Məhkəmə qərarları › İş №2(102)-5834/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5834/2021

06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5834/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma) 06.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)551/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: “Chevrolet Aveo” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətində olmuş və sonuncu həmin avtomobilə dair 09 sentyabr 2013-cü il tarixdən 09 sentyabr 2014-cü il tarixədək, habelə 03 oktyabr 2014-cü il tarixdən 30 yanvar 2022-ci il tarixədək idarə etmək üçün İddiaçı etibarnamə vermişdir. Xızı RPŞ-nin istintaq qrupunun müstəntiqi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 fevral 2016-cı il tarixli qərarına əsasən, toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanılması rədd edilmiş və tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh Xızı RPŞ-də izahat verərkən İddiaçı “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 11000 manat pul almasını etiraf etmişdir. a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 12000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması adı ilə hissə-hissə olmaqla 12000 manat məbləğində pul almış, sonradan həmin avtomobili iddiaçıdan alaraq üçüncü bir şəxsə satmış, nəticədə cavabdeh nə satdığı avtom obili, nə də aldığı pulu iddiaçıya geri qaytarmamışdır. Xızı Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(068)-80/2020 nömrəli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 11000 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 09 sentyabr 2013-cü il tarixdə Cavabdeh “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında faktiki olaraq, pulunu hissə-hissə ödəmək şərti ilə almış və iddiaçı müxtəlif vaxtlarda avtomobilə görə cavabdehə ümumilikdə 11000 manat pul ödəmişdir. Lakin, yaranmış anlaşılmazlıq səbəbindən tərəflər arasında narazılıq yaranmışdır. Belə olan təqdirdə, iddiaçı cavabdehə ödədiyi pul un sonuncudan geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan yayınmışdır. Cavabdehin həmin məbləği qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və sonuncunun tələb etmə hüququ yaranmışdır. Bununla belə, cavabdeh avtomaşına görə iddiaçıdan 11000 manat məbləğində pul aldığını Xızı RPŞ-də yazdığı izahatı ilə etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili geri aldıqdan sonra, İddiaçı 11000 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, İddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Xızı Rayon Məhkəməsinin 03 sentyabr 2020- ci il tarixli, 2(068)-80/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)-551/2021 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(068)-80/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)-551/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, hər iki instansiya məhkəməsi cavabdehin iştirakını təmin etməmiş, Xızı RPŞ-nin 19 fevral 2016-cı il tarixli qərarını preyudisial sübut növü kimi qəbul etmiş, tərəflər aras ında olan münasibətlərin lizinq razılaşması olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azər baycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bil ər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və apellyasiya baxışının predmetini iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Hazırda cavabdeh kassasiya şikayətini eyni əsaslarla verdiyindən kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərə kəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhr um olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmişdir. Cavabdehin kassasiya şikayətinin dəlill əri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh onun məhkəmədə iştirakının təmin edilmədiyini kassasiya şikayətində qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, o, məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişi ilə, habelə “AZEMİS” vasitəsi ilə telefon nömrəsinə göndərilmiş SMS-lə xəbərdar olunmuş, lakin o məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin işə cavabdehin iştirakı olmadan baxılması MPM-in 376.2-ci maddəsinə uyğun olmuşdur. Həmçinin mübahisələndirilən qətnamədə apellyasiya instansiyası məhkəməsi Xəzər RPİ-nin 19 fevral 2016-cı il tarixli qərarını MPM-in 83.4-cü maddəsi ilə müəyyən olunmuş preyudisial əhəmiyyətə malik olan s ənəd kimi qiymətləndirməmiş, həmin qərarda göstərilən halları sübutların biri kimi səlahiyyətləri çərçivəsində işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək, yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətində göstərilən halları sübut edə bilməmişdir. Məhkəmələr tərəfindən lizinq müqaviləsinə aid maddi hüquq normalarının tətbiq etməməsinə dair kassasiya şikayətinin dəlili ilə bağlı ilk olaraq qeyd olunmalıdır ki, cavabdeh bununla bağlı hər hansı tələbini və ya etirazını nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya şikayətində irəl i sürməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Cavabdeh isə onunla iddiaçı arasında yazılı müqavilənin bağlanmasını təsdiq edən sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiy a şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)-551/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar