Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5806/2019 19.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil, tərcüməçi X1 iştirakı ilə, Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10898/2018 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov sədrlik edən və m əruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 30 may 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçı Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16500 ABŞ dolları məbləğində pulun, 11,5 manat etibarnaməyə ödədiyi, 30,4 manat ödənilmiş dövlət rüsumunun və vəkilə ödədiyi 1000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Səbail rayon məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 26 iyun 1974-cü il təvəllüdlü Cavabdeh2 İddiaçı xeyrinə 10000 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbayc an Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 21.05.2019-cu il tarixdə həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayəti üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tar ixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermə müddəti buraxılmamışdır. Apellyasiya məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə ona çatdırılmamış, Bakı Apellyasiya Məhkəməsinə iki dəfə və Səbail rayon məhkəməsinə müraciət etdikdən sonra həmin qətnamənin surəti vəkilinə təqdim olunmuşdur. Sənədlərə vizual baxış zamanı Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin alınması barədə qəbzdəki imzanın ona, yaxud nümayəndəsinə məxsus olmaması açıq-aydın məlum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi poçt qəbzindəki imzanın kimə məxsus olmasını araşdırmadan kassasiya şikayətinin geri qaytarılması barədə səhv nəti cəyə gəlmişdir. Hakimlər sənədlərdəki imzalarla poçt qəbzindəki imzaya müqayisəli şəkildə adi gözlə baxış keçirmiş olsaydılar, düzgün nəticəyə gəlmiş olardılar. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisə üzrə gəldiyi nəticə əsassız və qanunsuz sayılmalıdır, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığı üçün ləğv edilməli və mülki işə kassasiya qaydasında baxılması barədə qərar çıxarılmalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayəti nin qaytarılmasına dair qərardadın ləğv edilməsi və mülki işə kassasiya qaydasında baxılması barədə qərar çıxarılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi fakt lara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin çatdırılmasına dair poçt qəbzinə (xəbərnaməyə) görə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasınm 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin surəti cavabdehin vəkili və nümayəndəsi Vəkil iş material larında olan 16.05.2019-cu il tarixli, həm də 30.08.2018-ci il tarixli vəkil orderlərində göstərilən ünvan 1 ünvana poçt vasitəsi ilə çatdırılmış, Vəkil göndərişi qəbul etməsinə dair xəbərnamədə 27 oktyabr 2018-ci il tarixdə imza etmişdir. Hazırki kassasiya şikayəti isə apellyasiya instansiyası məhkəməsinə 21 may 2019-cu il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddət 5 aya yaxın vaxt keçdikdən sonra təqdim edilmiş, Cavabdeh2 və ya vəkili və nümayəndəsi Vəkil tərəfindən qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət də verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinin tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılm ış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0 və 405.0.1-ci maddələrinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində kassasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən kasasiya şikayətinə əlavə etdiyi müddətin ötürülməməsi barədə ərizədə göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 15.10.2018-ci il tarixli qətnaməsinin surəti nə ona, nə də nümayəndəsinə göndərilməmiş, qətnamənin surətini isə birinci isntansiya məhkəməsindən 06.05.2019-cu il tarixdə əldə edimişdir. Ona görə kassasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilməlidir. Həmin məsələ ilə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkə məsinin mülki kollegiyasının 15.10.2018-ci il tarixli qətnaməsinin surəti cavabdeh tərəfindən sonradan təkrarən alınması kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımını yeniləmir. Kassasiya şikayəti müddət ötürülməklə verildikdə müddətin bərpası barədə vəsatət də verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və Qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surətinin cavabdeh tərəfə çatdırılmasına dair xəbərnamədəki imzanın ünvan sahibinə, yəni cavabdehin vəkili və nümayəndəsi Vəkil məxsus olmaması, apellyasiya məhkəməsi tərəfindən həmin halın araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəil ləri ilə bağlı qeyd edir ki, bu dəlillər də kassasiya şikayətinin qaytarılması barədə qərardadın ləğvi üçün əsaas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsirnin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hal larda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarının 90-cı vərəqəsindəki poçt xəbərnaməsindən görünür ki, qətnamənin surətini alması barədə cavabdehin nümayəndəsi və vəkili Səyyad Qafarov 27 oktyabr 2018-ci il tarixdə imza etmiş, xəbərnamə məhkəməyə qaytarılmışdır. Səyyad Qafarov həmin xəbərnamədəki imzanın ona məxsus olmadığını göstərməsi qətnamənin surətinin ünvan sahibinə qanunla müəyyən edilmiş qaydalara çatdırılmasını təsdiq edən poçt xəbərnaməsinin məbərliliyini şübhə altına alınmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mü lki kollegiyasının 30 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10898/2018 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-5806/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5806/2019
19.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver