Məhkəmə qərarları › İş №2(102)-5841/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5841/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5841/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, X5 və Cavabdeh4 qarşı “kredit borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh2 və vəkili Vəkil Mübariz oğlunun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(105)589/2021 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı bankdan illik 22% olmaqla 36 ay müddətinə 25500 ABŞ dolları məbləğində kredit götürmüşdür. 14.04.2015ci il tarixli, 2***-*******41 nömrəli kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 25.500 ABŞ dolları məbləğində pulu "xxxx" İKB ASC-dən qəbul etmişdir. 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı zaminlik müqaviləsin dən görünür ki, Cavabdeh3 kreditor qarşısında borclu Cavabdeh2 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 nömrəli istehlak krediti müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 06.08.2013-cü il tarixli 4-M-2-0-754-13 saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə əlavə edilmiş 14 aprel 2015-ci il tarixli, 1 saylı əlavədən görünür ki, tərəflər arasında bağlanmış 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 məxsus olan, Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmla kın Dövlət Reyestrindən RX Seriyalı ******* saylı 15.04.2015-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 tam mülkiyyətində olan ünvan 1 "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 04.12.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 12464.66 ABŞ dolları əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.04.2018-ci il tarixdən 27.11.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23.133,37 ABŞ dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 "xxxx" İKB ASC-nin xeyrinə 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12464.66 ABŞ dolları əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.04.2018-ci il tarixdən 27.11.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23133.37 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli ev in 69 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, X3, Cavabdeh6, Cavabdeh4 Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşə n, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, X3, Cavabdeh6, Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; "Nikoyl” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, ölkədə baş verən devalivasiya nəticəsində ödənişləri vaxtında edə bilmədiyini bildirmiş, ipoteka predmetinin dəyəri ilə razı olmadığını bildirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə qiymətləndirmə ekspertizası üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/092 nömrəli 11 aprel 2019-cu i l tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin 10.04.2019-cu il tarixə olan bazar dəyəri 49.000 (qırx doqquz min) manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22.11.2019-cu il tarixli 16.113 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh2 14.04.2018-ci il tarixinə (sual üzrə tarixə) "xxxx" İKB ASC-yə olan borcu 21 254,16 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 12.906,76 ABŞ dolları, faiz borcu üzrə isə 8.347,40 ABŞ dolları. Qeyd olunmuşdur k i, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh2 tərəfindən 14.04.2018-ci il tarixdən 400 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 14.04.2018-ci il tarixə göstərildiyindən 400 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Cavabdehin vəsatəti üzrə məhkəmə tərəfindən əlavə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17.03.2020-ci il tarixli 3614 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 14 aprel 2015-ci il tarixli 4-M2-0-168-15 saylı kredit müqaviləsində qeyd olunan ş ərtləri nəzərə alaraq Cavabdeh2 14.04.2018-ci il tarixinə (sual üzrə tarixə) "xxxx" İKB ASC-yə olan borcu 19589,51 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 13464,66 ABŞ dolları, faiz borcu üzrə isə 6124,85 ABŞ dolları. Qeyd olunmuşdur ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh2 tərəfindən 14.04.2018-ci il tarixdən 400 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 14.04.2018-ci il tarixə göstərildiyindən 400 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. İddiaçının vəsatəti üzrə məhkəmə tərəfindən təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiz a Mərkəzinin 20.07.2020-ci il tarixli 9/2467 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 14 aprel 2015-ci il tarixli 4-M2-0-168-15 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh2 14.04.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) "xxxx" İKB ASC-yə olan borcu 21.186,63 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 12864,66 ABŞ dolları, faiz borcu üzrə isə 8321,97 ABŞ dolları. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsi Cavabdeh2 tərəfindən 19.04.2018-ci il tarixdən 04.06.2018ci il tarixədək 400 ABŞ dolları məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 400 ABŞ dolları məbləğ ində ödəniş nəzərə alındığı təqdirdə 20.786,63 ABŞ dolları (21.186,63-400) məbləğində borcu qalacaqdır. Sumqayıt şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanılmış 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh2 və Cavabdeh3 "xxxx" İKB ASC-nin ("xxxx" ASC) xeyrinə 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12.464,66 (on iki min dörd yüz altmış dörd dollar altmış altı sent) ABŞ dolları əsas borc, 8321,97 (səkkiz min üç yüz iyirmi bir dollar doxsan yeddi sent) ABŞ dolları faiz borcu və 200 (iki yüz) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.04.2018-ci il tarixdən 27.11.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün ill ik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 21.372,43 (iyirmi bir min üç yüz yetmiş iki dollar qırx üç sent) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, Tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsin də yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinin açıq hərracdan satılması, borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" İKB ASC-yə ( Yelo Bank ASC) ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilin ilkin satış qiymətinin 49000 (qırx doqquz min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yar dımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzili satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, X7 və Cavabdeh4 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 405(dörd yüz beş) manat, iddiaçı "xxxx" İKB ASC-dən ("xxxx" ASC) 45 (qırx beş) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipote ka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh2 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən Cavabdeh2 02.11.2018-ci il tarixli, 7284 nömrəli bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. İş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icr a etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20.07.2020-ci il tarixli 9/2467 saylı rəyini və Cavabdeh2 tərəfindən 400 ABŞ dolları məbləğində edilmiş ödənişi nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 və Cavabdeh3 kreditor "xxxx" İKB ASC-nin ("xxxx" ASC) xeyrinə 12464,66 ABŞ dolları əsas və 8321,97 ABŞ dolları faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddiaçının cavabdehdən müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə tələb etdiyi 1831,1 ABŞ dolları məbləğində cəriməni tənasübsüz surətdə yüksək hesab edərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci əsaslanaraq cərimə məbləği 200 ABŞ dolları müəyyən etmişdir. Birinci in stansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və ipoteka predmetinin bazar qi ymətinin 49 000 (qırx doqquz min) manat olması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423.2, 739.1, 739.2, 442, 443.1, 445.2.1, 472.1, 269.5, 319.1, “İpoteka haqqında” Qanunun 33, 36.1, 39.3.3, 59.1 59.2, 59.3-cü maddələrinə istinad etmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, faiz borcunun silinməklə əsas borcun ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 14 aprel 2015-ci il tarixli müqavilə onunla iddiaçı bank arasında 06.03.2013-cü il tarixli müqavilənin davamıdır. Belə ki, həmin vaxt iddiaçı bankın Sumqayıt filialından illik 22 faizlə 36 ay müddətinə 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində istehlak krediti götürmüş, həmin müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında icra etmişdir. Birinci kredit müqaviləsini imzalayarkən ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 0.78 manat təşkil etmişdir. Ancaq 21 fevral 2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının qərarı ilə Azərbaycan manatı 33%-dən çox devalvasiyaya məruz qalmış, manat ABŞ dollarına nisbətdə ucuzlaşaraq məzənnə 1 dollar 1,05 qəpik məbləğində müəyyən edilmişdir. Kəskin devalvasiya nəticəsində ödənişlərdə yubanmalar yaranmış, bank köhnə müqavilə üzrə qalıq borcunun silinməsi məqsədilə yeni müqavilə imzalamağı təklif etmişdir. Çarəsiz qalaraq 14 aprel 2015-ci ildə sözügedən müqaviləni imzalamış, ona guya 25.500 ABŞ dolları məbləğind ə yeni istehlak krediti verildiyi göstərilsə də, əslində yeni müqavilə üzrə götürdüyü kredit məbləğinin əhəmiyyətli hissəsi 2013-cü il müqaviləsi üzrə borcların ödənməsinə sərf edilmiş, həmin müqavilə üzrə ona yalnız 2.000 ABŞ dollarından bir qədər çox pul verilmişdir. Mülki mübahisə üzrə 3 dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir və həmin rəylər üzrə onun bank qarşısında borcunun məbləğinə dair fərqli məbləğlər göstərilmişdir. Həmin rəylər arasında ziddiyyət vardır. 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə borcunun ümumi məbləği qeyri-müəyyən olaraq qalmışdır. Eyni zamanda mübahisələndirilən qətnamədə ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiyməti 49.000 (qırx doqquz min) manat müəyyən edilmişdir. Bu məbləğ "xxxx" MMC-nin 01/092 saylı 11 aprel 2019-cu il tarixli məktubuna əsasən hesablanmışdır. Halbuki, sözügedən MMC-nin həmin məktubunda da ipoteka ilə yüklü edilmiş mənzilin 10.04.2019-cu il tarixədək olan bazar dəyəri müəyyən edilir. Nəticədə həmin qiymətləndirmədən sonrakı 2 ilə yaxın müddətdə əmlak bazarında baş verən qiymət dəyişiklikləri və buna müvafiq olaraq mənzilin bazar qiymətində yaranan fərqlər nəzərə alınmamışdır. Mənzilin hazırki dəyərinin müəyyənləşdirilməsi məqsədilə yeni qiymətləndirmə aparılmalıdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(105)-589/2021 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “B+Ş Audit” Konsaltinq MMC-nin 15.05.2021-ci il tarixli, M 27 /21 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin vəziyyətdə likvid dəyəri 40.000 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) 08 iyun 2021-ci il tarixli, 2(105)-589/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilərək Sumqayıt şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 nömrəli qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilin ilkin satış qiymətinin 49.000 (qırx doqquz min) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək ip oteka predmetinin likvid dəyəri 40.000 manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, işə apelyasiya qaydasında baxılarkən məhkəməyə daxil olmuş 19.03.2021-ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə cavabdeh X2 25.06.2019-cu il tarixinə əsas məbləğ üzrə 2000 manat, faiz borcu üzrə 297.49 manat, cərimə borcu üzrə 670 manat borcu vardır. Qeyd edilən maliyyə arayışına əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə qətnaməsi mübahisələndirilən hissədə, faiz borcu üzrə 613,82 manat, cərimə üzrə 200 manat pulun cavabdehlər X1 və X4 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 297,49 manat, cərimə borcun a görə 67 manat pul tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsas borca görə faiz pulunun tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh2 risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 8321,97 (səkkiz min üç yüz iyirmi bir dollar doxsan yeddi sent) ABŞ dolları faiz borcu olması birinci instansiya məhkəməsində keçirilmiş ekspertizanın rəyi ilə təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin əsas borca olan faizlərin silinməsinə dair dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kreditə illik 22 faiz məbləğində pul hesablanması müqavilə ilə şərtləşdirilib. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini borc məbləğinə dair hissədə əsaslı və qanuni hesab etmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini 49000 manat müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 39.3.3 və 1.0.9-cu maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ipoteka predmetinin likvid dəyəri də müəyyən edilməlidir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etmiş və 15.05.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin vəziyyətdə likvid dəyəri 40000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 49000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın likvid dəyəri ekspert rəyinə uyğun 40000 manat müəyyən edilməlidir. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739, 442, 448.1, 449.1, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3.3, 1.0.9-cu maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(105)-589/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin tarixçəsi 2013-cü il tarixli 25.000 ABŞ dolları İlə olan kredit razılaşması ilə bağlıdır və ondan irəli gəlir. Həmin razılaşma imzalandıqdan sonra ölkədə ABŞ dollarının manata olan məzənnəsi sürətlə artmış, manat əvvəlcə 33 faiz ucuzlaşmış, daha sonra is ə üzən məzənnə sistemi nə keçmiş və krediti ödəməkdə cavabdeh çətinliklə qarşılaşıb, gecikmələrlə ödəmək məcburiyyətində qalıb. Sumqayıt şəhər məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi buna əhəmiyyət verməyib, qətnamədə bununla bağlı hər hansı mövqe göstərməyiblər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarında Konstitusiya Məhkəməsinin Plenumu əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarında n asılı olaraq həyata keçirilməsini məqsədəmüvafiq hesab edir. Lakin Konstitusiya Məhkəməsinin qərarının ziddinə Sumqayıt Apellyasiya məhkəməsi də Konstitusiya Məhkəməsinin qərarında göstərilən hallara əməl etməyib və iddianı təmin edərkən dolların məzənnəsinin qalxmasına əhəmiyyət verməyib. İddiaçı iddia tələbini müəyyən edərkən kredit və faiz borcunu nə üçün göstərilən məbləğ həcmində tutulmasını sübut etməyib, həmçinin məhkəmə iddianı təmin edərkən cavabdehlərin həmin məbləği nə üçün ödəməli olmasını izah etməyib və məbləğin düzgün olub-olmamasını müəyyənləşdirməyib və Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qərarını hazırki işə tətbiq etməyib. Bundan əlavə, faiz borcunun tutulması hissəsində cavabdeh apellyasiya şikayətində 3 ekspertiza rəyinə istinad edib və həmin rəylərdə göstərilən məbləğlərin fərqli olmasının səbəbinin açıqlanmadığını qeyd edib. Sumqayıt Apellyasiya Məhkəməsi bununla bağlı Banklar haqqında Qanuna istinad edərək belə nəticəyə gəlib ki, kreditə hesablanmış faizlərin silinməsi barədə dəlil əsassızdır. Apellyasiya məhkəməsi hansısa 19 mart 2021-ci il tarixli maliyyə arayışına istinad edib. Həmin arayışda göstərilib ki, kredit müqaviləsi üzrə cavabdeh X2 25.06.2019-cu il tarixinə əsas məbləğ üzrə 2000 manat, faiz borcu üzrə 297,49 manat, cərimə borcu üzrə 670 manat borcu vardır (bax qətnamə 8-ci səhifə, 2 və 3-cü abzas). Həmin maliyyə arayışının hazırki işə aidiyyəti yoxdur və arayışda göstərilən şəxslər hazırki iş üzrə tərəflər deyil. Buna görə də məhkəmə kollegiyasının faizin düzgün hesablanmamasına dair gəldiyi nəticə kassator üçün qaranlı qdır. Cavabdeh apellyasiya şikayətində borcun qeyri müəyyən olmasını nəzərə alaraq təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edib, lakin vəsatət məhkəmə tərəfindən təmin edilməyib. Cavabdehin apellyasiya şikayətində daha bir arqument mənzilin likvid dəyərinin düzgün hesablanmaması ilə bağlı olub. O göstərib ki, mənzilin bazar qiymətlərində əhəmiyyətli fərqlər yaranıb, buna görə də mənzilin hazırki dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə yeni qiymətləndirmə aparılmalıdır. Qiymətləndirilmənin aparılması “B+Ş” Audit Konsaltinq MMC-nə həvalə edilib. Qiymətləndirməni həyata keçirən şirkət “B+Ş Audit” Konsaltinq MMC-dir, həmin MMC-nin etibarlı şirkət olub olmaması, uzun illər fəaliyyət göstərib göstərməməsi müəyyən edilməyib. İnternet axtarış sistemində həmin şirkətin a dını qeyd edib axtarış edəndə hər hansı informasiya aşkar edilmir. Bu da şirkətin etibarlı və uzun illər fəaliyyət göstərən şirkət olmadığını göstərir. Buna görə də bu cür şirkətin qiymətləndirmə hesabatı mötəbər sübut hesab edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 və vəkili Vəkil Mübariz oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkə mə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məh kəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya həddindən kənara çıxdığından, həmçinin iş üzrə gəlinən nəticələr işə aid sübutlarla əsaslandırılmadığından və qeyd edilən pozuntu düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətində Cavabdeh2 qətnamənin qismən ləğv edilməsini, faiz borcunun silməklə, əsas borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin apellyasiya şikayətində ipotekan ın satış qiymətini yenidən müəyyən edilməsini, keçən müddət ərzində əmlak bazarında qiymət dəyişikliyinin nəzərə alınmamasını göstərmişdir. Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin hədlərindən çıxaraq tam yoxlamışdır. Halbuki faiz borcunun məbləği və ipotekanın satış qiyməti hissəsi mübahisələndirilmişdir. Faiz borcu hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşdığını əsaslandırarkən, hazırki işə aidiyyəti olmayan sənədlərə, cavabdeh X2 borcuna aid 19 mart 2021ci il tarixli maliyyə arayışına istinad edərək kredit müqaviləsi üzrə cavabdeh X2 25.06.2019-cu il tarixinə əsas məbləğ üzrə 2000 manat, faiz borcu üzrə 297,49 manat, cərimə borcu üzrə 670 manat borcu olduğunu qeyd etmiş (bax qətnamə 8-ci səhifə, 2 və 3-cü abzas), yəni əslində bu hissə üzrə gəldiyi nəticəni əsaslandırmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ipotekanın ilkin satış qiyməti 49.000 manat müəyyən edilmiş, həmin qiymətlə iddiaçı bank razılaşmış və apellyasiya şikayəti verməmişdir. Cavabdeh isə həmin qiymətin az olmasından narazı qalaraq apellyasiya şikayəti vermiş, cavabdehin apellyasiya şikayəti üzrə araşdırma aparan apellyasiya məhkəməsi yeni qiymətləndirmə rəyinə istinad edərək, əmlakın dəyərinin daha az 40.000 manat müəyyən etmiş, bu hissədə apellyasiya şikayətini qismən təmin edərək, qətnaməni apellyasiya şikayəti verənin ziyanına dəyişmişdir. Bu hal da apellyasiya baxışının hədlərinin pozulması kimi qiymətləndirilməlidir. Çünki cavabdeh ipotekanın ilkin satış qiymətinin çoxluğundan deyil, azlığın dan şikayət vermişdir, belə olan halda, iş üzrə yeni keçirilmiş qiymətləndirmə zamanı qətnamə ilə müəyyən edilmiş qiymətdən daha az qiymət müəyyən edilməsi həmin qətnamənin bu hissədə dəyişdirilməsinə deyil, apellyasiya şikayətinin təmin edilməməsinə əsas ola bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən prossesual pozuntularla qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla q orunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılm ış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli cavabdehin kassasiya şikayəti təmin edilməlidir. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülk i Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(105)589/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar