Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-583/2019 18.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 18 yanvar 2019-cu il İş № 2(102)-583/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili Alıyev Cavid Barat oğlunun iştirakı ilə, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ““xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı əsas kredit borcunun, onun faizlərinin və cərimənin alınması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi, cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması və evin alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon məhkəməsinə müraciət etmişdir. Şəmkir rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Paşayev, iş № 2(076)-577/2018) iddianın qismən təmin edilməsi, 17 may 2013-cü il tarixli, 06R000011076 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16.111,43 (on altı min yüz on bir dollar qırx üç sent) ABŞ dolları əsas kredit borcu, 4.088,28 (dörd min səksən səkkiz dollar iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu və 600 (altı yüz) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 20.799,71 (iyirmi min yeddi yüz doxsan doqquz dollar yetmiş bir sent) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb “xxxx” QSC-yə verilməsi, tələbin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* nömrəli, 24.11.2009-cu il tarixli, ******* *** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli və Seriya MA ******* nömrəli, 28.01.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”lar əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47.6 kv.m yaşayış, 29.9 kv.m yardımçı, 77.5 kv.m ümumi sahədən, 1 mərtəbəli, 1 otaqlı, 17.3 kv.m yaşayış, 27.2 kv.m yardımçı, 44.5 kv.m ümumi sahədən, xxxx-da yerləşən 1 mərtəbəli, 2 otaqlı, 55.5 kv.m yaşayış, 26.8 kv.m yardımçı, 82.3 kv.m ümumi sahədən və xxxx-da yerləşən 2 mərtəbəli, 4 otaqlı, 142.45 kv.m yaşayış, 63.4 kv.m yardımçı, 205.85 kv.m ümumi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə y önəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 20.799,71 (iyirmi min yeddi yüz doxsan doqquz dollar yetmiş bir sent) ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb “xxxx” QSC-yə verilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada alınıb “xxxx” QSC-yə verilməsi, ipoteka predmeti olan Şəmkir rayonu, ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində yerləşən 25 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 həmin evdən ç ıxarılması, onların fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqının alınıb “xxxx” QSC-yə verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 30 (otuz) manat pulun alınıb “xxxx” QSC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Bayramov (sədrlik edən və mə ruzəçi), Ş.Əliyeva və İ.Şəfiyev, iş № 2(104)-2904/2018) Şəmkir rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə işin halları araşdırılmamış, prosessual tələblərə tam əməl edilməmişdir. İşə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” Qapal ı Səhmdar Cəmiyyətinin vəkili Alıyev Cavid Barat oğlu, göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslərməhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmə dən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2007-ci il tarixli, 06L000000202 saylı kredit xətti müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 26 yanvar 2011-ci il tarixli, 202 saylı sazişə əsasən, kredit xətti müqaviləsinə əlavə və dəyişikliklər edilmiş, kredit xəttinin məbləği artırılaraq 200.000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə iddiaçı bank arasında bağlanmış 17 may 2013cü il tarixli, 06R000011076 saylı kredit razılaşmasına görə, iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” QSC-yə aid məxaric orderinə görə, 17 may 2013-cü il tarixdə saat 13:29-da Cavabdeh1 40.000 ABŞ dolları məbləğində pul verilmiş, həmin pulun 400 ABŞ dolları komissiya haqqı kimi çıxılmışdır. Cavabdeh1 kredit məbləğini aldığını imzası ilə təsdiq etmişdir. 25 noyabr 2009-cu il tarixli, 06S000002913 saylı zaminlik müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2007-ci il tarixli, 06L000000202 saylı kredit xətti müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdülər. 16 mart 2015-ci il tarixli, 06R000011076S saylı sazişə əsasən, tərəflər kredit razılaşmasına və ödəniş planına dəyişiklik etmişlər. 16 mart 2015-ci il tarixli, 06R000011076S saylı sazişə əlavə kimi tərtib edilmiş ödəniş planına əsasən, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, 17 mart 2015-19 sentyabr 2017-ci illər ərzində krediti hər ay ödəməyi öhdəsinə götürmüşdür. 24 noyabr 2009-cu il tarixli, 06M000000396 saylı notariat qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə görə, Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47.6 kv.m yaşayış, 29.9 kv.m yardımçı, 77.5 kv.m ümumi sahədən, xxxx-da yerləşən 1 mərtəbəli, 1 otaqlı, 17.3 kv.m yaşayış, 27.2 kv.m yardımçı, 44.5 kv.m ümumi sahədən, xxxx-da yerləşən 1 mərtəbəli, 2 otaqlı, 55.5 kv.m yaşayış, 26.8 kv.m yardımçı, 82.3 kv.m ümumi sahədən və xxxx-da yerləşən 2 mərtəbəli, 4 otaqlı, 142.45 kv.m yaşayış, 63.4 kv.m yardımçı, 205.85 kv.m ümumi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka qoyulmuşdur. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 31.301,40 manat müəyyən edilmişdir. Seriya MA ******* nömrəli, 24 noyabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görə, mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmiş Şəmkir rayonu,ünvan 1 ünvanında yerləşən 25 nömrəli fərdi yaşayış evi “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 16.10.2007-ci il tarixli, 06L000000202 saylı kredit xətti müqaviləsinin icrasını n təminatı kimi “xxxx” QSC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Seriya MA 0142177 nömrəli, 28 yanvar 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görə, mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmiş Şəmkir rayonu, ünvan 1 ünvanında yerləşən 25 nömrəli fərdi yaşayış evi “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əlavə və dəyişikliklər barədə 26 yanvar 2011-ci il tarixli 202 saylı sazişin icrasının təminatı kimi “xxxx” QSC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Şəmkir RİHB-nin Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 16 noyabr 2009cu il tarixli arayışa əsasən, Cavabdeh1 oğlu Şəmkir rayonu, ünvan 1 ünvanında yerləşən 25 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, Cavabdeh5, Cavabdeh6, X5 qızından və X1 ibarət ailə üzvü vardır. Cavabdeh5 və Cavabdeh6 tərəfindən notarial qaydada yazılmış razılıq ərizələrinə görə, onlar, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş, həmin evə tutma yönəldikdə, onu dərhal tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Maliyyə arayışı və şəxsi hesabdan çıxarışa müvafiq olaraq, Cavabdeh1 27 dekabr 2016-cı il tarixədək banka 16.111,43 ABŞ dolları əsas kredit borcu, 4.088,28 ABŞ dolları faiz borcu, 7.119,69 ABŞ dolları cərimə borcu olmaqla, cəmi borcu 27.319,40 ABŞ dolları təşkil edir. Şəmkir Rayon Məhkəmənin 09 iyun 2017-ci il tarixli qərardadı ilə təyin edilmiş “xxxx” MMCnin 30.01.2018-ci il t arixli, Ç-107 nömrəli rəyinə görə, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 70.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 386.1, 427.3, 429.1.3, 442, 448.1, 445.2.1, 449.4, 449.1, 470, 472.1, 472.2, 739.1-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 4, 33, 34.1.1, 36.1, 36.2.4, 36.3, 59.3, 59.4, 39, 1.0.9-cu maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli poz untusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərödənilməlidir. Faizlərin miqdarı pul ö hdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və Zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyəl daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclarının öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsidə daxil olmaqla. zamin kreditor qarşısında bo rclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi, və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsi ndə dəbbə pulu və ( və ya ) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Cavabdeh1 qətnamənin əsasız və qanunsuz olması barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Kassasiya şikayətinin həmin dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş eksper tiza əsasında, “xxxx” MMC-nin 30.01.2018-ci il tarixli, Ç-107 nömrəli rəyinə görə, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 70.000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən digər dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətb iq etdiyi maddi hüquq normaları düzgün olmuşdur. Kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kolleg iyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-583/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-583/2019
18.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver