Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-583/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 (qarşılıqlı iddia üzrə cavabdeh) və İddiaçı2 cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərər; müqavilənin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiya sının 2(103)-1032/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli borc müqaviləsinə əsasən X10 Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh həmin borcu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş qəbzdən X10 həmin qəbzlə Cavabdeh 40 min ABŞ dolları aldığı görünür. Məhkəmə xəttşünaslıq ekspertizasının 4/29 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyindən a ydın olur ki, mülki işin 93-cü vərəqəsində yerləşən X6 adından olan qəbzdə “X10” yazıları qarşısındakı imza X10 tərəfindən yox onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borc verilmiş pulun məcburi alınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 40 min ABŞ dolları məbləğində əsas borcun, maddi və mənəvi zərərə görə 10 min manat pulun və 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş, reyest rdə 3M-787 nömrəsi ilə qeydə alınmış borc müqaviləsinə əsasən iddiaçıların mərhum atası X4 xx.xx.2016-cı il tarixdə qaytarmaq şərti ilə 40 (qırx) min ABŞ dolları məbləğində borc pul almışdır. Lakin Cavabdeh notarial qaydada müqavilə bağlayıb öhdəlik götürməsinə baxmayaraq, həmin borcu indiyədək qaytarmamışdır. Borc müqaviləsinin 3-cü bəndində göstərilmişdir ki, Cavabdeh göstərilən 40 min ABŞ dolları borc məbləğini vaxtında qaytarmasa, X10 bu barədə məhkəmədə iddia qaldıra bilər. X10 2018-ci ilin oktyabr ayında vəfat etmişdir. İddiaçılar onun yeganə vərəsələri olmaqla ondan qalan mirası qəbul etmiş, onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçılar borc müqaviləsində göstərilən pulu qaytarmağı Cavabdeh dəfələrlə tələb etsələr də, o, borcu ödəməkdən yayınmışdır. Bundan əla və, borc vaxtında qaytarılmadığına görə iddiaçıların ailəsi həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Belə ki, həmin pul ailənin ehtiyacları üçün toplanmışdı. Cavabdeh pulu vaxtında qaytarmadığına görə iddiaçıların ailə üzvləri pulsuz qalmış, valideynləri əsəbdən, narahatçılıqdan hipertoniya, ürək-damar xəstəliyinə tutulmuş, mərhum X10 bu səbəbdən infarkt keçirərək vəfat etmişdir. İddiaçıların anası X7 xəstəliyinin şiddətlənməsi üzündən hər ay əlavə dərman vasitələri alır. Ona görə də Cavabdeh borcun vaxtında qaytarılmaması ilə əlaqədar vurduğu maddi zərərə görə 5 min manat, mənəvi zərərə görə 5 min manat, ümumilikdə 10 min manat məbləğində kompensasiya da ödəməlidir. Cavabdeh İddiaçı1 qarşı müqavilənin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbləri barədə qarşılı qlı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onunla X10 arasında imzalanmış və xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş 3M-787 reyestr nömrəli borc müqaviləsinin əhəmiyyətsiz əqd hesab hesab edilməsi, İddiaçı1 vurulmuş mənəvi zərərin əvəzi olaraq 50 min manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsi müxtəlif yalanlarla doludur. Həmin iddia ərizəsi barədə Cavabdeh ailə üzvləri tanış olublar. Cavabdehə bu şəkildə şər və böhtan atılması onun və ailə üzvlərinin əsəb gərginliyi, stres keçirməsinə səbəb olmuşdur. İddia ərizəsində olan yalan məlumatlar həm Cavabdeh, həm də onun ailə üzvlərinə mənəvi zərər vurmuşdur. Cavabdeh və onun ailə üzvlərinin mənəvi psixoloji sağlamlıqlarının bərpası üçün Avropa ölkələrində bu sahədə ixtisaslaşmış klinikaların birində uzunmüddətli müalicə, reabilitasiya və dincəlmələrinə zərurət vardır. Mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hesab edir ki, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 50 min manat pul İddiaçı1 tutularaq verilməlidir. Bundan başqa, X8 xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş 3M-787 saylı borc müqaviləsinin əhəmiyyətsiz hesab edilməsi zəruridir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov, iş № 2(00 2)-1627/2019) ilk iddia qismən təmin edilərək, Cavabdeh 40 min ABŞ dolları məbləğində borc pul vəsaiti (icra gününün məzənnəsinə uyğun Azərbaycan manatı ilə hesablanmaqla) və 26 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli borc müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh həmin borcu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh göstərilən məbləği vaxtında geri qaytar mazsa X10 bu barədə məhkəmə və digər hüquq mühafizə orqanları qarşısında iddia qaldıra bilər. X10 xx.xx.2018-ci il tarixində ürəyin hipertoniya xəstəliyi səbəbindən vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 202 nömrəsi ilə qeydiyyat aparılmışdır. İddiaçı1 xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı1 atası X10, anası X3. ünvan 1 ünvanlanan xx xxx 2019-cu il tarixli, x/k-315 saylı məktubdan görünür ki, X6 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı2 müraciəti əsasında vərəsələrin dairəsi müəyyən olunmuş, vərəsəlik işi açılmış və xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, X6 vərəsələri qızı İddiaçı2 və oğlu İddiaçı1dur. xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 54 saylı notariat kontorunun xüsusi notariusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsələri ünvan 2 ünvanında yaşayan İddiaçı2 və ünvan 3 ünvanında yaşayan İddiaçı1dur və onlar miras əmlakdan bərabər ½ hissədə pay almalıdırlar. Bakı şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Quliyev Rauf X2 10000 (on min) ABŞ dolları məbləğində borc pul vermişdir. X9 isə həmin borcu xx.xx.2018-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci tarixli borc müqaviləsinin sur ətindən görünür ki, Cavabdeh X1 40000 (qırx min) ABŞ dolları məbləğində borc pul vermişdir. X9 həmin borcu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. X9 göstərilən məbləği vaxtında geri qaytarmazsa Cavabdeh bu barədə məhkəmə və digər hüquq mühafizə orqanları qarşısında iddia qaldıra bilər. Cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş qəbzdən görünür ki, X10 həmin qəbzlə Cavabdeh 40 min ABŞ dolları aldığını təsdiq etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X10 ilə Cavabdeh arasında həqiqətən xx xxxx 2015-ci il tarixdə borc müqaviləsi bağlanmış, həmin borc müqaviləsinə əsasən Cavabdeh X4 40000 (qırx min) ABŞ dolları məbləğində borc pul almış və həmin borcu xx.xx.2016-cı il tarixədək qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Hazırda X6 vər əsələri olan iddiaçılar qeyd olunan borc məbləğinin qaytarılmasını tələb edir, cavabdeh tərəf isə həmin borcun qaytarıldığını bildirərək ilk iddia tələbinə etiraz edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borcun ödənilməsi barədə cavabdeh tərəfin etirazı mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, şahid Emin Cəfərovun ifadəsi onun özünün Rauf Quliyevə bir neçə müqavilə üzrə borclu olması barədə iddiaçı tərəfin izahatına, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli müqavilələrin surətlərinə, habelə E.Cəfərovla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli borc müqaviləsi üzrə mənafeyinə əsasən mötəbər hesab oluna bilməz. Digər şahidlərin (R.Məmmədov və P.Qurbanov) də məhz E.Cəfərovun tanışı olduğu nəzərə alınarsa, onların ifadələri inandırıcı hesab oluna bilməz. Cav abdeh tərəfin ilk iddiaya qarşı şifahi və yazılı etirazında, qarşılıqlı iddia ərizəsində, təqdim etdiyi şahid ifadələrində qeyd olunmayan, yalnız xx.xx.2019-cu ildə məhkəməyə təqdim olunan qəbzə gəldikdə, mətni kompüterdə yazılmış həmin qəbzdəki imzanın Rauf Quliyevə məxsus olmasının mərhum Rauf Quliyevin sərbəst imza nümunələrinin alınmasının mümkünsüzlüyü səbəbindən, habelə cavabdeh tərəfin ilk iddiaya etirazı, qarşılıqlı iddiası, təqdim etdiyi şahid ifadələri ilə ziddiyyət təşkil etdiyindən, həmin qəbzin mötəbərliyi obyektiv şübhə doğurmaqla yanaşı cavabdeh tərəfin özünün dəlilləri ilə təkzib olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia maddi və mənəvi zərər tələbi ilə bağlı hissədə əsassız hesab olunaraq təmin edilməməlidir. Əvvəla, iddiaçı tərəf maddi zərərə məruz qalması, maddi zərərin məbləği, həmin zərərin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri barədə mötəbər sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə tələbləri mülki iş üzrə sübutlara əsasən araşdıraraq müəyyən etmişdir ki, cavabdeh tərəf müqavilənin etibarsızlığı barədə hər hansı sübut təqdim etməmişdir. Hətta cavabdehin ilk iddia tələbinə etirazı müqavilənin cavabdeh tərəfindən tam icra olunması ilə əsaslandırılmışdır. Belə olan halda, müqavilənin etibarsızlığı barədə dəlillər əsaslı hesab oluna bilməz. Birinci instansiya məhkəməsi həmçinin qarşılıqlı iddianın mənəvi zərər tələbi ilə bağlı hissəsi üzrə qeyd e tmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf mənəvi sarsıntılar keçirməsi, bunların qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 439.2, 739.1, 739.2, 442, 448.1, 448.2, 1096.1, 1151.2, 1257.1, 1321,3, 1255.1, Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tar ixli Qərarına istinadla əsaslandırmışdır Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov, iş № 2(103)1032/2020) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1627/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma apararaq ekspertiza təyin etmiş və borcun qaytarılmasını sübut edə bilən yeganə mötəbər vasitənin başqa şəxs tərəfindən imza edildiyi müəyyən edilmişdir. Əlavə ekspertizanın keçirilməsinə və şahidlərin ifadələrinə qiymət verilməsinə isə hər hansı mötəbər sübutedici istinadlar mövcud olmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385, 739ci, 14.2, 76.1,, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (q arşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil3) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1032/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində işin halları təkrarlanmaqla, məhkəməyə təkrar və məhkəmə-fonoskopik ekspertizasının təyin olunması barədə vəvsaət verilməsinə baxmayaraq təmin olunmadığını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh (qarş ılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1032/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbd ən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəl iklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. 1255-ci maddəsinə əsaəsn, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçi rilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etd ikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansi yası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, fonoskapik ekspertizası təyin etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1032/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.