Məhkəmə qərarları › İş №2(102)-579/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-579/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-579/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin (hazırda "xxxx" MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh1 vəkili Vəkil, Cavabdeh3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105) -1868/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları -satqı müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evini "xxxx" Lizinq Şirkəti QSC-yə 20000 manata satmışdır. 01 sentyabr 2014-cü il tarixdə eyni tərəflər arasında bağlanmış Daxili maliyyə lizinqi müqaviləsinə əsasən, Lizinq Şirkəti tərəfindən ümumi dəyəri 25000 manat olan həmin fərdi yaşayış evi Cavabdeh1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş, Cavabdeh1 25497,20 ABŞ dolları məbləğində borcu illik 24 faiz, olmaqla, 48 ay müddətinə "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmini üsulu kimi Lizinq Şirkəti ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Yaşayış evi "xxxx" Lizinq Şirkəti QSC-nin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 20 oktyabr 2014-cü il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat "xxxx" Lizinq Şirkəti QSC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 01.09.2014cü il tarixli lizinq müqaviləsinə xitam verilməsi, cavabdehlərdən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində müştərək qaydada əsas borc 11879 ABŞ dolları, əsas məbləğdən gecikmə borc u 12441 ABŞ dolları, faiz borcu 13263 ABŞ dolları, dəbbə borcu 1777 ABŞ dolları, sığorta borcu 134 ABŞ dolları, cəmi 39495 ABŞ dolları məbləğində vəsaitin tutulması, müqaviləyə əsasən "xxxx" Lizinq Şirkəti QSC-nin mülkiyyətində Cavabdeh1 istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evinin boşaldılaraq QSC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsasladırmışdır ki, Cavabdeh1 Lizinq Müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş məbləği mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, bu şərti pozaraq cədvəl üzrə ödənişlər etməmiş və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərini lazımi qay dada icra etmədiyinə görə 05.05.2017-ci il tarixə əsas borcu 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu 13263, dəbbə borcu 1777 ABŞ dolları olmaqla, cəmi borcu 39495,74 ABŞ dolları məbləği təşkil edir. Eyni zamanda daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış 01.09.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər lizinq alanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədikləi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, lizinq obyektini geri qaytarmamışlar. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatl ıq ekspertizasının rəyinə əsasən, 01 sentyabr 2014-cü il tarixli lizinq müqaviləsinə əsasən, Cavabdeh1 05 may 2017-ci il tarixə "xxxx" Lizinq Şirkəti QSC-yə olan borcu, əsas borc üzrə 24237 ABŞ dolları, faiz borcu üzrə 13142 ABŞ dolları olmaqla, cəmi 37379 ABŞ dolları təşkil edir. Abşeron Rayon Məhkəməsinin (hakim Sevinc Quliyeva) 2(012)-1216/2020 nömrəli iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" QSC və Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu üzrə 13263 ABŞ dolları, dəbbə borcu üzrə 100 ABŞ dolları, sığorta borcu üzrə 134 ABŞ dolları, cəmi 37818,74 ABŞ dolları məbləğində pul tut ulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh1 istifadəsindən alınıb "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 427.3, 442, 448.1, 462.1, 465.2, 467, 472, 747.1, 748-1.12, 748-2.1, 748-10.1, 748-10.2, 748-10.4-cü maddələrinə istinad edərək, iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununl a da müqavilənin şərtlərini pozmuşdur. Bu halda, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və lizinq obyektini iddiaçıya geri qaytarmalıdır. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayət verərək, şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, onun məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, işin hallarına düzgün hüquqi qiymət verilməməsi ilə əsaslandırmışdır. Cavabdeh göstərmişdir ki, həmin fərdi yaşayış evini o özü lizinq şirkətinə 20000 manata satmış, lizinq şirkəti isə onunla eyni gündə həmin evə dair dəyəri 25000 manat təşkil edən lizinq müqaviləsi bağlamışdır. Həmçini n iddiaçının heç bir əsas olmadan həmin pulun xarici valyutada - ABŞ dolları ilə qaytarılması barədə tələbi əsassızdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya məhkəməsi tərəfindən alınmış məhkəmə mühasibatlıq ekspertizasının rəyinə görə, Cavabdeh1 17 aprel 2018-ci il tarixə "xxxx" Lizinq Şirkəti QSC-yə olan borcu əsas borc üzrə 24448 manat, faiz borcu 18916 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2125/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev, Gülnarə Tağızadə, Elman Rəhimov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, lizinq müqa viləsi üzrə Cavabdeh1 Lizinq Şirkəti qarşısında öhdəliklərinin tam icrası üçün məsuliyyət daşıyır. Bununla belə, iddiaçı Lizinq Şirkəti hazırki iddia ərizəsində cavabdehdən borclu olduğu məbləği ABŞ dolları ilə tələb etmişdir. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 53, 149.1, 149.2 və 149.2.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi, yəni borcun manatla qaytarılması barədə məhkəməyə yazılı ərizə təqdim etmədiyindən, iddia rədd edilməlidir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Gündüz Quliyev, İlqar Xələfov, Zaur Əliyev) 31 mart 2021-ci il tarixli, 2(102)-2258/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında öhdəlik manatla ifadə edilmiş, iddiaçı isə iddia ərizəsində həmin öhdəliyin xarici valyutada - ABŞ dolları ilə icra edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Bu halın mövcudluğu özüözlüyündə pul tələbinə dair iddia tələbinin qanuniliyinə mahiyyəti üzrə öhdəliyin ifadə edildiyi Azərbaycan manatı ilə baxılmasını istisna etməməklə, iddia tələbindən kənara çıxma kimi də qiymətləndirilə bilməz. İiddiaçı tərəf apellyasiya instansiya məhkəməsində tələbin manatla təmin olunmasına etiraz etməmişdir. Bu halda apellasiya məhkəməsi Mülki Prosessua l Məcəllənin 53, 149.1, 149.2 və 149.2.3-cü maddələrinə istinad edərək iddiaçının öhdəliyin icrasının manatla tələb edilməsi barədə ərizə təqdim etmədiyi əsası ilə iddianı rədd etməkdə haqlı olmamışdır. Çünki, hazırki mübahisənin əsasını pul öhdəliyinin ifadə edildiyi valyutanın növü deyil, öhdəliyin özü təşkil edir. Lakin apellyasiya məhkəməsi tərəfindən işin qeyd edilən halına düzgün hüquqi qiymət verilməməklə, iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şəmsəddin Abbasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmuş, "xxxx" QSC və Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 2376D/14/B nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 6895 manat, lizinq mükafatı üzrə 12133 manat, dəbbə pulu borcu üzrə 100 manat, sığorta borcu üzrə 148 manat olmaqla, cəmi 19276 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" QSC-yə (hazırda "xxxx" MMC) ödənilməsi, lizinq obyekti-Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 istifadəsindən alınıb boşaldılaraq "xxxx" Lizinq Şirkəti QSC -yə (hazırda "xxxx" MMC) qaytarılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lizinq verən müqavilə öhdəliklərinə uyğun olaraq lizinq obyekti hesab olunan yaşayış evini lizinq alana vermiş, lakin sonuncu müqavilə şərtlərini pozmuş, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə aparmamış, xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə öhdəliklərini pozmuşdur. Ona görə də iddiaçının lizinq verən olaraq pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranmışdır. İddaçının lizinq alanla yanaşı digər cavabdehlərdən də öhdəlikərin icrasını tələb etmək hüququ vardır. Nəticədə lizinq alanla yanaşı zaminlərdən də müştərək qaydada əsas borc olaraq 6895 manat, lizinq mükafatı 12133 m anat, həmçinin sığorta məbləği 148 manat olmaqla iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh1 01 sentyabr 2014-cü il tarixli lizinq müqaviləsini üzrə 22.09.2017-ci il tarixə cəmi 3418 manat ödəniş etmiş, bununla da o, lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilənin şərtlərini pozmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 15 iyul 2020-ci il tarixli arayışda daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 etdiyi ödənişlər öz əksini tapmışdır. Həmin arayışa əsasən onun 15 iyul 2020-ci il tarixinə qədər ödənilməmiş əsas borcu 6895 manat, lizinq mükafatı 12133 manat, həmçinin sığorta məbləği 148 manat olmuşdur. İddia ərizəsindən görünür ki, lizinq şirkəti cavabdehlərə özünün 15 iyul 2020-ci il tarixli maliyyə arayışı ilə 1394 manat cərimə borcu hesablamışdır. Məhkəmə işin hallarını, cavabdehlərin maddi durumunu nəzərə alaraq belə hesab etmişdir ki, dəbbə pulu borcunun məbləği – 1394 manat tənasübsüz surətdə yüksəkdir və bu məbləğ azaldılmalıdır. Onlardan müştərək qaydada 100 manat məbləğində dəbbə pulu borcunun tutulması ağlabatan və ədalətlidir. İddiaçı "xxxx" Lizinq Şirkəti QSC cavabdehlərdən həm də 12183 əsas məbləğdən gecikməyə görə tələb etdiyi borcla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi bu borcun hesablanma mexanizmini, borcun yaranma əsasını izah edə bilmir. Qeyd edilən lizinq müqaviləsində bu cür borcun tutulması barədə hər hansı müddəa öz əksini tapmamışdır. Digər tərəfdən, mülki qanunvericilikdə də, lizinq münasibətləri üzrə əsas məbləğdən gecikməyə görə borc anlayışı yoxdur. Bu kateqoriyadan olan öhdəliklər üzrə maliyyə cəzası kimi dəbbə pulu borcu (cərimə borcu) rol oynayır. Hazırkı mübahisə üzrə cavabdehlərə cərimə borcu tətbiq edildiyindən yenidən onların bu cür vəsaitlə yüklənmələri yolverilməzdir və heç bir əsası yoxdur. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Lizinq obyektinin təhvil verilməsi tələbinə qiymət verən məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 01.09.2014-cü il tarixli lizinq müqaviləsinə görə lizinq alan əmlakın dəyərini tam ödədikdən sonra əmlaka mülkiyyət hüququ lizinqə verəndən lizinq alana keçə bilər. Hazırkı mübahisə üzrə isə Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, lizinq müqaviləsi üzrə borcu yaranmış, "xxxx" Lizinq Şirkəti QSC isə həm borcunu, h əm də mülkiyyətində olan lizinq obyektini geri tələb etmişdir. İddiaçı bank qeyd edilən evin mülkiyyətçisidir və onun hazırki tələblə çıxış etməsi qanuni və əsaslıdır. Bu tələb daha öncə qeyd edildiyi kmi Mülki Məcəllənin 748-1.12.4-cü və 748-1.8-ci maddələrinin şərtlərinə uyğundur. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi nə qədər qüsurlu olsa da, həmin müqavilə mübahisələndirilməmişdir, həmin müqavilənin 8.3-cü bəndinə görə tərəflər razılaşmışlar ki, müqavilənin valyutası manatdır. İddiaçı tərəf müqaviləyə uyğun ödənişin manatla hesablanması və aparılması barədə öz mövqeyini bildirmiş və bununla bağlı məhkəməyə 15.07.2020-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Həmin arayışa əsasən isə cavabdehlərin 15 iyul 2020-ci il tarixinə qədər ödən ilməmiş əsas borcu 6895 manat, lizinq mükafatı 12133 manat, həmçinin sığorta məbləği 148 manat təşkil edir ki, bu məbləğlərdə onlardan iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnam ə qəbul edilmişdir. Alğı-satqı müqaviləsində evin dəyəri 20000 manat göstərilmişdir. Lizinq şirkəti həmin evi ona sata bilməzdi. Belə ki, həmin evi o, özü əvvəlki sahibindən artıq alğı-satqı ilə almışdır. RX ******* saylı ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş çıxarışdan görünür ki, ona 01.09.2014-cü ildə evi təhvil verən və onunla lizinq müqaviləsi bağlayan cavabdeh lizinq qurumu özü həmin evə 20.10.2014-cü il tarixdə mülkiyyət hyququ əldə etmişdir. 01.09.2014-cü ildə, yəni lizinq predmeti olan ev ona təhvil verilən gün o, həmin evi lizinq şirkətinə 20000 manata satmışdı. Bu barədə Abşeron Rayon Məhkəməsinin qətnaməsində də qeyd edilmşidir iş materiallarında da sübut vardır. Sənədlərdən də görünür ki, 01.09.20214-cü il tarixdə həmin evi 20000 manata alıb, həmin qiymətə həmin gün lizinq şirkətinə satıb, yenidən həmin evi 25000 manata daha baha qiymətə almışdır. Apellyasiya instansiyası məhkəməsi bu xüsusatla bağlı olaraq öz qətnaməsində nə mövqeyini əaslandırmamış, bu halı hansı səbəbə qəbul edərək onun borclu olmasını qənaətinə gəldiyini göstərə bilməmişdir. Məhkəmə lizinq müqaviləsinin formal olmasını araşdırmamış, faktiki olaraq lizinq deyil kredit münasibətləri olmasını nəzərə almayaraq lizinq münasibətlərini tətbiq etmişdir. Halbuki, qətnamənin özündə məhkəmə qeyd etmişdir ki, lizinq müqaviləsi qüsurludur. Lakin həmin müqavilənin hansı müddəasına əsasən iddianı əsaslı hesab etməsini əsaslandıra bilməmişdir. Lizinq və zaminlik müqavilələri 3 illik mübahisələndirmə müddəti keçdikdən sonra mübahisələndirilmişdir. Sənədlərdən də görünür ki, 48 aylıq müd dətə İlzinq müqaviləsi bağlansa da, iddiaçı 37 aydan sonra lizinq müqaviləsinə xitam verilməsi iddiası qaldırmışdır. İş materiallarında iki müxtəlif ziddiyyətli mühasibatlıq ekspertizası rəyi olmasına baxmayaraq (21905 saylı və 9/3913 saylı) məhkəmə bu rəylər arasında ziddiyyəti araşdırmamış, hansı səbəbdən 6895 manat əsas borc, 12133 manat lizinq mükafatı, 100 manat dəbbə pulu, 143 manat sığorta borcunun qalmasını hansı sübuta əsasən nəticə əldə etməsi barədə qətnamədə əsaslandırma apara bilməmişdir. Qətnamə üzrə həmin məbləği iddiaçının maliyyə arayışına əsasən qəbul edildiyi bildirilmişdir. Halbuki, 21905 saylı rəydə borcun 24237,62 ABŞ dolları, faiz borcunun 13142,13 ABŞ dolları, 9/3913 saylı rəydə borcumun 43364,24 manat, o cümlədən əsas borcumun 24448,06 manat və faiz borcunun 18916, 18 manat təşkil etməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən müqavilə müddəti bitdikdən sonra da ona məbləğ hesablamış ekspert rəyləri və maliyyə arayışları arasında 3 formada borc məbləği (dollar və manatla) hesablanan məbləğlər arasında ziddiyyətlər araşdırılmamışdır. Zaminlərə qarşı qanunla bir illik tələb etmə (iddia) müddəti öz əksini tapmasına baxmayaraq məhkəmə qanunun bu tələbini nəzərə almamış və zamin olaraq nümayəndə kimi proseslərdə iştirak edən Cavabdeh3 qarşı iddia tələbini də əsaslı hesab edərək təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bir sıra maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmiş və yuxarıda qeyd edilən ziddiyyətlər aradan qaldırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etira z daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir Baxılan iş üzrə iddiaçı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icrasını, lizinq müqaviləsinə xitam verilməsini və lizinq obyektinin geri qaytarılmasını tələb edir; tələbinin əsası kimi tərəflər arasında bağlanmış lizinq və zaminlik müqavilələrinə istinad edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında etibarlı lizinq müqaviləsin dən irəli gələn lizinq hüquq münasibətləri yaranmamış, bağlanmış əqdlər başqa əqdləri pərdələməklə onların real iradə ifadələrini əks etdirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1-7482.3). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləs inin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. İddiaçı ilə Cavabdeh1 arasında lizinq müqaviləsi və mübahisəli fərdi yaşayış evinin alğı-satqısı eyni tarixdə, yəni 01.09.2014-cü il tarixdə imzalanmış, lizinq obyekti yalnız 20.10.2014-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi lizin q müqaviləsinin bağlandığı tarixdə iddiaçının lizinq obyekinə dair sərəncam hüququ mövcud olmamışdır. Başqa sözlə lizinq müqaviləsinin bağlandığı tarixdə iddiaçının həmin müqaviləni lizinq verən qismində imzalamaq səlahiyyəti olmamışdır. Digər tərəfdən, lizinq müqaviləsinin kirayə münasibətinin bir növü olduğu nəzərə alınmaqla fərdi yaşayış evinə görə 4 il müddətinə aylıq lizinq ödənişinin məbləğinin 831,25 ABŞ dolları müəyyən edilməsi, əmlakın sahibinin öz əmlakını lizinq verənə satması, sonra isə həmin evi daha baha qiymətə lizinqə alması həmin münasibətlərin həqiqi məzmununa uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilm əsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Qərarda qeyd olunur ki, lizinqlə əlaqədar satıcı ilə alğı-satqı müqaviləsinin bağlanması mütləqdir. Mülki Məcəllənin 747-5ci maddəsinin tələbinə əsasən, lizinqlə əlaqədar bağlanmış alğı-satqı müqaviləsində mütləq lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməlidir... Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. Maliyyə lizinqi ndə avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. İş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri ölkəmizdə lizinq münasibətlərinin inkişaf etdirilməsi məqsədlərinə cavab vermir. Belə ki, əmlak sahibi öz əmlakını lizinq şirkətinə satmış, sonradan həmin evi lizinqə götürmüşdür. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsində lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməmişdir. Həmçinin müəyyən edilmiş lizinq müddəti lizinq obyektinin amortizasiya müddətlərinə uyğun gəlmir. Sadalanan hallar, habelə aylıq lizinq ödənişinin məbləği əsasında belə qənaətə gəlmək olar ki, tərəflər arasında yaranmış hüquq münasibəti maliyyə lizinqi institutunun təyinatına və mahiyyətinə uyğun gəlmir. Tərəflər arasındakı bağlanmış müqavilələr (alqı-satqı və lizinq) formal cəhətdən geriyə maliyyə lizinqi müqaviləsinə oxşasa da, mahiyyətcə və tərəflər arasında əmələ gəlmiş münasibətlər baxımından həmin müqaviləni əks etdirmir. Bir qayda olaraq lizinq şirkəti ilə bu müqavilənin bağlanmasında maliyyə ikanları olmayan və ya çətinlik çəkən hüquqi şəxslər maraqlıdırlar. Bu zaman lizinq obyekti lizinq alanın istehsal vasitəsi, gəlir mənbəyi kimi çıxış edir, lizinq alan lizinq obyektini satmaqla lizinq şirkətindən maliyyə vəsaiti əldə edir, lizinq obyektini sahibliyinə və istifadəsinə götürərək həmin maliyyə vəsaitindən istifadə edərək lizinq obyektindən gəlir əldə edir, həmin gəlir hesabına da lizinq ödənişlərini həyata keçirir, son nəticədə yenidən lizinq obyektinə mülkiyyət hüququnu bərpa edir. Hazırkı işdən görünür ki, lizinq şirkəti ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin predmeti yaşayış evidir, Cavabdeh1 həmin evdən özünün və ailə üzvlərinin yaşaması üçün istifadə etmiş və lizinqdəyn sonra da həmin təyinat üzrə istifadə edir. Yaşayış evini lizinq şirkətinə satmaqda və sonradan lizinqə almaqda məqsədi evdən və əldə etdiyi maliyyə resurslarından istifadə etməklə gəlir əldə etmək deyil, sadəcə təyinatı müəyyən olmayan 20000 manat pul vəsaitini faizlə borca əldə etmək olmuşdur. Cavabdeh1 yaşayış evinin dolayısı ilə aldığı pulun qaytarılmasının təminatı kimi lizinq şirkətinin m ülkiyyətinə keçirmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh1 arasında 01.09.2014-cü il tarixdə bağlanmış müqavilənin necə adlandırılmasından asılı olmayaraq həmin əqd lizinq müqaviləsi olmamaqla başqa əqdi pərdələmək üçün bağlanmış müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyası nın təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1868/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar