Məhkəmə qərarları › İş №2(102)-5822/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5822/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5822/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddət keçdiyinə görə apelyasiya şikayətinin qeyrimümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)-6566/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 300.000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən (1 ABŞ dolları=1.70 Azərbaycan manatı olmaqla) 510000 manat məbləğində əsas borcun və əlavə olaraq 109625,54 manat gecikmə faizinin Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi, tutmanın cavabdehlərə məxsus əmlaklara: Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında olan 87 saylı mənzilə; ünvan 2 ünvanında olan 304 saylı mənzilə; Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında olan 27 saylı mənzilə; Abşeron rayonu, Fatmayı kəndindəki 0.10 ha həyətyanı torpaq sahəsinə; Abşeron rayonu, Fatmayı kəndindəki 0.10 ha həyət yanı torpaq sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 510000 manat əsas borc, 70125 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 852 manat pulun İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh Sadıqov X1 Rayon Məhkəməsinin e-2(005)-2022/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsindən 12 avqust 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 senty abr 2022-ci il tarixli, 2(103)-6566/2022 nömrəli qərardadı ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.M.Həsənov və M.A.Məmmədov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022 saylı, 21 iyun 2022-ci il nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi 08 iyul 2022-ci il tarixdə Cavabdeh2 eləcə də onun vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Be lə olan təqdirdə, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü cavabdehə münasibətdə 08 avqust 2022-ci il tarixi hesab edilir. Lakin onun apellyasiya şikayəti 12 avqust 2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. 5.1. Göründüyü kimi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Bununla belə apellyasiya şikayəti verilməsi müddətini ötürmüş cavabdeh birinci instansiya məhkəməsinə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir.

6. Apellyasiya məhkəməsi qərardadı Mülki Prosessual Məcəllənin 360, 363.1.2., 363.1.3 və 364-cü mad dələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə Cavabdeh2 və onun vəkilinin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 135.1, 135.2, 135.6-cı maddələri pozulmuşdur. Belə ki, qətnamənin hansı tarixdə qəbul edilməsindən asılı olmayaraq ondan şikayət vermə müddəti rəsmi qaydada təqdim olunduğu tarixdən hesablanır. Mübahisələndirilən məhkəmənin qətnaməsinin tərəfə rəsmi qaydada təqdim olunmasının tarixi yuxarıda qeyd olunan maddi normalarına əsasən xx.xx.2022-ci ildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

11. Maddə 129.1. İllərlə hesablanan müddət, müd dətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

14. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddəti ndə verilə bilər.

15. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

16. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;...

17. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

20. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

22. Bel ə ki, Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiyası məhkəməsi apellyasiya şikayətinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu araşdırmalıdır.

23. MPM-nin 364-cü maddəsində konkret olaraq göstərilməsə də, bu norma birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsasların da yoxlanılmasını ehtiva edir. MPM-nin 363 və 364-cü maddələri apellyasiya şikayətinin forma və məzmun tələblərinə cavab verməsini, şikayətin verilməsi üçün müəyyən olunmuş müddətlərə riayət olunmasını, apelyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini araşdırmağı birinci instansiya məhkəməsinin vəzifəsi kimi müəyyən etmişdir.

24. Apellyasiya şikayətinin məzmun una aid MPM-nin 361-ci maddəsində müəyyən olunmuş çatışmazlıqlar, habelə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətlər buraxıldıqda, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmaqla apellyasiya şikayətini geri qaytarır.

25. Qanunvericilik bu halda proses iştirakçısına apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı iki mərhələdə (MPM-nin 267.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində və 269.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində) mübahisələndirmək hüququ verir və bu qayda şəxsin məhkəmə müdafiəsi hüququnun təminatı (reallaşdırılması) baxımından əhəmiyyətlidir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 364-cü maddəsində müəyyən olunmuş qaydalara düzgün riayət ol unmalıdır. Baxılan işdə də apellyasiya instansiyası məhkəməsi məhz MPM-nin 364-cü maddəsinə əsaslanmaqla hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunauyğunluğunu yoxlamamışdır.

26. İşin bu prosessual vəziyyəti MPM-nin 366-cı maddəsinə əsasən apellyasiyanın mümkün sayılmaması kimi hüquqi nəticəyə səbəb olur.

27. Qətnamənin Cavabdeh2 və onun vəkilinin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirildiyi barədə dəlilləri əsassızdır. Çünki iş materiallarından göründüyü kimi qətnamənin surəti Cavabdeh2 və onun vəkilinin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir.

28. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış etməklə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv e dilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)-6566/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar