Məhkəmə qərarları › İş №2(102)-5792/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5792/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5792/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)4256/2020 saylı qərardadından İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-528/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.İ.Əliyev) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən xx xxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 25.000 manat, vəkilə ödənilmiş xərcə görə 200 manat pulun tutulub iddiaçıya ödəqilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)4256/2020 saylı qərardadı ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və M.Cavabdeh) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddiaçının cavabdehə qarşı “pul tələbinə dair” mülki işin icraatına xitam verilib. İddiaçı qərardaddan kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı i ddia qaldıraraq, xx xxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 25.000 manat, vəkilə ödənilmiş xərcə görə 200 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə ic lasında İddiaçı vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili Vəkil izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Re spublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, sözügedən kredit müqaviləsi üzrə cavabdeh idiaçıya 25.000 manat pul qaytarmalıdır. Həmin pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair notariat kontoru tərəfindən icra qeydi verilib və hazırda həmin icra qeydi qüvvədə olmaqla icra mərhələsindədir. Hazırki iddiana qaldırarkən iddiaçı icra qeydinin ləğvi ilə bağlı məsələ qaldırmayıb. Bu səbəbdən də birinci instansiya məhkəməsi işə məhkəmədə baxılmalı olmaması əsasına görə iş üzrə icraata xitam vermək əvəzinə işə mahiyyəti üzrə baxmaqla maddi və prosessual hüquq normaların ın tələblərini pozub. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 24.1, 261.0.1, 391-ci maddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında notarial qaydada bağlanmış xx xxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh, xx xxxx 2017-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan 25.000 manat borcu pul alıb. xx xxxx 2017-ci il tarixdə iddiaçı, notariat kon toruna ərizə ilə müraciət edərək, cavabdehin ona olan 25.000 manat borcunu qaytarmadığını göstərib, həmin pulun cavabdehdən tutulub ona ödənilməsinə dair icra qeydinin verilməsini xahiş edib. Həmçinin, işə əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli icra qeydinə əsasən, xx xxx 2017ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə cavabdehdən xx xxxx 2017-ci il tarixədək vaxtında ödənilməmiş 25.000 manat pulun tutulması qeydi aparılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatına əsaslanaraq müəyyən edib ki, iddiaçının müraciəti əsasında notariat kontoru tərəfindən icra qeydi verilib və həmin icra qeydi hazırda Xətai ray on İcra Şöbəsinin icraatındadır. Hazırki iddia qaldırılarkən icra qeydinin ləğvi ilə bağlı iddiaçı tərəfindən hər hansı müraciət daxil olmayıb və həmin icra qeydi üzrə icraat hazırki işin baxılması ilə bağlı dayandırılıb. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, hazırki iddiaya birinci instansiya məhkəməsində baxılması mülki prosessual qanunvericiliyin tələblərinə zidd olub. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. “İcra haqqında” Azərbaycan Respublik ası Qanunun 6.1 və 6.1.4-cü maddələrinə görə, notariat orqanının icra qeydləri icra sənədi sayılır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, hakim iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, notariat orqanı tərəfindən verilmiş icra qeydi məhkəmə aktına bərabər tutulan icra sənədi sayıldığından və həmin icra qeydi qüvvədə olmaqla icra mərhələsində olduğundan, hazırki predmet barəsində işə məhk əmədə baxıla bilməz və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi, hazırki iddiaya iddia icraatı qaydasında baxmaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-4256/2020 saylı qərardadı kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar