Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5838/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması və qanunsuz zəbt olunmuş sahənin boşaldılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi - hakim), Əhmədova Mehparə Tofiq qızı, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və qanunsuz zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyul 2022-ci il tarixli 2(103)-2280/2022 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 20 de kabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2015-ci il tarixli, 172 nömrəli sərəncamı ilə X1 (bundan sonra mətndə iddiaçı) xx.xx.2015-ci il tarixli müraciətini nəzərə alaraq ünvanndə yerləşən torpaq sahəsində icarə əsasında ofis binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən görünür ki, ünvan yerləşən 0,0222 ha torpaq sahəsi üzrə xeyrinə hüquq yüklü edilən şəxs iddiaçıdır. xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi ********** kimi qeyd edilmişdir.
3. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli, 203 nömrəli sərəncamının surətinə əsasən, Cavabdeh (bundan sonra mətndə cavabdeh) ünvan ona məxsus mağazanın yanındakı ərazidə yerləşən, uzun illər istifadəsində olan sahədə təqdim etdiyi eskiz layihəsi əsasında ofis və xidmət binasının tikintisinə icazə verilmişdir.
4. Yasamal Rayon Məhkəməsinin 2(004)-1031/08 saylı, 30 may 2008-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı “sərəncamın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qətnamə ilə iddia ərizəsi rədd edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1031/08 saylı, 30 may 2008-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmış, Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)3764/2008 saylı, 28 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti rədd edilmiş, birinci instansiya məhk əməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı mülki iş üzrə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29102)-3303\11 saylı, 04 noyabr 2011-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)-3764/2008 saylı, 28 oktyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Bakı şəhəri Yasamal rayon Bələdiyyə sədrinin 09 fevral 2006-cı il tarixli, 11\06 saylı sərəncamına əsasən görünür ki, cavabdeh ərizə ilə müraciət edərək ünvan ona məxsus 18 saylı mağazanın qarşısında abadlaşdırıb istifadə etdiyi (9,5 x 21) metr ölçüdə torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Sərəncama əsasən həmin torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir.
6. Cavab deh ilə Bakı şəhəri Yasamal Bələdiyyəsi arasında bağlanmış 09 fevral 2006-cı il tarixli, 10 nömrəli torpaq icarəsi haqqında müqaviləyə əsasən görünür ki, XXX nömrəli müqaviləyə əsasən 199,5 kv.metr sahənin 1 kv.metrinin illik icarə haqqı 24,1 AZN olaraq müəyyən edilmişdir. 7. 10 noyabr 2020-ci il tarixli əlavə razılaşmaya əsasən, icarə müqaviləsinin müddəti 09 fevral 2006-cı il tarixdən 09 fevral 2070-ci il tarixədək uzadılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)985/18 saylı, 06 iyun 2018-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər X2 və Bakı şəhər Yasamal Bələdiyyəsi olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 20 18-ci il 24 yanvar 2-1(103)-91/2018 nömrəli qərarından iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 24 yanvar tarixli, 2-1(103)-91\2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilmişdir ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti özünün 172 saylı, xx.xx.2015-ci il tarixli sərəncamını qəbul edərkən Bakı şəhəri, ünvanndə yerləşən torpaq sahəsində icarə əsasında ofis binasının tikintisinin layihələndirilməsi üçün X1 icazə verərkən gələcəkdə inşa ediləcək binanın Cavabdeh icarə hüququ ilə ayrılmış torpaq sahəsinin üzərində olacağını nəzərə almamışdır. Torpaq sahəsi iddiaçıya “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tu tulan torpaq ayırma qaydasında deyil, torpaq sahəsindən istifadə etməsi faktının təsdiq edilməsi qaydasında verilmişdir. Halbuki, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması olan bələdiyyə daşınmaz əmlak üzərində istifadə faktını təsdiq edən səlahiyyətli orqan deyildir.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən, xx.xx.2021-ci il tarixli, 2(004)-3907/2021 saylı sorğuya xx.xx.2021-ci il tarixli, **********40 nömrəli cavab məktubuna əlavə edilmiş 589057 nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ərazi 49 il müddətinə, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı və Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1425 saylı, xx.xx.2018-ci il tarixli müqaviləsinə ə sasən İddiaçı istifadəsinə verilmiş və onun hüquqları xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı “maneələrin aradan qaldırılması və qanunsuz zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 172 nömrəli sərəncamına və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********22 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçıya məxsus, ünvan yerləşən 0,0222 ha torpaq sahəsinin boşaldılıb iddiaçıya təhvil verilməsinə, yaradılan maneələrin aradan qaldırılmasına və hasarın cavabdehin hesabına sökülməs inə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı movgeyini belə əsaslandırmişdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 172 nömrəli sərəncamına əsasən, ünvan yerləşən 0,0222 ha torpaq sahəsi 49 illik iddiaçının icarəsinə ayrılmışdır. Sərəncamdan sonra elə həmin tarixli 15/115 nömrəli Ayrıc aktı tərtib edilmiş və torpaq sahəsinin sərhədləri bu aktla müəyyən edilmişdir. Torpaq sahəsi iddiaçıya ayrılandan sonra məlum olmuşdur ki, həmin sahə tanımadığı şəxslər tərəfindən zəbt edilərək hasara alınmışdır. Bundan sonra, iddiaçı həmin şəxsin müəyyən edilməsinə başlamış və həmin şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. Bu şəxslə danışıq apararaq torpaq sahəsinin qanuni əsaslarla ona ayrıldığını bildirdikdən sonra, həmin şəxs iddiaçıya qarşı məhkəmədə idd ia qaldıraraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd edilən Sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 21(81)- 3388/2015 saylı qərarı ilə iddia təmin edilərək cavabdeh Bakı Şəhər İH Başçısının 172 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı qanunsuz hesab edilərək, ləğv edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1202/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2-1(81)-33 88/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan həm cavabdeh tərəfindən, həm də, iddiaçı tərəf indən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1599/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İİK-nm 21(103)-1202/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nm 2-l(103)4512017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2-l(81)-3388/2015 saylı qərarı ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİKnın 2-1(1 02)-2177/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İİKnın 2-1(103)-451/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli qərarı ilə iş üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2- l(81)-3388/2015 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı Cavabdeh Bakı ŞİH-nə ünvan yerləşən torpaq sahəsi 199,5 kv.m. olan torpaq sahəsinə dair cavabdeh Bakı ŞİH Başçısının 172 saylı, xx.xx.2015-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi və qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmişdi r. Həmin qərardan iddiaçı Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 06 iyun 2018-ci il tarixli 2- 1(102)958/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmadan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və torpaq sahəsinə dair Çıxarışın əldə edilməsinə başlanılmışdır. Həmin inzibati orqandan verilən **********22 reyestr nömrəli Çıxarışa əsasən, ünvan yerləşən torpaq sahəsi üzərində iddiaçının hüquqları tanınmışdır. Bundan sonra iddiaçı hazırki mülki iş üzrə Cavabdeh müraciət edərək, zəbt etdiyi torpaq sahəsini boşaltmasını və hasarın götürülməsini xahiş etmiş, cavabdeh bu xahişi yerinə yetirməmiş və iddiaçıya məxsus olan torpaq sahəsini bu günə kimi boşaltmamışdır.
12. İlk iddia üzrə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, ünvan ünvanında yerləşən 199,5 kv.metr torpaq sahəsinə dair cavabdeh İddiaçı adına verilmiş istifadə hüququnu təsdiq edən **********22 reyestr nömrəli çıxarışın və sair sənədlərin etibarsız hesab edilməsi barədə, eləcə də ilkin iddia üzrə İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3907/2021 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “çıxarışın etibarsızlığı” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
14. Bakı şə həri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(004)3907/2021 saylı qətnaməsi ilə (sədrlik edən Kərim Xudayev) iddia təmin edilmiş və ünvan yerləşən 0,0222 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılıb İddiaçı təhvil verilməsi, Cavabdeh ünvan yerləşən 0,0222 ha torpaq sahəsinin istifadə edilməsində yaratdığı maneələrin aradan qaldırılması və ünvan yerləşən 0,0222 ha torpaq sahəsində inşa edilmiş hasarın Cavabdeh hesabına sökülməsini qət etmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, çıxarışa əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı və Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1425 saylı, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən ərazi İddiaçı xeyrinə hü quq yüklü edilən şəxs olmaqla, 49 il müddətinə icarəyə verilmişdir. Həmin çıxarışa əsasən ərazi üzərində İddiaçı icarə hüququ yaranmışdır. Eyni zamanda qeyd edilib ki, qanunvericiliyə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Göründüyü kimi, İddiaçı, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair bağlanmış əqd nəticəsində əldə etdiyi hüquqları çıxarış vasitəsi ilə dövlət qeydiyyatına aldırmışdır. Lakin, cavabdeh torpaq sahəsinə əldə etdiyi hüquqları dövlət qeydiyyatına aldırmamışdır. Bu hal yalnız Bakı şəhəri Yasamal rayon Bələdiyyə sədrinin 09 fevral 2006-cı il tarixli, 11\06 saylı sərəncamına və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli, 203 nömrəli sərəncamına əsasən müəyyən edilir. Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması olan bələdiyyə daşınmaz əmlak üzərində istifadə faktını təsdiq edən səlahiyyətli orqan deyildir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4, 5, 8, 157, 158.1.2, 158.1.3, 255.1, 2, 259.1 və 263.1-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6, 67.3, 68 və 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2( 004)-3907/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspert qarşısında ünvan ünvanında yerləşən 0,0222 ha torpaq sahəsinin dövlət və yaxud bələdiyyəyə aid torpaq sahəsində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi sualı qoyulmuşdur.
19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2645 saylı ekspert rəyinə əsasən, mübahisəli 350 m2 olan torpaq sahəsinin 222 m2 hissəsinin İddiaçı məxsus olduğu müəyyən olundu. Həmçinin bildirilir ki, Bakı şəhəri üzrə bələdiyyə torpaqlarının dəqiqləşdirilmiş xəritə məlumatlarının səlahiyyətli orqan tərəfindən təsdiq olunması məsələri yekunlaşmadığı üçün qeyd olunan sual barədə məlumat verilməsinin mümkün olmadığı müəyyən olundu.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Mirzə Tağızadə və Azər Hüseynov) 2(103)-2280/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi mövgeyini belə əsaslandırmişdır ki, hazırkı iş üzrə cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamını mübahisələndirmiş, mülki işdə olan Azər baycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)985/18 saylı, 06 iyun 2018-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər X2 və Bakı şəhər Yasamal Bələdiyyəsi olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iddia tələbinin təmin edilməməsinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 24 yanvar tarixli, 2-1(103)-91/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilmişdir ki, torpaq sahəsi iddiaçıya “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan torpaqayırma qaydasında deyil, torpaq sahəsindən istifadə etməsi faktının t əsdiq edilməsi qaydasında verilmişdir. Halbuki, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması olan bələdiyyə daşınmaz əmlak üzərində istifadə faktını təsdiq edən səlahiyyətli orqan deyildir. Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə mübahisəli torpaq sahəsinin iddiaçının qanuni əsaslarla (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı) istifadəsində olması müəyyən edilmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, 157.5 və 157.8-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6 və 67.3-cü maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqın da» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (və onun vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2280/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə və eyni zamanda Əmlak Komitəsi tərəfindən verilmiş məktubla təsdiqini tapan qeyd olunan icarə müqaviləsi qüvvədədir. Cavabdeh 16 ildir icarə haqqını ödəyir. Məhkəmə isə işə nəticə verərkən qeyd etdiyi hallara münasibət bildirməyərək cavabdehin torpaq sahəsini qanunsuz zəbt etmiş şəx s kimi göstərmişdir. İddiaçı ilə bağlanmış icarə müqaviləsində icarəyə verənin səlahiyyətli olub-olmaması müəyyən edilməmişdir. Torpaq sahəsinin bələdiyyə və ya dövlət mülkiyyəti olmasının aydınlaşdırılması üçün məhkəmə ekspertiza təyin etmişdir. Lakin ekspert rəyi ilə də torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağı olması müəyyən edilməmişdir. İddiaçıda olan icarə müqaviləsi səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır.
25. Kassator şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 421.1-ci maddəsinə, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5 və 111-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 82.3, 88 və 89-cu maddələrinə istinad etmişdir. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə etiraz edərək, mülki iş üzrə cavabdeh tərəfindən verilən kassasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını və Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2280/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılası barədə qərar qəbul olunmasını xahiş etmişdir.
27. İddiaçı etirazının hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367.2 və 367.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 421.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5 və 11-ci maddəsinə istinad etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib ), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olma sa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
32. Maddə
6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının müəyyən edilməsi, bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması aiddir.
33. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respu blikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolu
34. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etməd ən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.
45. Mübahisəli torpaq sahəsinin döv lət və ya bələdiyyə torpaq fonduna aid olması halının müəyyən edilməməsi ilə bağlı qeyd olunur ki, cavabdeh etirazlarını mübahisəli torpaq sahəsinin Yasamal Bələdiyyəsinin mülkiyyətində olması ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-2280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspert qarşısında ünvan ünvanında yerləşən 0,0222 ha torpaq sahəsinin dövlət və yaxud bələdiyyəyə aid torpaq sahəsində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi sualı qoyulmuşdur.
46. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2645 saylı ekspert rəyinə əsasən, mübahisəli 350 m2 olan torpaq sahəsinin 222 m2 hissəsinin İddiaçı məxsus olduğu müəyyən olundu. Həmçinin bildirilir ki, Bakı şəhəri üzrə bələdiyyə torpaqlarının dəqiqləşdirilmiş xəritə məlumatlarının səlahiyyətli orqan tərəfindən təsdiq olunması məsələri yekunlaşmadığı üçün qeyd olunan sual barədə məlumat verilməsinin mümkün olmadığı müəyyən olundu.
47. Göründüyü kimi, artıq qanuni qüvvəsini almış yuxarıda sadalanan məhkəmə qərarlarında təsdiq olunan mövqeyə uyğun olaraq torpaq sahəsinin bələdiyyə fonduna aid olması ekspert rəyi ilə də təsdiq olunmamışdır.
48. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı və Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1425 saylı, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən ərazi İddiaçı xeyrinə hüquq yüklü edilən şəxs olmaqla, 49 il müddətinə icarəyə verilmişdir.
49. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən görünür ki, ünvan yerləşən 0,0222 ha torpaq sahəsi üzrə xeyrinə hüquq yüklü edilən şəxs İddiaçıdur. xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi ********** kimi qeyd edilmişdir.
50. Hazırkı iş üzrə cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamını mübahisələndirmiş, mülki işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)985/18 saylı, 6 iyun 2018-ci il tarixli qərarına əsasən görünür ki, iddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər X2 və Bakı şəhər Yasamal Bələdiyyəsi olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iddia tələbinin təmin edilməməsinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kolleg iyasının 2018-ci il 24 yanvar tarixli, 21(103)-91/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilmişdir ki, torpaq sahəsi iddiaçıya “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan torpaqayırma qaydasında deyil, torpaq sahəsindən istifadə etməsi faktının təsdiq edilməsi qaydasında verilmişdir. Halbuki, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması olan bələdiyyə daşınmaz əmlak üzərində istifadə faktını təsdiq edən səlahiyyətli orqan deyildir.
51. Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə mübahisəli torpaq sahəsinin iddiaçının qanuni əsaslarla (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı) istifadəsində olması müəyyən edilmişdir.
52. Hazırkı halda iddiaçının torpaq sahəsinə dair bağlanmış əqd nəticəsində əldə etdiyi hüquqları çıxarış vasitəsi ilə dövlət qeydiyyatına aldırmışdır, cavabdeh isə mübahisəli torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması barədə hər hansı sübut təqdim etməmişdir.
53. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlarıaraşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (§ 36-37).
54. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edi r ki, apelyasiya əhkəməsi təqdim edilmiş sübutlara MPM-in 88-ci maddəsinə əsasən düzgün hüquqi qiymət vermişdir. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM- in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2280/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.