Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5847/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli, 2(104)378/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(066)-1540/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.R.Məmmədov) iddiaçı “xxxx” QSC Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödəniş günü milli manata məzənnədə 19 oktyabr 2015-ci il tarixli kredit razılaşması üzrə 19.081,94 ABŞ dolları əsas, 1.484,16 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə olmaqla, cəmi 20.816,1 ABŞ dolları; 18 dekabr 2015-ci il tarixli kredit razılaşması üzrə 19.694,29 manat əsas, 2.894,99 manat faiz, 250 manat cərimə olmaqla, cəmi 22.839,28 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın 19 may 2010-cu il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətində olan ünvan ünvanda yerləşən 138 saylı binanın 2-ci mərtəbəsində 61.8 kv.metr ümumi, 39.1 kv.metr yaşayış, 22.7 kv.metr yardımçı sahədə n ibarət 3 otaqlı 23 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ixtisaslaşdırılmış müəssisə vasitəsilə açıq hərracdan satılması, əldə edilmiş vəsait hesabına sözügedən kredit borcunun ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmeti olan ünvan ünvanda yerləşən 138 saylı binanın 2-ci mərtəbəsində 61.8 kv.metr ümumi, 39.1 kv.metr yaşayış, 22.7 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı 23 saylı mənzilin ilkin satış qiymətinin 33.755,40 manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 çıxarılmaqla həmin yaşayış sahəsinin boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh1 qətnamədən apelyasiya şikayət i vermişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli, 2(104)378/2020 saylı qətnaməsi ilə (hakimlər R.Z.Mamedov sədrlik edən, məruzəçi, A.V.Bayramov və Ə.G.Abdullayev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsinə qismən dəyişiklik edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 19 oktyabr 2015-ci il tarixli kredit razılaşması üzrə 1.341,30 ABŞ dolları faiz borcunun və 18 dekabr 2015-ci il tarixli kredit razılaşması üzrə 19.594,99 manat əsas, 2.846,10 manat faiz borcunun tutulub iddiaçıya verilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 qətnamədən kasasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 18 dekabr 2015-ci il tarixli kredit razılaşması üzrə 19.694.29 manat əsas, 2.894,99 manat faiz, 6.009,18 manat cərimə olmaqla, cəmi 28.598,46 manat; 19 oktyabr 2015-ci il tarixli kredit razılaşması üzrə 19.081,94 ABŞ dolları əsas, 1.484,16 ABŞ dolları faiz və 6.410,54 ABŞ dolları cərimə olmaqla, cəmi 26.976,64 ABŞ dollarının tutulub iddiaçıya verilməsi, tutmanın Cavabdeh1 məxsus olan ünvan ünvanda yerləşən, 138 saylı binanın 23-cü mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, hərracdan əldə edi lmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması və həmin mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçü n apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “xxxx” QSC, Cavabdeh1, vəkili Vəkil, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə qismən dəyişiklik edərkən, sözügedən kredit razılaşmaları üzrə faiz, əsas borcun məbləğlərinin, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə, qalan hissədə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların müəyyən edilməməsinə istinad etmiş və hüquqi mövqe yini Mülki Məcəllənin 385.1, 448.1, 449cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, 07 aprel 2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 70.000 ABŞ dolları kredit xətti açılmışdır. Sonradan tərə flər arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 200.000 ABŞ dolları, kredit xəttinin müddəti isə artırılaraq 210 ay müddətində müəyyən edilmişdir. Bundan sonra, 18 dekabr 2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq 1.75 faiz ödəmək şərti ilə 20.828 manat kredit verilmişdir. Eyni zamanda 19 oktyabr 2015-ci il tarixli kredit razılaşmasına əsasən, iddiaçı tərəfindən Cavabdeh1 84 ay müddətinə, aylıq 0.8333 faiz ödəmək şərti 40.000 ABŞ dolları kredit vermişdir. Lakin borclu Cavabdeh1 kredit müqavilələrinin şərtlərini pozaraq öz öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun iddiaçıya sözügedən kredit razılaşmaları üzrə 19.694,29 manat əsas, 2.894,99 manat faiz, 6.009,18 manat cərimə olmaqla, cəmi 28.598,46 manat; 19.081,94 ABŞ dolları əsas, 1.484,16 ABŞ dolları faiz, 6.410,54 ABŞ dolları cərimə olmaqla, cəmi 26.976,64 ABŞ dolları kredit borcu vardır. Eyni zamanda işə əlavə edilmiş 08 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, borclu Cavabdeh1 19 oktyabr 2015-ci il tarixli kredit razılaşması üzrə iddiaçıya ödənilməmiş 19.161,43 ABŞ dolları əsas, 1.341,30 ABŞ dolları faiz borcu, 18 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 19.594,99 manat əsas, 2.846,10 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilm əyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, ekspertin rəyini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sözügedən kredit razılaşmaları üzrə əsas və faiz borclarının məbləğini düzgün müəyyən etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə qismən dəyişiklik edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə iddiaçının xeyrinə 19 oktyabr 2015-ci il tarixli kredit razılaşması üzrə 1.341,30 ABŞ dolları faiz borcu və 18 dekabr 2015-ci il tarixli kredit razılaşması üzrə 19.594,99 manat əsas, 2.846,10 manat faiz borcu tutulmalıdır. Kasasiya instansiyası məhkəməsi bu hissədə ekspertin rəyinə uyğun olduğu üçün apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsini dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlayarkən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə tam uyğundur. Çünki həmin maddənin mənasına görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bu b axımdan hər iki kredit razılaşması üzrə dəbbə pulunun məbləğini azaldaraq 250 ABŞ dolları və 250 manat məbləğində müəyyən etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Daha sonra, işdən görünür ki, sözügedən kredit razılaşmaları üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh1 mülkiyyətində olan mübahisəli mənzil iddiaçının xeyrinə ipoteka qoyulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.2 və 39.3.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekan ın ilkin satış qiymətini göstərməyə borcludur. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “xxxx” MMC 03 iyun 2019-cu il tarixli qiymətləndirici rəydən görünür ki, sözügedən mənzilin bazar dəyəri 45.000 manat, likvid dəyəri isə 40.500 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, qiymətləndiricinin sözügedən rəyini mötəbər yazılı sübut kimi qəbul edib haqlı olaraq qeyd etmişdir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi əsaslı olmaqla mülki iş materiallarına tam uyğundur. Çünki həmin rəy kifayət qədər əsaslandırılmışdır və hazırkı reallığı tam əks etdirir. Həmçinin, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ipoteka predmeti olan mənzilin satılmasından 1 ay sonra Cavabdeh1 mənzili boşaltmasını qət etməklə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Çünki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-ci maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üç ün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (Qanunun 59.3.1-59.3.2-ci maddələri). Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsas ında məcburi qaydada çıxarılırlar. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaə tə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli, 2(104)-378/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5847/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5847/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver