Məhkəmə qərarları › İş №2(102)-5804/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5804/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5804/2020 30.11.2020 ALİ MƏHKƏMƏ iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, zaminliyə müddətin keçməsi ilə əlaqədar xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4674/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhm dar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh və ya Borcalan) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 5107 nömrəli kredit müqaviləsinə əsasən Bank Borcalana 24 ay müddətinə, illik 22% faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit vermişdir. Bankla Cavabdeh2 (bundan sonra - İpoteka qoyan və ya Zamin) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 5107 nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq İpoteka qoyan mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 70000 mana t məbləğində qiymətləndirilən “Mercedes Benz S500” markalı, qara metal rəngli, buraxılış ili 2011-ci il olan, **-KX-*** dövlət nömrə nişanlı minik avtomobilini (bundan sonra - ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü etmiş, yüklülük rəsmi reyestrdə qeydə alınmışdır. Bundan başqa, Bankla Borcalan arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 5229 nömrəli kredit müqaviləsinə əsasən Bank Borcalana 24 ay müddətinə, illik 22% faiz ödəmək şərtilə 7500 ABŞ dolları məbləğinğə kredit vermişdir. Bankla Borcalan və Zamin arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Zamin Borcalanın xx xxxxx 2015-ci il tarixli, 5229 nömrəli kredit müqaviləsi üzrə hər hansı bir ay aylıq ödənişi (əsas məbləğ və ona hesablanmış faiz) gecikdirdiyi və ya ödəmədiyi halda (ödəmə qabiliyyətini itirdiyi və boyun qaçırdığı halda) ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xx xxxxx 2015-ci il tarixli, 5229 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixə 4446,23 ABŞ dolları əsas, 867 ABŞ dolları faiz, 545,60 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz və 2522,45 ABŞ dolları cərimə borcu olmaqla cəmi 8381,28 ABŞ dolları kredit borcunun; xx xxxxxx 2014-cü il tarixli 5107 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixə 4914,49 manat əsas, 210,98 manat faiz, 697,68 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borc olmaqla cəmi 5823,15 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Banka ödənilməsi, tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Borcalandan tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı t ələbini onunla əsaslandırmışdır ki, Borcalan kredit vəsaitlərindən istifadə etsə də, kredit müqavilələri üzrə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə tələb olunan məbləğdə borc yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş, xx xxxxxxxx 2019-cu il tarixli maliyyə arayışına görə xx xxxxxx 2014-cü il tarixli, 5107 nömrəli kredit müqaviləsi üzrə cavabdehin Banka 4.914,49 manat məbləğində əsas borcu, müqavilə müddəti üçün hesablanmış (xx xxxxxx 2014-xx xxxxxx 2016) və tələb olunan 210,98 manat məbləğində faiz borcu, 697,68 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 5.823,15 manat məbləğində borcu; xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışına görə isə xx xxxxx 2015-ci il tarixli, 5229 nömrəli kredit müqaviləsi üzrə cavabdehin Banka 4.446, 23 ABŞ dolları məbləğində əsas borcu, müqavilə müddəti üçün hesablanmış (xx xxxxx 2015-xx xxxxx 2017) və tələb olunan 867 ABŞ dolları məbləğində faiz borcu, 2.522,45 ABŞ dolları məbləğində cərimə borcu, 545,60 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 8.381,28 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktuba əlavə edilmiş çıxarışda ipoteka predmeti olan avtomobilin Bankın razılığı ilə xx xxxxxxx 2016-cı il tarixdə ipotekadan azad edilərək, X2 adına **-SJ-*** dövlət qeydiyyat nişanı ilə rəsmiləşdirildiyi qeyd olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-7 72/20 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli, 5107 nömrəli kredit müqaviləsinə əsasən 4914,49 manat əsas, müqavilə müddəti üçün hesablanmış (xx xxxxxx 2014-xx xxxxxx 2016) və tələb olunan 210,98 manat məbləğində faiz, 697,68 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 5823,15 manatın; xx xxxxx 2015-ci il tarixli, 5229 nömrəli kredit müqaviləsinə əsasən 4446,23 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış (xx xxxxx 2015-xx xxxxx 2017) və tələb olunan 867 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, 545,60 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 6358,83 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etd iyi qüvvədə olan məzənnə ilə manatla), həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun Borcalandan iddiaçının xeyrinə tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Borcalan Bankdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olsa da müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, nəticədə onun Bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra olunmamasına görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Bununla belə, xx xxxxx 2015-ci il tarixli, 5229 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Borcalan və Zamin birgə və eyni həcmdə məsuliyyət daşısa lar da, iddiaçı Zaminə qarşı xx xxxxx 2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində Zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Ona görə də məhkəmə iddia tələbinin xx xxxxx 2015-ci il tarixli, 5229 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun Zamindən tutulmasına dair hissəsini əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırkı tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi Zaminə aid hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələblərinin bu hissəsi əsassızdır. Belə ki, ipoteka predmeti olmuş avtomobil ipoteka saxlayanın razılığı ilə ipotekadan azad edildiyindən və üçüncü şəxsin mülkiyyətinə keçdiyindən iddia tələbi üzrə hesablanmış kredit məbləğinin ipoteka predmetinə yönəldilməsi heç bir hüquqi əsasa söykənmir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.7, 279, 295, 319, 385, 442, 448, 449, 462.1, 465.2, 467, 471, 472, 477.0.4, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4674/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hə sənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Banka münasibətdə və onun mübahisələndirdiyi hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissələrdə qanuni və əsaslı hesab edilmiş, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi v ə prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etm işdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vax t əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tə rəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (maddə 269.1). Zaminlik müqavil əsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (Maddə 477.0.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, şikayət qanunvericiliyin tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv proses ində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4674/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar