Məhkəmə qərarları › İş №2(102)-5844/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5844/2021

27.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5844/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzilə istifadə hüququnun tanınması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-952/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları: ünvan 1 ünvanında yerləşən iki otaqlı yaşayış sahəsi 13 aprel 2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında X3 məxsus olmuşdur. Qusar rayon Təhsil Şöbəsinin 11 sentyabr 2008-ci il tarixli sərəncamı ilə xx xxxxxx 1994-cü il təvəllüdlü İddiaçı xalası X2 qəyyumluğuna verilmiş, qəyyumluq qanunun tələbinə müvafiq olaraq rayon İcra Hakimiyyətində təsdiq edilməmişdir. 24 yanvar 2012-ci il tarixdə Əhmədov X8 Ağayevaya məxsus mənzilə qeydiyyata alınmış, 29 sentyabr 2012-ci il tarixdə Həqiqət Ağayeva vəfat etmişdir. X5, X7 mirası qəbul etməsi barədə Sumqayıt şəhər 6 saylı Notariat Kontoruna müraciət etmiş, lakin ona qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamə verilməsindən imtina olunmuşdur. 2013-cü ild ə Cavabdeh İddiaçı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarma, yaşayış sahəsinə vərəsəlik hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, pasport qeydiyyatından çıxarılma və mənzilə köçürülmə tələbinə dair hissədə iddia baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2013-cü il tarixli qətnaməsi İddiaçı mənzildən istifadə hüququnun itirilməsi və onun mənzildən çıxarılması hissələrində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin aprel ayında İddiaçı Cavabdeh qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək valideynlərinin ölməsi ilə əlaqədar xalası Həqiqət Ağayeva tərəfindən qəyyumluğa götürülməsini, xalasına məxsus mənzilə qeydiyyata alınmaqla onun ailəsinin üzvü olmasını əsas göstərməklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən onun mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5829/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.A.Abdullayev) İddiaçı iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək mübahisəli mənzilin mülkiyyətçisi olan xalası Həqiqət Ağayeva ilə etibarlı ailə münasibətində olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-952/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən kassasiya şikayəti verərək işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəy işdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2013-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilə dair Cavabdeh mülkiyyət hüququ qeydə alınmış və 18 may 2015-ci il tarixdə həmin mənzil Cavabdeh tərəfindən X4, 19 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə mənzil X1 sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçının mübahisəli mənzilə olan istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında itirilmiş hesab olunduğundan onun mənzildən istifadə hüququnun tanınması üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası həmin nəticəsinin qanuni əsası kimi Azərbaycan Respublikası MPM-nin 8 2.3-cü maddəsinə istinad etmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-952/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar