Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-583/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1025/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə 35.000 manat pulun, 2000 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələ bi ilə bağlıdır.
2. İddiaçı bildirir ki, müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 35 000 manat cavabdehə borc pul vermişdir, cavabdeh isə iddiaçıya 7000 manat qaytarmalı olduğunu bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək,, 35 000 manat pulun, mənəvi zərərin əvəzi qismində 2000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan müxtəlif məqsədlər üçün 2012-ci ilin yanvar ayında 3000 manat, 2014-cü ilin sentyabr ayında 8000 manat, 2015-ci ildə 7000 manat, 2016-cı ildə 17 000 manat olmaqla, cəmi 35 000 manat pul almış və bugünədək geri qaytarmamışdır. İddiaçının şikayət ərizəsi əsasında Sumqayıt şəhər prokuroru tərəfindən cinayət işi başlanılmış, lakin mübahisənin mülki xarakterli olması səbəbindən iş üzrə icraata xitam verilmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı dərin sarsıntılar keçirmişdir. Bu səbəbdən də əsas borcun və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
6. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 02 noyabr 2020-ci il tarixli, 2(012)-1564/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 7000 manat borc pulun və 1000 manat mənəvi zərərin əvəzinin və 20 manat dövlət rüsumunun alı naraq İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 21-ci və 739.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 35 000 manat iddiaçıya borc pul verməsini bildirsə də, bunu təsdiq edən hər hansı rəsmi sə nəd işdə mövcud deyildir, cavabdehin işdə olan izahatından isə göründüyü kimi iddiaçıya 7000 manat borcunun olmasını etiraf edir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) 30 iyun 2021-ci il tarixli, 2(105)-1025/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsinin 7000 manat borc pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh 35000 (otuz beş min) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddianı mübahisələndirilən hissədə qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının müxtəlif vaxtlarda cavabdehə borc pul verməsini bildirsə də, cavabdehin iddianı 7000 manat hissəsində etiraf etməsini və iddiaçının heç bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Lakin bu zaman məhkəmə istintaq orqanında dindirilərkən Cavabdeh, özünün yerdə qalan 28000 manatın həyətində inşa edilmiş tölənin tikintisinə xərclənməsi, o cümlədən şahid qismində dindirilmiş M.Hüseynovun, Y.Əliyevin, N.Məmmədovun, M.Əliyevin, X.Əlyarovun ifadələrini nəzərə almamış, həmin sübutları nəyə görə qəbul etmədiyini və ya mötəbər sübut hesab etmədiyini, prosessual qanunvericiliyin sübutlara qarşı irəli sürülən hansı tələblərinə cavab vermədiyini ümumiyyətlə əsaslandırmamışdır. İddiaçı cavabdehə 35000 (otuz beş min) manat məbləğində borc verdiyini iddia etdiyi halda, bunu təsdiq edən qəbz və s. təqdim etməsə də, cavabdeh iddiaçıdan 35000 (otuz beş min) manat məbləğində pul aldığı Sumqayıt şəhər Polis İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında dindirilmiş X1, X4, X3 ifadələrində Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda borc pul aldığını göstərmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraat ı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi cavabdehə məhkəmə iclası barədə məlumat verməmiş, bildiriş göndərməmiş, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla da işə baxan həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.2-ci, 9-cu, 14-ci, 134-148-ci maddələrin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının tələbindən görünür ki, guya o, cavabdehə 2014 və 2016-cı illərdə 35000 manat bor c pul vermişdir. İddiaçı öz tələbini əsaslandırmaq üçün məhkəməyə şahidlər gətirmiş, şahidlər də onun tələbinə uyğun ifadə vermişlər. Məhkəmələr həmin şahid ifadələrini əsas götürüb cavabdehin iddiaçıya borcu olması qənaətinə gəlmişdir. Bu isə işə baxan məhkəmələr tərəfindən həm Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin (Sübutların mümkünlüyü) tələblərinin, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Mülki Prosessual Məcəllənin 13-cii maddəsinə əsasən məhkəmələr mübahisələri Azərbaycan Respublikasının qanunlarına, normativ hüquqi aktlarına əsasən həll edir. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bununla bağlı olar aq cavabdeh bildirir ki, cavabdeh iddiaçıdan heç vaxt borc almamışdır. İddiaçı borc verdiyini iddia edirsə, bunu sübut etməlidir və borc 3000 manatdan çox olmuşsa, o halda iddiaçı MPM-nin 77-ci maddəsinin tələbinə uyğun olaraq iddiasını sübut etmək üçün məhkəməyə yazılı borc müqaviləsi təqdim etməli idi. İddiaçı belə bir sübut təqdim etməmişdir. Çünki cavabdehin iddiaçıya borcu yoxdur. Amma iddiaçı özünə yaxın hesab etdiyi şəxsləri məhkəməyə gətirərək onların şahid kimi dindirilməsini təmin etmişdir. MPM-nin 81-ci maddəsinə əsasən qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Əgər iddiaçı cavabdehə 35000 manat borc pul veribsə, bunu sübut edən yazılı müqaviləni təqdim etməli idi. Qanun un mövcudluğunu şərt kimi qoyduğu sübut (müqavilə) yoxdursa, bu hal başqa sübutla (şahid ifadəsi ilə) təsdiq edilə bilməz. Məhkəmələr mülki və mülki prosessual qanunvericiliyin bu tələbini kobud şəkildə pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişlər. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinə də düzgün və obyektiv qiymət verməmişdir. Belə ki, şahid qismində dindirilən X4 ifadəsində Füzulinin Şəmsəddinə 2014-cü ilin sentyabr ayında 8000 manat pul verdiyini bildirmiş, lakin pul veriləndə yanlarında olmadığını qeyd etmişdir. Məhkəmələr isə bu ifadəni dəqiq, faktı təsdiq edən həqiqi ifadə kimi qəbul etmişdir. Digər şahid X5 da ifadəsində Füzulinin Şəmsəddinə pul verdiyini görmədiyini, lakin belə bir məsələdən xəbərdar olduğunu bildirmişdir. Məhkəmə həmin şahidin də ifadəsini f aktı təsdiq edən sübut kimi qiymətləndirmişdir. Bütün bunlar isə işə baxan məhkəmənin obyektiv araşdırma aparmadığım, işin hallarını tam, hərtərəfli araşdırmadığını göstərən hallardır. Bundan əlavə, işə baxan məhkəmə cavabdehin istintaq orqanına verdiyi izahatını əsas götürərək belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehə 35000 manat pul vermiş, cavabdeh də bunu etiraf etmişdir. Halbuki cavabdeh belə bir etiraf etməmişdir. Çünki cavabdeh heç vaxt iddiaçıdan borc pul almamış, ona borcu olmamışdır. Cavabdeh istintaq orqanına da iddiaçıya borclu olması barədə heç bir izahat verməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi şahidlər Mahir Əliyev və Xəyal Əlyarovun ifadələrinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasını əsassız hesab edərək məhz həmin şəxslərin i fadələri əsasında cavabdehin iddiaçıya borclu olması qənaətinə gəlmişdir. Halbuki həmin şəxslər pulun verildiyini görmədiklərini bildirmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdehin iştirakı təmin edilmədiyindən məhkəmələr tərəfindən Mülki Prosessual məcəllənin 8.2, 9, 14 və 134148-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilənlər əsassızdır. Mülki işin materialları ilə tanışlıq zamanı müəyyən edilir ki, istər birinci instansiya istərsə də apellyasiya məhkəməsi tərəfindən Cavabdeh yaşadığı Abşeron rayonu Saray qəsəbə si E.Hümbətov küçəsi ev 1 və ünvan 1 ünvanına dəfələrlə məhkəmə bildirişləri göndərilmiş, (Abşeron rayon məhkəməsinin daxili göndərişlərin F-103 saylı 25 iyun 2020-ci il tarixli siyahısı, bildirişlər və qısa mesajlar) sonuncunun istifadə etdiyi ***-***-**-** və ***-***-**-** mobil nömrəsinə məhkəmə iclası və çağırış barədə məlumatları əks etdirən qısa mesajlar göndərilmiş və məhkəmə iclasları bu səbəbdən dəfələrlə təxirə salınmışdır. Əsassız kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı 35000 manat pul verməsini əsaslandırmaq üçün şahidlər gətirmiş və sonuncular onun tələbinə uyğun ifadə vermişlər. Bu isə MPM-nin 13, 77, 81-ci və Mülki məcəllənin 740-cı maddələrinin tələbləri pozulmuşdur. Göstərilmişdir ki, qanunun mövcudluğunu şərt kimi qoyduğu sübut (müqavilə) yoxdursa bu hal başqa s übutla (şahid ifadəsi) ilə təsdiq edilə bilməz. Bu iş üzrə MPM-nin 13, 77, 81-ci və Mülki məcəllənin 740-cı maddələrinin tələblərinin pozulmasından söhbət gedə bilməz. İstər ibtidai istintaq zamanı, istərsə də iddia icraatı zamanı Cavabdeh İddiaçı müxtəlif vaxtlarda cəmi 35000 manat pul alması öz təsdiqini tapmışdır. Bu halı çoxsaylı şahidlər, Cavabdeh İddiaçı 35000 manat borc almasını etiraf etməsini əks etdirən səs yazıları, cinayət prosesini həyata keçirən orqanın 35000 manat borcu təsdiq edən ləğv edilməmiş qərarı təsdiq etmişdir. O ki qaldı Mülki məcəllənin 740-cı maddəsinə bu maddə bu münasibətə tətbiq edilə bilməzdi çünki sonuncu 17000 manat məbləğ 2016-cı ilin əvvəllərində Cavabdeh verilmişdir ki, həmin vaxt qeyd edilən maddənin köhnə redaksiyası qüvvədə idi. Dəyişiklik isə 30 iyun 2016-cı il tarixdə qüvvəyə minmişdir. Qeyd edilən maddənin əvvəlki redaksiyasında deyilirdi ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmçinin əsassız kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə cavabdehin istintaq orqanına verdiyi etirafedici izahatına istinad etmiş, halbuki, cavabdehin belə bir etirafı mövcud olmamışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsinin yeni qətnaməsində belə bir qeyd mövcud deyildir, bu qarşı tərəfin əsası olmayan şəxsi mülahizələridir və istinadı mövcud deyil. Əsassız kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən şahidlər X2, X3 ifadələrinin nəzərə alınmamasını əsassız hesab edərək həmin ifadələr əsasında cavabdeh in iddiaçıya borclu olması qənaətinə gəlmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, cavabdehin iddiaçıya borclu olması tək X2, X3 ifadələri ilə deyil, çoxsaylı şahidlər, Cavabdeh İddiaçı 35000 manat borc almasını etiraf etməsini əks etdirən səs yazıları, cinayət prosesini həyata keçirən orqanın 35000 manat borcu təsdiq edən ləğv edilməmiş qərarı ilə təsdiq edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü ma ddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddianı mübahisələndirilən hissədə qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının müxtəlif vaxtlarda cavabdehə borc pul verməsini bildirsə də, cavabdehin iddianı 7000 manat hissəsində etiraf etməsini və iddiaçının heç bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Lakin bu zaman məhkəmə istintaq orqanında dindirilərkən Cavabdeh, özünün yerdə qalan 28000 manatın həyətində inşa edilmiş tölənin tikintisinə xərclənməsi, o cümlədən şahid qismində dindirilmiş M.Hüseynovun, Y.Əliyevin, N.Məmmədovun, M.Əliyevin, X.Əlyarovun ifadələrini nəzərə almamış, həmin sübutları nəyə görə qəbul etmədiyini və ya mötəbər sübut hesab etmədiyini, prosessual qanunvericiliyin sübutlara qarşı irəli sürülən hansı tələblərinə cavab vermədiyini ümumiyyətlə əsaslandırmamışdır.
23. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.
24. İddiaçı cavabdehə 35000 (otuz beş min) manat məbləğində borc verdiyini iddia etdiyi halda, bunu təsdiq edən qəbz və s. təqdim etməsə də, cavabdeh iddiaçıdan 35000 (otuz beş min) manat məbləğində pul aldığı Sumqayıt şəhər Polis İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında dindirilmiş X1, X4, X3 ifadələrində Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda borc pul aldığını göstərmişlər. Göründüyü kimi iddiaçının tələb etdiyi 35000 manat məbləğində pulun cavabdeh tərəfindən alınması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə təmin edilərək, cavabdehdən 35000 manat pul tutulub iddiaçıya verilməlidir.
25. Apellyasiya kollegiyası hesab etmişdir ki, rayon məhkəməsi bu xüsusat üzrə işin halla rına düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iş üzrə bu hissədə səhv nəticəyə gələrək işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
26. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəf lərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
28. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1025/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: İlqar Xələfov Aqi