Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5811/2019 19.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X4, cavabdeh Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Cavabdeh Ləğv prosesində olan “X6” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12501/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Emin Mehdiyev) 2(006)-562/2018 saylı 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunaraq cavabdeh Ləğv prosesində olan “X6” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı tərəfindən 16 aprel 2013-cü tarixli, 355/Q saylı kredit müqaviləsi üzrə "X6” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialına girov qoyulmuş 1 ədəd sep+klondan (əyarı 585, çəkisi 7,8 qram), 1 ədəd brasletdən (əyarı 585, çəkisi 20,7 qram), 1 ədəd sepdən (əyarı 585, çəkisi 44,5 qram), 1 ədəd brilyant üzükdən (əyarı 585, çəkisi 6,8 qram), 1 ədəd brilyant üzükdən (əyarı 750, çəkisi 3,7 qram), 1 ədəd brilyant komplekt (üzük-sırğa) dəstindən (əyarı 750, çək isi 10,6 qram) və 1 ədəd brilyant üzükdən (əyarı 585, çəkisi 10,7 qram) ibarət qızıl-zinət əşyaları və ödənilmiş 30 manat dövlət rüsumu vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)562/2018 saylı 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 1 ədəd sep+klondan (əyarı 585, çəkisi 7,8 qram), 1 ədəd brasletdən (əyarı 585, çəkisi 20,7 qram), 1 ədəd sepdən (əyarı 585, çəkisi 44,5 qram), 1 ədəd brilyant üzükdən (əy arı 585, çəkisi 6,8 qram), 1 ədəd brilyant üzükdən (əyarı 750, çəkisi 3,7 qram), 1 ədəd brilyant komplekt (üzük-sırğa) dəstindən (əyarı 750, çəkisi 10,6 qram) və 1 ədəd brilyant üzükdən (əyarı 585, çəkisi 10,7 qram) ibarət ibarət qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olaraq 5410 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ləğv prosesində olan “X6" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ona aid girov predmeti olan 1 ədəd sep+klon, 1 ədəd braslet, 1 ədəd sep, 1 ədəd brilyant üzük, 1 ədəd brilyant üzük, 1 ədəd brilyant komplekt (ü zük-sırğa) dəsti və 1 ədəd brilyant üzükdən ibarət qızıl-zinət əşyalarının özlərinin və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh “X6” Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 16 aprel 2013-cü il tarixli, 355/Q saylı kredit müqaviləsinə əsasən bank ona 24 ay müddətinə 36 faizlə 4100 manat məbləğində kredit vermişdir. Həmin kreditin təminatı olaraq onun tərəfindən 16 aprel 2013-cü il tarixli, 355/Q saylı təhvil-təslim aktı əsasında 1 ədəd sep+klondan (əyarı 585, çəkisi 7,8 qram), 1 ədəd brasletdən (əyarı 585, çəkisi 20,7 qram), 1 ədəd sepdən (əyarı 585, çəkisi 44,5 qram), 1 ədəd brilyant üzükdən (əyarı 585, çəkisi 6,8 qram), 1 ədəd brilyant üzükdən (əya rı 750, çəkisi 3,7 qram), 1 ədəd brilyant komplekt (üzük-sırğa) dəstindən (əyarı 750, çəkisi 10,6 qram) və 1 ədəd brilyant üzükdən (əyarı 585, çəkisi 10,7 qram) ibarət ibarət qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. O, kredit müqaviləsinin 2-ci bəndinin 1.4 və 1.5-ci hissələrinin şərtlərinə əməl edərək vaxtında 4100 manat əsas məbləği və ona hesablanmış 1702 manat faiz məbləğini banka ödəmişdir. Bu, bankın ona verdiyi 04 sentyabr 2015-ci il tarixli, 2189 saylı arayışı ilə öz təsdiqini tapmışdır. Lakin, kredit borcunu ödədikdən sonra bank müxtəlif bəhanələr gətirərək onun qızıl-zinət əşyalarını qaytarmamışdır. Nəhayət Əmanətlərin Sığortalanması Fondundan ona bildirilmişdir ki, 16 aprel 2013-cü il tarixli, 355/Q saylı təhvil-təslim aktı əsasında əşyalarını bankdan götürmüşdür. Bankda sa xlanılan sənədlərin surətlərini ona təsdiq edərək vermişlər. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, 16 aprel 2013-cü il tarixli, 355/Q saylı aktda onun adının qarşısındakı imza ona məxsus deyildir. Daha sonra isə ona məlum olmuşdur ki, ona məxsus qızıl-zinət əşyaları X3 adlı şəxsin 03 noyabr 2014-cü il tarixli, 1892/Q saylı kredit müqaviləsinin təminatı olaraq bankın girovundadır. O, bu barədə X1 bildirmiş və onlar birlikdə banka gedərək, həqiqətən də, bunun belə olduğunu müəyyən etmişlər. X3 özünə məxsus qızılların harada olduğunu soruşduqda isə bu barədə məlumatları olmadıqlarını bildirmişlər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassas iya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: Cavabdeh Ləğv prosesində olan “X6” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kass asiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini və cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə “X6" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialı arasında bağlanmış 16 aprel 2013-cü tarixli, 355/Q saylı kredit müqaviləsi nə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə 36 faizlə 4100 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq 16 aprel 2013-cü il tarixli, 355/Q saylı təhvil-təslim aktı əsasında 1 ədəd sep+klondan (əyarı 585, çəkisi 7,8 qram), 1 ədəd brasletdən (əyarı 585, çəkisi 20,7 qram), 1 ədəd sepdən (əyarı 585, çəkisi 44,5 qram), 1 ədəd brilyant üzükdən (əyarı 585, çəkisi 6,8 qram), 1 ədəd brilyant üzükdən (əyarı 750, çəkisi 3,7 qram), 1 ədəd brilyant komplekt (üzük-sırğa) dəstindən (əyarı 750, çəkisi 10,6 qram) və 1 ədəd brilyant üzükdən (əyarı 585, çəkisi 10,7 qram) ibarət qızılzinət əşyaları banka girov qoyulmuşdur. “X6” ASC-nin “Gəncə” filialı tərəfindən tərtib edilmiş 16 aprel 2013-cü il tarixli, 355/Q saylı təhvil-təslim aktına əsasən İddiaçı həmin qızıl- zinət əşyaların ı “X6” Açıq Səhmdar Cəmiyyətinə girov qismində təhvil vermiş, qızıl-zinət əşyaları bank tərəfindən təhvil alınmışdır. “X6” ASC-nin “Gəncə" filialı tərəfindən tərtib edilmiş 16 mart 2015-ci il tarixli, 355/Q/Q saylı təhvil-təslim aktı ilə həmin aktda “X6” Açıq Səhmdar Cəmiyyəti tərəfindən girov predmeti olan qızıl-zinət əşyalarının İddiaçı təhvil verildiyi və İddiaçı həmin qızıl-zinət əşyalarını təhvil almasını imzası ilə təsdiq etdiyi qeyd olunmuşdur. Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İddiaçı adına tərtib edilmiş ********************* saylı hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı banka kredit borcu qalmamışdır. “X6” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialının 04 sentyabr 2015-ci il tarixli, 2189 saylı arayışa əsasən İddiaçı “X6" ASC-nin “Gəncə” filialında 16 mart 2015-ci il tarixdə kredit borcu bağlanmış və bank qarşısında heç bir kredit və ssuda borcu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2018-ci il tarixli, 17856 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, 16 mart 2015-ci il tarixli, 355/Q/Q saylı təhvil-təslim aktında “Təhvil aldı” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşin şərh olunan hallarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə birinci instansiyada baxan məhkəmə İddiaçı tərəfindən “X6” Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun tam ödənildiyi halda həmin kredit öhdəliyi üzrə banka girov qoyulmuş əşyaların bank tərəfindən ona təhvil verilməməsi barədə düzgün qənaətə gəlmiş, məhkə mə haqlı olaraq mübahisəyə Azərbaycan Republikası Mülki Məcəlləsinin 6.2, 16.1, 135.7, 152.1, 276.1, 283.1, 283.1.2, 294.1, 425.1, 425.2, 527.1, 527.2 və 528-ci maddələrini tətbiq edərək iddianın təmin olunması, girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması haqqında qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, İddiaçı girov olaraq Banka təqdim etdiyi qızıl-zinət əşyalarının faktiki yerində olub-olmaması məlumat yoxdur. Bu hal isə hazırki vəziyyətdə həmin əşyaların iddiaçıya naturada qaytarılmasını şübhə altına alır və bu da qəbul edilmiş qətnaməni gələcəkdə icrası mümkünsüz olan məhkəmə aktına çevirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdi kdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qətnamənin nəticə hissəsində yalnız əşyaların iddiaçıya qaytarılması əks olunmuşdur. Halbuki iş materiallarında olan 16 aprel 2013-cü il tarixli təhvil-təslim aktında həmin əşyaların dəyəri tam olaraq öz əksini tapmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehdən iddiaçıya məxsus qızıl-zinət əşyaları, bu m ümkün olmadıqda isə onların cəmi dəyəri olaraq 5410 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12501/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy
Məhkəmə qərarları › İş №2(102)-5811/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5811/2019
19.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver