Məhkəmə qərarları › İş №2(102)-5852/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5852/2019

22.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5852/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili X2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1250/2019 nömrəli iş üzrə 26 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Toğrul Axundov) 2(004)-52/2018 saylı, 30 yan var 2018-cı il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək Cavabdeh2 zərərin əvəzi kimi 1047 manat pulun alınıb İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – İkram Şirinov sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 yanvar 2018-cı il tarixli qətnaməsi qarşılıqlı iddiaya dair hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək qarşlılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 902 manat pulun alınaraq Cavabdeh2 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmiş, qətnamə qalan hissədə apellyasiya şika yətinə əsasən (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələ həll edilmişdir. İşin halları: İddiaçı Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzildən axıdılan suların onun mənzilinə vurduğu zərərin əvəzi kimi 10000 manat pulun Cavabdeh1 alınıb ona verilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-5877/2016 saylı iş üzrə 30 mart 2016-cı il tarixli məhkəmə baxış iclasının qərardadına əsasən Cavabdeh1, əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın ödənil məsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 63 saylı mənzildə yaşayan İddiaçı məxsus su bakından su sızması və təmir işləri apardığı zaman həmin binanın 65 saylı mənzildə yaşayan Cavabdeh2 vurduğu maddi ziyan qismində 10000 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq onun xeyrinə ödənilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin cavabdeh İddiaçı üzərinə öhdəçiliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin qismən təm in edilməsi hissədə ləğv edilməsini və qarşıqlı iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qarşılıqlı iddia ərizəsinin məzmunundan və qarşı tərəfin izahatlarından da göründüyü kimi, qarşılıqlı iddiaçı öz mənzilinə zərər vurulduğunu, bu zərərin binanın damından axıdılan suyun təsirindən yarandığını, həmin suyun isə damda quraşdırılan iddiaçıya məxsus olan su çənindən axdığını iddia edir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman isə əlavə məhkəmə ekspertizası keçirilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2018-ci il tarixli rəyi alınmışdır. Həmin rəydə göstərilmişdir ki, qarşılıqlı iddiaçıya məxsus mənzildə bərpa işlərinin təqribi dəyəri 902 manatdır. Həmin rəy qarşılıqlı iddianın əsassız olduğunu ortaya qoymuşdur. Belə ki, rəydə göstərilir: 65 saylı mənzilin üstündə heç bir su çəni yerləşmir; həmin mənzilin üst hissəsi şiferlə örtülüdür; iddiaçıya məxsus su çənində hər hansı nasazlıq yoxdur; həmin damın üstündə başqasına məxsus su çəni də var; atmosfer çöküntülərinin (qar və yağış sularının) də həmin əraziyə axması nəzərə alınaraq 65 saylı mənzildə yaranmış qüsurların səbəbini müəyyən etmək mümkün olmadı. Maraqlıdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi bu rəyi obyektiv hesab etməyərək əlavə ekspertiza keçirilməsini təşkil etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2019-cu il tarixli rəyində isə göstərilir ki, 65 saylı mənzildə yaranmış qüsurlar həmin mənzilin üstündə yerləşdirib İ ddiaçı məxsus su çənindən həmin mənzilə su axması nəticəsində yaranmaya xarakterikdir. Məhkəmən iki rəy arasındakı ziddiyyəti araşdırmamışdır. Məhkəmə su çəninin qarşılıqlı iddiaçıya məxsus 65 saylı mənzilin üstündə olub-olmadığını müəyyənləşdirməli idi. Çünki 10 oktyabr 2018-ci il tarixli rəydə 65 saylı mənzilin üzərində heç bir su çəninin olmaması göstərilmiş, 04 mart 2019-cu il tarixli rəydə isə çənin 65 saylı mənzilin üstündə olduğu göstərilmişdir. Ekspertlər və işə baxan məhkəmə dam örtüyünün quruluşuna da diqqət yetirməmiş, suyun hara axmasını, damın kənarları ilə novçanm olub-olmamasını, suyun axın istiqamətini nəzərə almamışdır. Belə ki, binanın damı suya qarşı xüsusi izolyasiya ilə örtülmüş, bundan əlavə, cavabdehin mənzilinin üstü əlavə olaraq şifer örtüyü ilə də bağlanmışdır. Əg ər su çənindən axan sular, eləcə də yağış suları həmin örtükləri keçərək mənzilə axırsa, o halda cavabdehin mənzilinin hər yerində su izləri olardı. Bu halda isə yenə də zərərin hansı suyun (yağış suyu, yoxsa çənin suyu) təsirindən yarandığını sübut etmək mümkün deyildir. Digər bir tərəfdən, su çəni cavabdehin mənzilinin üstündə yerləşmədiyindən ondan su axdığı halda belə həmin sular axaraq su novçasına tökülər. Çünki damın üstü kənarlara doğru maili formadadır və yağan yağış suları axaraq binanın damının kənarlarında quraşdırılmış su novçalarına tökülür. Lakin su novçaları binanın damının bütün kənarlarında yararlı halda deyil. Belə ki, cavabdeh tərəf öz mənzilinin üstünü şifer təbəqəsi ilə örtən zaman su novçalarmı sıradan çıxarmış, qoparıb atmış və ya yararsız hala salmışdır. Nəticədə y ağış suları mütəmadi olaraq damın divarına axaraq ordan aşağı tökülmüş, binanın divarını islatmış, divarın rütubət çəkməsinə səbəb olmuşdur. Yəni əslində cavabdehin mənzilinin bayır divarında rütubətin yaratdığı dəyişikliklərin səbəbi binanın damında su novçalarının olmaması səbəbindən yağış sularının binanın divarına axıb tökülməsi və divarı daim nəmləndirməsidir. Yağış yağan zaman suyun axaraq tökülməsi barədə videogörüntü də var. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericilik təqsirliliyi zərərlə hüquqazidd əməl arasında birbaşa səbəbli əlaqənin olması ilə şərtləndirir. Lakin hazırkı işdə ekspert rəyləri iddiaçıya məxsus su çənindən axan su ilə cavabdehə məxsus mənzilə vurulan zərər arasında birbaşa səbəbli əlaqənin olmasını göstərməmişdir. Əksinə, ekspertin 10 oktyabr 2018-ci il tarixli rəyində göstərilmişdir ki, 65 saylı mənzildə yaranan qüsurların səbəbini müəyyən etmək mümkün olmamışdır. Odur ki, 65 saylı mənzildə yaranan qüsurların məhz su çənindən su axması ilə əlaqəli olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tam qanunsuz və əsassızdır. Odur ki, təmin qətnamə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməli, həmin iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Cavabdeh2 və vəkili X3 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəs inin yoxlanılması təşkil edir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verən iddiaçı qətnaməni yalnız qarşılıqlı iddia tələbinin təmin edilən hissədə mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və cavabdeh qonşudurlar. Bakı şəhəri, Mətbuat prospekti, ev 6A, mənzil 63 iddiaçıya, həmin binanın 65 saylı mənzili isə cavabdehə məxsusdur. İddiaçı və cavabdeh bir-birlərinə qarşı iddia və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək su axıdılması nəticəsində mənzillərə ziyan dəydiyini bildirmişlər. Qarşılıqı iddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21, 1096, 1097, 1108.1-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aparılmış məhkəmə araşdırmaları ilə müəyyən olunur ki, Cavabdeh2 mənzilinə su axıdılması nəticəsində ziyan vurulmuş, həmin mənzilə su binanın damında quraşdırılmış İddiaçı məxsus çəndən axmışdır. İşin bu halı cavabdeh tərəfin öz izahatı, ekspert rəyi və şahid ifadəsi ilə təsdiq olunmuşdur. Şahid xx ifadəsindən sonra İddiaçı da həmin faktı inkar etməyərək göstərmişdir ki, hadisə baş verən ərəfədə-bir neçə ay onlar Bakı şəhərində olmamışlar, ona görə də həmin vaxt çəndən suyun axmasında onların təqsiri olmamışdır, ola bilsin ki, kimsə bunu qəsdən təşkil etmişdir. İddiaçı bu mövqeyi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MM-nin 1108.1-ci maddəsinin tələbinə görə binanın damında (həm də qanunsuz olaraq) quraşdırılmış çəndən su axması nəticəsində vurulmuş zərərə görə, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi sübut olunmayanadək, həmin çənin sahibi məsuliyyət daşıyır. İddiaçı da qanunda birbaşa nəzərdə tutulmuş həmin istisnalara dair hər hansı sübut təqdim etməmiş, demək ki, ona məxsus çəndən suyun axması nəticəsində vurulmuş zərərə görə məhz o məsuliyyət daşıyır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, qeyd edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 902 manat alınaraq Cavabdeh2 ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilən hissədə qanuni və əsaslı olmamaqla bərabər qətnamə həmin hissədə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Cavabdeh qarşılıqlı iddia tələbi ndə iddiaçıya məxsus su çənindən suyun axıdılması nəticəsində onun mənzilinə ziyan dəyməsini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halı müəyyən etmək üçün məhkəmə tikintitexniki eksertizasının keçirilməsi üçün mülki işin materiallarını ekspertizaya göndərmiş, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli 65 saylı mənzillə bağlı ekspert qarşısında qoyulmuş sualların cavablandırılması barədə ekspertiza idarəsinə tapşırıq vermişdir. Apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2018-ci il tarixli rəyi alınmışdır. Həmin rəydə göstərilmişdir ki, qarşılıqlı iddiaçıya məxsus mənzildə bərpa işlərinin təqribi dəyəri 902 manatdır. Rəydə həmçinin qeyd edilmişdir ki, 65 saylı mənzilin üstündə heç bir su çəni yerləşmir; həmin mənzil in üst hissəsi şiferlə örtülüdür; iddiaçıya məxsus su çənində hər hansı nasazlıq yoxdur; həmin damın üstündə başqasına məxsus su çəni də var; atmosfer çöküntülərinin (qar və yağış sularının) də həmin əraziyə axması nəzərə alınaraq 65 saylı mənzildə yaranmış qüsurların səbəbini müəyyən etmək mümkün olmadı. Apellyasiya instansiyası məhkəməsi bundan sonra əlavə ekspertizanın keçirilməsini təmin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2019-cu il tarixli rəyində isə göstərilirmişd ki, 65 saylı mənzildə yaranmış qüsurlar həmin mənzilin üstündə erləşmiş İddiaçı məxsus su çənindən həmin mənzilə su axması nəticəsində yaranması üçün xarakterikdir. Göründüyü kimi məhkəməyə təqdim edilmiş iki ekspertiza rəyi arasına ziddiyətlər olmuş, məhkəmə iki rəy arasındakı ziddiyyəti araşdırmamış, birinci ekspert rəyinin sübut kimi qəbul edilməməsini məhkəmə əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edil məli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspe rtin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş iki ekspert rəyi arasında ziddiyəti aradan qaldırmaq üçün təkrar ekspertizanın keçirilməsini müzakirə etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenid ən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1250/2019 nömrəli iş üzrə 26 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar