Məhkəmə qərarları › İş №2(102)-5815/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5815/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5815/2020 15.10.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının Nurməmmədov Əhməd Güləhməd oğlu, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək hakimi MÜƏYYƏN ETDİM: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin (hakim Gültəkin İmanova) 23 fevral 2018-ci il tarixli, 2(010)-238/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması və evdən çıxarılma” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 əsas borca görə 43000 manat, xidmət haqqına görə 500 manat pulun tut ulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan ünvanı fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0258 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin satıldığı ana bazar qiyməti ilə qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, iddia tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmetləri satıldıqdan 1 ay ərzində cavabdehlərin ipoteka predmetindən və torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, eləcə də qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynov sədrlik edən, məruzəçi, Xəyalə Cəmilova və İsmay ıl Xəlilov) 13 avqust 2018-ci il tarixli, 2(103)-6411/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə dəyişdirilmiş və ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 54000 manat müəyyən edilməsi və qətnamənin Cavabdeh1 qarşı təmin olunmuş digər hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili Vüqar Əhmədov qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Əhməd Əhmədov sədrlik edən, məruzəçi, Akif İsgəndərov və İlqar Dəmirov) 22 yanvar 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 və vəkili X1 oğlunun kassasiya şikayəti təmin edilməmi ş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)-6411/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda digər Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi haqqında “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14.10.2020-ci il tarixli 04/2020 № li qərardad ında qeyd edilmişdir ki,apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, şikayətdə hazırk i iş üzrə iddiaçının xeyrinə tutulmuş borcun məbləği mübahisələndirilmiş, işə baxılandan sonra tərəflərindən iddiaçıya 16006 manat pulun ödənilməsini, lakin bu məbləğin işə baxılarkən nəzərə alınmamasını qeyd edilmişdir. Kassasiya şikayətində həmçinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissə də mübahisələndirilmişdir. İşdən görünür ki, işə Cavabdeh1 apelyasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsində və kassasiya şikayəıti üzrə kassasiya məhkəməsiundə baxılan zaman istər borcun məbləği, istərsə də, ipoteka prededmetinin ilkin satış qiyməti ilə bağlı hissələr apelyasiya və kassasiya qaydasında yoxlanılmışdır. Belə olan halda qətnaməni qeyd edilən hissələrinin yenidən kassasiya qaydasında yoxlanılması hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi barədə yuxarıd a istinad edilən qərardadın tələblərinə əsasən yolverilməzdir. Göstərilənlərə əsasən, Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. MPM-in 418-1.3-cü maddəsinə görə, Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Həmin Məcəllənin 418-1.4-cü maddəsinə əsasən Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Həmin Məcəllənin 411-ci maddəsinə görə, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 411 və 418-1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar