Məhkəmə qərarları › İş №2(102)-5843/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5843/2022

11.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5843/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması) 11.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolunun açılması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)252/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı (bundan sonra-iddiaçı) onun ailə üzvlərinə Gədəbəy rayonunun Arabaçı kəndində yerləşən 1 may təsərrüfatının ərazisindən 0.25 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən və cavabdeh tərəfindən tutulmuş avtomobil yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus fərdi yaşayış evinə uzun illər istifadə etdiyi avtomobil yolu həmkəndlisi və qonşusu olan cavabdeh tər əfindən zəbt edilmişdir. Həmin yoldan əvvəllər istifadə etmiş, sonradan, cavabdeh həmin yolun qismən yararsız vəziyyətə düşməsindən istifadə edərək, bələdiyyə torpağını hasarlamış və yolu bağlamışdır.

4. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(042)-47/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia təmin edilmiş, cavabdeh tərəfindən qanunsuz çəkilmiş çəpər götürülməklə iddiaçının həyətinə və fərdi yaşayış evinə yolun açılması qət edilmişdir.

5. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152.6, 157.4 və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.

8. Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıqyerquruluşu ekspertizaları təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2022-ci il tarixli 10/1679 nömrəli ekspert rəyinə əsasən JN-96A şəhadətnamə ilə iddiaçıya məxsus Gədəbəy rayon Arabaçı kəndi 1-May təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi xəritəsində fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmamış və iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq s ahəsidir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiyası) 2(104)-252/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər-R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

10. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə iki istiqamətdən yol var və sonuncu hazırda həmin yolun birindən istifadə edir. İddiaçının yol kimi iddia etdiyi torpaq sahəsı isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla həmin ərazidən yol kimi istifadə nəzərdə tutulmamışdır. Mübahisəli ərazi cavabdeh tərəfindən əkin-biçin məqsədləri il ə istifadə olunur.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1,152.5, 157.4, 170.2, 239.1, Torpaq Məcəlləsinin 18.2, 20, 47, 49, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 7, 13 maddələrinə istinadla əsaslandırmışdır.

12. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə zəbt etdiyi torpaq sahəsinin ona məxsusluğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh zəbt etdiyi əvvəllər təsərrüfatlararası yol kimi ümumi istifadədə olan torpaq sahəsinə dair qanunvericiliklə nəzərdə tutulan qaydada qeydə alınmış rəsmi sənədə malik deyildir. Məhkəmə qətnaməni qəbul edərkən sübutları düzgün qiymətləndirməmiş, xx.xx.2022-ci il tarixli tikinti-texniki ekspertizasının rəyinə üstün qiymət verərək ona əsaslanmışdır. Həmin rəydə ekspertin qarşısında qoyulan konkret suallar mahiyyəti üzrə cavablandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etirazı daxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

19. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna la zımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədlə ri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-252/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar