Məhkəmə qərarları › İş №2(102)-5820/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5820/2020

23.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5820/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X13 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 4 saylı X27 və Bakı şəhəri 50 saylı X27 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X9 ibarət tərkibdə, Novruzova Ülvi yyə Alim qızının katibliyi, Cavabdeh2 və onun vəkili X10 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5848/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu X20 tərəfindən xx xxxx 2017-ci il tarixdə təsdiq edilmiş AR-İ seriyalı 521591 №-li etibarnamənin surətindən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq bağışlamaq və s. əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, onu bütün idarə, təşkilatlarda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində, Notariat kontorlarında təmsil etməyi və digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. İddiaçı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2017-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* №- li 4Ə-726 reyestr nömrəli alqı-satqı müqaviləsinə dair notariat işinin materiallarından aydın olur ki, Cavabdeh1 etibarnamə əsasında təmsil etdiyi iddiaçının adından xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X14 ərizə ilə müraciət edərək Cavabdeh2 ilə İddiaçı məxsus olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.M.Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzilinin (bundan sonra – mübahisəli mənzil) alqı-satqı müqaviləsi üzrə 11000 manata satılması barədə razılığa gəldiklərini, bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsi üçün qeyd olunan məbləğin notariat kontorunun depozit hesabına qoyulmasını xahiş etmişdir. “xxxx” ASC-nin Qara Qarayev filialı tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli qəbzə əsasən Cavabdeh2 Cavabdeh1 mənzilin dəyərini ödəmək üçün 11000 manat pulu Bakı şəhəri 50 saylı notariat kontorunun depozit hesabına keçirmişdir. X15 notariat kontoruna ərizə ünvanlayaraq, iddiaçı ilə ümumi mülkiyyətdə olan mübahisəli mənzilin ona məxsus olan hissəsinin (2 otaq – 26,0 kvadrat metr) s atılması haqqında məlumatı olduğunu, bu payın alınması üçün üstün alıcılıq hüququndan imtina etdiyini və onun başqa şəxsə satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzili (1 otaq – 25,4 kvadrat metr) paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2712 nömrəli reyestr kitabının 252733 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 4 saylı X27nin dövlət notariusu X21 tərəfindən xx xxxx 2019-cu il tarixdə təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsini n surətindən görünür ki, Cavabdeh2 paylı mülkiyyət hüququ ilə özünə məxsus mübahisəli mənzilinin 1 otağını (sahəsi 25,4 kvadrat metr) 20000 manata X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzili paylı mülkiyyət hüququ üzrə (1 otaq – 25.4 kvadrat metr) X11 adına daşınmaz əmlakın dövlət reyestrində **********38-05101-093007 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. “Elektron notariat” X1 çıxarışa əsasən X5, X7 və X22 mübahisəli mənzildə qeydiyyatdadırlar. AZ-İ seriyalı 865403 və 865404 №-li ölüm haqqında şəhadətnamələrin surətindən görü nür ki, X7 və X5 06mart 2017-ci il tarixdə dəm qazının toksiki təsiri səbəbindən Bakı şəhərində ölmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X13 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 4 saylı X27 və Bakı şəhəri 50 saylı X27 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək (mərhum Cavabdeh1 cavabdehlər sırasından çıxarmaqla), mərhum Cavabdeh1 ilə Cavabdeh2 arasında onun mülkiyyətində olmuş mübahisəli mənzilə dair (1 otaq – 25,4 kvadrat metr) 50 saylı Notariat Kontorunda xx xxxxxxx x 2017-ci il tarixdə bağlanmış 4Ə-726 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə X24 arasında 4 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun bərpa edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını, mülki işin araşdırılması zamanı cavabdehlərin və digər şəxslərin əməllərində cinayət tərkibi aşkar olunarsa bu barədə xüsusi qərar çıxarıb prokurora məlumat verilməsini mə hkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bacısı X7 və sonuncunun qızı X5 xx xxxx 2017-ci ildə yaşadıqları mübahisəli mənzildə qazdan boğulma səbəbindən vəfat etmişlər. Hadisə meyitlər 2 gün mənzildə qaldıqdan sonra qonşuların polisə müraciəti əsasında məlum olmuşdur. Polis və prokurorluq əməkdaşları tərəfindən hər iki meyit MTE və PAETT Birliyinin Sabunçu rayon Şöbəsinə göndərilmişdir. Digər bacısı qızı X6 isə xx xxxx 2017-ci ildə bu barədə xəbəri olmuş və ona telefonla məlumat verildikdən sonra o, xx xxxx 2017-ci ildə yaşadığı Türkiyə Respublikasından Bakı şəhərinə gəlmişdir. O, bacısı qızı X16 və sonuncunun əri Cavabdeh1 ilə birgə mərhum bacısının mülkiyyətində olan mənzilə gəldikdə qapının bağlı olduğunu görüb, birgə sahə müvəkkili Cavabdeh2 ilə 12-ci Polis Bölməsində onunla görüşmüşlər. Həmin vaxt növbədə olan Cavabdeh2 onları mənzilə aparmışdır, çünki mənzilin açarı bacısı vəfat etdikdən sonra onda olmuşdur. Mənzilə girdikdə mənzilin əşyalarının dağınıq olduğunu görüb Cavabdeh2 bunun səbəbini soruşmuşlar, çünki bacısının evində pul və qızıl-zinət əşayaları var idi. Lakin baxış keçirərkən heç bir qızıl, pul və qiymətli əşyanın olmadığını gördükdə Ramil bildirmişdir ki, “səs salmayın, bu saat Sizi mənzildən çölə çıxararam, açarı da Sizə vermərəm”. Buna baxmayaraq, Ramil onları mənzildən çölə çıxararaq, qapını özü bağlamış və açarları da özündə saxlamışdır. Bacısı və qızının bütün dəfn və yas xərcini özü həyata keçirmişdir. Mənzilin açarları Cavabdeh2 olduğundan o, Ramilin iştirakı olmadan mənzilə gedə bilməmişdir. Pul və qızıl-zinət əşyaları mənzildə aşkar edilmədiyi kimi mənzildə olan digər əşyalar da cavabdeh tərəfindən qeyri-müəyyən istiqamətə aparılaraq gizlədilmişdir. Mənzilin açarları bu gün də cavabdehdədir. İş üzrə Sabunçu rayon Prokurorluğunda başlanmış ********* saylı cinayət işinə Sabunçu rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Vüsal Mehrəliyevin xx xxxx 2017-ci il tarixli qərarı ilə xitam verilmişdir. Bir müddət keçdikdən sonra miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınması və müvafiq çıxarışın adına alınması üçün bacısı qızı X8 etibarnamə vermək istəmişdir. Sonuncu isə bu işlərin əri Cavabdeh1 həvalə edilməsini istəmişdir, çünki o, işlədiyindən bu işlərin ardınca gedə bilməyəcəyini bildirmişdir. O da məcbur olub bu barədə, yəni yalnız vərəsəlik işinin açılması və müvafiq çıxarışın alınaraq ona verilməsi məqsədilə Cavabdeh1 Bakı şəhəri 39 saylı Notariat Kontorunda xx xxxx 2017-ci il tarixdə müvafiq etibarnamə vermişdir. O, yalnız bu məqsədlə etibarnamə verdiyi halda, sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 ondan icazəsiz etibarnamədə mənzilə dair bütün səlahiyyətləri, o cümlədən sərəncam vermək hüququnu da qeyd etdirmişdir. Bütün bunlardan onun yalnız 2019-cu ilin mart ayında xəbəri olmuşdur. Bu səbəbdən də o, Cavabdeh1 verdiyi etibarnaməni ləğv elətdirmişdir. Cavabdeh1 hər dəfə ona bildirirmişdir ki, sənədlər hazırlanır, əlavə tikililəri də var ki, onları da çıxarışa əlavə etmək istəyirlər və bu səbəbdən iş yubanır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 sahə müvəkkili Cavabdeh2la əmlakını ələ keçirmişlər. Şifahi olaraq məlumatı olmuşdur ki, hətta Cabbar mənzilə dair çıxarışı adına aldıqdan sonra cəmi 15000 manataRamilin adına formal olaraq alqı-satqı etmişlər. xx xxx 2019-cu il tarixdə isə Ramil onun vəkili ilə telefonla danışarkən bildirmişdir ki, o da mənzili artıq 2 nəfərə satmışdır. Lakin vəkilinin verdiyi xx xxx 2019-cu il tarixli VB061 nömrəli sorğuya üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli **********36 saylı məktubdan ona məlum olmuşdur ki, miras hüququ üzrə mülkiyyətinə keçmiş mübahisəli mənzil 26 (1 otaq – 25,4 kvadrat metr) adına qeydiyyatdan keçdikdən sonra 50 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-726 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdi rilmişdir. Göründüyü kimi evin vərəsəlik işinin və çıxarışın alınması məqsədilə Cavabdeh1 etibarnamə verdiyi halda, sonuncu evi əvvəlcədən qanunsuz sahibliyinə qəbul etmiş Cavabdeh2 mülkiyyətinə formal olaraq keçməsi üçün onun iradəsinə zidd olaraq qanunsuz alqı- satqı aparmışdır. Alqı-satqının qanunsuz olmasının bir halı da ondan ibarətdir ki, alqı-satqıya dair notariat hərəkətləri aparılarkən alqı-satqıdan əldə edilən pul vəsaitinin Cavabdeh2 Cavabdeh1 vasitəsi ilə ona ödənilməsinin təmin edilməməsidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli 2(008)-420/2020 saylı qətnaməsi ilə (hakim – Zaur Hacıyev) iddia rədd edilmişdir. Məhkəmə iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı öz həqiqi iradəsini ifadə edərək özünə məxsus olan bütün əmlakı, o cümlədən mübahisəli mənzilini (1 otaq – 25,4 kvadrat metr) idarə etmək, onun üzərində sərəncam vermək, alqı-satqı daxil olmaqla bütün əqdləri bağlamaq və digər hərəkətlər etmək səlahiyyətlərini Cavabdeh1 etibar etmiş, sonuncu da etibarnamə üzrə ona verilmiş səlahiyyətlərdən istifadə edərək yuxarıda qeyd olunan mənzili Cavabdeh2 satmış, sonuncu isə sonradan həmin mənzili X3, iddiaçının Cavabdeh1 xx xxxx 2017-ci il tarixli AR-İ seriyalı 521591 №-li etibarnaməni verməyə məcbur edilməsi, həmin etibarnamənin hədə-qorxu və zorakılıq yolu ilə əldə edilməsi öz təsdiqini tapmamışdır. Cavabdeh1 müqavilə azadlığı prinsipi çərçivəsində arvadının xalası, iş üzrə iddiaçının ona verdiyi etibarnamə əsasında hərəkət edərək, sonuncunun paylı m ülkiyyətində olan mənzil (1 otaq – 25.4 kvadrat metr) üzərində sərəncam verərək xx xxxxxxxx 2017-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli 4Ə-726 reyestr nömrəli alqı-satqı müqaviləsini bağlayarkən tam sərbəst iradəsi ilə hərəkət etmiş, alqı-satqı müqaviləsində hər bir tərəfin iradəsi tam ifadə olunmuşdur. Həmçinin, Cavabdeh2 ilə X24 arasında mübahisəli mənzilə dair AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam şəkildə əməl edilmişdir. Məhkəmə həmçinin Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin Cavabdeh2, sonradan isə X11 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının məzmununun qeyri-dəqiqliyini sübuta yetirə bilməmişdir və həmin məzmunun h əqiqiliyi və tamamlığı prezumsiyası qüvvədədir. Məhkəmə şahid qismində dindirilmiş X17 mərhum atası Cavabdeh1 mübahisəli mənzili Cavabdeh2 satdığını, lakin pulunu ala bilmədiyini bildirməsi barədə ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin ifadə işin araşdırılan digər halları ilə üst-üstə düşmür. Həmçinin məhkəmə şahidin iddiaçı ilə tanışlıq əlaqəsində olmasını nəzərə alaraq, həmin ifadəni iddiaçının tələbinin əsaslılığını gəstərən sübut mənbəyi kimi qəbul etməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İ manov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı hazırda yalnızmübahisəli mənzilə dair vərəsəlik işinin açılması və adına müvafiq çıxarışın alınması səlahiyyətlərini özündə əks etdirən etibarnamə verdiyini, lakin sonuncunun onu aldadaraq həmin mənzilə dair bütün səlahiyyətləri, o cümlədən sərəncam vermək hüququnu da etibarnamədə qeyd etdirdiyini bildirsə də, tələbinin əsası kimi istinad etdiyi bu halları sübuta yetirə bilməmiş, nə də işin halları ilə bu hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, müq avilə qanunvericiliyin tələblərinə riayət edilərək bağlanmış, əqdin etibarsız hesab edilməsinə əsas olan dispozisiya şərtləri yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının müqavilə bağlanarkən pul vəsaitinin (mənzilin dəyərinin) Cavabdeh1 ödənilməməsi, Cavabdeh2 tərəfindən hesaba köçürülüb özü tərəfindən də əldə edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “xxxx” ASC-nin Qara Qarayev filialı tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli qəbzə əsasə n Cavabdeh2 Cavabdeh1 mənzilin dəyərini ödəmək üçün 11000 manat pulu Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X12 depozit hesabına keçirmişdir. Həmin məbləğin Cavabdeh2 tərəfindən götürülməsi ilə bağlı qeyd etdiklərini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh2 ilə X24 arasında mübahisəli mənzilə dair xx xxxx 2019-cu il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə tam şəkildə əməl edilmişdir. Həmin müqavilə əsasında mülkiyyət hüququ ilə əldə edən həmin mənzili vicdanlı əldə etmişdir və onun mənzil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqavisinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər m övcud deyildir. İddiaçının hüquqlarının pozulması ehtimal edilsə belə, bu pozuntu mübahisəli mənzilin vicdanla əldə etmiş şəxsin (şəxslərin) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin fa ktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X18) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakını təmin etməməklə, onun iştirakı olmadan işə baxmaqla prosessual pozuntuya yol vermişdir. Bundan başqa o Cavabdeh1 mübahisəli mənzillə bağlı etibarnamə verən zam an səlahiyyətli olmamışdır, çünki həmin vaxt mənzil onun mülkiyyətində deyildir. O, həmin etibarnaməni mülkiyyətində olmayan və miras əmlak kimi qəbul olunmayan mənzilin idarə edilməsi ilə bağlı etibarnamə verə bilməzdi. Bu səlahiyyət ona yalnız mənzilin onun adına xx.xx.2017-ci il tarixdə Çıxarış verildikdən sonra yaranmışdır. Etibarnamə isə xx.xx.2017-ci il tarixdə verilmişdir. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Leyla Qərinlinin vicdanlı alıcı olması barədə də düzgün olmayan nəticəyə gəlmişdir. Çünki mübahisəli mənzil sonucular arasında alqı-satqı predmeti olsa da, bu günə qədər Cavabdeh2 sahibliyindədir. yə mənzil formal olaraq satılmışdır. Birinci instansiya məhkəməsi bu hallara qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmiş, apelyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiy i səhvi təkrarlamış, qeyd edilən xüsusatları araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin vəkili X25 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə yazılı etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarətdir. İddiaçı kassasiya şikayətində bir-birinə zidd olan fikirlər qeyd etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 və onun vəkili X25 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçının vəkili məhkəməyə teleqram göndərərək iddiaçının Covid-19 virusu ilə hospitala yerləşdirilməsini qeyd etmiş və bu səbəbdən məhkəmə iclasınını təxirə salınmasını xahiş etmişdir. Lakin vəkil bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, həmçinin özünün məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh və üçüncü şəxslərin nümayəndələri gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərba ycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxx xx 2004-cü il tarixli Plenum Qərarı: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əq dlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il taraixli Qərarı: “...vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göst ərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə də lilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddiaçı məhkəmə iclasında iştirakının təmin edilməməsini göstərmişdir. Məhkəmə kolle giyası şikayətin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, işdən göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının məhkəməyə məlum olan ünvanına bildiriş göndərmiş, eyni zamanda iddiaçıya məxsus mobil telefon nömrəsinə SMS bildirişlə məlumatlandırılmışdır.Lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Kassasiya şikayətində daha sonra qeyd edilmişdir ki, Cavabdeh1 mübahisəli mənzillə bağlı etibarnamə verən zaman səlahiyyətli olmamışdır, çünki həmin vaxt mənzil onun mülkiyyətində deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu X20 tərəfindən xx xxxx 2017-ci il tarixdə təsdiq edilmiş AR-İ seriyalı 521 591 №-li etibarnamənin surətindən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq bağışlamaq və s. əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, onu bütün idarə, təşkilatlarda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində, Notariat kontorlarında təmsil etməyi və digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Göründüyü kimi, iddiaçı həmin etibarnamə ilə bütün səlahiyyətləri Cavabdeh1 vermişdir. Mübahisəli mənzilin etibarnamə veriləndən sonra iddiaçını n mülkiyyətinə keçməsi, həmin mənzillə bağlı iddiaçının adından hərəkət edilməsinə mane deyildir. Çünki iddiaçının adından alqı-satqı müqaviləsi bağlanan zaman etibarnamə qüvvədə olmuş, Cavabdeh1 həmin etibarnaməyə əsasən iddiaçınıə təmsil etmiş və alqı-satqı müqaviləsini bağlamaqda səlahiyyətli olmuşdur. Məhkəmənin digər cavabdehlər Cavabdeh2 və Leyla Qərinlinin vicdanlı alıcı olması barədə də düzgün olmayan nəticəyə gəlməsi, mübahisəli mənzilin sonucular arasında alqı-satqı predmeti olsa da, bu günə qədər Cavabdeh2 sahibliyində olması, yə mənzil formal olaraq satılması barədə şikayətin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etm ək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzilin mülkiyyətçisi mülkiyətində olan mənzildən istədiyi kimi istifadə etmək, mənzili alqısatqı edib mülkiyyətinə keçiridikdən sonra Cavabdeh2 sahibliyində saxlamaq L.Qəriblinin mülkiyyət hüquqlarını sərbəst həyata keçirmək imkanıdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikay əti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5848/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar