Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5790/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5790/2022 (Açar sözlər: borcun qaytarılması tələbi, sübutetmə yükü) Bakı şəhəri, 26 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5130/2022 nömrəli mülki iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış 01 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 01 may 2019-cu il tarixədək qaytarmaq şərti ilə 50.000 manat məbləğində kredit verilmiş və tərəflər arasında həmin kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus ünvan ünvanında yerləşən və ümumi sahəsi 0.075 ha olan torpaq sahəsinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsinə dair eyni tarixli ipoteka müqaviləsi bağlanmışdır.
3. Həmçinin, cavabdeh iddiaçıya 14 fevral 2019-cu il tarixdə əlavə olaraq 10.000 manat məbləğində borc alması barədə yazı lı ərizə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10.000 manat əsas borc, 6.000 manat dəbbə pulu, 16.200 manat əldən çıxmış fayda və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 32.230 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, borcun qaytarılma müddətindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, hal-hazıradək 50.000 manat və 10.000 manat məbləğində borclar qaytarılmamış, bununla bağlı onunla aparılmış çoxsaylı danışıqlar nətic ə verməmişdir. Odrur ki, borcun məhkəmədən kənar alınması mümkün olmadığından məcburiyyət qarşısında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 50.000 manat borc üzrə tutma ipoteka predmetinə yönəldiyinə görə, cavabdehdən 10.000 manat əsas borc, ümumilikdə 60.000 manat əsas borcun 10%-i miqdarında, yəni 6.000 manat dəbbə pulu tutulmalıdır. Həmçinin, cavabdeh 60.000 manat əsas borcu müqavilədə göstərilən vaxt, yəni 27 ay əvvəl qaytarsa idi, onda iddiaçı həmin məbləği bankda illik 12% dərəcəsi ilə depozit hesabına yerləşdirə bilərdi və ayda 600 manat, 60.000 (borc məbləği) x 12% = 7200 manat: 12 (ay) = 600 manat əmanət üzrə faizləri alardı. Belə olan halda, iddiaçının əldə etdiyi gəlir 27 ay (borcun gecikdirildiyi müddəti) x 600 manat (depozit üzrə aylıq faiz) = 16.200,00 manat təşkil etd iyinə görə, həmin məbləğ və 30 manat dövət rüsumu da cavabdehdən tutulmalıdır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(007)-3966/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia qismən təmin edilərək, cavabdehdən 10.000 manat əsas borc, 1000 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11.030 manatın tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, borcun qaytarılma müddətindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, 10.000 manat məbləğində borc hal-hazıradək qaytarılmamışdır Ona görə də, iddia tələbi həmin borca aid hiss ədə təmin edilməlidir.
8. Bununla belə, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilməli olsa da, tərəflər arasında 14 fevral 2019-cu il tarixdə 10.000 manat borcla bağlı müqavilə bağlanmamış, cavabdeh tərəfindən ipoteka ilə təmin edilmiş 50.000 manat borcdan əlavə 10.000 manat da aldığına dair əlyazma verilmişdir. Göstərilənlərə əsasən, iddia tələbi dəbbə pulunun tutulması hissəsində təmin edilməməlidir.
9. Məhkəmə əldən çıxmış fayda tələbinə münasibətə isə bildirmişdir ki, 50.000 manat məbləğində borcla bağlı məsələ artıq icra qeydi qaydasında həllini tapdığından, iddia tələbi bu hissədə qismən, yəni 10.000 manat borca münasibətdə təmin edilməlidir. Həmin borcun 2019-cu il may ayında qaytarılmalı olması, iddiaçının məhkəməyə 2021-ci ilin sentyabr ayında müraciət etməsi nəzərə alınmaqla həmi n məbləğə Mülk Məcəllənin 445.7-ci maddəsinə əsasən, illik 5% məbləğ tətbiq edilməklə (10.000 manat x 2 il = 1.000 manat) 1000 manat hissəsində təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.4, 445.7, 448.1, 462.1, 739.1, 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübut, yəni əlyazma ilə tərtib edilmiş borc müqaviləsi saxtadır, həmin sən ədi kimin imza etməsi qeyri-müəyyəndir, vizual baxdıqda da oradakı imzanın cavabdehin imzasına oxşadılması əhəmiyyətli dərəcədə nəzərə çarpır. Qeyd olunan saxta borc müqaviləsi məhkəmə üçün əhəmiyyətli olduğu halda, mülki iş pretenziya qaydasında nizama salınmalı idi. Belə ki, məhkəmə Mülki Məcəllənin 742.2-ci maddəsinin tələbini tətbiq edərək, iddiaçının cavabdehi pretenziya qaydasında xəbərdar etməməsi səbəbindən işi geri qaytarmalı və ya xitam etməli idi.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5130/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələ ndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi yoxladığı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma ilə tərtib edilmiş borc müqaviləsinin saxta olduğunu və orada kimin imza etməsinin qeyri-müəyyən olduğunu qeyd etsə də, bu hal iş materialları ilə tam təkzib olunur. Belə ki, cavabdeh tərəfindən Bakı şəhəri Nizami rayon İcra şöbəsinin ədliyyə müşaviri Rəşad Hacıyevə yazılmış ərizədən görünür ki, cavabdeh iddiaçıdan aldığı 10.000 manat pulu etiraf etməklə, borcu ilə birlikdə qaytaracağını qeyd etmişdir.
15. Eyni zamanda, hazırkı mübahisə pretenziya qaydasında həll edilməli olan mübahisə kateqoriyası na aid deyil. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında hər hansı müqavilə münasibəti olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görmə li, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sa yılır.
23. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır.
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işdəki sübutları qiymətləndirərək bu qənaə tə gəlmişlər ki, cavabdeh 14 fevral 2019-cu il tarixli yazılı ərizə ilə təsdiq olunan 10.000 manat məbləğində borc almış, lakin öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. Ona görə də iddia təmin olunan həcmdə əsaslı sayılmışdır.
35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
36. Məhkəmə tərkibi onu nəzərə alır ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak edərkən iddiaçının istinad etdiyi borc sənədindəki imzanı mübahisələ ndirməmişdir. Yeni sübutlar və yeni tələblər isə apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (§ 28). Belə bir əsaslandırma isə işdən müəyyən olunmur.
37. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5130/2022 nömrəli mülki iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.