Məhkəmə qərarları › İş №2(102)-585/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-585/2019

04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-585/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 04 fevral 2019-cu il İş № 2(102)-585/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)3086/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Gəncə şəhəri Kəpəz ray on məhkəməsinin (hakim Vəli Abdullayev) 30 may 2018-ci il tarixli 2(043)-2420/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4842,69 ABŞ dolları əsas, 3195,68 ABŞ dolları faiz olmaqla, cəmi 8038,37 ABŞ dolları borcun ödəniş günündəki məzənnəyə uyğun milli manat ekvivalentinə əvəzi və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilməmiş dövlət rüsumunun qalığı – 10 manat cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azər Bayramov - sədrlik edən və məruzəçi, Loğman Süleymanov, İspəndiyar Şəfiyev) 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin e dilməmiş, iş üzrə Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərCavabdeh1 və Cavabdeh3 onun xeyrinə 4842,69 ABŞ dolları əsas borc, 3195,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8038,37 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış 04.04.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 67 ay müddətinə, illik 28% olmaqla 5872ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və he sablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh3 həmin müqaviləyə əsasən onun qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şika yətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kol legiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış 04.04.2015-ci il tarixli, ***************** saylı kredit sazişinə əsasən bank cavabdehə 67 ay müddətinə, illik 28% olmaqla 5872ABŞ dolları məbləğində kredit vermişdir. Bank ilə digər Cavabdeh3 arasında bağlanmış 04.04.2015-ci il tarixli, *************** saylı zaminlik müqaviləsinə əsasən, zamin kredit müqaviləsi üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. Tərəflər arasında yaranan öhdəlik münasibətləri üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdehlər kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onların banka borcu yaranmış, cavabdehlər borcu ödəməsi üçün xəbərdarlıq edilsə də, borclarını ödəməkdən yayınmışlar. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcl udan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sü buta yetirməyə borclu deyildir. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləğinə münasibətdə qeyd etmişdir ki, mülki işin materiallarında olan ödəniş qrafiki, şəxsi hesabdan çıxarış və maliyyə arayışını müqayisəli şəkildə təhlili ilə müəyyən edilir ki, borc məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilmişdir. Belə ki, kredit müqaviləsi üzrə ödəniş qrafiki ilə müəyyən edilmişdir ki, Cavabdeh1 5872 ABŞ dolları əsas borc, 5817 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11689 ABŞ dolları kredit borcunu 67 ay müddətinə ödəməyə dair öhdəlik götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən, kreditin ödənilməsi ilk növbədə cərimə, sonra hesablanmış faiz, sonra isə əsas borc üzrə silinmə ardıcıllığı ilə həyata keçirilmişdir. Lakin cavabdeh lər kredit müqaviləsi üzrə öhdəliyi lazımi qaydada icra etməmiş, ödənişlərin ödənilməsi qaydasını pozmuş və qrafikə uyğun ödənişləri aparmamışlar. Odur ki, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu, əsas borca görə 4842,69 ABŞ dolları, faiz borcuna görə 3195,68 ABŞ dolları təşkil etmişdir.Kredit müqaviləsinə əlavə edilmiş maliyyə sənədlərinin təhlili yolu ilə müəyyən edilir ki, cavabdehlərin banka olan ödənilməmiş borc məbləği tələb edilən miqdardadır. Cavabdeh apellyasiya şikayətində borc məbləğinin hesablanması üçün müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəmə bununla bağlı qeyd etmişdir ki, hazırkı halda kredit müqaviləsi üzrə borc məbləği iddiaçı tərəfindən dəqiq hesablandığından ekspertiza təyin edilməsinə zərurət yoxdur. Belə ki, eks pertiza yalnız xüsusi bilik tələb edən hallarda məhkəmənin təşəbbüsü və ya tərəflərin vəsatəti əsasında təyin edilir. Hazırkı halda isə, borc məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edildiyindən əlavə mütəxəssis tədqiqatının aparılması istisna edilir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Həmçinin işdən görünür ki, cavabdeh birinci birinci instansiya məhkəməsinin iclasında izahat verərək bankdan kredit götürdüyünü etiraf etmiş, lakin maddi imkanı olmadığından ödəniş ed ə bilmədiyini bildirmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3086/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar