Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-579/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4118/2019 nömrəli iş üzrə 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsin (hakim Tale Kərimov) 2(001)-12265/2016 saylı, 01 dekabr 2016-c ı il tarixli qətnaməsi ilə, ilk iddia qismən təmin edilməklə, Cavabdeh1 ilə iddiaçı “xxxx” (Azərbaycan) ASC arasında 14 noyabr 2013-cü il tarixdə bağlanmış 118889-19742 saylı baş kredit razılaşması və 15 noyabr 2013-cü il tarixdə bağlanmış 118889-1-9742/1 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 12339,72 ABŞ dolları əsas borc, 1090,45 ABŞ dolları faiz borcu, 262,50 ABŞ dolları cərimə olmaqla ümumilikdə 13692,67 ABŞ dolları borc öhdəlik icra olunan zaman üçün Mərkəzi xxxxın manata münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı xxxx (Azərbaycan) ASC-yə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2 və Cavabdeh3 ilə cavabdeh xxxx (Azərbaycan) ASC arasında 14 noya br 2013-cü il tarixdə bağlanmış 119047-7-6035 və 119051-7-6036 saylı zaminlik müqavilələrindən irəli gələn öhdəliklərə xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Aygün Abdullayeva sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Abiddin Hüseynov) 2(103)-3235/2017 saylı, 17 aprel 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 01 dekabr 2016-cı il tarixli 2(001)-12265/2016 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əsəd Mirzəliyev - sədrlik edən və məruzəçi, Tatyana Qoldman, Elşanə Vəliyeva) 2(102)-6378/17 saylı, 21 sentyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edil miş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3235/2017 saylı, 17 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-221/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 01 dekabr 2016-cı il tarixli 2(001)-12265/2016 saylı qətnaməsi “xxxx” VTB (Azərbaycan) ASC-nin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Gündüz Quliyev, Ələsgər Əliyev) 2(102)-742 /19 saylı, 25 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-221/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 01 dekabr 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” (Azərbaycan) ASC iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək Cavabdeh1 18 avqust 2016-cı il tarixinə 118889-1-9742/1 saylı 15 noyabr 2013-cü il tarixli "kommersiya krediti müqavilə"si üzrə xxxxa borclu olduğu 12339,72 ABŞ dolları əsas borcun, 1090,45 ABŞ dolları faiz borcunun, 262,50 ABŞ dolları cərimənin, ümumilikdə isə 13692,67 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq xxxx (Azərbaycan) ASCyə ödənilməsi, 118889-1-9742 saylı 14 noyabr 2013-cü il tarixli "baş kredit razılaşması" və 118889-1-9742/1 saylı 15 noyabr 2013-cü il tarixli kommersiya krediti müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxx (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında 14 noyabr 2013-cü il tarixdə bağlanmış 118889-1-9742 saylı baş kredit razılaşmasına əsasən xxxx tərəfindən kredit alana 14 noyabr 2013-cü il tarixindən 14 noyabr 2023-cü il tarixədək ******* ABŞ dolları kredit xətti açılmışdır. Tərəflər arasında 15 noyabr 2013-cü ildə bağlanmış 118889-1-9742/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən xxxx kredit alana investiya məqsədləri üçün 60 ay müddətinə illik 17% müəyyən edilməklə 250.000ABŞ dolları kredit verilməsi barədə razılığa gəlmişdir. Həmçinin 26 yanvar 2016-cı il tarixdə" 15 noyabr 2013-cü il tarixli kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi barədə 01 saylı razılaşma bağlanaraq, "kredit alan" kredit məbləğini 60ay müddəti ərzində istifadə etməyi və 26 yanvar 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xxxx qarşı sında götürülən öhdəliyin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2 ilə Cavabdeh3 ilə 14 noyabr 2013-cü il tarixli "zaminlik müqavilələri" bağlanmışdır. Cavabdeh1 müqavilə ilə üzrə kredit vəsaitindən istifadə etsə də, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Cavabdeh2 və Cavabdeh3 xxxx (Azərbaycan) ASC-yə qarşı zaminliyə xitam verilməsi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək, onlara münasibətdə iddianın rədd olunmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xxxx (Azərbaycan) ASC 27 yanvar 2016-cı ildə Cavabdeh1 ilə 15 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əlavə imzalayarkən və xxxxla razılaşmaya gələrkən onların bundan xəbəri olm amış və xxxx bu barədə onlara məlumat verməmişdir. Lakin onların zamin durduğu kredit müqaviləsi üzrə aparılan bütün dəyişiklik və əlavələr barədə xxxx zamin duran şəxslərə məlumat verməli idi. Belə ki, kredit müqaviləsinə əlavə ilə onlar zamin kimi razı deyillər və bu maraqlarına cavab vermir. xxxxla kredit alan arasında onların məlumatı olmadan əlavə razılaşmaya görə heç bir məsuliyyət daşımalı deyillər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan ka ssasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən i şə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı ilə Cavabdeh1 arasında 14 noyabr 2013-cü il tarixdə bağlanmış 118889-1-9742 saylı baş kredit razılaşmasına əsasən xxxx tərəfindən cavabdehə (kredit alana) ******* ABŞ dolları kredit xəttinin 14 noyabr 2013-cü il tarixindən 14 noyabr 2023-cü il tarixədək açılması, verilən hər bir kreditin məbləğinin, faiz dərəcəsini n, müddətinin, məqsədi və digər şərtlərinin hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz hissəsi olan kredit müqavilələri ilə müəyyən edilməsi, kredit alan tərəfindən hər bir kredit üzrə əsas məbləğin, faizinin, xərclərin və başqa məsrəflərin müvafiq kredit müqaviləsində göstərilmiş və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq xxxxa qaytarılması müqavilənin predmetini təşkil etmişdir. İddiaçı “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında 15 noyabr 2013-cü il tarixdə bağlanmış 118889-1-9742/1 saylı "kommersiya krediti müqaviləsi"ndən görünür ki, xxxx tərəfindən kredit alana 1-ci trans üzrə 160000, 2-ci trans üzrə 90000 olmaqla ümumilikdə 250000 ABŞ dolları kreditin 60 ay müddətinə illik 17% ödənilməsi şərti daxilində verilməsi, kredit alan tərəfində n isə alınmış kreditin müqavilədə müəyyən edilmiş müddətdə və şərtlər daxilində qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. 15 və 22 noyabr 2013-cü il tarixli kassa məxaric orderlərindən görünür ki, xxxx borc alan Cavabdeh1 1-ci trans üzrə 158403 ABŞ dolları və 2-ci trans üzrə 89100 ABŞ dolları kredit vermişdir. İddiaçı xxxx (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında 26 yanvar 2016-cı il tarixdə bağlanmış 15 noyabr 2013-cü il tarixli 118889-1-9742/1 saylı “kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmadan görünür ki, hazırki razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 60 ay müddəti ərzində istifadə etməyi və 26 yanvar 2021-ci il tarixinədək qayta rmağı öhdəsinə götürmüşdür. 14 noyabr 2013-cü il tarixli, 1118889-1-9742/1 saylı kommersiya kredit müqaviləsinə əlavə nömrə 1 olan 26 yanvar 2016-cı il tarixli ödəniş cədvəlindən görünür ki, borcalan 15859,72 ABŞ dolları məbləğində razılaşdırılmış borcunu 26 fevral 2016-cı il tarixindən başlayaraq hər ay 395 ABŞ dolları məbləğində, sonuncu ay isə 324,62 ABŞ dolları məbləğində ödəniş etməklə 26 yanvar 2021-ci il tarixinədək qaytarmalı idi. 24 avqust 2016-cı il tarixli maliyyə arayışından görünür ki, borc alan Cavabdeh1 15 noyabr 2013-cü il tarixli 118889-1-9742/1 saylı kommersiya kredit müqaviləsi üzrə xxxx qarşısında yerinə yetirilməmiş öhdəliyi 18 avqust 2016-cı il tarixinə 12339,72 ABŞ dolları əsas borc, 1090,45 ABŞ dolları faiz borcu, 262,50 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 13692,67 ABŞ dolları təşkil edir. Borc alan müqavilə üzrə öhdəliyini 26 fevral 2016-cı il tarixindən icra etmir. İddiaçı ilə cavabdehlər Cavabdeh3 və X4 arasında 14 noyabr 2013-cü il tarixdə bağlanmış 119047-7-6035 və 119051-7-6036 saylı zaminlik müqavilələrindən görünür ki, sonuncular kreditorla borcalan Cavabdeh1 Əmiraslan oğlu arasında 14 noyabr 2013-cü il tarixdə bağlanmış 118889-1-9742 saylı baş kredit razılaşmasından və qeyd olunan razılaşmanın ayrılmaz tərkib hissəsi olan "kredit müqaviləsi", "xxxx qarantiyasının verilməsinə dair razılaşması", o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdən görünüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı xxxx qarşılıqlı iddia tələbinin təmin edilən, yəni zaminliyə xitam verilməsi hissədə müahisləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxxlar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarında göstərmşdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsin də razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verildiyindən Cavabdeh2 və Cavabdeh3 ilə cavabdeh xxxx (Azərbaycan) ASC arasında 14 noyabr 2013-cü il tarixdə bağlanmış 1190477-6035 və 119051-7-6036 saylı zaminlik müqavilələrindən irəli gələn öhdəliklərə xitam verməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə iddiaçıya münasibətdə ləğv edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Pr osessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yox dur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4118/2019 nömrəli iş üzrə 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-579/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-579/2020
27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver