Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5833/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Şirkətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" ASC-yə, "xxxx" MMC-yə və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh "xxxx" şirkətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5833/21 (Açar sözlər: borcun qaytarılması, əldən çıxmış fayda, artıq ödənilmiş pulun qaytarılması, işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəkili İddiaçı2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-97/2021 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" ASC-yə və "xxxx" MMCyə qarşı “borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-dən 78501 ABŞ dolları məbləğind ə borcun, 23550 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, 10000 ABŞ dolları məbləğində mənəvi ziyanın, cəmi 112051 ABŞ dolları məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsi əsasında İddiaçı1 əsl iddiaçı "xxxx" şirkəti ilə əvəz olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-dən 108501 ABŞ dolları məbləğində borcun, 23550 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, cəmi 132051 ABŞ dolları məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh "xxxx" şirkətinə qarşı “pul tələbinə dair” qarşıl ıqlı iddia ərizəsi təqdim edərək, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilərək cavabdeh "xxxx" şirkətindən keyfiyyətsiz mebellərə və işlərə görə əlavə ödənilmiş 63254 ABŞ dolları məbləğində pulun və işgüzar nüfuza vurulmuş zərərin əvəzi kimi 200000 manat pulun tutularaq onlarən xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2013-cü il tarixdə Bakı şəhərinə gəlmiş və Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən "xxxx" şirkətinin rəhbərləri olan Cavabdeh1 və Cavabdeh2 qardaşları ilə tanış olmuşdur. Həmin qardaşlar Coşkun Kərimə təmir tikinti işləri ilə bağlı mebel təmin etmək və montaj etmək işlərinin görül məsini təklif etmişlər. Bundan başqa Qəhrəmanov qardaşları və onların vasitəsi ilə tanıdığı Cavabdeh3 "xxxx" ASC-nin Bakıxanov küçəsində yerləşən ofisini də mebellə təchiz etmək və həmin mebelləri montaj etmək işini təklif etmişlər. Həmin sifariş əsasında da bankın ofisi iddiaçı tərəfindən mebellə təchiz edilmiş və onun işçiləri tərəfindən quraşdırılmışdır. Eyni zamanda Cavabdeh2 Bakı şəhərində yerləşən evinin də mebelini iddiaçı Türkiyədən gətirməli və təchiz etməli idi. Ödəniləcək məbləğ isə bütün işlər görülüb qurtardıqdan sonra verilməli idi. Həmin məbləğə tikinti əşyalarının Türkiyədən gətirilməsi, daşınması, quraşdırılması, işçilərin əmək haqqının verilməsi nəzərdə tutulmuş və bütün bu işlərə görə pullar iddiaçı tərəfindən ödənilmişdir. Ümumi görülən işlərin dəyəri 390000 (üç yüz dox san min) ABŞ dolları təşkil etmişdir. Həmin məbləğdən iddiaçıya hissə-hissə ödənişlər edilmiş, hətta borcluların xahişləri nəzərə alaraq həmin məbləğdən təxminən 40000-50000 ABŞ dolları güzəşt də edilmişdir. Lakin cavabdehlər qalan 108501 ABŞ dolları məbləğində pulun ödənilməsindən boyun qaçırırlar. Cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəyəcəklərini deyirdilər. İddiaçı bununla bağlı dəfələrlə Araz və Mehdi ilə telefon danışıqları aparmışdır. Görülən işlərə görə onların arasında müqavilə olmuş və email ünvanında yazışmalar da mövcuddur. İddiçı Bakı şəhərində olduğu müddətdə Mehdi və Araz əvvəllər gördüyü işlərin pulunu vaxtı-vaxtında ödəyirdilər. Lakin sonradan cavabdehlərlə aralarında olan razılaşmanın şərtləri pozulmuş və öhdəlikləri tam icra edilməmişdir. İddiaçı1 məcb ur qalıb cavabdehlər barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və cavabdehlər öz izahatlarında borclu olduqlarını qismən etiraf etmişlər. Bundan başqa Cavabdeh1 bildirmişdir ki, Ədalət adlı şəxsin evinə gətirib quraşdırdıqları mebelin birinin qapısında guya müəyyən problem olduğu üçün 18000 ABŞ dollarını Ədalət ödəmir, ona görə də, o da həmin məbləği verə bilmir. Halbuki, qapının özünün dəyəri 300 ABŞ dolları məbləğindədir. Buna görə isə 18000 ABŞ dolları məbləğində pulun ödənilməməsi absurddur. İddiaçı isə onlara bildirmişdir ki, əgər nöqsan varsa qapı karqo ilə göndərilsin və nöqsanlar aradan qaldırıb yenidən geri qaytarılsın. Bundan əlavə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların ofislərində, özlərinin və qohumlarının evlərində quraşdırdıqla rı mebellərdə guya nöqsan olduğunu bildirmişlər və buna görə də iddiaçı nümayəndələri ilə birlikdə onların evlərinə və ofislərinə gedib baxmış və müəyyən olunmuşdur ki, mebellərdə hər hansı bir nöqsan yoxdur, sadəcə, mebellərdə xırda cızıqlar vardır ki, həmin cızıqlarda uzun illər istifadə olunduğu üçün yaranmışdır. Cavabdehlərlə dəfələrlə əlaqə saxlanılsa da onlar maliyyə böhranını əsas gətirərək borcu qısa zamanda hissə-hissə ödəyəcəklərinə söz vermişlər. Sonradan məlum olmuşdur ki, onlar yalan vədlər verərək borclarını ödəməkdən qəsdən yayınırlar və elə düşünürlər ki, İddiaçı1 xarici ölkənin vətəndaşı olduğundan onlardan pul tələb edə bilməz. Cavabdehlər iddiaçının etibarından və səmimiyyətindən, eləcə də Azərbaycan xalqına olan hörmətindən istifadə edərək ona ödənilməli olan borcunu mənimsəmişlər. İddiaçı malları Türkiyə Respublikasından göndərdiyi və həmin şirkət də Türkiyə Respublikasında fəaliyyət göstərdiyi üçün mallar cavabdehlərə satılarkən dəyəri ABŞ dolları ilə müəyyən edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən şifahi razılaşdırılmış məbləğdən 275000 ABŞ dolları pul ona ödənilmişdir. Həmin iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və 22 dekabr 2017-ci il tarixli, 23350 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ilkin iddiaçı tərəfindən göndərilmiş mebellərin əksəriyyətində, onların hazırlanması zamanı qüsurlar mövcud olmuşdur. Yəni ekspert mebellərin qüsurlu hazırlanması və keyfiyyətsiz məhsullar olmasını aydınlaşdırmışdır. İlk iddia ərizəsi üzrə cavabdehlər sonradan əmələ gələn qüsurları görmək imkanına m alik olsalar da, istehsalat zamanı məhsulun qüsurlu və keyfiyyətsiz olmasını adi gözlə görmək mümkün olmadığından bu faktlar ekspert tədqiqatından sonra aşkara çıxarılmışdır. Digər tərəfdən ekspert məhz keyfiyyətsiz və qüsurlu hazırlanması səbəbindən məhsulun qiymətlərinin də həqiqətən də əhəmiyyətli dərəcədə aşağı olmasını müəyyən etmişdir. Beləliklə, iş materiallarına ilk iddiaçı tərəfindən əlavə edilmiş cədvəldə göstərilən qiymətləri toplamaq yolu ilə müəyyən edilir ki, razılaşma, ilkin iddiaçının qənaətinə görə 352910 ABŞ dolları məbləğində mebellərin təqdim edilməsi və quraşdırılmasını nəzərdə tutmuşdur. Bununla da, ilk iddia üzrə iddiaçının razılaşdırılmış qiymətlərə uyğun mebellər təqdim etmək əvəzinə, onları aldadaraq həmin qiymətlərə uyğun olmayan qüsurlu və keyfiyyətsiz hazırlanm ış mebelləri təqdim etməsi ekspert tərəfindən müəyyən edilmişdir. Bu səbəbdən də hesab edirlər ki, ekspertin müəyyən etdiyi halları əsas götürməklə, ilk iddia üzrə iddiaçıya əlavə ödənilən 63254 ABŞ dolları məbləğində pul onlardan tutularaq geri qaytarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 iyul 2017-ci il tarixli, 2(006)-4433/2017 saylı qərardadı ilə (hakim Xumar Mərdanova) iş üzrə kompleks texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2017ci il tarixli, 23350 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, aparılmış ekspert tədqiqatı nəticəsində, iş materialları nda olan iddia ərizəsində və məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən tədqiqat obyektlərinin üzərində qüsurların olub-olmamasını müəyyən etmək və onların qiymətləndirilməsi üçün zəruri olan onların modelinin, ölçülərinin, yararlığının və istismar nəticəsində hansı vəziyyətdə olmasının, eləcə də onların ayrı-ayrılıqda adları, texniki və keyfiyyət göstəriciləri, mövcud qüsurların və istismar nəticəsində əmələ gəlmiş qüsurların müəyyən edilməsi məqsədilə onları ekspert baxışına Bakı şəhəri, ünvan 2 ünvanda, ünvan 3ə, ünvan 4 ünvanda yerləşən Bakı Biznes Mərkəzinin binasının 1-ci mərtəbəsindəki "xxxx" ASC-nin xidməti otaqlarında və ünvan 6 ünvanda tərəflərin iştirakı ilə 17 oktyabr 2017-ci il tarixdə təqdim edilmiş, onların xarici görünüşü, ölçüləri, səthi üzərində olan zədələr və digə r əlamətlər, eləcədə onların hazırlanmasında mövcud qüsurlar və istismar nəticəsində əmələ gəlmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan həmin ünvanlarda mebel məmulatlarından başqa, xidməti otaqların və digər qeyri-yaşayış sahələrin divarlarına, sütunlarına, tavana və digər sahələrə müxtəlif ölçülərdə bəzək örtüklər ilə üzlənmiş taxta və digər materiallardan təbəqələr quraşdırılmışdır ki, bu da əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir və bu məqsəd ilə mərkəzin tikinti-texniki ekspertizalar şöbəsində kompleks ekspertiza təyin edilmiş və həmin şöbənin eksperti tərəfindən baxış üçün 23 oktyabr 2017-ci il tarixdə vəsatət verilmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilmədiyindən tikinti-texniki ekspe rtizası üzrə iş icrasız saxlanılmaqla geri qaytarılmışdır. İş materiallarında olan məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən mebellərin qiymətləndirilməsində, onların alqı-satqı zamanı tərəflər arasında iş materiallarında olan fərdi razılaşma və şifahi müqavilə əsasında müəyyən edilən qiymətlər əsas götürülür. Ekspert qeyd edir ki, respublika ərazisində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara və iş materiallarında olan məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən alış-satış qiymətlərinə əsasən ekspert baxışı zamanı müəyyən edilmiş texniki göstəricilər və mebellərin hazırlanmasında yuxarıda qeyd edilən əmələ gələn qüsurlar nəzərə alınmaqla, onların əmtəə görünüşünün itirilməsi, tərəflər arasında razılaşdırılmış qiymətlərindən faiz nisbəti ilə təxminən 30-40 faiz aşağı təşkil edir. Birinci instansiya məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(006)-198/2018 saylı qətnaməsi ilə (hakim Emin Mehdiyev) ilk və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" şirkəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında mebel təchizatı barədə şifahi razılıq əldə edilmiş, lakin onların arasında bu barədə müqavilə bağlanmamışdır. "xxxx" şirkətinin nümayəndəsi İddiaçı1 tərəfindən cavabdehlərə təqdim edilmiş mebellərin dəyərinin tam ödənilmədiyi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə şikayət edilmiş və aparılmış araşdır ma zamanı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verdiyi izahatlarında "xxxx" şirkətinə müxtəlif vaxtlarda mebellər sifariş verdiklərini, həmin mebellərin Türkiyə Respublikasından gətirilərək quraşdırıldıqdan sonra pulunun ödənildiyini, lakin sifariş olunan mebellərin bir qisminin təyinat yerinə gətirilərək quraşdırılmadığı və quraşdırılan mebellərin bir hissəsinin isə istifadəyə yararsız olduğu üçün mübahisə edilən pul məbləğinin işlər tamamlandıqdan sonra ödəyəcəklərini bildirmişlər. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 30 dekabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən İddiaçı1 ərizəsi əsasında toplanmış materialda etibardan sui-istifadə etmək, eləcə də aldatma yolu ilə əmlakın ələ keçirilməsi faktı olmadığından ilkin yoxlama materialı üzrə c inayət işinin başlanması rədd edilmişdir. Hazırkı mülki mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2017-ci il tarixli, 23350 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən aparılmış ekspert tədqiqatı nəticəsində, iş materiallarında olan iddia ərizəsində və məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən tədqiqat obyektlərinin üzərində qüsurların olub-olmamasını müəyyən etmək və onların qiymətləndirilməsi üçün zəruri olan onların modelinin, ölçülərinin, yararlığının və istismar nəticəsində hansı vəziyyətdə olmasının, eləcədə onların ayrı-ayrılıqda adları, texniki və keyfiyyət göstəriciləri, mövcud qüsurların və istismar nəticəsində əmələ gəlmiş qüsurların müəyyən edilməsi məqsədilə onları ekspert baxışına Bakı şəhəri, ünvan 2 ünvanda, ünvan 3ə, ünvan 7 ünvanda yerləşən Bakı Biznes Mərkəzinin binasının 1-ci mərtəbəsindəki "xxxx" ASC-nin xidməti otaqlarında və ünvan 6 ünvanda tərəflərin iştirakı ilə 17 oktyabr 2017-ci il tarixdə təqdim edilmiş, onların xarici görünüşü, ölçüləri, səthi üzərində olan zədələr və digər əlamətlər, eləcədə onların hazırlanmasında mövcud qüsurlar və istismar nəticəsində əmələ gəlmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan həmin ünvanlarda mebel məmulatlarından başqa, xidməti otaqların və digər qeyri-yaşayış sahələrin divarlarına, sütunlarına, tavana və digər sahələrə müxtəlif ölçülərdə bəzək örtüklər ilə üzlənmiş taxta və digər materiallardan təbəqələr quraşdırılmışdır ki, bu da əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir və bu məqsəd ilə mərkəzin tikinti-texniki ekspertizalar şöbəsində kompleks ekspertiza təyin edilmiş və həmin şöbənin eksperti tərəfindən baxış üçün 23 oktyabr 2017-ci il tarixdə vəsatət verilmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilmədiyindən tikinti-texniki ekspertizası üzrə iş icrasız saxlanılmaqla geri qaytarılmışdır. İş materiallarında olan məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən mebellərin qiymətləndirilməsində, onların alqı-satqı zamanı tərəflər arasında iş materiallarında olan fərdi razılaşma və şifahi müqavilə əsasında müəyyən edilən qiymətlər əsas götürülür. Ekspert qeyd edir ki, respublika ərazisində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert praktikasında toplanmış məluma tlara və iş materiallarında olan məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən alış-satış qiymətlərinə əsasən ekspert baxışı zamanı müəyyən edilmiş texniki göstəricilər və mebellərin hazırlanmasında yuxarıda qeyd edilən əmələ gələn qüsurlar nəzərə alınmaqla, onların əmtəə görünüşünün itirilməsi, tərəflər arasında razılaşdırılmış qiymətlərindən faiz nisbəti ilə təxminən 30-40 faiz aşağı təşkil edir. Məhkəmə iclasında iştirak etmiş ilk iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi İddiaçı2 ilkin iddiaçı tərəfindən göndərilmiş mebellərin əksəriyyətində, onların hazırlanması zamanı qüsurların mövcud olmasını,ekspertin mebellərin qüsurlu hazırlanması və keyfiyyətsiz məhsullar olmasını aydınlaşdırmasını, ilk iddia ərizəsi üzrə cavabdehlər sonradan əmələ gələn qüsurları görmək imkanına malik olsalar da, istehsalat zamanı məhsulun qüsurlu və keyfiyyətsiz olmasını adi gözlə görmək mümkün olmadığından bu faktlar ekspert tədqiqatından sonra aşkara çıxarıldığını, digər tərəfdən ekspert məhz keyfiyyətsiz və qüsurlu hazırlanması səbəbindən məhsulun qiymətlərinin də həqiqətən də əhəmiyyətli dərəcədə aşağı olmasını müəyyən etməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehlərin təchiz edilmiş hansı mebellərin dəyərinin ödənilmədiyini və hansı məbləğdə borcun qaldığını əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyinin qeyd edilən müddəalarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 20 17-ci il tarixli, 23350 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini, tərəflər arasında mebel təchizatı barədə müqavilə bağlanmamasını, məhkəmə iclasında iddiaçının nümayəndəsinin cavabdehlərin təchiz edilmiş hansı mebellərin dəyərini ödəmədiyini və hansı məbləğdə borcu qaldığını əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin, qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia tələbini əsaslandıra və buna dair sübutlar təqdim edə bilmədiyindən qarşılıqlı iddia ərizəsi də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 6.2, 16.1, 21.1, 386.1, 389.1, 407.2, 425.1, 442, 448.1, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkəti apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin tamamilə təmin edilməsi, qarşılıqlı iddia tələbinə münasibətdə qətnamənin dəyişdirilmədən saxlanması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qar şılıqlı iddia tələbinin rədd edilməsi hissəsinə münasibətdə ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 02 noyabr 2018-ci il tarixli, 2(103)-11845/2018 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" şirkətinin apllyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(006)-198/2018 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh1 50811 ABŞ dollarının və Cavabdeh2 18000 ABŞ dollarının Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq iddiaçı "xxxx" şirkətinə ödənilməsi, "xxxx" şirkətinin apelyasiya şikayətinə münasibətdə, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(006)-198/2018 nömrəli qətnaməsinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Dəhrəman oğlunun apelyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi hissədə oəyişdirilmədən saxlanılması, Cavabdeh1 və Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri 73,04 manatın müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilk iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya şərtləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin onlara münasibətdə iddianın tam təmin edilməməsi barədə gəldiyi nəticəsi düzgün olmamışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, həqiqətən də ilk iddiaçı ilə, ilk iddia üzrə qeyd olunan cavabdehlər arasında mebel alqı-satqısı ilə bağlı mülki hüquq münasibətləri yaranmış, davam etmiş, yəni 2013-cü ildən başlayaraq üç il ərzində iddiaçı tərəfindən cavabdehlərə Türkiyə Respublikasından karqo vasitəsilə mebelllər göndərilmiş, cavabdehlər tərəfindən bu mebellərə görə iddiaçıya 275000 ABŞ do lları (iddiaçı 274000 ABŞ dolları ödənildiyini deyir) ödənilmişdir. Tərəflərin heç biri bu halları mübahisələndirmir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, ilk iddiaçı ilk iddia üzrə cavabdehlərə 382.501 ABŞ dolları dəyərində mebel satdığını, cavabdehlərin isə ona 108.501 ABŞ dolları borcu qaldığını iddia edir, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə ilk iddiaçıya hər hansı bir məbləğdə borcu qalmadığını, əksinə ilk iddiaçının öhdəliyini tam icra etmədiyini, yəni mebellərin qüsurlu, natamam və gecikmə ilə gəldiyini bəyan edərək, ilk iddiaçıdan əlavə ödənilən 63254 ABŞ dolları və işgüzar nüfuza vurulan zərərə görə 200000 manat tələb edir. Əvvəla, ilk iddiaçının müraciəti əsasında Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət mühaki mə icraatı qaydasında aparılan araşdırma zamanı cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 müstəntiqin konkret olan sualına cavab olaraq ilk iddiaçıya borclu olduqlarını öz izahatlarında qismən etiraf etmişlər. Belə ki, ilk iddiaçıya hər hansı bir məbləğdə borcunuz varmı sualına Cavabdeh1 “AG” bankla bağlı ödənilməyən məbləğin 35691 ABŞ dolları, Hamlet müəllimin evində görülən işlərə görə ödənilməyən məbləğin 15120 ABŞ dolları təşkil etdiyini, Cavabdeh2 isə iddiaçı şirkətə 17000-18000 ABŞ dolları borcu qaldığını və həmin pulu verməyə hazır olduğunu etiraf etmişdir. Göründüyü kimi, cavabdehlərin iddia tələbini qismən etiraf etmələri hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Əksinə, etiraf olunan hissədə ilk iddia tələbinin qismən təmin edilməməsi ilk iddiaçının m ənafeyinə zərər vurmuşdur. İkincisi, iş materialları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən tələb olunan 108.501 ABŞ dollarını, cavabdehlər mebellərdə problemlər olması və gecikdirilmə ilə gəlməsini əsas gətirərək birtərəfli qaydada 30000 ABŞ dollarınadək azaltmış və 78501 ABŞ dolları borcları qalmasını etiraf edərək həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin, sonradan nəinki tələb olunan, həmçinin etiraf etdikləri məbləği də ödəməmişlər. Üçüncüsü, ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə üçün məcburi deyildir. 22 dekabr 2017-ci il tarixli, 23350 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi iddia tələbinin əsassızlığını təsdiq etməməklə yanaşı, həm də ehtimallara əsaslanır. Belə ki, əmtəəşünas ekspertin verdiyi rəydə me bellərdə göstərdiyi qüsurlar demək olar ki, istsmarla bağlı olan qüsurlara aiddir. İstehsalla bağlı qüsurların qismən olduğunu qeyd etsə də, ekspert bunun hazırlanmasında, yəni istehsal zamanı qüsurlu olmasına dəlalət etdiyini göstərir. “Dəlalət edir” ifadəsi hələ malların istehsalat qüsuru olduğunu təsdiq etmir. Rəydə "xxxx" üçün sifariş olunan mallarla bağlı isə demək olar ki, istehsalat qüsuru göstərilməmiş, yalnız iki malın hazırlanması zamanı qüsur ola biləcəyini ehtimal etmişdir. Ekspert tədqiqat apardığı ünvanlarda mebel məmulatlarından başqa, xidməti otaqların və digər qeyri-yaşayış sahələrin divarlarına, sütunlarına, tavana və digər sahələrə müxtəlif ölçülərdə bəzək örtüklər ilə üzlənmiş taxta və digər materiallardan təbəqələr quraşdırıldığını və bunların tədqiqinin əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığını bildirmişdir. Bununla yanaşı, rəyin nəticə hissəsinin axırıncı abzası da ziddiyyətli olmaqla yenə də ehtimallara əsaslanmışdır. Belə ki, ekspert respublika ərazisində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara və iş materiallarında olan məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən alış-satış qiymətlərinə əsasən ekspert baxışı zamanı müəyyən edilmiş texniki göstəricilər və mebellərin hazırlanmasında yuxarıda qeyd edilən əmələ gələn qüsurlar nəzərə alınmaqla, onların əmtəə görünüşünün itirilməsi, tərəflər arasında razılaşdırılmış qiymətlərindən faiz nisbəti ilə təxminən 30-40 faiz aşağı təşkil etdiyini göstərsə də, malların cüzi hissəsində istehsa lat qüsurlarının olduğunu göstərmiş, lakin bütün malların razılaşdırılmış qiymətlərindən faiz nisbəti ilə təxminən 30-40 faiz aşağı təşkil etdiyi qənaətinə gəlmişdir. Göründüyü kimi, bu cür rəy heç bir halda mötəbər hesab edilə bilməz. Ümumiyyətlə bu cür tədqiqat zamanı ekspertlər həmişə mebel istehsalı ilə bağlı fəaliyyət göstərən xüsusi biliyə malik olan mütəxəssislərin cəlb edilməsi barədə vəsatət verirlər. Lakin, hazırki iş üzrə əmtəəşünas ekspertin bu sahədə xüsusi biliyə malik olmaması tərtib etdiyi rəydə də açıq-aşkar görünməsinə baxmayaraq, tədqiqat aparmaqda çətinlik çəkərkən “dəlalət edir” ifadələri işlətmək əvəzinə, bu sahədə mütəxəssis olan şəxslərin cəlb edilməsi barədə vəsatət verə bilərdi. Lakin, ekspert nəinki belə bir vəsatət verməmiş, həm də təqdim etdiyi rəydə göstərdiyi fikirlərlə, tərəflər arasında yaranmış mübahisənin həllini bir qədər də ziddiyyətli vəziyyətə gətirmişdir. Əlbəttə, başa düşüləndir ki, kifayət qədər keyfiyyətli mebel istehsalı ilə məşhur olan bir ölkədə, istehsal edilən mebellərin keyfiyyəti, istehsalat qüsuru ilə bağlı ekspert rəyi vermək əmtəəşünas ekspert üçün həddindən artıq çətin bir işdir. Lakin, bu da ekspertə elə bir əsas vermir ki, o, xüsusi biliyinin kifayət etmədiyi bir sahə üzrə, yalnız rəy vermək xatirinə ekspert rəyi tərtib etsin. Dördüncüsü, qarşılıqlı iddiaçı Cavabdeh2 onlara 63.254 ABŞ dollarlıq, yəni 40 faizlik aşağı keyfiyyətli mal verildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qarşılıqlı iddiaçılar bunu sübut etməlidir. Lakin, onlar tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili izahatında ortada heç bir müqavilə və ya təhvil-təslim aktı olmadan 390000 ABŞ dolları onlardan tələb olunduğunu bildirsə də, bu dəlillər heç bir halda ilk iddianın əsassız olması demək deyildir. Qeyd olunduğu kimi, tərəflər arasında mebel təchizatı ilə bağlı mülki hüquq münasibətləri yaranmış və sifariş olunan malların hamısı cavabdehlərə çatdırılmışdır. Tərəflər bu halları heç vaxt mübahisələndirməmişlər. Lakin, bu barədə onlar arasında konkret yazılı müqavilənin bağlanmaması, hər iki tərəfin iradə ifadəsinə uyğun faktiki müqavilə münasibətlərində olmasını inkar edə bilməz. Aralarında yazılı müqavilə olmasa belə, işgüzar dövriyyə adətlərinə uyğun da mebel alqı-satqısı ilə bağlı münasibətlərin yaranması danılmazdır. Belə ol an vəziyyətdə, qarşılıqlı iddia və Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər nəinki əsaslı ola bilməz, əksinə bu cür mövqe və münasibət açıq-aşkar hüquqdan sui-istifadədir ki, buna da yol verilmir. Çünki, başqasına ziyan vurmaq məqsədi ilə hüquqdan istifadə edilməsi yolverilməzdir. Buna görə də, qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkəti kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, ilk iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin tamamilə təmin edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ənvər Şadiyevsədrlik edən və məruzəçi, İlqar Xələfov, Qəhrəman Allahverdiyev) 03 aprel 2019-ci il tarixli, 2(102)1884/2019 saylı qərarı ilə "xxxx" şirkətinin kasasiya şikayəti qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 kasasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 02 noyabr 2018-ci il tarixli 2(103)-11845/18 saylı qətnaməsinin ləğv edilməsi, işə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman tərəflər arasında mübahisələndirilən münasibətlər üzrə mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və imzalanmış hər hansı yazılı müqavilənin olmamasına, ilkin iddiaçı "xxxx" şirkətinin tələb etdiyi pul məbləğinin hansı avadanlıqlara görə ödənilməmiş məbləğ olmasını və həmin avadanlıqların hansı predmetlərdən ibarət olmaqla cavabdehlərə tam keyfiyyətdə qüsursuz olaraq quraşdırılmaqla təhvil verilməsini və cavabdehlər tərəfindən təhvil alınmasını təsdiq edən sübutları tam aydınlığı ilə təqdim etməməsinə, ilkin iddia tələbinin ümumilikdə göndərilmiş mebel məmulatlarının bütövlükdə dəyərinin bir hissəsi kimi göstərilməklə ödənilməyən hissənin hansı əmtəələrə görə olmasının göstərilməməsinə, göndərilən mebel məmulatlarının bir qism detallarında aradan qaldırıla biləcək qüsurların mövcudluğu ilə bağlı qarşılıqlı iddia tələbində göstərilən halların ilkin iddiaçı tərəfindən təkzib olunmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ilkin və qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsi ilə bağlı hərəkətlər aparılmadan ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 50.811 ABŞ dolları, Cavabdeh2 isə 18.000 ABŞ dolları məbləğində borclu olmaları barədə nəticəyə gəlinib ilkin iddianın həmin hissədə təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunmasına dair qərar qəbul edilmişdir. Bundan başqa, apellasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 dekabr 2017-ci il tarixli, 23350 saylı rəyində baxış zamanı qeyd olunan ünvanlarda mebel məmulatlarından başqa, xidməti otaqların və digər qeyri-yaşayış sahələrinin divarlarına, sütunlarına, tavana və digər sahələrə müxtəlif ölçülərdə bəzək örtükləri ilə üzlənmiş taxta və digər materiallardan təbəqələrin quraşdırıldığının məlum olduğu və həmin işlərdə qüsurların mövcudluğunun müəyyən edilməsinin əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından Mərkəzin tikinti-texniki ekspertizalar şöbəsində kompleks ekspertiza təyin edilməklə həmin şöbənin eksperti tərəfindən baxış üçün 23 oktyabr 2017-ci i l tarixdə verilmiş vəsatətin məhkəmə tərəfindən təmin edilməməsinə dair işin hallarına da düzgün hüquqi qiymət verilməmiş, ekspert rəyində malların Respublika ərazisində faktiki qiymətlərinin razılaşdırılmış qiymətlərdən 3040 % aşağı təşkil etməsi ilə bağlı göstərilənləri heç bir halda inandırıcı hesab etmədiyi halda, daha mötəbər sübutların əldə edilməsi üçün əlavə və ya təkrar ekspertiza təyin etmədən ilkin iddia tələbinin qismən təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qərar qəbul edilmiş, təmin olunan məbləğin hansı əmtəələrin dəyərini təşkil etməsi göstərilməmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov- s ədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 29 iyul 2019-cu il tarixli, 2(103)-7696/2019 saylı qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq, tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Əlavə məhkəmə əmtəəşünaslıq və tikinti-texniki ekspertizasının 22 iyun 2020-ci il tarixli 22067/22764 saylı rəyindən görünür ki, Hamlet adlı şəxsin Bakı şəhərində yerləşən mənzili baxış zamanı ekspertlərə təqdim olunmadığından, həmin mənzildə quraşdırılmış mebellər üzrə tədqiqat aparılmadı. Həmçinin iş materiallarında tədqiqat obyekti olan mebel əşyalarının alınmasına dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, həmçinin onların texniki göstəricilərinə dair məlumat olmadığı üçün, sifariş əsas ında gətirilmiş malların sifariş üzrə uyğunluq təşkil edib-etməməsi barədə tədqiqat aparılması mümkün olmadı. Aparılmış ekspert tədqiqatı nəticəsində, iş materiallarında olan tədqiqat obyektlərinin üzərində qüsurların olub-olmamasını müəyyən etmək və onların qiymətləndirilməsi üçün zəruri olan məlumatların, yəni onların modelinin, ölçülərinin, yararlığının və istismar nəticəsində hansı vəziyyətdə olmasının, eləcə də onların ayrıayrılıqda adları, texniki və keyfiyyət göstəriciləri, mövcud qüsurların müəyyən edilməsi məqsədilə tədqiqat obyektləri ünvan 8 ünvanında, Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsi,102a ünvanında yerləşən Bakı Biznes Mərkəzinin binasının 1-ci mərtəbəsindəki Cavabdeh4 ASC-nin xidməti otaqlarında 10 dekabr 2020-ci il tarixdə ekspert baxışına tərəflərin iştirak ı ilə təqdim edilmiş və onların xarici görünüşü, ölçüləri, səthi üzərində olan zədələr və digər əlamətlər, eləcə də onların üzərində mövcud olan qüsurlar rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Tədqiqat zamanı müəyyən edilmiş qüsurların istehsalat və ya istismar qüsurları olub-olmaması müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Ekspert baxışına təqdim edilmiş mebellərin dəyəri, sifariş əsasında tərəflər arasında fərdi razılaşma və müqavilə əsasında müəyyən edilir. Mebellərdə aşkar olunan qüsurların xarakteri (istehsalat və istismar) müəyyən edilə bilinmədiyi üçün həmin qüsurların mebellərin keyfiyyət göstəricisinə neçə faiz mənfi təsir etməsi, nöqsanların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunması barədə sual üzrə tədqiqat aparmaq mümk ün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Xəyal Sarıyev) 07 may 2021-ci il tarixli, 2(103)-97/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" şirkətinin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(006)-198/2018 nömrəli qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh1 50811 ABŞ dolları və Cavabdeh2 18000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla alınaraq iddiaçı "xxxx" şirkətinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 300 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi, sair müqavilə, təhvil-təslim aktı olmasa da, həqiqətən də ilk iddiaçı ilə, ilk iddia üzrə qeyd olunan cavabdehlər arasında mebel alqı-satqısı ilə bağlı mülki hüquq münasibətləri yaranmış, davam etmiş, yəni 2013-cü ildən başlayaraq üç il ərzində iddiaçı tərəfindən cavabdehlərə Türkiyə Respublikasından karqo vasitəsilə mebelllər göndərilmiş, cavabdehlər tərəfindən bu mebellərə görə iddiaçıya 275000 ABŞ dolları (iddiaçı 274000 ABŞ dolları ödənildiyini deyir) ödənilmişdir. Tərəflərin heç biri bu halları mübahisələndirmir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, ilk iddiaçı ilk iddia üzrə cavabdehlərə 382501 ABŞ dolları dəyərində mebel satdığını, cavabdehlərin isə ona 108501 ABŞ dolları borcu qaldığını iddia edir, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə ilk iddiaçıya hər hansı bir məbləğdə borcu qalmadığını, əksinə ilk iddiaçının öhdəliyini tam icra etmədiyini, yəni mebellərin qüsurlu, natamam və gecikmə ilə gəldiyini bəyan edərək, il k iddiaçıdan əlavə ödənilən 63254 ABŞ dolları və işgüzar nüfuza vurulan zərərə görə 200000 manat tələb edir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq X1 şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 izahatlarında Coşqun Kerimə borclu olduqlarını qismən etiraf etmişlər. Belə ki, ilk iddiaçıya hər hansı bir məbləğdə borcunuz varmı sualına Cavabdeh1 “AG” Bankla bağlı ödənilməyən məbləğin 35691 ABŞ dolları, Hamlet müəllimin evində görülən işlərə görə ödənilməyən məbləğin 15120 ABŞ dolları təşkil etdiyini, Cavabdeh2 isə iddiaçı şirkətə 1700018000 ABŞ dolları borcu qaldığını və həmin pulu verməyə hazır olduğunu bildirmişdir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən tələb olunan 1 08501 ABŞ dollarını, cavabdehlər mebellərdə problemlər olması və gecikdirilmə ilə gəlməsini əsas gətirərək birtərəfli qaydada 30000 ABŞ dollarınadək azaltmış və 78501 ABŞ dolları borcları qalmasını etiraf edərək həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin sonradan nəinki tələb olunan, həmçinin etiraf etdikləri məbləği də ödəməmişlər. İş üzrə keçirilmiş 22 dekabr 2017-ci il tarixli 23350 saylı məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə əmtəəşünaslıq və tikinti-texniki ekspertizasının 22 iyun 2020-ci il tarixli 22067/22764 saylı rəylərinə əsasən, sifariş əsasında gətirilmiş malların sifariş üzrə uyğunluq təşkil edibetməməsini, mebellərdə aşkar olunan qüsurların istehsalat, yoxsa istismar nəticəsində əmələ gəlməsini müəyyən etmək mümkün olmamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh2 on lara 63254 ABŞ dollarlıq, yəni 40 faizlik aşağı keyfiyyətli mal verildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, mebellərdə qüsurların istehsalat, yoxsa istismar nəticəsində yaranmasını ekspertiza tədqiqatı yolu ilə müəyyən etmək mümkün olmamış, qarşılıqlı iddiaçı tərəfindən də bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Buna görə də, qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 (vəkilləri İddiaçı2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin göstərişinə əsasən ilkin İddiaçı3 tələb etdiyi pul məbləğinin hansı avadanlıqlara görə ödənilməmiş məbləğ olmasını, avadanlıqların hansı predmetlərdən ibarət olmaqla cavabdehlərə tam keyfiyyətdə qüsursuz olaraq quraşdırılmaqla təhvil verilməsini və cavabdehlər tərəfindən həmin avadanlıqların təhvil alınma sını təsdiq edən sübutları təqdim etməli və sübut etməlidir. Lakin Ali Məhkəmənin göstərişlərindən sonra, uzun müddət, yəni iki ilə yaxın mülki iş apelyasiya instansiyası məhkəməsinin icraatında olmuş və yuxarıda göstərilənlərlə bağlı heç bir sübut hazıra qədər məhkəməyə təqdim edilməmişdir. İş materiallarında ilkin iddiaçının ümumiyyətlə pulu ödənilməyən mebel və avadanlıqların nədən ibarət olmasını və cavabdehlərə təhvil verilməsini təsdiq edən heç bir sübut yoxdur. Ekspert rəyində aşkar şəkildə göstərilmişdir ki, işdə təhvil-təslim aktı və mebellərin texniki göstəricilərinə dair məlumat yoxdur. Yəni ilkin iddiaçının hansı mebellərin pulunu tələb etməsi barədə işdə sübut yoxdur. Bunu AR Ədliyyə Nazirliyinin eksperti açıq şəkildə yazır və göstərir ki, gətirilən malların nədən ibarət olduğ unu və sifariş üzrə uyğunluq təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında da, həqiqətən bu barədə heç bir sənəd yoxdur. Ali Məhkəmənin göstərişləri yerinə yetirilmədən, yəni ilkin iddiaçı "xxxx" şirkətinin tələb etdiyi pul məbləğinin hansı avadanlıqlara görə ödənilməmiş məbləğ olmasını, avadanlıqların hansı predmetlərdən ibarət olmaqla cavabdehlərə tam keyfiyyətdə qüsursuz olaraq quraşdırılmaqla təhvil verilməsini və cavabdehlər tərəfindən həmin avadanlıqların təhvil alınmasını təsdiq edən sübutlar olmadan apelyasiya instansiyası məhkəməsinin cavabdehlərin izahatlarını aşkar təhrif etməklə, iş üzrə 5 cavabdehdən yalnız ikisinə münasibətdə tamamilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, apelyasiya ins tansiyası məhkəməsi işdə sübutlar olmadan pul tələbinə dair iddianı təmin etmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozaraq, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi X2 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin 2 dəfə keçirdiyi ekspertiza rəylərində, həmçinin “Prime Legal” və “Alternativ" Ekspertiza Mərkəzlərinin verdiyi ekspert rəylərində və həmin rəylərə əlavə olunmuş foto şəkillərdə və videoçəkilişlərdə cavabdehlərin özlərinin ekspert baxışma təqdim etdikləri mebellərin tam komplekt olduğu qeyd olunmuş v ə mebel hissələrinin hər biri adbaad həmin rəylərdə öz əksini tapmışdır. Bu inkaredilməz sübutlara baxmayaraq, cavabdehlər əsassız olaraq mebel hissələrinin tam təqdim olunmadığını və işlərin tamamlanmadığını qeyd edirlər. Hansı ki, yuxarıda qeyd etdiyimiz kimi, həmin mebelləri və onun hissələrini ekspertlərə cavabdehlərin özləri bir-bir göstərmiş və ekspertiza üçün təqdim etmişlər. Bu, onu göstərir ki, cavabdehlərin kasasiya şikayəti tamamilə əsassızdır və özləri-özlərini təksib edirlər. Mebellərin qüsurlu olduğu ilə bağlı kasasiya şikayətinin dəlilinə gəldikdə bildirilir ki, kassatorun bu dəlili tamamilə əsassızdır. Belə ki, yuxarıda qeyd edilən ekspert rəylərindən, həmin rəylərə əlavə edilmiş fotoşəkillərdən və video görüntülərdən aydın şəkildə görünür ki, mebellərin keyfiyyətində də heç bir qüsur mövcud deyildir. Ekspert rəylərində mebellərin bəzilərinin ayaq hissəsində və künclərində diqqət çəkməyən xırda cızıqların və zədələrin həmin mebellərin 7 ildən artıq müddətə istifadə olunması ilə əlaqədar yarandığı qeyd olunmuşdur. Bundan başqa, uzun illər Ədliyyə Nazirliyinin ekspertiza institutunda çalışmış, yüksək təcrübəyə malik olan “Prime Legal” və ”Alternativ" Ekspertiza Mərkəzlərinin ekspertləri əsaslandırılmış rəylər verərək qeyd etmişlər ki, 3-5 il müddətində istifadə olunan mebellərdə yaranan qüsurların istehsal xarakterli olduğunu iddia etmək heç cür əsaslı sayıla bilməz və qeyd olunan xırda cızıqlar və zədələr istismar xarakterlidir. İş üzrə inkar edilməz digər fakt ondan ibarətdir ki, qarşılıqlı iddia ərizəsində cavabdehlər mebelləri qəbul edərkən onlarda hər h ansı qüsurun olmadığını özləri də etiraf edir, lakin bildirirlər ki, guya onlar həmin qüsurları sonradan aşkar etmişlər. Bundan başqa, cavabdehlər kasasiya şikayətində Ali Məhkəmənin qeyd edilmiş qərarına istinad edərək, ödənilməyən borc məbləğinin hansı əmtəəyə görə yarandığının da müəyyən edilmədiyini qeyd edirlər. Halbuki cavabdehlər Yasamal rayon Polis İdarəsində verdikləri və hazırki mülki işə əlavə edilmiş izahatlarda, yəni Cavabdeh2 öz evinə quraşdırılan və ekspertə təqdim etdiyi mebellərə görə 17-18 min dollar borcunun olduğunu, digər Cavabdeh1 isə AG Bankın ofisinə quraşdırılan mebellərə görə 35 691 dollar, Hamlet adlı şəxsin evinə quraşdırılan mebellərə görə isə 15120 dollar borclu olduqlarını etiraf etmişlər. Deməli yaranmış borcun hansı əmtəəyə görə yarandığını borclular özləri rəsmi qaydada etiraf etmişlər. Bu və digər faktlar onu deməyə əsas verir ki, kasasiya şikayətində cavabdehlər bu kimi əsassız və ziddiyyətli fikirləri qeyd etməklə özlərini təkzib və ifşa etmiş olurlar. Digər tərəfdən qeyd edilməlidir ki, Cavabdeh1 AG Banka və Hamlet adlı şəxsə satdığı mebellərin qüsurlu olduğunu və işlərin tamamlanmadığını, digər Cavabdeh2 isə evinə quraşdırılan mebellərin tam gətirilmədiyini və qüsurlu olduğunu qeyd etdikləri halda, Hamletin evinə quraşdırılan mebellərin ekspertə təqdim olunmasının məhkəmə qərarı ilə, həmçinin iddiaçı tərəfindən təkidlə tələb edilməsinə baxmayaraq, cavabdehlər həmin mebelləri ekspertiza baxışına təqdim etmədilər. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, nə AG Bankın ofisinə, nə də Hamletin evinə quraşdırılan mebellərin qüsurlu, yax ud tam olmadığı barədə Bank və Hamlet adlı şəxs şikayətçi olmamış və nə iddiaçıya, nə də cavabdehlərə bu barədə heç bir şikayət və narazılıq bildirməmişlər. Həmin şəxslərin məhkəməyə cəlb olunması və dindirilməsi ilə bağlı tələb və təklifləri isə cavabdehlər tərəfindən təmin edilməmişdir. Kassasiya şikayətində həmçinin qeyd olunur ki, sifariş əsasında gətirilmiş malların, yəni mebellərin sifariş üzrə uyğunluq təşkil edibetməməsi də müəyyən edilməmişdir. Halbuki, cavabdehlər mebelləri qəbul etmiş, qarşılıqlı iddia ərizəsində onların qüsursuz olduğunu qeyd etmiş və iddiaçının ünvanına heç bir etiraz və pritenziya göndərməmiş, əksinə həmin mebellərə görə borclu olduğunu email yazışmaları ilə iddiaçıya etiraf etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı cavabdehlərə satdığı mebellərə görə yaranmış borc məbləğinin 30000 dollar hissəsini onlara güzəştə getmişdir. Bu faktı cavabdehlər polisə verdikləri izahatlarında özləri də etiraf etmiş və qalan 78501 dollar məbləğdə borcu qısa bir zamanda ödəyəcəklərinə email yazışmaları ilə söz vermişlər. Mebelləri qəbul edərək müvafiq ünvanlardakı evlərə və banka quraşdırıb təhvil verdikdən sonra həmin mebellərdə hər hansı qüsurun olduğunu və sifarişə uyğun olaraq tam gətirilmədiyini iddia etmək absurddur və qanunvericiliyin tələbinə ziddir. Bununla bağlı ekspert rəylərində qeyd olunur ki, mebellər sifarişə uyğun deyildirsə və qüsurludursa, həmin mebellər qəbul edilməməli və bu barədə mal göndərənə rəsmi pretenziya göndərilməlidir. Bundan başqa, kassator öz şikayətində işə apelyasiya qaydasında yenidən baxılarkən məhkəmənin heç bir araşd ırma aparmadığını və apelyasiya instansiyası məhkəməsinin əvvəlki qərarını eynilə təkrar etdiyini qeyd etmişdir. Halbuki, işə apelyasiya instansiyası məhkəməsində yenidən baxılarkən məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilərək müvafiq rəy alınmış, həmçinin “Prime Legal" və “Alternativ” Ekspertiza Mərkəzləri tərəfindən alternativ rəylər alınaraq, məhkəməyə təqdim olunmuşdur. Məhkəmə proseslərində həmin ekspert rəyləri və işin faktiki halları dərindən araşdırılaraq müvafiq qətnamə qəbul edilmişdir. Qeyd etdiyi sübutlar onu göstərir ki, kassatorun bu dəlili də tamamilə absurddur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Ş irkətinin səlahiyyətli nümayəndəsi, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ilk iddia üzrə cavabdehlər "xxxx" ASC-nin və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəkili İddiaçı2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 425.1. -Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 560.1. Mülki hüquqlar hüq uqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qarşılıqlı iddiaçılar tərəfindən qətnamənin tam ləğvi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi xahiş edilsə də, kasasiya şikayətindən görünür ki, qarşılıqlı iddiaçılar qətnaməni yalnız ilk iddianın təmin edilən hissəsi üzrə mübahisələndirmişlər. Buna görə də apelyasiya instansiyası məhkəməsinin aktı ilk iddianın təmin edilən hissəsi üzrə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlillərə münasibətdə bildirir ki, qarşılıqlı iddiaçılar apelyasiya kollegiyasının işə daha əvvəl baxmış kasasiya kollegiyasının göstərişlərinə əməl etmədiyinə dəlil olaraq istinad etsələr də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya kollegiyasının göstərişləri əsasında iş üzrə əlavə ekspertiza təyin edilmiş, rəydə göstərilmişdir ki, tədqiqat zamanı müəyyən edilmiş qüsurların istehsalat və ya istismar qüsurları olub-olmaması müvafiq sahə üzrə ixtisas laşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Ekspert baxışına təqdim edilmiş mebellərin dəyəri, sifariş əsasında tərəflər arasında fərdi razılaşma və müqavilə əsasında müəyyən edilir. Mebellərdə aşkar olunan qüsurların xarakteri (istehsalat və istismar) müəyyən edilə bilinmədiyi üçün həmin qüsurların mebellərin keyfiyyət göstəricisinə neçə faiz mənfi təsir etməsi, nöqsanların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunması barədə sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Bu halda apelyasiya kollegiyası iş materiallarında olan və cavabdehlərin polis orqanında aparılmış araşdırma zamanı vermiş olduqları izahatlar və etirafları əsas götürülmüş və ilk iddia tələbi təmin edilmişdir. Göründüyü kimi, apelyasiya kollegiyası kasasiya kollegiyasının göstərişinə əməl edərək göstəriş əsasında məhkəmə araşdırmasını həyata keçirmiş, yekunda işdə olan sübutlar əsasında qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin digər dəlili olan qarşılıqlı iddiaçıların qənaətinə görə, ilk iddiaçının sübut etməli olduğu hallar üzrə isə qeyd edilməlidir ki, ilkin İddiaçı3 tələb etdiyi pul məbləğinin hansı avadanlıqlara görə ödənilməmiş məbləğ olmasını, avadanlıqların hansı predmetlərdən ibarət olmaqla cavabdehlərə tam keyfiyyətdə qüsursuz olaraq quraşdırılmaqla təhvil verilməsini və cavabdehlər tərəfindən həmin avadanlıqların təhvil alınmasını cavabdehlər ümumi olaraq polis orqanında vermiş olduqları izahatda və qarşılıqlı iddia ərizəsində dolayısı ilə etiraf edilmiş, polis orqanındakı izahatda onlar mebellərə görə borc məbləğlərini də özləri konkret olaraq göstərmişlər. Mebellərin qüsurl u olmasına gəldikdə isə, qarşılıqlı iddiaçılar malları qəbul etdiklərini göstərsələr də, aşkar etdikləri qüsura görə ilk iddiaçıya müraciət etmələri və ya mallardan imtina edib geri qaytarmaları barədə hər hansı sübuta istinad edə və ya məhkəməyə təqdim edə bilməmişlər. Odur ki, kasasiya şikayətində göstərilmiş dəlillər apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə sonuncu dəfə baxmış apelyasiya kollegiyası əvvəl baxmış kasasiya kollegiyasının qərarında göstərişlərə uyğun olaraq məhkəmə araşdırmasını həyata keçirmiş və qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-97/2021 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.