Məhkəmə qərarları › İş №2(102)-5842/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5842/2019

22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5842/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard “ Kommersiya Bankının vəkili X2 qızının, Cavabdeh1 vəkili X2 qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cuiltarixli, 2(103)-3487/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili X2 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 09.04.2018-ci il tarixli, 2(004)-2198/2018 nömrəli qətnaməsi iləiddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 X2 165000 ABŞ dolları əsas borc, 32448,35 ABŞ dolları faiz borcu, 682,70 ABŞ dolları cərimə olmaqla cəmi 198131,05 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 29,10 manat hissəsi iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, E.Şamayev, X.Sarıyev) 11.03.2019-cu il tarixli, 2(103)-3487/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin 2(004)-2198/2018 saylı, 09 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili X2 qızı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cuiltarixli, 2(103)-3487/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 X2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə lə məhkəməyə müraciət edərək cavabdehlərdən 165000 ABŞ dolları əsas borc, 32448,35 ABŞ dolları faiz borcu, 6782,70 ABŞ dolları cərimə olmaqla cəmi 204231,05 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına d air qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili X2 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin faktiki halları araşdırılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmudur.Ona görə də onlar, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cuiltarixli, 2(103)-3487/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Yuriyevna məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X2 qızı kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan QSC “Bank Standart “ Kommersiya Bankının vəkili X2 qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından və iş materiallarında olan QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış 02.09.2015-ci il tarixli, 102/00/3488/15 saylı kredit müqaviləsindən görünür ki, borc alana 48 ay müddətinə illik 16% ödəmək şərti ilə 165000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditor QSC “Bank Standard” KB ilə borc alan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 Yuriyevna arasında bağlanmış 02.09.2015-ci il tarixli, 102/00/3488/15 saylı zaminlik müqaviləsinə əsasən zaminlər borc alan tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə kreditor qarşısında eyni həcmdə məsuliyyət daşıması barədə üzərlərinə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin 448.1ci maddəsinə əsaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ü çün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən biri nin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrəəsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Eyni zamanda həmin qərarda göstərilir ki, “Avropa müqavilə hüququnun prinsipləri haqqında” sənədin 7.108-ci maddəsi müəyyən edir ki, tərəflər pul öhdəliyinin icrasını istənilən valyutada razılaşdıra bilərlər. Lakin tərəflər arasında belə razılıq olmadığı halda, pul öhdəliyində göstərilmiş xarici valyuta məbləği ödənişin icra olunacağı yerin milli valyutasında ödəniş gününün məzənnəsi ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 439.2-ci maddəsinin ikinci cümləsi də məhz yuxarıda göstərilən yanaşmaya tam uyğundur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli v ə obyektiv araşdırmış, kassasiya şikayətinin dəlilləri üzrə işin hallarına hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbay can Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cu il tarixli, 2(103)3487/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar