətinin artmasına səbəb olan hal hesab edildiyindən zaminliyə xitam verilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmuş, məhkəmə maddi hüquq normasının tələblərinə riayət etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə al araq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1041/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov