Məhkəmə qərarları › İş №2(102)-5808/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5808/2019

01.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5808/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “xxxx” BOKT ASC vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2018-ci il tarixli, 2(103)1569/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” BOKT ASC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxxrayon məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(007)-16/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.T.Əhmədov) iddiaçı “xxxxbank” ASC Cavabdeh1 və digərlərinə qarşı “kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 04 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 11 yanvar 2016-cı il tarixədək hesablanmış əsas borca görə 37.324 manat, faiz borcuna görə 555,51 manat, hesablanmış dəbbə puluna görə 500 manat, habelə nümayəndəyə ödənilmiş vəsaitə görə 300 manat, ödənilmiş dövlət rüsumuna görə 11 manat, cəmi 38.690,51 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, xxxrayonu, 1-ci Şərq döngəsi, istifadədə olan 0.0313 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 156,1 kv.metr, köməkçi sahəsi 268,2 kv.metr olan, 37 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 144.000 manat müəyyən edilməklə, açıq hərracdan satılması, əldə edilmiş vəsait hesabına kredit borcunun ödəinilməsi, fərdi yaşayış evi satıldıqdan ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 fərdi yaşayış evindən çıxarılmaları və evin boşaldılması və iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət olunub. İddiaçı təşkilat və Cavabdeh1 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(103)-6760/2017 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, S.F.Hacıyev və F.Ş.Talışinski) C avabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, xxxrayon məhkəməsinin 17 yanvar 2017-ci il tarixli qətnaməsi iddia tələbinin 29 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun tutulması hissəsində ləğv edilib, həmin hissədə iddia ərizəsinin qismən təmin edilməsi və Cavabdeh1 29 aprel 2013-cü il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş 06 may 2014-cü il tarixli 01 saylı əlavə və dəyişiklik üzrə 11 yanvar 2016-cı il tarixədək hesablanmış əsas borca görə 3.989,41 manat, faiz borcuna görə 890,61 manat, hesablanmış dəbbə puluna görə 100 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın ipoteka predmeti olan Bakı şəhəri, xxxrayonu, 1-ci Şərq döngəsi, istifadədə olan 0.0313 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 156,1 kv.metr, köməkçi sahəsi 268,2 kv.metr olan 37 saylı fərdi yaşayış evinə yönəldilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2018-ci il tarixli, 2(102)-3752/2018 saylı qərarı ilə (hakimlər Ə.Ə.Şadiyev sədrlik edən, məruzəçi, Q.Ə.Allahverdiyev və İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli, 2(103)1569/2019 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, xxxrayon məhkəməsinin 17 yanvar 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmeti olan cavabdehlər Cavabdeh1la Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, xxxrayonu, 1-ci Şərq döngəsi, istifadədə olan 0,0313 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 156,1 kv.metr, köməkçi sahəsi 268,2 kv.metr olan 37 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 700.000 manat müəyyən edilməsi, qiymətləndiricinin xidmət haqqına görə 1.500 manat pulun cavabdehlərdən müştərək qaydada tutulub “xxxx” MMC hesabına köçürülməsi və qalan hissədə qət namənin dəyişdirilmədən, iddiaçı təşkilatın apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, 04 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 7 faiz ödəmək şərti ilə 70.000 manat kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 04 may 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1la Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, xxxrayonu, 1-ci Şərq döng əsi, istifadədə olan 0,0313 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 156,1 kv.metr, köməkçi sahəsi 268,2 kv.metr olan 37 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka hüququ ilə yüklü edilib. Eləcə də 29 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə plastik kart vasitəsilə 4.000 manat kredit verilib. Sonradan həmin kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 06 may 2014-cü il tarixli, 01 saylı əlavəyə əsasən, kredit kartının müddəti 07 may 2017-ci il tarixədək uzadılıb. Cavabdeh1 kredit vəsaitindən istifadə etsə də, kredit müqavilələrinin şərtlərini pozaraq əsas kredit borcunu və ona hesablanmış faizləri ödəməkdən yayınmışdır. Nəticədə Cava bdeh1 11 yanvar 2016-cı il tarixə iddiaçı təşkilata ödənilməmiş kredit borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. Buna görə də iddiaçı təşkilat məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bunun üçün göstərilmiş hüquqi yardıma görə nümayəndəyə 1.000 manat, dövlət rüsumuna görə 30 manat pul ödəyib. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düz gün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia ərizəsənin təmin edilməməsi hissəsində ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı “xxxx” BOKT ASC vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 məhkəmə iclasında iştirak etsələr də, vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləməyib. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 məhkəmə ic lasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələrdə üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxalmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı “xxxx” BOKT ASC vəkili xxx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirib, qalan hissədə dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdeh Azad Rəhimovun kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsinə, onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə, bu hissədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respub likası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 04 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddə tinə, illik 7 faiz ödəmək şərti ilə 70.000 manat kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 04 may 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1la Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, 1-ci Şərq döngəsi, istifadədə olan 0,0313 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 156,1 kv.metr, köməkçi sahəsi 268,2 kv.metr olan 37 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka hüququ ilə yüklü edilib. Eləcə də 29 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə plastik kart vasitəsilə 4.000 manat kredit verilib. Sonradan həmin kredit müqaviləsinə dəyişiklik və əlavələr ed ilməsi haqqında 06 may 2014-cü il tarixli, 01 saylı əlavəyə əsasən, kredit kartının müddəti 07 may 2017-ci il tarixədək uzadılıb. Cavabdeh1 kredit vəsaitindən istifadə etsə də, kredit müqavilələrinin şərtlərini pozaraq əsas kredit borcunu və ona hesablanmış faizləri ödəməkdən yayınmışdır. 11 yanvar 2016-cı il tarixli maliyyə arayışına görə, Cavabdeh1 qeyd olunan tarixə 29 aprel 2013-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə edilmiş 06 may 2014-cü il tarixli, 01 saylı əlavə və dəyişikliyə əsasən Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş 3.989,41 əsas, 890,61 manat faiz, 574,47 manat dəbbə pulu olmaqla kredit borcu vardır. Məhkəmə-mühasibatlıq ekspertizasının 09 dekabr 2016-cı il tarixli rəyinə görə, 04 may 2012-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdeh A zad Rəhimovun 11 yanvar 2016-cı il tarixə banka olan əsas borcu 37.795,2 37 manat, faiz borcu 555,51 manat, cəmi 38.350,88 manat təşkil edir. 29 iyun 2016-cı il tarixə Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş əsas borcu 37.795,37 manat, faiz borcu 1.790,16 manat, cəmi 39.585,53 manat təşkil edir. Eləcə də 29 aprel 2013-cü il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, 06 may 2014-cü il tarixli 01 saylı əlavə və dəyişikliklərə əsasən 11 yanvar 2016-cı il tarixə cavabdeh Azad Rəhimovun banka olan əsas borcu 3.989,37 manat, faiz borcu 890,61 manat, hesablanmış dəbbə pulu 574,47 manat, cəmi 5.454,49 manat təşkil edir. Həmçinin 04 may 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh Azad Rəhimovun 04 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə onun və digər Cavabdeh2 ümumi birgə mülkiyyətlərində olan Bakı şəhəri, xxxrayonu, 1-ci Şərq döngəsi, istifadədə olan 0,0313 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 156,1 kv.metr, köməkçi sahəsi 268,2 kvadrat metr olan 37 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Əmlakın qiymətləndirilməsinə dair 12 noyabr 2015-ci il tarixli ekspert rəyinə görə, cavadehlər Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin ilkin satış qiyməti 144.000 manat dəyərində qiymətləndirilib. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə q üsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instan siyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları, işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspertin, qiymətləndiricinin rəyləri ilə tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilib, qalan hissədə qətnamə dəyişdirilmədən, iddiaçı təşkilatın apellyasiya şikay əti təmin edilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. İddiaçı təşkilat kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməməsini göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, işdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyinə əsasən müəyyən edilib və işdə, həmin rəyin mötəbərliliyini şübhə altına ala bil ən heç bir yazılı sübut yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddənin mənasına görə qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyən edilməsi nəzərdə tutulub. Birincisi, tərəflərin razılaşması ilə, ikincisi, qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Əvvəlla, nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipot eka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilən razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilibyönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündü r. Bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab oluna bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsinin mənasına görə, borclunun əmlakının qiymətləndirilməsi qətnamənin icrası mərhələsində icra məmuru tərəfindən də həyata keçirilə bilər. Həmin maddədə göstərilir ki, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, kass atorun kassasiya şikayətində göstərdiyi dəlil əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən madd i, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı “xxxx” BOKT ASC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2018-ci il tarixli, 2(103)-1569/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar