Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5850/2019 12.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili Əhmədov Ayazbəy Qabiliyyət oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(010)180/2019 saylı qətnaməsi ilə (hakim R.Y. Həsənov) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 28.02.2018-ci il tarixdə imzalanaraq bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə 4330 (dörd min üç yüz otuz) manat məbləğində maddi ziyana görə, 500(beş yüz) manat məbləğində vurulmuş mənəvi ziyana görə və 30(otuz) manat ödənilmiş dövlət rüsumuna görə pulun tutulması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2019-cu tarixli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov, 2(103)-4034/2019) İddiaçı apellyasiya şikayəti qismən təmin ed ilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh Yafət qızından 2369 (iki min üç yüz altmış doqquz) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh Yafət qızının28.02.2018-ci il tarixdə imzalanaraq bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilməsi,cavabdehdən iddiaçının xeyrinə 4330 (dörd min üç yüz otuz) manat məbləğində maddi, 50000 manat mənəvi ziyanın tutulması barədə qarşılıqlı iddiası təmin olunmamışdır. İşin halları İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 2369 manat əsas, 100,92 manat cərimə borcu və 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 2540,32 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 6699 manat borc alıb və borcun etirafı barədə müqavilədə borcu müəyyən olunmuş vaxtadək qaytarmasına dair öhdəlik götürüb. Borcundan gecikmələrlə ödənişlər edib, qalıq borcu 2369 manat təşkil edir. Cavabdeh qarşılıqlı iddia verərək, tərəflər arasında bağlanmış 28.02.2018-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilməsi, cavabdehdən iddiaçının xeyrinə 4330 manat maddi, 50000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının rəhbəri olduğu “xxxx” MMC-nin işçi si olub və həmin müəssisədə kredit departamentinin mütəxəssisi vəzifəsində işləyib. İşə qəbul olunarkən müştərilərin şirkətlə bağladıqları 281 ədəd müqavilə üzrə kredit portfeli hesablanaraq təhvil-təslim aktı imzalanıb İşçi işdən çıxarkən 4 nəfər müştərinin borcu onun üzərinə yazılaraq ödənilməsi tələb olunub Müqavilə bağlanan ərəfədə özü və ailəsi çıxılmaz vəziyyətdə olublar. 10.02.2018-ci il və 14.03.2018-ci il tarixlərdə hər iki nənəsi dünyasını dəyişib. Hüzür məclisləri dövründə ardı-arası kəsilməyən zənglər onu həmin müqaviləyə imza atmağa və borcu ödətdirməyə məcbur edib. Buna dözə bilməyib intihara cəhd edib. İddiaçı hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyi təqdirdə pulu tələb etməyəcəyini bildirib. İddiaçı buna əmin olduqdan sonra məhkəmə əmrinin çıxarılması ilə məhkəməyə mür aciət edib. Müqavilə üzrə borcu mövcud olmayıb, müqavilə hədə-qorxu, cavabdehin çıxılmaz vəziyyətindən sui-istifadə edilərək bağlanıb. Cavabdehin 29 yaşı var, iddiaçıdan asılı vəziyyətdə olub, sənədləri onda olub, ailə isə hədələnib, valideynləri müalicə altında olub, evlərində həmin ərəfədə 2 hüzr məclisi olub. Bu hallar onu iddiaçıdan asılı vəziyyətə salıb. Müqavilənin məzmunundan konkret nəsə aydın olmur. Cavabdehin keçirdiyi stress, ailə üzvlərinə görə narahatlıq ona 50000 manat mənəvi zərər vurması ilə nəticələnir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yenidən araşdırılması üçün Bakı apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 324.5, 324.6, 337.4, 217.3-cümaddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün he sab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilm iş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, 01.07.2016-cı ıl tarixli, 183/2016 saylı əmək müqaviləsi ilə cavabdeh “xxxx” MMC-yə kredit departamentinin mütəxəssisi vəzifəsinə işə qəbul olunub. 28.02.2018-ci ıl tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən cavabdeh iddiaçıya 6699 manat borclu olmasını etiraf etmiş və nəmin pulu 11,03.2018-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli məhkəmə əmri ilə cavabdehdən iddiaçının xeyrinə 6699 manat borc tutulmuş, sonradan cavabdehin etirazı əsasında məhkəmə iddia icraatına keçmişdir. 06.09.2018-ci il tarixədək cavabdeh borcundan hissə-hissə 2330 manat, həmin tarixdə isə “xxxx” MMC-nin hesabına daha 2000 manat ödəniş etmişdir. İddiaçı icra şöbəsinə ərizə təqdim edərək, cavabdehin borcundan 4330 manat ödəniş etdiyini bildirmiş və həmin ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -49.4-cü maddəsinə əsasənHüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olu nan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; -339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. -339.4-cü maddəsinə əsasənəqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi hald a da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. -882-ci maddəsinə əsasənBorcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud b orcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -9.3-cü maddəsinə əsasənhakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı pul tələbinin əsası kimi cavabdehin mövcud borcunu etiraf etməsi barədə yazılı müqaviləni təqdim etmişdir. Cavabdeh həmin müqavilənin etibarsız olduğunu iddia edir və müqaviləni hədə-qorxu, məcburetmə və asılılıq vəziyyətində imzalandığını bildirir. Cavabdeh müqaviləni imzaladığını mübahisələndirmədiyindən əqdin etibarsızlığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin istinad etdiyi sübutlar yalnız müqavilə bağlandığı dövrdə onun iddiaçının işçisi olması və həmin ərəfədə iki nənəsinin ölməsi ilə bağlıdır. Cavabdehin iddiaçının rəhbərlik etdiyi hüquqi şəxsdə işçi olması digər birbaşa və ya dolayı sübutlarla təsdiq olunmadan müqavilənin asılı vəziyyətdə bağlandığı birmənalı təsdiq edilən hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda həmin ərəfədə cavabdehin iki nənəsinin ölməsi də müqavilənin hədə-qorxu və ya məcburetmə altında bağlandığı barədə qənaətə gəlməyə əsas vermir. iddiaçının nənələrindən biri müqavilənin bağlanmasından 18 gün əvvəl digəri ısə müqavilənin bağlanmasından 15 g ün sonra dünyasını dəyişib. Bu baxımdan qeyd olunan dəlil açıq-aşkar qeyri-səmimidir. Cavabdehin müqavilənin etibarlılığını şübhə altına alan hallar qismində istinad etdiyi digər arqumentlər (valideynlərinin xəstəliyi, maddi imkansızlıq və s) hər hansı sübutlarla təsdiq olunmur. Həmin arqumentlər təsdiq olunsa belə, bu hallarla müqavilənin etibarsızlığı arasında səbəbli əlaqə müəyyən edilmir, müqavilənin şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə, həmçinin zorakılıq və məcburetmə yolu ilə bağlandığına dəlalət etmir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,cavabdehin 29 yaşı var, alı təhsillidir. O, iddiaçının rəhbərlik etdiyi müəssisədə kredit de partamentinin mütəxəssisi vəzifəsində işləmiş, qarşılıqlı iddia ərizəsində qeyd etdiyinə görə işlədiyi müddət ərzində müştərilərlə 281 ədəd müqavilə ağlamışdır. Cavabdeh mübahisələndirilən müqaviləni imzalayarkən əqdın şərtləri ilə tanış İmuş, əqdi şüurlu şəkildə imzalayaraq, onun yarada biləcəyi nəticələrlə bağlı məlumatlı İmuşdur və ya olmalı idi. Qanunvericilikdə nəzərdə jtulmuş müstəsna hallar istisna olmaqla tam fəaliyyət qabiliyyətli mülki hüquq subyeklərinin könüllü və şüurlu şəkildə üzərilərinə götürdükləri öhdəliklərə görə məhz həmin subyektlərin izləri mülki hüquqi məsuliyyət daşıyırlar və bu hal mülki dövriyyənin sabitliyi baxımından nühüm əhəmiyyətə malikdir. Məhkəmə əmri çıxarıldıqdan sonra cavabdeh 21.03.2018-ci İ tarixdən 06.09.2018-ci il tarixədək borcundan hissə-hissə cə mi 4330 manat ödəniş etmiş, qalan məbləğin güzəşt edilməsi barədə iddiaçıya müraciət etmişdir. Göründüyü kimi cavabdeh 28.02.2018-ci il tarixdə müqaviləni imzaladıqdan sonra uzun müddət onun etibarsızlığı barədə iddiaçı ilə mübahisə açmamış, əksinə növbəti 6 aydan artıq müddət ərzində müqavilə üzrə etiraf etdiyi borc öhdəliyinin əhəmiyyətli hissəsini geri qaytarmışdır. Halbuki həmin dövrdə artıq cavabdeh iddiaçının işçisi olmamış, yaxınlarını itirməsi barədə hadisənin üzərindən xeyli müddət keçmişdir. Hətta baxılan iş üzrə ilkin olaraq qəbul edilmiş məhkəmə əmrinin icrası qaydasında da cavabdeh öz borcundan 2000 manat ödəmişdir. Sadalanan halların məcmusu isə bir daha cavabdehin müqavilənin etibarsızlığı ilə bağlı istinad etdiyi dəlillərin əsassızlığını təsdiq edir. Apellyasiya instansiyas ı məhkəməsi nəticəyə gəlmişdir ki, qeyd olunan məbləğin iddiaçıya deyil, “xxxx' MMC-yə ödənilməsi barədə dəlillərə münasibətdə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Baxılan iş üzrə iddiaçının “xxxx” MMC-nin rəhbəri olduğu və iddiaçının razılığı ilə borcun həmin müəssisəyə ödənilməsi mübahisələndirilmir. Apellyasiya şikayətində iddiaçı bildirmişdir ki, cavabdeh uzaq məsafədə yaşadığından ödənişi onun rəhbəri olduğu müəssisənin hesabına ödəməsinə etiraz etməmişdir. Cavabdeh etiraf olunan borcun əslində cavabdehin öz borcu deyil, əslində müştərilərin mağaza qarşısında yaranmış borcu olduğu barədə də heç bir sübut təqdim etməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia ödənilməmiş 2369 manat pul tələbi hissəsində təmin edilməli, həmin iddia qalan hissədə və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə k ollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5850/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5850/2019
12.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver