Məhkəmə qərarları › İş №2(102)-5807/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5807/2019

22.08.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5807/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X1 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli, 2(103)-3588/2019 nömrəli qətnaməsindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və vəkili ** qızı tərəfindən veril miş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Z.Ə.Əliyev) 12.11.2018-ci il tarixli, 2(009)2626/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üçüncü şəxs kimi cəlb edildiyi qeyri-yaşayış sahəsinə daxil olmağa yaradılan maneənin aradan qaldırılması və həmin sahənin boşaldılaraq təhvil verilməsi tələblərinə dair ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 34,5 kv.m qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş hərracın, həmin hərracın nəticəsinə dair tərtib edilmiş 27 mart 2018-ci il tarixli, 11/01 nömrəli protokolun, habelə Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 28 mart 2018-ci il tarixli, 3911 saylı alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına 07 iyun 2018-ci il tarixdə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və bu barədə İddiaçı verilmiş çıxarışın ləğv edilməsi, 28 mart 2018-ci il tarixli, 3911 saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş 5.500 (beş min beş yüz) manat məbləğində pulun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) 11.04.2019-cu il tarixli, 2(103)-3588/2018 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı və 3-cü şəxs Əmlak Məsələləri Dövlət Komi təsi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 12 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və vəkili ** qızı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli, 2(103)-3588/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daxil olmağına Cavabdeh1 tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi və həmin sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbayca n Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş hərracın, həmin hərracın nəticəsinə dair tərtib edilmiş 27 mart 2018-ci il tarixli, 11/01 nömrəli protokolun, habelə Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 28 mart 2018-ci il tarixli, 3911 saylı alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, həmin qeydiyyata dair İddiaçı verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin d əlilləri və tərəflərin izahatları: Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və vəkili ** qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam araşdırılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli, 2(103)-3588/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi X5, Cavabdeh1 nümayəndəsi X6, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X7 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublik ası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşay ış sahəsi 26 Bakı Komissarları adına NQÇİ tərəfindən 1979-cu il tarixdən yardımçı təsərrüfat üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Hazırkı vaxtadək sahə onun sahibliyində və istifadəsində olmuş, hətta “Bibiheybətneft NQÇİ” Cavabdeh1 həmin sahədən istifadə etməsinə etiraz etmədiyini 23 mart 2006-cı il məktubu ilə yazılı şəkildə bildirmişdir. Cavabdeh1 qanuni istifadəsində olan həmin qeyri-yaşayış sahəsini özəlləşdirmək üçün bir neçə dəfə müxtəlif dövlət qurumlarına, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etsə də, bu müraciətlərinin müsbət nəticəsi olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq mübahisə predmeti olan 34,5 kv.m qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə özəlləşdirilməsi barədə 09 dekabr 2016-ci il tarixdə qərar qəbul edilmiş, həmin qərar əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 mart 2018-ci il tarixdə keçirilmiş hərrac nəticəsində daşınmaz əşya İddiaçı 5.500 manata satılmış və sonuncu ilə Komitə arasında 28 mart 2018-ci il tarixdə qeyd edilən qeyri-yaşayış sahəsinin alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, 07 iyun 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına çıxarış verilmişdir. İddiaçı, xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sərbəst şəkildə istifadə etməsinə Cavabdeh1 tərəfindən maneçilik yaradıldığını bildirərək, ilkin iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 isə özəlləşdirmə aparılarkən sözügedən qeyri-yaşayış sahəsinin ilk növbədə ona təklif olunmadığını, eləcə də çoxsaylı müraciətlərinə baxmayaraq hərrac təşkilatçısı tərəfindən özəlləşdirmə barədə məlumatlandırılmadığını bildirərək qarşılıqlı iddianı irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması həmin normaya söykənən tələbin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İlkin iddia tələbinin hüquqi əsası olan normanın birinci dispozisiya şərti, yəni ilkin iddiaçının əşyanın mülkiyyətçisi olması yoxlanılarkən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyetsrində mübahisəli sahəyə dair İddiaçı adına aparılmış qeydiyyat etibarsızdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata inves tisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Bununla yanaşı, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsini təmin etmək məqsədi ilə başqa normativ aktlar da qəbul edilmiş və bunlardan biri də Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”dır. Həmin Qaydalarda qeyri-yaşayış sahəsinə aid olan tikililərin dairəsi, həmin sahələrin özəlləşdirilməsinin həyata keçirilməsi qaydası, eləcə də özəlləşdirm ə vasitəsi ilə daşınmaz əşyanı satın almaqda üstünlük hüququna malik olan şəxslər öz əksini tapmışdır. Belə ki, Qaydaların 4.2.1-ci və 4.2.2-ci bəndlərinə görə, icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi arasında alqısatqı müqaviləsibağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. Göründüyü kimi, qeyd olunan Qay dalarda qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə özəlləşdirilmədən əvvəl həmin sahənin qanuni istifadəçisi olan icarəçiyə təklif olunması nəzərdə tutulmuşdur. Özəlləşdirmənin hərrac yolu ilə keçirilməsi, qeyri-yaşayış sahəsi icarəçi tərəfindən alınmadıqda və ya tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadıqda mümkün hesab edilmişdir. İşin hallarından görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 34,5 kv.m qeyri-yaşayış sahəsi uzun illər qanuni əsasla (“Bibiheybətneft NQÇİ”-nin razılığı ilə və mübahisəsiz şəkildə) Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. Bu səbəbdən Cavabdeh1, qeyriyaşayış sahəsinin icarəçisi sayılmaqla, həmin sahənin özəlləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan üstünlük hüququna malik olmuşdur. Lakin, Əmlak Məsələləri Dövlət Komitəsi, sözügedən qeyri-yaşayış sahəsini hərrac vasitəsi ilə özəlləşdirmədən qabaq qanuni istifadəçi olan Cavabdeh1 təklif etməmiş, onun həmin sahənin satın alınması ilə bağlı mövqeyini öyrənməmişdir. Halbuki, işin mübahisəsiz halına görə, Cavabdeh1 sözügedən qeyri-yaşayış sahəsini özəlləşdirmək məqsədilə müxtəlif vaxtlarda ayrı-ayrı dövlət orqanlarına, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmişdir. Lakin buna baxmayaraq, Əmlak Məsələləri Dövlət Komitəsi, ünvan 1 ünvanında yerləşən 34,5 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qanuni istifadəçi Cavabdeh1 məlumat vermədən sahəni hərrac vasitəsi ilə İddiaçı satmaqla, qeyd edilən Qaydaların tələbini pozmuşdur. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31.1.1-ci maddəsinə görə, bu Qanunun və dövlət əm lakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına aparılmış qeydiyyatın və bu barədə ona verilmiş çıxarışın sözügedən müqaviləyə əsaslandığını, həmin müqavilənin (hüquqi səbəbin) isə etibarsız sayıldığını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən qeydiyyat da etibarsız hesab edilməli, çıxarış isə ləğv edilməlidir. Çünki, reyestrdəki qeydiyyatın əsaslılığı onun hüquqi səbəb inin əsaslı olmasına bağlıdır. Hazırkı işdə İddiaçı adına aparılmış qeydiyyatın hüquqi səbəbi olan alqısatqı müqaviləsi etibarsız olduğu üçün heç bir hüquqi nəticə yaratmamışdır (Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllə, maddə 337.4). Başqa sözlə, hüquqi nəticə yaratmayan müqavilə üzrə reyestrdə aparılmış qeydiyyat əsassızdır və hüquq sahibi kimi qeyd olunan İddiaçı mülkiyyətçi sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqd a isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin etibarsızlığı məsələsini həll etmiş məhkəmə iddia tələbində olmasa belə, tələbdən kənara çıxaraq etibarsızlıq halından irəli gələn hüquqi məsələləri həll etməli və tərəfləri ilkin vəziyyətə qaytarmalıdır. İlkin vəziyyətə gətirmə müqavilə üzrə tərəflərin birinin digərinə verdiyi hər hansı əmlakın qaytarılmasını nəzərdə tutur. İşin faktiki hallarından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi İddiaçı 5.500 manata satılmışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, belə olan halda müqavilə tərəfləri əvvəlki vəziy yətə qaytarılmaqla, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 5.500 manat məbləğində pul satıcı Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq alıcı İddiaçı verilməlidir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nə ticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli, 2(103)3588/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar