Məhkəmə qərarları › İş №2(102)-5845/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5845/2019

22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5845/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı X6 Səhmdar Cəmiyyətinin vəkili X2 iştirakı ilə, Cavabdeh4 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)842/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Yasamal rayon məhkəməsinin (hakim Təhminə Xəlilova) 20 noyabr 2017-ci il tar ixli qətnaməsi ilə İddiaçı X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, X4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş; Cavabdeh4 51697,97 ABŞ dolları əsas, 25207,13 ABŞ dolları faiz, 1840,91 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 78746,01 ABŞ dolları borcun (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin evin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən borcun iddiaçıya ödənilməsi, borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pulun Cavabdeh4 verilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh4 ilə Bank arasın da bağlanmış kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş; iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Abiddin Hüseynov sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh4 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, ************************** saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 135000 manat müəyyən edilmiş, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuş, qətnamə iddianın Cavabdeh4 qarşı təmin olunmuş digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh4, X4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 "İddiaçı” İKB ASC-nin xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 51697,97 ABŞ dolları əsas, 25207,13 ABŞ dolları faiz, 1840,91 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 78746,01 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, ************************** yerləşən, 3 otaqlı, 59,8 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış, 13,9 kvadrat metr yardımçı sahədən ibarət 33 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "İddiaçı" İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma mənzilə yönəldikdə və o, satıqldıqdan 1 ay sonra Cavabdeh4, X3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 həmin mənzilinə olan istifadə hüuqunun itirilmiş hesab edilməsi, yuxarıda adları çəkilən şəxslərin həmin mənzildən çıxarılmaları, evin boşaldılması, banka təhvil verilməsi və Cavabdeh4 ilə "İddiaçı" İKB ASC arasında bağlanmış 15 yanvar 2 015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə borcun məbləğinin dəqiqləşdirilməsi barədə heç bir tədbir görməmişdir. Ödədiyi 300 manat pul ekspertiza tədqiqatı aparılarkən nəzərə alınamamışdır. Tərəflərin izahatları: İddiaçı X6 Səhmdar Cəmiyyətinin vəkili X5 məhkəmə kollegiyasının i clasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan ape llyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tər əfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 27-G-1-0-31-15, 15.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana 36 ay müddətinə illik 26% dərəcəsi ilə 63700 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəlisinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən Cavabdeh4 02.10.2017-ci il tarixə Banka 51697,97 ABŞ dolları əsas, 25207,13 ABŞ dolları faiz, 1840,91 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 78746,01 ABŞ dolları borcu yaranmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 317, 319.1, 414-416, 421.2, 424.2, 425, 442, 445.1, 445.2.1 və 462.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan Cavabdeh4 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan tələb olunan məbləğdə borc Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi borcalan Cavabdeh4 qarşı iddianın təmin olunmuş hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə hazırkı icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza keçirilmiş və borcludan tutulmuş kredit borcunun düzgün olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi dəbbə pulunun məbləği əsas və faiz borcuna mütənasibdir. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətini müəyyən etməməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). İşdən göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətini müəyyən etməmişdir. İşin apellyasiya baxışı zamanı “xxxx” MMC-nin 14.05.2018-ci il tarixli, 090/AB/18 saylı rəyi əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, ************************** saylı mənzilin mövcud bazar dəyəri 135000 manat təşkil edir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan yaşayış sahəsinin açıq hərracda ilkin satış qiyməti 135000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində də bu dəliləri irəli sürmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verərək borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etmişdir. Lakin cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh4 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-842/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar