Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-58/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-58/21 (Açar sözlər: iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1270/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx xxxxxxxx 2014-cü il tarixli 778918 ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 30 faiz ilə 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 778918 ssuda hesablı kredit müqaviləsinin bitmə tarixi xx xxxxx 2016cı il olmuşdur. Bankın bildirməsinə görə xx xxxxxxx 2019-cu il tarixinədək Cavabdeh iddiaçıya 945,06 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 775,63 manat faiz, 3663,98 ABŞ dolları cərimə, xx xxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 311,55 ABŞ dolları borc, ümumilikdə 5696,22 ABŞ dolları məbləğində borcu mövcüddur. xx xxxxxx 2019-cu il tarixdə ban k hazırkı tələblə çıxış edərək borcun qaytarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC xx xxxxxx 2019-cu il tarixində ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 945,06 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 775,63 manat faiz, 3663,98 ABŞ dolları cərimə, xx xxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 311,55 ABŞ dolları borc, ümumilikdə 5696,22 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2014-cü il tarixli 778918 ssuda hesablı kred it müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 30 faiz ilə 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 778918 ssuda hesablı kredit müqaviləsinin bitmə tarixi xx xxxxx 2016-cı il tarix olmuşdur. xx xxxxxxx 2019-cu il tarixinədək Cavabdeh iddiaçıya 945,06 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 775,63 manat faiz, 3663,98 ABŞ dolları cərimə, xx xxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 311,55 ABŞ dolları borcu, ümumilikdə 5696,22 ABŞ dolları məbləğində borcu olmuşdur. Dəfələrlə cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Odur ki, Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 945,06 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 775,63 manat faiz, 3663,98 ABŞ dolları cərimə, xx xxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 311,55 ABŞ dolları borc, ümumilikdə 5696,22 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara rayon Məhkəməsinin 2(018)-1106/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Məmmədov Mübariz) iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər- N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) xx xxxx 2020-ci il tarixli, 2(106)-1270/20 nömrəli qətnaməsi ilə Astara Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(018)-1106/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Məhkəmələr iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi əsası ilə iddianı təmin etməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı LPO İddiaçı ASC apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya məhkəməsi iddia müddətinin keçməsi ilə bağlı neormaları düzgün tətbiq etməmişlər. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmi n edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının möhkəmlənməsinə kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 526-14 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 30 faizlə 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İşdə olan ödəniş qrafikindən görünür ki (mülki iş, səhifə 11), borcalanın son ödənişi xx xxxxx 2016-cı il tarixdə aparılmalı idi. İddiaçı müqavilənin müddəti bitəndən sonra üç illik iddia müddətini buraxmaqla xx xxxxxx 2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə iddia müddətini kəsən hərhansı bir hal aşkar edilməmişdir. İddiaçı cavabdehin iddia müddətinin tətbiq edilməklə kredit borcunun qaytarılması tələbinin təmin edilməməsinə dair vəsatətinə qarşı əks arqument olaraq iddia müddətinin tətbiqini istisna edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qəra ra aldı: İddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1270/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.