Məhkəmə qərarları › İş №2(102)-583/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-583/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-583/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçınun Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X1 Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2964/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh aras ında bağlanılmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə “borc verən” İddiaçı “borc alan” Cavabdeh 600000 ABŞ dolları məbləğində pulu notarius tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən borc vermişdir. “Borc alan” Cavabdeh krediti 13 may 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsində Cavabdeh tərəfindən 12 fevral 2020-ci il tarixdə yazılmış qeydə əsasən o, İddiaçı aldığı 600000 ABŞ dolları məbləğində pulu 13 may 2016-cı il tarixdə qaytarmamışdır və yaxın zamanlarda qaytarmağa söz vermişdir.

3. Pretenziya məktubu ilə İddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600000 ABŞ dolları məbləğdə pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla və ödənilmiş 1300 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən onun tərəfindən borc alan cavabdehə 600000 ABŞ dollarını xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə borc kimi vermişdir. Borc məbləği qaytarılmadığından xx.xx.2020-ci il tarixdə kredit müqaviləsinin arxa səhifəsində cavabdeh tərəfindən qeyd yaz ılaraq borc məbləğinin yaxın zamanda qaytarılacağı bildirilmişdir. Lakin hal-hazıra kimi heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehin ünvanına pretenziya göndərilsə də, məktub geri qayıtmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh onun pul vəsaitini vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar o, əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. İddiaçı qeyd etmişdir ki, həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən o, həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir ə ldə edə bilərdi.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(009)292/2023 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilmiş, cavabdehdən 600000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə 600000 ABŞ dolları məbləğdə pulun müqavilədə göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi icra etmədiyindən, iddia tələbi əsaslıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1 və 740-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 4(001)-450/2019 saylı qərarına əsasən, cavabdeh barəsində 31 may 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin tarixdən o, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmış, hazırda isə Qaradağ rayonunda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Birinci instansiya məhkəməsində cavabdehin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılması barədə məlumat olsa da, işin hərtərəfli və obyektiv araşdırılması üçün o iddia ərizəsi, mülki iş materialla rı ilə tanış edilməmiş, ona hüquq və vəzifələri izah olunmamış, iddiaya qarşı etirazını verməyə, sübutlar, ərizələr, vəsatətlər təqdim etməyə şərait yaradılmamış, bununla da onun müdafiə hüququ pozulmuş və nəticədə iş üzrə qanunsuz qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini iddiaçının təqdim etdiyi 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə əsaslandırmışdır. Həmin müqavilə etibarsız hesab edilməlidir. Belə ki, həmin müqavilə digər əqdi pərdələmək, digər öhdəlik üzrə təminat qismində imzalanmışdır. Əslində isə 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsi imzalanan zaman iddiaçı tərəfindən heç bir pul vəsaiti cavabdehə verilməmişdir. Həmin müqavilə cavabdehlə iddiaçının bacısı X2 ilə cavabdehin direktoru olduğu “MARS-M” firması arasında bağlanmış 12 yanvar 2 012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə, həmin müqavilənin təminatı kimi bağlanmışdır. Cavabdeh müqaviləni Leylan İbrahimovanın əri Mübariz İbrahimovun təkidi ilə bağlamışdır. Belə ki, Mübariz İbrahimov “MARS-M” firmasına 2012-ci ildə 650000 ABŞ dollar məbləğində, yəni həmin dövrün məzənnəsi ilə 500000 manatlıq mal-material vermiş, nağd pul verməmiş, həmin məbləğdə ona tikinti üçün material vermişdir. 2015-ci ildə cavabdeh həmin puldan 350000 dollarını qaytarmışdır. Həmin mallar da məhz iddiaçının bacısı və eyni zamanda Mübariz İbrahimovun arvadı Leylan İbrahimova ilə cavabdehin direktoru olduğu “MARS-M” firması arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsi əsasında verilmişdir. Bu hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci i l tarixli, 1(101)-206/2021 saylı hökmü ilə müəyyən edilmişdir. Hazırda isə Leylan İbrahimova ilə bağlanmış 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsi üzrə iddiaçı cavabdehə qarşı tələblər irəli sürmüşdür. Halbuki, bu tələbi irəli sürməyə onun subyektiv hüququ yoxdur. Bundan başqa, kredit müqaviləsi real müqavilədir. Bu zaman borc verən borcalana pul vəsaitini verməlidir. Lakin 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsi bağlanan zaman iddiaçı məhkəməyə cavabdehə 600000 ABŞ dolları verməsini təsdiq edən sənəd, qəbz, bank sənədi təqdim etməmişdir. Bu da həmin müqavilənin yalan, etibarsız əqd olduğunu göstərir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnaməni kredit müqaviləsində cavabdeh tərəfindən 12 fevral 2020-ci il tarixdə yazılmış qeyd və həmin qeyddə onun aldığı 600000 ABŞ dollarını yaxın zamanlarda qaytarmağa söz verməsi ilə əsaslandırmışdır. Həmin qeydi cavabdeh Bakı İstintaq Təcridxanasında olarkən iddiaçının və Mübariz İbrahimovun qanunsuz təhdidi ilə yazmışdır. Ona görə də, belə qeydin özü etibarsızdır. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 13 yanvar 2016-cı il tarixdə imzalanmışdır. Lakin həmin tarixdən sonra iddiaçı guya borc verdiyi pulu geri istəməmiş, yalnız 2023-cü ildə məhkəmədə iddia qaldırmışdır. Bu da, bir tərəfdən əslində iddiaçının cavabdehə pul vermədiyini sübut edir, digər tərəfdən isə həmin müqavilə üzrə, hətta etibarlı sayılsa belə, iddia müddətinin ötdüyünü göstərir.

11. Cavabdehin vəkili xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinə əlavə təqdim edərək, iddianın əsasını təşkil edən xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin MMin 390.1-ci maddəsi baxımından uydurma əqd olduğundan, tərəflər əslində “MARS-M” firması ilə X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin “MARS-M” firmasının təsisçisi Cavabdeh müqavilə öhdəlikləri üzrə tələb hüquqlarını güzəşti nəzərdə tutduğundan həmin münasibətlərə hüquqi qiymət verilərək etibarsız hesab edilməsi, Səbail Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və İddiaçı Museyb oğlunun iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3380/2023 nömrəli qətnaməsi ilə (hakimlər: Fərrux Qasımov-sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Pərviz Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məh kəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin icraatına daxil olmuş, icraata götürüldükdən sonra cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, 49 saylı evin 2 saylı mənzilinə göndərilmiş, poçt - rabitə orqanı tərəfindən “ünvan düzgün deyil” qeydi aparılaraq məhkəməyə qaytarılmışdır. xx.xx.2023cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilərək məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Bundan sonra cavabdeh məhkəməyə Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə arayışı və həmin müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunmuş, Cavabdeh tə rəfindən Nümayəndə adına verilmiş etibarnamə təqdim olunmuşdur. Həmçinin, iddia ərizəsinin surəti də cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasının keçirildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. İddia ərizəsinin surəti və məhkəmə bildirişi 13 fevral 2023-cü il tarixdə cavabdehin cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Bundan sonra, cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçının ərizəsi barədə qardaşı Nümayəndə vasitəsilə telefonla məlumatlandırıldığını, sonuncunun bu münasibətlərdən xəbərsiz olduğunu, bu mübahisə ilə bağlı hər hansı səlahiyyət vermədiyini, iddia ərizəsinin onun saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərilməsini tələb etdiyini, iddia ərizəsini rəsm i qaydada aldıqdan sonra etirazlarını məhkəməyə təqdim edəcəyini bildirmişdir. Eyni zamanda, Nümayəndə da xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cəzaçəkmə müəssisəsində saxlanılan cavabdehlə telefon əlaqəsi saxlayan zaman sonuncunun ona hər hansı bir səlahiyyət vermədiyini bildirmiş və iddia ərizəsinin surətini, əlavə olunmuş sənədləri və məhkəmə iclasında iştirak etmək üçün bildirişi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə nə cavabdehin, nə də onun nümayəndəsinin ərizələrinə hər hansı münasibət bildirilmədən işə xx.xx.2023-cü il tarixdə mahiyyəti üzrə baxaraq iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Halbuki, birinci instansiya məhkəməsi cavabdehin və on un nümayəndəsinin ərizələrini nəzərə alaraq MPM-nin 9.2ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasında iştirak etmək hüququnu təmin etməli, həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən iddia ərizəsi ilə birlikdə əlavə olunmuş sənədlərin surətinin də cavabdehə çatdırılmasını təmin etməli idi. Lakin qeyd olunan prosessual hüquqların təmin olunmaması nəticəsində cavabdeh özünün müdafiəsini təşkil etmək hüququndan məhrum olmuşdur.

14. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində iş araşdırılarkən tərəflər arasında olan fikir ayrılığı ondan ibarət olmuşdur ki, iddia müddətini tətbiqi barədə ərizə birinci instansiya məhkəməsində verilməli olduğu halda, apellyasiya mərhələsində verilmişdir və ona görə də iddia müddəti tətbiq oluna bilməz. Birinci instansiya məhkəməsi cavabdehin və nümayəndəsinin məhkəmə bildirişinin və əlavə olunmuş sənədlərin göndərilməsi barədə xahişi olsa da, bu prosessual hərəkətlərin edilməməsi mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan çəkişmə prinsipinin pozulması ilə nəticələnmiş və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsində verə bilməmişdir. Qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq həmin ərizəyə bu mərhələdə araşdırılaraq hüquqi qiymət verilməlidir.

15. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işdə olan mötəbər sübutların məcmusu ilə müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud olmuşdur. Belə ki, kredit müqaviləsi tərəflər arasında bağlanmışdır. Cava bdeh apellyasiya şikayətində hazırkı iddianın faktiki əsasını təşkil edən xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsızlığına, iddiaçının bacısı ilə cavabdehin direktoru olduğu “Mars-M” firması arasında bağlanmış xx.xx.2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə bağlandığına istinad etmişdir. Cavabdeh müqavilənin etibarsızlığını irəli sürsə də, bu dəlilini təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin xx.xx.2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə bağlandığını irəli sürür. Lakin iş üzrə sadalanan hallarla bağlı hər hansı dəlil mövcud deyil. Əksinə, cavabdehin pərdələndiyini iddia etdiyi əqd, hazırkı əqddən 5 il qabaq, yəni xx.xx.2012-c i il tarixdə bağlanmışdır ki, bu da həmin əqdin 5 il sonra pərdələnməsinin ağlabatan olmamasını deməyə əsas verir.

16. Məhkəmə qeyd etmişdir ki, sözügedən kredit müqaviləsində cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış qeyddə o, iddiaçıdan aldığı 600000 ABŞ dollarını xx.xx.2016-cı il tarixdə qaytarmadığını və yaxın zamanlarda qaytarmağa söz verdiyini bildirmişdir. Cavabdeh bu qeydin də məcburiyyət altında yazıldığını qeyd etsə də, işin bu halı da sübut olunmur. Cavabdeh əqd bağlandıqdan sonra uzun müddət keçsə də həmin əqdi mübahisələndirməmiş, müqavilənin üzərində borcu qaytaracağı barədə qeyd aparmaqla mübahisə etmək hüququnu itirmişdir. Buna görə də məhkəmə cavabdehin bu dəlilini əsassız hesab etmişdir.

17. İddia müddətinin tətbiqi ilə bağlı isə apellyasiya məhkəməsi göstərmi şdir ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən, iddia müddəti cavabdehin məhkəmə qərarı çıxarılana kimi verdiyi ərizə əsasında tətbiq oluna bilsə də, hazırkı iş üzrə cavabdehin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən, hazırkı ərizənin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilməsi MPM-in 372.2-ci maddəsinin tələbi baxımından yolveriləndir. Qeyd olunan müqavilədən görünür ki, icra müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçıya münasibətdə bu tarix öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün olmaqla, iddia müddətinin axımı da həmin tarixdə başlamış, müqavilədən irəli gələn tələblərə münasibətdə 3 illik iddia müddəti isə xx.xx.2019-cu il tarixdə bitmiş, iddiaçı isə hazırkı tələb lə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, hazırkı tələb üzrə 3 illik iddia müddəti ötürülmüşdür.

18. Məhkəmə iddiaçı tərəfin kredit müqaviləsinə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış etirafedici qeyd ilə iddia müddətinin kəsildiyi barədə dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin iddia müddətini tənzimləyən normalarının müqayisəli təhlilindən görünür ki, qanunvericilikdə iddia müddətinin axımının başlama və bitmə anları dəqiq müəyyən edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddətinin axımının başlanması anı öhdəliklərin icrası müddətinin bitməsi, qurtarma anı isə həmin vaxtdan 3 il müəyyən olunmuşdur.

19. Mülki Məcəllənin 380-cı maddəsində qeyd olunan “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs bo rcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir” müddəası onu göstərir ki, şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi yalnız iddia müddəti daxilində baş verdikdə həmin müddətin axımının kəsilməsinə səbəb olur. Çünki müddət bitdikdən sonra həmin müddətin axımının kəsilməsi mümkün deyildir və məntiqə ziddir. Mülki Məcəllənin 383-cü maddəsinin adı (iddia müddəti bitdikdən sonra vəzifənin icrası) isə bu mübahisənin həllini bir daha konkretləşdirir, yəni, həmin maddədə iddia müddətinin keçdikdən sonra vəzifənin icrasının hüquqi nəticəsi əks olunur, həmin hüquqi nəticə isə yalnız borclunun iddia müddəti keçdikdən sonra borcu ödəmişsə icra etdiyini geri tələb edə bilməməsindən ibarətdir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 3 37.1, 340.2, 372.1, 377.1, 380.1 və 380.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-546/2024 tarixli qərarı ilə (hakimlər: Əhməd Əhmədov, Vüqar Həsənov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

23. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkə məsi qətnamədə, cavabdehin birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirakı təmin edilmədiyinə görə, onun iddia müddətinin tətbiqi barədə ərizəsinin apellyasiya icraatı mərhələsində sübut kimi qəbul edilməsinin MPM-in 372.2-ci maddəsinin tələbi baxımından yolverilən olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən və kassasiya şikayətinin dəlillərindən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan qardaşı Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və cavabdehin səlahiyyətli nümayəndəsi kimi tanınmışdır. Həmin məhkəmə iclasında məhkəmə bildirişinin və iddia ərizəsinin surəti rəsmi qaydada imza etdirilməklə cavabde hin nümayəndəsi Nümayəndə təqdim olunmuş və sonuncunun vəsatətinə əsasən iddia ərizəsi ilə tanış olmaq və sənədlərin surətini cavabdehə təqdim etmək üçün işə baxılması xx.xx.2023-cü il tarixə təxirə salınmış və bu barədə cavabdehə məhkəmə iclasının və vaxtı və yeri haqqında xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi göndərilmişdir.

25. Bundan başqa, kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehə ünvanlanmış qeyd olunan məhkəmə bildirişi cavabdehin cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə daxil olması və cavabdeh həmin məhkəmə bildirişi ilə tanış olması müəyyən edilir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə cavabdeh, mülki işin nömrəsinə istinad etməklə məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmənin icraatında olan e-2-2(009)-292/2023 saylı mülki iş üz rə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin daxil olduğunu, bu iş üzrə qardaşı Nümayəndə onu telefon vasitəsi ilə məlumatlandırdığını, sonuncunu səlahiyyətli nümayəndə kimi tanımadığını bildirmiş və iddia ərizəsinin surətinin onun cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsinə rəsmi qaydada təqdim olunmasını tələb etmiş və bundan sonra iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim ediləcəyini bildirmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallar üzrə lazımi araşdırma aparmamış, cavabdehin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası barədə məlumatlı olub-olmadığını tam, hərtərəfli və obyektiv araşdırmamış, habelə cavabdehin ilk gündən məhkəmədə ona qarşı irəli sürülmüş iddia tələbinin mahiyyəti barədə məlumatlı olduğunu, onu məhkəmə iclasında təmsil etmək üçün xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsi tərəfindən təsdiq edilməklə qardaşı Nümayəndə adına xx.xx.2024-cü il tarixli etibarnamə verməsini, xx.xx.2023-cü il tarixli ərizəsində sonuncunu səlahiyyətli nümayəndə kimi tanımadığını qeyd etsə də, ötən müddət ərzində həmin etibarnaməni ləğv etməməsini, əksinə Nümayəndə məhz həmin etibarnaməyə əsasən cavabdehi məhkəmə iclasında təmsil etmək, məhkəmə aktından şikayət vermək üçün Vəkil2 adına notarial qaydada təsdiq edilməklə xx.xx.2024-cü il tarixədək qüvvədə olan xx.xx.2023-cü il tarixli etibarnamə verməsini, başqa sözlə, eyni etibarnamə əsasında Nümayəndə apellyasiya instansiyası məhkəməsində də cavabdehin səlahiyyətli nümayəndəsi olmasını nəzərə almamışdır.

27. Eyni zamanda cavabdeh, nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasına göndərməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

28. Kassasiya instansiyası məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərkən, əslində məhkəmə iclasının xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək təxirə salınması barədə məlumatlı olmuşdur. Belə olan halda, cavabdehin ötən müddət ərzində məhkəməyə iddia müddətinin tətbiqi haqqında yazılı ərizə göndərməsi üçün kifayət qədər vaxtı və imkanı olmuş, lakin o, bu hüququndan istifadə etməmiş və iddia müddətinin tətbiqi barədə ərizəni apellyasiya instansiyası məhkəməsinə vermişdir.

29. Kassasiya in stansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alıb hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini qəbul edib, iddia müddətinin keçməsi əsasına görə iddianı rədd edərkən Mülki Məcəllənin 375-ci maddəsinin tələblərini pozaraq həmin normanı düzgün təfsir etməmişdir.

30. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

31. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Ona görə də məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını, subyekti v hüququn pozulub-pozulmadığını, cavabdehin bu pozuntunu edib-etmədiyi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o, halda verilə və ərizə o halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin. Həmçinin sözügedən ərizə iddia müddətini n keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

33. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normaların, habelə MPM-in 78.1 və 372.2-ci maddələrinin tələblərini pozaraq, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim edə bilməməsinin səbəblərini və bunun cavabdehdən asılı olmayan hansı səbəblərə görə mümkün olmadığını kifayət qədər araşdırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2964/2024 nömrəli, 27 may 2024-cü il tarixli nömrəli qətnaməsi ilə (hakimlər:Məhəmməd Rüstəmli-sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Vahid Sadıqov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərə əsasən, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə üzrə Cavabdeh 600000 ABŞ dolları məbləğində borc verilmiş, cavabdeh krediti xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.

36. Apellyasiya şikayətində cavabdeh həmin kredit müqaviləsinin etibarsızlığına, iddiaçının bacısı ilə cavabdehin direktoru olduğu “Mars-M” firması arasında bağlanmış xx.xx.2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə bağlandığına istinad etmiş, lakin bu dəlilini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

37. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin pərdələndiyini iddia etdiyi əqd, hazırkı əqddən bir neçə il öncə bağlanmışdır. Belə olan halda, həmin əqdin uzun müddət keçdikdən sonra pərdələnməsi ağlabatan deyil.

38. Bundan başqa, cavabdeh iddiaçıdan aldığı 600000 ABŞ dollarını xx.xx.2016-cı il tarixdə qaytarmadığını və yaxın zamanlarda qaytarmağa söz verdiyi ilə bağlı xx.xx.2020-ci il tarixdə yazılmış qeydin Bakı İstintaq Təcridxanasında olarkən iddiaçının və Mübariz İbrahimovun qanunsuz təhdidi ilə yazdığını bildirsə də, məhkəmə kollegiyası bu dəlili ağlabatan və inandırıcı hesab etməmişdir. Bundan başqa, cavabdeh bununla bağlı hər hansı mötəbər sübutunu məhkəm əyə təqdim etməmiş, qeyd olunan müqaviləni və onun üzərindəki qeydi özü mübahisələndirməmişdir.

39. Cavabdeh apellyasiya şikayətində həmçinin bildirmişdir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanan zaman iddiaçı məhkəməyə cavabdehə 600000 ABŞ dolları verməsini təsdiq edən sənəd, qəbz, bank sənədi təqdim etməmişdir.

40. Məhkəmə bu dəlil ilə bağlı da qeyd etmişdir ki, cavabdeh iddiaçıdan aldığı 600000 ABŞ dollarını yaxın zamanlarda qaytarmağa söz verməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə yazılmış qeyd ilə borcun alındığını təsdiq etmişdir.

41. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı isə qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instan siyası məhkəməsinə o, halda verilə və ərizə o, halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin.

42. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan qardaşı Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və cavabdehin səlahiyyətli nümayəndəsi kimi tanınmış, həmin məhkəmə iclasında məhkəmə bildirişinin və iddia ərizəsinin surəti rəsmi qaydada imza etdirilməklə cavabdehin nümayə ndəsi Nümayəndə təqdim edilmiş və sonuncunun vəsatətinə əsasən iddia ərizəsi ilə tanış olmaq və sənədlərin surətini cavabdehə təqdim etmək üçün işə məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə təxirə salınmış və bu barədə cavabdehə məhkəmə iclasının və vaxtı və yeri haqqında xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi göndərilmişdir. Digər tərəfdən, cavabdehə ünvanlanmış qeyd olunan məhkəmə bildirişi cavabdehin cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə daxil olmuş və cavabdeh həmin məhkəmə bildirişi ilə tanış olmuş, bundan sonra xx.xx.2023-cü il tarixdə o, mülki işin nömrəsinə istinad etməklə məhkəməyə yazılı ərizə ünvanlamış və ərizəsində məhkəmənin icraatında olan E2-2(009)-292/2023 saylı mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin daxil olduğ unu, bu iş üzrə qardaşı Nümayəndə onu telefon vasitəsi ilə məlumatlandırdığını, sonuncunu səlahiyyətli nümayəndə kimi tanımadığını bildirmiş və iddia ərizəsinin surətinin onun cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsinə rəsmi qaydada təqdim olunmasını tələb etmiş və bundan sonra iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim ediləcəyini bildirmişdir.Lakin cavabdeh ötən müddət ərzində həmin etibarnaməni ləğv etməmiş, əksinə Nümayəndə məhz həmin etibarnaməyə əsasən cavabdehi məhkəmə iclasında təmsil etmək, məhkəmə aktından şikayət vermək üçün Vəkil2 adına notarial qaydada təsdiq edilməklə xx.xx.2024-cü il tarixədək qüvvədə olan xx.xx.2023-cü il tarixli etibarnamə vermiş, başqa sözlə, eyni etibarnamə əsasında Nümayəndə apellyasiya instansiyası məhkəməsində də cavabdehin səlahiyyətli nümayə ndəsi olmuşdur.

43. Bundan başqa, cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərkən, əslində məhkəmə iclasının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təxirə salınması barədə məlumatlı olmuşdur. Belə olan halda cavabdehin ötən müddət ərzində məhkəməyə iddia müddətinin tətbiqi haqqında yazılı ərizə göndərməsi üçün kifayət qədər vaxtı və imkan olmuş, lakin o, bu hüququndan istifadə etməmiş, iddia müddətinin tətbiqi barədə ərizəni apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.

44. Eyni zamanda, cavabdeh, nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasına göndərməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci in stansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

46. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 340.2, 372.1, 372.2, 373.1, 373.2, 375.2, 377.1, 377.3, 380.1, 385.1, 386.1 və 739.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat h üququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. Həmçinin, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır.

49. Bundan başqa, işin faktiki hallarından aşkar görünür ki, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə baxışlarına qərəzli olaraq çıxarılmamış, məhkəməyə iddiaya qarşı etirazını bildirmək, ona qarşılıqlı iddia vermək, izahatları vermək, iddianın uydurma əqdə əsaslandığına dair sübut və dəlillər vermək hüququndan məhkum olunmaqla bərabər ona məhkəmə imkan belə yaratmamışdır.

50. İddiaçı iddia müddətini ötürmüş və bi rinci instansiya məhkəməsi qanunun tələblərini heçə sayaraq cavabdehə iddianın pretenziya qaydasında təqdim edib etmədiyini, cavabdehin məhkəməyə çağırıb onun iddiaya qarşı etirtazının, qarşılıqlı iddiasının olub-olmamasını qərəzli şəkildə araşdırmamış nəticədə əsassız və qanunsuz qətnamə çıxarılmışdır.

51. Məhkəmələrin gəldiyi nəticələr nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. MPM-in 361.4, 259.0.8 və 375-ci maddəsi tələbləri hər iki apellyasiya instansiya məhkəmələrində kobud şəkildə qərəzli olaraq pozulmuşdur.

52. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 259.0.6, 418.4.5, 418.4.9, 418.4.1, 418.4.3, 418.4.6 və 418.4.9-cu maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etir az daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

54. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

55. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

56. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

57. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

58. Maddə 373.1. Ümumi iddia müddəti on il təş kil edir.

59. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

60. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

61. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

62. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

63. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

64. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

65. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallar ı istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

66. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

75. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir, cavabdehin məhkəmədə iştirakının təmin olunmaması ilə balı dəlili təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

80. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

81. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının t ətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2964/2024 nömrəli iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar