Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1681/2022 30.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-192/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-192/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi, 100 manat məhkəmə ekspertizası xərcinin İddiaçı xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-192/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-dan 5588,3 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qətnamədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Abşeron Rayon Məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, tərəflər arasında bağlanan 03 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinə əsasən Sumqayıt şəhəri , Bulvar ərazisində tikilməkdə olan 1-ci binada, 4-cü blok , 4- cü mərtəbə ,139 nömrəli 3 otaqlı mənzilin faktiki sahəsi plan-sxenıinə uyğun olaraq 100.7 m təşkil edir. Azerbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli , 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsinin 97.2 m təşkil etdiyi müəyyən olunur . Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından ekspert rəyi əsas götürülməlidir . Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış müqaviləyə podrat müqaviləsi kimi yanaşılmalıdır və hazırki mərhələdə müqavilə tərəfləri əqd üzrə götürdükləri öhdəlikləri tamamilə yerinə yetirmiş, müqaviləni icra etmişlər . Buna görə də məhkəmə hesab edir ki , iddia tələbi əsassızdır və rədd edilməlidir. Halbuki məhkəmə qətnaməsində qeyd edir ki , hazırkı mənzilin ümumi sahəsi 97.2 m təşkil edir. İddia ərizəsində qeyd etdiyi kimi onunla "xxxx" MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli ********* saylı payçı müqaviləsinə əsasən MTK payçı qismində çıxış edən Sumqayıt Şəhəri Bulvar ərazisində tikilməkdə olan birinci binasında 4-cü blok, 4-cü mərtəbə, 139 nömrəli , 3 otaqlı mənzilin tikib payçı qismində çıxış edən İddiaçı mülkiyyətinə verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilədə 1 kvadrat metrin qiyməti 1363 manat olmaqla 100 kvadrat metr mənzil sahəsi ona təhvil verilməli idi. Hazırda qüvvədə olan AR ƏMDK yanında DƏDRX-nin ******* saylı çıxarışından məlu olur ki , cavabdeh müqavilə üzərinə düşən öhdəliyi icra etməyərək ona faktiki olaraq 95.9 kvadrat metr yaşayış sahəsi tikib təhvil vermişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyi düzgün icra etməyərək 4.1 kvadrat metr yaşayış sahəsinin pulunu, yəni 5588.30 manat məbləğində əlavə pul almış və həmin yaşayış sahəsini ona təhvil verməmişdir. Birinci instansiya məhkəməsinin AR ƏMDK yanında DƏDRX-nin mənzilin sahə ölçüsünün düzgün hesablanmamasına dair gətirdiyi dəlili əsassız və qanunsuz hesab edir. Məhkəmə qüvvədə olan çıxarışdakı yaşayış sahəsinin real göstəricilərinə riayət etməyərək iddia tələbini əsassız olaraq rədd etmişdir . Hesab edir ki , apellyasiya məhkəməsinin mülki kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətanaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması ilə bağlı yeni qətnamə qət olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, iddiaçı ilə müqavilə bağlanaraq ona mənzil satılıb. Müqavilə bağlanan zaman iddiaçıya mənzilin sahəsinə dair sxem təqdim olunub. Bundan əlavə iddiaçı ilə razılaşma olub və mənzilin qiyməti müəyyənləşdirilib. Ödəniş olunub və mənzil təhvil verilib. Mənzilin sahəsinin razılaşmada nəzərdə tutulduğundan az olması tələbi əsassızdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-192/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, MTK pay qismində çıxış edən Sumqayıt şəhəri, “Bulvar” ərazisində tikilməkdə olan 1-ci binasında, 4-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan,139 №-li, 3 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 136300 manat məbləğində pul vəsaitini Cavabdehnə ödəməyi öhdəsinə götürür. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışdan müəyyən edilir ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 67, mənzil 139 Yeni qaydalarla: AZ 5000, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan mənzil İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə təmsilçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 1.3. ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, RX seriyalı, 1451764, ********** qeydiyyat nömrəsi olan, **********23-05301-093061 reyestr №-li Çıxarışa əsasən İpoteka qoyanın mülkiyyətində olan Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 67, mənzil 139 ümumi sahəsi 95.9 k.v, Yeni qaydalarla: AZ 5000, ünvan 2 ünvanında yerləşən əmlakdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4776 №-li ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tərəflər arasında bağlanan 03 oktyabr 2016-cı il tarixli, Payçı müqaviləsinə əsasən Sumqayıt şəhəri “Bulvar” ərazisində tikilməkdə olan 1-ci binada, 4-cü blok, 4-cü mərtəbə, 139 saylı 3 otaqlı mənzilin faktiki sahəsi mənzilin plan-sxeminə uyğun olaraq 100,7m2 təşkil edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanan 03 oktyabr 2016-cı il tarixli, Payçı müqaviləsinə əsasən Sumqayıt şəhəri “Bulvar” ərazisində tikilməkdə olan 1-ci binada, 4-cü blok, 4-cü mərtəbə, 139 saylı 3 otaqlı mənzilin faktiki sahəsi mənzilin plan-sxeminə uyğun olaraq 100,7 m2 təşkil edir, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, ünvan 3 ünvanında yerləşən mənzilin yerləşən mənzilin ümumi sahəsinin 97.2 m2 təşkil etdiyi müəyyən olunur. Həmçinin məhkəmə iddianın əsasını sübut edəcək mötəbər sübutlar olmadığından ekspert rəyinin əsas götürülməsi, mərhələdə müqavilə tərəflərinin əqd üzrə götürdükləri öhdəlikləri tamamilə yerinə yetirməsini, müqavilənin icra edilməsini müəyyən edərək iddianl təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, məhkəmə işin hallarına uyğun qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı geçikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 649-cu maddəsinə əsasən satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulatı mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olması, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə alınmalıdır. Belə ki, mübahisəli mənzilin ölçülərinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş, işə əlavə edilmiş ekspert rəyində 03 oktyabr 2016-cı il tarixli, Payçı müqaviləsinə əsasən Sumqayıt şəhəri “Bulvar” ərazisində tikilməkdə olan 1-ci binada, 4-cü blok, 4-cü mərtəbə, 139 saylı 3 otaqlı mənzilin faktiki sahəsi mənzilin plan-sxeminə uyğun olaraq 100,7m2 təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi, mübahisələndirilən mənzilin sahəsinin 100 m2 olması iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə təsdiq edilir. Bununla da iddiaçının iddia etdiyi kimi, mənzilin sahəsinin 95,9 kv.metr olması və müqavilədə göstəriləndən 4,1 kv.metr az olması ekspert rəyi ilə təkzib edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassız olduğundan və ekspert rəyi ilə təkzib edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iddia tələbi təmin edilmədiyi üçün iş üzrə keçirilmiş ekspertizanın dəyəri iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri ekspert rəyi ilə təkzib edildiyindən əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-192/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-192/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1681/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1681/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver