Məhkəmə qərarları › İş №2(102)-583/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-583/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-583/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-13176/2019 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “N” KB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(011)-496/2019) iddiaçı ləğv prosesində ol an QSC “N” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2012-ci ilin iyul-avqust aylarında bankla Cavabdeh arasında illik istifadə dərəcələri 25 faiz olmaqla 24 ay müddətinə 4 kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında xx xxxx 2012-ci il tarixdə 3800 manat məbləğində kreditin verilməsi barədə 13000/5014/12 saylı, yenə xx xxxx 2012-ci il tarixdə 2200 manat məbləğində kredit verilməsi barədə 1300/5015/12 saylı müqavilələr, xx xxxxxx 2012-ci il tarixdə 4000 manat və 3900 manat məbləğində kreditin verilməsi barədə müqavilələr bağlanmışdır. 2018-ci ilin sentyabr ayında ləğv prosesində olan bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh öz müqavilə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən onun banka xx xxxx 2012-ci il tarixli kredit müqavilələri üzrə müvafiq olaraq cəmi 6239,47 manat və cəmi 3551,99 manat, xx xxxxxx 2012-ci il tarixli kredit müqavilələri üzrə müvafiq olaraq cəmi 5311,78 manat və cəmi 4654,31 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcların cavabdehdən alınaraq banka ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək cavabdehin öz müqavilə öhdəliklərini icra etmədiyi üçün iddia müddətinin axımının başlanmasını və belə vəziyyətdə məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməklə tələbin rədd edilməsinin qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə d əyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını əsaslı sayarkən bank tərəfindən qanunda müəyyən olunmuş iddia müddətinin ötürülməsini əsas göstərmişdir. İş materiallarından görünür ki, kredit müqavilələri 2012-ci ilin iyul-avqust aylarında 24 ay müddətinə bağlanmış, bank isə borcun ödənilməsi tələbi ilə məhkəmyə 2018-ci ilin sentyabr ayında müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 371.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşdən görünür ki, cavabdeh tərəfindən banka sonuncu ödəniş xx xxxx 2014-cü il tarixdə həyata keçirilmiş, kredit müqavilələrinin icra müddəti 2014-cü ilin iyul-avqust aylarında bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Müəyyən olunduğu kimi cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Göstərilən vəziyyətdə bank tərəfindən iddia müddətinin ötürülməsi təsdiq olunduğundan koll egiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar