Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5810/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4041/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyə n etdi: İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 25 iyul 2019-cu il tarixli öhdəlik müqaviləsinə əsasən, Çopurova X1 Mehriban Asəf qıvzına 43650 ABŞ dolları məbləğində pulu iki il müddətində depozit hesabı vasitəsi ilə həmin günün kurs üzrə dolların manata olan məzənnəsi ilə xx.xx.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Müqaviləyə görə Cavabdeh xx.xx.2021-ci il tarixədək İddiaçı verməli olduğu 43650 ABŞ dolları məbləğində pulu ona vaxtında qaytarmayacağı təqdirdə İddiaçı Cavabdeh 43650 ABŞ dolları məbləğində pulu və onun bir mislini tələb etmək hüququ vardır və bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinə iddiaçı tərəfindən 25 iyul 2019-cu il tarixli, notarial qaydada təsdiq olunmuş **********791 saylı ərizə ünvanlanmış, ərizədə iddiaçı cavabdehlə barışdığını, onun tərəfindən vurulmuş maddi ziyanın ödənildiyini göstərmişdir. Qeyd etmişdir ki, cavabdeh barəsində heç bir şikayət və tələbi yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 43650 ABŞ dolları məbləğində pulun və onun bir mislinin və 10000 manat mənəvi ziyanın, ümumilikdə, 87300 ABŞ dolları və 10000 manat mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh 2017-ci ildən etibarən iddiaçıdan müxtəlif çeşiddə 132000 ABŞ dolları məbləğində qızıl-zinət əşyaları almış və iddiaçıya olan borcunu qaytarmadığı üçün ondan istintaq orqanlarına şikayətçi olmuşdur. İddiaçının şikayət ərizələri əsasında ibtidai istintaqda cinayət işinin başlanılması barədə qərar qəbul edilmişdir. Aparılmış ibtidai istintaq zamanı cavabdeh iddiaçıya olan borcu etiraf etməklə bu borc məbləğindən 50000 ABŞ dolları məbləğində ödədiyi üçün iddiaçı 38350 ABŞ dolları məbləğində pulu təmənnasız olaraq cavabdehə bağışlamışdır. Qalan 43650 ABŞ dolları məbləğində pulun iddiaçıya ödənilməsinə dair cavabdehlə aralarında notarial qaydada öhdəlik müqaviləsi bağlanılmışdır. Tərəfl ərin iradəsi ilə bağlanan bu müqavilə cavabdehin barəsində olan cinayət işinin icraatına xitam verilməsinə səbəb olmuşdur. Lakin, cavabdeh öz hərəkətlərinə davam edərək qeyd edilən pul məbləğini ödəməməklə müqavilənin icrasına laqeyd yanaşma nümayiş etdirmişdir. İddiaçının dəfələrlə ondan pulun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh kobud danışıq üslubu ilə iddiaçını təhqir edərək nəinki pulu ödəmək, hətta iddiaçıya hörmətsizlik göstərmişdir.
6. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 25 iyul 2019-cu il tarixdə öhdəlik müqaviləsinin 1-ci bəndində qeyd olunmuşdur ki, “cavabdeh və iddiaçı Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaq şöbəsinin icraatında olan iddiaç ının zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə aşağıdakı şərtlər əsasında cinayət işinin barışıqla yekunlaşdırmaq razılığına gəldilər.” İddiaçının zərərçəkmiş şəxs kimi tanındığı cinayət işində yuxarıda qeyd edilən hallar mövcud olmadığından cavabdeh ilə barışmaqla cinayət işinə xitam verilməsi mümkün deyildir. Bu səbəbdən müqavilənin birinci bəndi həm qanunsuzdur, həm də qanunvericiliyin tələbləri baxımdan icrası qeyri mümkündür. Bu bənddə iddiaçı icra edə bilməyəcəyi öhdəliyi üzərinə götürmüşdür və faktiki olaraq cavabdehə yalan vəd vermişdir. Müqavilədə qeyd olunmuşdur ki, “iddiaçının ərizəsində göstərdiyi 132000 ABŞ dolları məbləğində puldan cavabdeh tərəfindən ona 50.000 (əlli min) ABŞ dolları məbləği ödənildikdən sonra qalan 82000 (səksə n iki min) ABŞ dolları puldan 38350 (otuz səkkiz min üç yüz əlli) ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən cavabdehə təmənnasız olaraq bağışlanılır və həmin iddiaçı tərəfindən tələb etməyəcəyi barədə öz üzərinə öhdəlik götürür. Cavabdeh iddiaçıya 43650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pulu 2 (iki) il müddətində depozit hesabı vasitəsi ilə həmin günün kurs üzrə dolların manata olan məzənnəsi ilə xx.xx.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürür. İddiaçının cavabdehə 132000 (yüz otuz iki min) ABŞ dolları məbləğində pulun verməsini təsdiq edən sənədlər mövcud deyildir. Öhdəlik müqaviləsinin 5-ci bəndində qeyd olunmuşdur ki, iddiaçıya cavabdeh tərəfindən müqavilə bağlanılanadək 50000 (əlli min) ABŞ dolları nağd şəkildə ödənildiyi və 43650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pulun isə xx.xx.2021 -ci il tarixədək ödəməyi öz öhdəsinə götürdüyü üçün Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin icraatında olan iddiaçının zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə ibtidai istintaqı aparılan cinayət işi olmaması barədə aidiyyatı orqanlara ərizə verməyi öz öhdəsinə götürür. Öhdəlik müqaviləsi 25 iyul 2019-cu il tarixdə 11:03 radələrində notariat kontorunda qeydiyyata alınmışdır. Həmin tarixdə isə iddiaçı məhkəmə istintaqı aparılan cinayət işi üzrə cavabdeh ilə barışması, onun tərəfindən vurulmuş maddi ziyan ödənilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə vermişdir. İlk növbədə, Bakı Ağır Cinayətlər Məhkəməsində cavabdehin Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi barədə cinayət işi olmamışdır. İddiaçının ərizəsi borcun ona tam ödənilməsini təqdim edilməsini təsdiq edir. Ümumilikdə, notarius tərəfindən aidiyyəti orqanlara özündə yalan məlumatı əks etdirən ərizənin təqdim edəcəyi barədə şərtin müqaviləyə əlavə edilməsi qanuna ziddir. Öhdəlik müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, cavabdeh xx.xx.2021-ci il tarixədək iddiaçıya verməli olduğu 43650 ABŞ dolları məbləğində pulu ona vaxtında qaytarmayacağı təqdirdə iddiaçının cavabdehdən 43650 ABŞ dolları məbləğində pulu və onun bir mislini tələb etmək hüququ vardır və bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Tərəflər arasında bu məzmunda müqavilə 25 iyul 201 9-cu il tarixdə bağlanmışdır və icra vaxtı 24 iyul 2021-ci il tarixədək müəyyən edilmişdir. Məlum olduğu kimi 2020-ci il mart ayından “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikasında xüsusi karantin rejimi təyin edilmişdir. Xüsusi karantin rejiminin tətbiqi edilməsi ilə bağlı sərhədlər bağlanılmış, vətəndaşların xarici ölkələrə gediş-gəlişi məhdudlaşdırılmışdır. Cavabdehin əsas gəlir mənbəyi xarici ölkələrdən gətirilmiş malların alış-verişindən əldə etdiyi gəlirdir. Bu müddət ərzində heç bir ölkədən mal gətirmədiyindən ticarət fəaliyyəti dayanmışdır və iddiaçının pulunu ödəmək imkanı olmamışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5155/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia qismən təmin edilərək, cavabdehdən əsas borc üzrə 43650 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və cərimə borcu üzrə 4365 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), cəmi 48015 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə Cav abdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir.
9. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 43650 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 4365 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
10. Məhkəmə İddiaçı 10000 (on min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır.
11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.6, 385.1, 390.1, 439.1, 439.2, 442, 443.1, 445.1, 448.1, 448.2, 462.1, 467, 739.1, 740.1 və 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü m addələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə məbləğinə dair hissədə dəyişdirilərək, iddianın tam təmin edilməsi və cavabdehlə bağlanmış 25 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 43650 ABŞ dolları məbləğində pulun və onun bir mislinin və 10000 manat mənəvi ziyanın, ümumilikdə, 87300 ABŞ dolları və 10000 manat mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ilə, əsas borc məbləğinə dair hissədə tam razı olsa da, cərimə məbləğinə dair hissədə qismən razıdır. Belə ki, qeyd etdiyi kimi, müqavilə üzrə ona ödəniləsi pul məbləği 2017-ci il tarix də cavabdehlə aralarında ticarət münasibətlərindən yaranmışdır. Yaranmış borc məbləğinin ona ödənilməməsi artıq xeyli müddətdir ki, onun başqa kreditorları qarşısında vəziyyətinin pisləşməsinə, müştəriləri ilə aralarında olan əvvəlki normal ticarət dövriyyəsinin pisləşməsinə səbəb olmuşdur. Bu səbəblərdən istər maddi, istərsə mənəvi məhrumiyyətlərə məruz qalmışdır. Ona görə də 25 iyul 2019-cu il tarixli öhdəlik müqaviləsinə cavabdehin öhdəliyini vaxtında icra etməyəcəyi təqdirdə, onun 43650 manat pulu və bu pulun 1 mislini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Lakin məhkəmə, onun 4 il ərzindəki maddi məhrumiyyətləri nəzərə almayaraq, yalnız cavabdehin əmlak mənafelərini nəzərə almaqla, onun vəziyyətini, maddi-mənəvi məhrumiyyətlərini ciddi qiymətləndirmədən cərimə məbləğini dəfələrlə aza ltmışdır. Amma nəzərə alınsa ki, onlar hər ikisi (həm cavabdeh, həm də iddiaçı) mülki ticarət dövriyyəsinin subyektləridirlər, o zaman cərimə məbləğinin bu dövriyyənin iştirakçıları üçün cüzi olduğunu qəbul etmiş olarlar.
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahş etmişdir.
15. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların arasında 25 iyul 2019-cu il tarixdə bağlanılmış öhdəlik müqaviləsi etibarsız müqavilədir. Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 25 iyul 2019-cu il tarixli, notarial qaydada təsdiq olunmuş **********791 saylı ərizənin surətinə əsasən, İddiaçı Cavabdeh ilə barışdığını, onun tərəfindən vurulmuş maddi ziyanın ödə nildiyini bildirmişdir. Qeyd etmişdir ki, Cavabdeh barəsində heç bir şikayət və tələbi yoxdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4041/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasındakı Öhdəlik müqaviləsi 25 iyul 2019-cu il tarixdə bağlanılmaqla cavabdeh həmin müqavilədə göstərilən məbləği 24 iyul 2021-ci il tarixədək iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin iradəsi ilə bağlanan bu müqavilə cavabdehin barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədi daşıması ilə bərabər cavabdehin müqavilədə öhdəsinə götürdüyü qalan borc məbləğini ödəməli olması iş materialları ilə təsdiq olunur. Bu, həmçinin onunla bir daha təsdiq olunur ki, iddiaçı müqavilə üzrə öhdəliyin icrasını tələb etməyincə cavabdeh müqavilənin etibarsızlığını mübahisələndirməmişdir. Lakin, cavabdeh öz hərəkətlərinə davam edərək qeyd edilən pul məbləğini ödəməməklə müqavilənin icrasından imtina etmişdir.
18. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, məhkəmə araşdırmaları zamanı tərəflər arasında bağlanmış 25 iyul 2019-cu il tarixli Öhdəlik müqaviləsinin etibarsızlığı üçün əsaslar müəyyən e dilməmişdir. Həmin müqavilə tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqısı bağlı əvvəllər yaranmış borcun etirafı ilə əlaqədar bağlanmışdır, iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 25 iyul 2019-cu il tarixli, notarial qaydada təsdiq olunmuş ərizəsində cavabdehlə barışdığını, onun tərəfindən vurulmuş maddi ziyanın ödənildiyini göstərməsi həmin tarixdə bağlanmış öhdəlik müqaviləsinin icra edilməsi anlamına gəlmir. Cavabdeh eyni tarixli müqavilədən irəli gələn öhdəliklərin icrasına dair sübutlar təqdim edə bilməmişdir.
19. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin göstərilən dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Odur ki, məhkəmə kollegiyası prosessual qənaət prinsipindən çıxış e dərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasənda iddianln rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Şikayət iddia ərizəsinə etiraz və apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılaraq əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının cavabdehə 132000 (yüz otuz iki min) ABŞ dolları məbləğində pulun verməsini təsdiq edən sənədlər mövcud deyildir. Cavabdeh məhkəmədə bildirmişdir ki, tərəflər arasında biznes münasibətləri olmuşdur və iddiaçının cavabdehdən tələb etd iyi məbləğ onun birgə biznesdə çəkdiyi zərərlə əlaqələndirilir. Əks təqdirdə 132000 ABŞ dolları məbləğində pulun kiməsə heç bir sənəd tərtib etmədən verilməsi qətiyyən inandırıcı deyil və normal mühakimə zamanı bu faktın sübut edilməsi iddiaçıdan tələb edilməli idi. Cinayət işinin materialları tələb edilsəydi, o zaman məhkəmə də müəyyən edə bilərdi ki, əslində iddiaçının tələbi biznesdə uğradığı zərərlə bağlıdır. Cavabdeh isə iddiaçı qarşısında belə bir zərərin ödənilməsi haqqında öhdəlik götürməmişdir. Bu faktlar işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İddiaçı ilə Öhdəlik müqaviləsini məcburiyyət qarşısında bağlamışdır, əslində iddiaçıya heç bir borcu olmamışdır, müqavilə etibarsızdır. b)
22. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 337.1 Bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
25. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.Bu cür əq d bağlandığı andan etibarsızdır.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
29. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ö hdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür 31.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddı 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 442.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır
35. Maddə 739.1. Borc müqaviləsinə gör ə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
37. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarı
38. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlı ğı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
42. Maddə 259.0.1. Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəz ərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunması hissədə mübahisələndiri ldiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin olunması hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, məhkəmə kollegiya kassasiya şikayətindəki dəlilləri əsaslı hesab etmir, ona görə ki, cavabdehin kassasiya şikayətində qeyd olunmuş dəlillərinə apellyasiya məhkəməsi tərəfindən müvafiq hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında notariat qaydasında təsdiqlənməklə bağlanmış 25 iyul 2019-cu il tarixli Öhdəlik müqaviləsinin etibarsızlığı üçün əsaslar yoxdur, müqavilə tərəflərin azad iradə ifadəsini əks etdirir.
50. Tərəflər arasında borc münasibətlərinin əvvəllər mövcud olmuş birgə biznes fəaliyyəti ilə əlaqədar əmələ gəldiyi qəbul olunsa belə cavabdeh həmin əsaslarla 25 iyul 2019-cu il tarixli müqaviləyə dair həmin əsaslarla heç bir etiraz irəli sürə bilməz. Bu hal Mülki Məcəllənin 882.2.-ci maddəsi ilə istisna olunur.
51. Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 25 iyul 2019-cu il tarixli, notarial qaydada təsdiqlənmiş ərizəsində iddi apçının cavabdehlə barışdığını, onun tərəfindən vurulmuş maddi ziyanın ödənildiyini göstərməsi həmin tarixdə tərəflər arasında bağlanmış Öhdəlik müqaviləsinin icra edilməsi anlamına gəlmir. Əksinə, Bakı Ağır Cinayətlər Məhkəməsində olan həmin cinayət işi üzrə də cavabdehin iddiaçıya borclu olmasının öz təsdiqini tapdığını göstərir. 25 iyul 2019-cu il tarixli müqavilədən irəli gələn öhdəliklərin icrasına dair cavabdeh tərəf sübutlar təqdim edə bilməmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasi ya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
55. Odur ki, MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4041/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.