Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5109/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3136/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh Süleymanova (Novruzova) Zeynəb Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.000 (on min) manat məbləğində pulun, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixdən pulun ödəniləcəyi tarixədək illik 5 % hesablanmaqla pulun gecikdirilməsi faizinin, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3136/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, İddiaçı xeyrinə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.000 (on min) manat əsas, 12 sentyabr 2018-ci il tarixdən 16 may 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 331.84 manat faiz borcu, ümumilikdə 10331.84 (on min üç yüz otuz bir manat səksən dörd qəpik) manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissəsdə təmin edilməməsini qət edilmişdir. Qətnamədən cavabdeh Süleymanova (Novruzova) Zeynəb Ənvər qızı tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Kollegiya hesab edir ki, cavabdeh Süleymanova (Novruzova) Zeynəb Ənvər qızı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3136/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə ərizə əsasında Cavabdeh2 imza etdirilməklə təqdim edilmişdir. Bundan sonra cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, Cavabdeh2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3136/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdən gec vermiş və müddətin bərpasına dair ərizə də verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun olaraq qaytarmalı olduğu halda apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3136/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh Süleymanova (Novruzova) Zeynəb Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3136/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh Süleymanova (Novruzova) Zeynəb Ənvər qızı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5109/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5109/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver