Məhkəmə qərarları › İş №2(102)-5852/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5852/2022

12.12.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5852/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 Mayıs oğluna, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı Mənzil Kooperativinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) qarşı ilk, Cavabdeh2 İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Mənzil Kooperativi ) qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 Mayıs oğluna, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı Mənzil Kooperativinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) qarşı iclas protokollarının, mənzilin alqı-satqı müqaviləsinin, onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ilk, Cavab deh2 İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Mənzil Kooperativi) qarşı mənzilin təhvil verilməsi, orderin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3527/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 026208 nömrəli 19 mart 2008-ci il tarixli orderə əsasən X4 Bakı şəhəri, Yasamal ra yonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzildə yaşayış sahəsindən istifadə və sahiblik hüququ olmuşdur.

2. İddiaçı 11 sentyabr 2009-cu il tarixli ərizəsinə əsasən İddiaçı bir nəfər ailə tərkibi ilə "xxxx" MTK-nın üzvlüyünə qəbul edilməsini, X4 adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzili və payı onun adına keçirilməsini xahiş etmişdir.

3. X3 "xxxx" MTK İdarə Heyəti sədrinə ünvanladığı 12 sentyabr 2009-cu il tarixli ərizəsinə əsasən X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli, 177 saylı qərarının 14-cü bəndinə uyğun olaraq MTK-nın Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sa həsi olan 7 nömrəli mənzili və pay haqqını vətəndaş İddiaçı verdiyini göstərərək kooperativ üzvlüyündən azad olunmasını xahiş etmişdir. 4. "xxxx" MTK tərəfindən verilmiş MK-01/05 nömrəli 19 sentyabr 2009-cu il tarixli maliyyə arayışına əsasən "xxxx" MTK-nın üzvü X11 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzilin dəyərini tam ödəmişdir və MTK-ya borcu olmamışdır. 5. "xxxx" MTK üzvlərinin iclasının 18 nömrəli protokolundan 19 sentyabr 2009-cu il tarixli Çıxarışa əsasən X9 ərizəsinə əsasən MTK üzvlüyündən azad edilmiş, ünvan 2 ünvanında 1-ci giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 80,9 m2 olan 4 otaqlı, 7 saylı mənzil və pay haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli, 177 saylı qərarının 1 4-cü bəndinə uyğun olaraq vətəndaş X6 adından vətəndaş İddiaçı adına keçirilmiş və bir nəfər ailə üzvü ilə İddiaçı kooperativə üzv qəbul edilmişdir.

6. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 034202 nömrəli 30 sentyabr 2009-cu il tarixli orderə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzildə yaşayış sahəsindən istifadə və sahibilk hüququ olmuşdur.

7. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Q.Xəlilov küçəsi, 6-cı bina 7 nömrəli mənzil ilkin olaraq Cavabdeh1 adına "xxxx" Mənzil Kooperativinin MK-01/05 nömrəli, xx.xx.2016cı il tarixli maliyyə arayışı, "xxxx" Mənzil Kooperativinin BMK-22/19 nö mrəli, xx.xx.2019-cu il tarixli arayışı və "xxxx" Mənzil Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2016cı il tarixli, 01 nömrəli protokolundan çıxarış əsasında xx.xx.2019-cu il tarixində ilkin qeydiyyatdan keçmişdir. Sonradan 3 saylı Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 4Ə-1712 reyestrli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixində qeydiyyatdan keçmiş və hazırda mülkiyyətində olmuşdur.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2019 nömrəli 17 yanvar 2019-cu il tarixli hökmünə əsasən "xxxx" X16 Heyətinin sədri vəzifəsində işləmiş X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, ona qəti olaraqq 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüq uqundan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrum elmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, "xxxx" MK-nın İdarə Heyətinin sədri vəzifəsində işləmiş X10 Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 3-cü mərtəbəsində yerləşən, sahəsi 80,9 kv metr olan, 4 otaqlı, 7 saylı mənzilin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativi Təsərrüfatı İdarəsinin xx.xx.2009-cu il tarixli 034202 nömrəli orderi əsasında hazırkı mülki iş üzrə İddiaçı məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək, həmin mənzilin Ruhin Əsgərova məxsus olduğunu deyib, alıcıları aldadaraq əvvəlcə Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satmışdır.

9. ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət q eydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi, 6 nömrəli binada yerləşən ümumi sahəsi 124 m2 olan 7 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 12, M3, m. 3) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 31 avqust 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir.

10. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 3 saylı Bakı Cavabdeh3ndə notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 8 oktyabr 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi, 6 nömrəli binada yerləşən ümumi sahəsi 124 m2 olan 7 nömrəli mənzil Cavabdeh1 tərəfindən 145000 manat məbləğinə Cavabdeh2 satılmışdır.

11. ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydi yyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi, 6 nömrəli binada yerləşən ümumi sahəsi 124 m2 olan 7 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 12, M3, m. 3) tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 10 oktyabr 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-710/2018 nömrəli iş üzrə 1 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X12, X18 və X2rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 7 nömrəli mənzilin boşaldılmaqla, İddiaçı istifadəsi və sahibliyinə verilməsi, həmin mənzilə cavab dehlər Cavabdeh1, X12, X18 və X5 istifadə hüquqları itirilmiş hesab olunması qət edilmişdir. Qətnamə 4 fevral 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1, X22, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoru, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5, Cavabdeh6, ”Bakı” Mənzil Kooperativinə qarşı məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh6 satılm asına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarxili maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili barəsində Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı Cavabdeh3ndə bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-17 12 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barədə Cavabdeh2 adına DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, ünvan 3 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində onun mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və ona həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, mənzili əsaslı və bahalı təmir etdirib bütün mebel avadanlıqları ilə təchiz edərək ora köçmüşdür və 2013-cü ilin dekabr ayınadək orada yaşamışdır. Sonra şəxsi işləri ilə bağlı zərurət yarandığından başqa yerə köçmüş və mənzil boş qalmışdır. Bunu bilən kooperativin İdarə Heyətinin sədri X17 mənzili bahalı qiymətə kirayəyə verməyi ona bir neçə dəfə təklif etmiş və nəhayətdə o razılaşaraq mənzilin açarlarını ona vermişdir. X17 həmin mənzili 2014-cü ilin fevral ayından kirayəyə vermiş və 2017-ci ilin sentyabr ayı da daxil olmaqla ona hər ay 800 manat pul ödəmişdir. 2017-ci ilin oktyabr ayında tanımadığı Cavabdeh6 adlı şəxs zəng edərək ona məxsus mənzili aldığını, odur ki, onunla görüşmək istədiyini bildirdiyinə görə onunla görüşmüşdür və xeyli söhbətdən sonra mənzilin yuxarıda göstərdi yi Emil Məhərrəmov tərəfindən qanunsuz olaraq ona satıldığını başa düşmüşdür. Bundan sonra o mənzilə getmiş və mənzildə tanımadığı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığının şahidi olmuşdur ki, o da öz növbəsində həmin mənzili kooperativin sədri Emil Məhərrəmovdan aldığını bildirmişdir. Belə olan təqdirdə o, ona mənzilin və içindəki bütün mebel və avadanlıqların onun olduğunu, mənzilin qanunsuz satıldığını, odur ki, mənzili tərk etməli olduqlarını bildirmiş, lakin Cavabdeh1 razılaşmamışdır. Buna görə də, Cavabdeh1 dəfələrlə əlaqə saxlayaraq mənzili tərk etmələrini xahiş etmişdir. Nəhayət o, Cavabdeh1 razılaşaraq mənzili qısa müddətdə tərk edəcəklərini söyləsə də, vədinə əməl etməmişdir. Eyni zamanda bütün baş verənlərlə bağlı apardığı araşdırmalar nəticəsində ona məlum olmuşdur ki, X1 7 Bakı Mənzil Kooperativinin sədri vəzifəsində işləyərkən öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bir neçə şəxslə cinayət əlaqəsinə girərək ona və onlarla digər payçı şəxslərə məxsus olan mənzilləri cinayət yolu ilə başqa-başqa adamlara satmışdır. Nəticədə isə X17 çoxsaylı şikayətlər əsasında əvvəlcə istintaqa cəlb edilmiş, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göstərilən hökmlə zərərçəkmiş şəxslərdən yuxarıda göstərilən Cavabdeh6 təqsirləndirilən şəxs X14 qarşı mülki iddiası qismən, yəni 170030 manat məbləğində təmin edilmiş, qalan hissədə, yəni bank faizinə görə 49199 manat və mənəvi ziyana görə 50000 manat hissəsində isə baxılmamış saxlanılaraq həmin hissənin mülki m ühakimə icraatı qaydasında vermək hüququ ona izah edilmişdir. Göstərilən mənzil ona məxsus olduğuna və yuxarıda göstrədiyi kimi, dəfələrlə xahiş və xəbərdarlıqlarına baxmayaraq, Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzili tərk etmədiklərinə görə o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Cavabdeh1 və onunla birlikdə yaşayan X8, X15 və X2rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair” iddia qaldırmış, iddiası təmin edilmiş və bu barədə qətnamə qanuni qüvvəyə minmişdir.

15. Cavabdeh1 ilk iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir, ilkin iddia üzrə İddiaçı kooperativə üzv olması barədə koopertivin hər hansı qərarı olmamış və İddiaçı mənzil üçün kooperativə hər hansı ödəniş etməmişdir. Mənzili kooperativdən aldığını bildirsə də, onun koo perativə üzvlüyə qəbul edilməsi ilə bağlı kooperativin ümumi yığıncağın qərarını və payın ödənilməsi barədə maliyyə arayışını hələ də təqdim edə bilməmişdir. İddiaçı tərəfindən mənzilə görə pay haqqı ödənilmədiyindən və kooperativin ümumi yığıncağının qərarı əsasında üzvlüyə qəbul edilmədiyindən mənzilə münasibətdə onun sahiblik və istifadə hüququ müəyyən edilə bilməz. Bakı şəhər İcra Hakimiyyətinin mənzili İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı səlahiyyyəti olmamışdır. İddiaçı iş materialların əlavə etdiyi xx.xx.2009-cu il tarixli, 034202 №-li orderin surətindən də müəyyən olunmuşdur ki, mənzil İddiaçı yaşamaq üçün verilmişdir. Həmin order mötəbər sübut kimi qəbul edildiyi halda belə İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnun olmasını təsdiq etməmişdir. Cavabdeh1 isə kooperativin üzvlüyünə qəbul olunmuş və mənzilin haqqını tam ödəmişdir. Mənzilin mülkiyyətçisi Cavabdeh1 olduğundan, ilkin iddia əsassızdır, ilk iddianın rədd olunmasını xahiş edir.

16. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1, "xxxx" Mənzil Kooperativi və DƏDRX-in 1 saylı ərazi idarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı heç bir hüququ olmadan, qanunun tələblərini pozmaqla mülkiyyətində olan mənzilini zəbt etdiyini göstərmiş, İddiaçı tərəfindən təqdim olunmuş, Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 034202 saylı orderin etibarsız hesab edilməsi, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 6, mənzil 7-də yerləşən 4 otaqlı mənzilini n iddiaçı tərəfindən boşaldılıb ona təhvil verilməsini xahiş etmişdir.

17. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin orderi verildiyi andan əhəmiyyətsiz sənəd olmuşdur. Mənzili alarkən onun yüklü olmaması barədə sənədlər almışdır. O, mənzili vicdanlı şəkildə əldə etmişdir. İddiaçı isə qarşılıqlı iddiaçıya məxsus mənzili zəbt etmişdir. Əgər mənzil yüklü olmuş olsa idi, notariusda evin alqı-satqısı zamanı problemlər yaranar, müqavilə təsdiq olunmazdı.

18. Cavabdeh2 izahat verərək göstərmişdir ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. İddiaçı adlı şəxs ona məxsus mənzilin qapısını sındıraraq mənzili qanunsuz zəbt etmişdir. Bu barədə ona məlumat aldıqdan sonra evə getmiş, İbrahim Kaızmov onları mənzilə buraxmamışdır. Poli sə zəng edərək məlumat vermiş, lakin polis də İbrahimi mənzildən çıxara bilməmiş, İbrahim bildirmişdir ki, mənzil ona məxsusdur, qanuni əsaslarla mənzili almışdır, mənzili heç kimə verməyəcəkdir.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/2994 nömrəli 8 fevral 2021-ci il tarixli ekspert rəyinə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”ının tələblərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 7 nömrəli mənzilin ümumi sahəsi 125,3 kv metr təşkil etmişdir.

20. Bakı şəhəri Yasamal Rayon Mə hkəməsinin 2(004)-138/2021 nömrəli 16 mart 2021-ci il tarixli qərardadı ilə ilkin iddia tələbinin Bakı şəhəri, ünvan 4 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində onun mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və ona həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir.

21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-138/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) ilkin iddia üzrə İddiaçı ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh6 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh1 satılmasına dair “Bakı" Mənzil Kooperativinin 13.05.20İ6-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınh küçəsi, 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzil barəsində Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı Cavabdeh3ndə bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində Cavabdeh2 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 7 s aylı mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddia tələbində qeyd edilən Mənzil Koperativinin ümumi yığıncağının iclas protokolları və maliyyə arayışları iş materiallarına əlavə edilməmişdir. Buna baxmayaraq iclas protokolu və maliyyə arayışı əqd olmadığına görə hər hansı bir hüquqi nəticə əmələ gətirməmiş və bu səbəbdən də iddiaçının həmin sənədlərin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır.

23. Məhkəmə qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-77/2019 nömrəli hökmü hazırki mülki iş üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti - yəni, "xxxx " MK-nın İdarə Heyətinin sədri vəzifəsində işləmiş X10 qanunsuz əməlləri nəticəsində İddiaçı məxsus mənzilin əvvəlcə Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılması hissəsində məcburi olmuşdur.

24. Məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X12, X18 və X2rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəf olmadığına görə həmin iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar Cavabdeh2 üçün preyudisial əhəmiyyət daşımamışdır.

25. Məhkəmə qarşılıqlı iddia tələbini Bakı Şəhəri icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 034202 saylı orderin etibarsız hesab edilməsi hissəsində təmin etməyərək hesab etmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov kü şəsi ev 6, 7 saylı mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Sözügedən order Cavabdeh2 marağına toxunmamış, onun üçün heç bir hüquqi nəticə əmələ gətirməmişdir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2 və 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

27. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6791/2021 nömrəli mülki iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

29. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə oxşar olmuşdur və həmin dəlillərə məhkəmə tərəfindən qiymət verilmişdir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2 və 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılamsını xahiş etmişdir.

32. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-958/2022 nömrəli mülki iş üzrə 14 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – mənzilin "xxxx" Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh6 Mayıs oğluna, Cavabdeh1 satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında ve rilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin olunmaması və qarşılıqlı iddianın təmin edilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

33. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki işdə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində göstərilən şərtlər işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməmiş, Mülki Məcəllənin 140-cı maddəsinin dispozisiya şərtlərinə əsasən reyestrin məzmunun qeyri-dəqiqliyi və əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməsi hallarının sübuta yetirilməsi yükü iddiaçını üzərinə düşmüşdür.

34. Ali Məhkəmə Cavabdeh2 alqı-satqı müqaviləsi bağlayarkən iddiaçının adına verilmiş xx.xx.2009-cu il tarixli, 034202 nömrəli orderin qüvvədə olması barədə kassasiya şikayətinin dəlillərini Cavabdeh2 vicdanlı alıcı olmaması baxımından əsassız saymışdır. Çünki qeyd edilən orderin qüvvədə olması mənzilin ilkin olaraq Cavabdeh1 adına qeydə alınmasına dəlalət edən hal olmuşdur. İşin müəyyən edilmiş halına görə isə Cavabdeh2 Cavabdeh1 adına artıq həmin dövr üçün rəsmi reyestrdə alınmış qeydə əsaslanaraq müqaviləni bağlamış, belə olan halda da, iddiaçının adına olan orderin qüvvədə olmasının Cavabdeh2 mənzilin vicdanlı əldə edən olmasına və alqı-satqı müqaviləsinin bağlanmasına hər hansı təsiri olmamışdır.

35. Kassasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil barəsində X19 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması iddiası rədd edildiyindən, həmin müqavilə əsasında mənzilə dair Cavabdeh2 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi də düzgün olmuşdur. Çünki sonuncu iki tələb birinci tələbdən doğur və sonuncu tələblərin təmin edilməsi birinci tələbin təmin edilməsindən asılıdır. Birinci tələb təmin edilmədiyi üçün ondan doğan digər tələblər də təmin edilə bilməzdi.

36. Ali Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində gəlinən nəticə də əsaslı olmuşdur.

37. Mənzilin "xxxx" Mənzil Kooperativ i tərəfindən ilk iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh6 Mayıs oğluna, Cavabdeh1 satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində gəlinən nəticəni qanuni və əsaslı hesab etməmişdir. Birinci instansiya məhkəməsi həmin hissədə ilk iddia tələbini rədd etməsini qeyd edilən iclas protokolları və maliyyə arayışlarının işdə olmaması, iclas protokolu və maliyyə arayışlarının əqd olmadığına görə hər hansı bir hüquqi nəticə əmələ gətirməməsi və bu səbəbdən də iddiaçının həmin sənədlərin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququnun olm aması ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi də bununla razılaşmışdır.

38. Kassasiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən əsasla ilk iddianın həmin hissələrdə təmin edilməməsi işin müəyyən edilmiş halları ilə uyğunsuzluq təşkil etmişdir. Belə ki, birinci instansiya məhkəməsi bir tərəfdən işin mübahisəsiz halları kimi mübahisədə adı keçən mənzilə dair İddiaçı adına order verilməsini, "xxxx" MK-nın İdarə Heyətinin sədri vəzifəsində işləmiş X10 qanunsuz əməlləri nəticəsində həmin mənzilin əvvəlcə Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılmasını müəyyən etmiş, digər tərəfdən də iclas protokolları və maliyyə arayışlarının işdə olmamasını, iclas protokolu və maliyyə arayışlarının hər hansı hüquqi nəticə əmələ gətirməməsini və bu səbəbdən də iddiaçının həmi n sənədlərin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququnun olmamasını göstərməklə ziddiyyətli nəticəyə gəlmişdir. "xxxx" Mənzil Kooperativinin iclas protokolları və pay haqqının ödənilməsini təsdiq edən maliyyə arayışlarının hər hansı hüquqi nəticə əmələ gətirməməsi barədə gəlinən qənaət əsaslı sayıla bilməz.

39. Bundan başqa kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisədə adı keçən mənzil əvvəlcə iddiaçıya, sonradan isə Kooperativin ümumi yığıncağının qərarı ilə qeyd edilən cavabdehlərin adına keçibsə, iddiaçının həmin iclas protokolları və maliyyə arayışlarının etibarsız hesab edilməsi ilə bağlı subyektiv hüququnun olmaması barədə gəlinən nəticə də əsaslı sayıla bilməz.

40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2 və 157.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3527/2022 nömrəli mülki iş üzrə 7 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli ic las protokolu və həmin tarixli maliyyə arayışının; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh6 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh1 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çı xarışın ləğv edilməsi qət edilmişdir.

42. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-77/2019 saylı hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Emil Məhərrəmov tərəfindən "xxxx" MK-nın xx.xx.2014-cü il tarixli, 02 nömrəli iclas protokolu, protokoldan çıxarış və həmin tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 4 nömrəli evin 7-ci mənzili Cavabdeh5 satılmış (cild 05, cinayət işi vərəqə 21-24), yenə həmin şəxs tərəfindən "xxxx" MK-nın xx.xx.2016-cı il tarixli, 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 4 nömrəli evin 7-ci mənzili Cavabdeh6 satılmış (cild 03, cinayət işi vərəqə 7 6, 78), yenə həmin şəxs tərəfindən "xxxx" MK-nın xx.xx.2016-cı il tarixli, 01 nömrəli iclas protokolu, protokoldan çıxarış və həmin tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 4 nömrəli evin 7-ci mənzili Cavabdeh1 satılmışdır (cild 04, cinayət işi vərəqə 257-259). Yuxarıda sadalanan iclas protokolları, protokoldan çıxarış və maliyyə arayışları maddi sübut qismində cinayət işinin materiallarında saxlanılmışdır.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" Mənzil Kooperativinin iclas protokolları və pay haqqının ödənilməsini təsdiq edən maliyyə arayışlarının hər hansı hüquqi nəticə əmələ gətirməməsi barədə gəlinən qənaət əsaslı sayıla bilməz. Həmin sənədlər hüququn qeydə alınmasına əsas verən sənədlər olduğu üçün onların hüquqi nəticə doğurmaması bar ədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən iclas protokolları iş üzrə preyudisial əhəmiyyət daşıyan məhkəmə hökmünün əsas sübutları kimi həmin işə əlavə edilmişdir və bu hal hökmdə öz təsdiqini tapmışdır.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı həmin iclas protokollarını və maliyyə arayışlarını mübahisələndirməyə subyektiv hüququ olmuşdur. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 034202 saylı order əsasında İddiaçı verilmiş mənzilin onun iradə ifadəsi olmadan digər şəxslərə verilməsi mülkiyyət hüquqlarının kobud pozuntusu olmuşdur.

45. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2 və 157.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin Cavabdeh1 Məzair oğluna münasibətdə təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilsin.

47. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasında mənzilin sonradan digər şəxslərə satılmasına istinad edərək həmin şəxslərlə, o cümlədən Cavabdeh1lə bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, iddiaçının tələbinin maddi hüquqi əsası olmamışdır. Belə ki, fərdi müəyyən əşya barəsində kreditorun bir neçə borclu ilə əqd bağlaması ikinci və ondan sonrakı əqdlərin etibarsız hesab edilməsi üçün əsas deyil. Mülki qanunvericilikdə əqdin etibarsız hesab edilməsi üçün belə bir əsas nəzərdə tutulmamışdır. Kreditorun fərdi müəyyən əşyanı bir neçə şəxsə satması nəticəsində yaranmış mübahisənin həlli qaydası MM-in 452-ci maddəsində tənzimlənmişdir. Borclu əşyanı bir neçə kreditora verməsi barədə öhdəlik götürdüyü halda, öhdəliyin hansı kreditora münasibətdə daha əvvəl yaranmasından asılı olmayaraq borclu əşyanı kimin mülkiyyətinə vermişsə, yəni öhdəliyini kimə qarşı icra etmişsə, həmin icra etibarlıdır. Başqa sözlə, tarix etibarilə əvvəl yaranmış öhdəlik üzrə kreditora o zaman üstünlük verilir ki, fərdi müəyyən əşyanı verməyə borclu olan şəxs həmin əşyanı digər öhdəlik üz rə şəxsə verməmiş olsun. İşin hallarından da görünür ki, Cavabdeh1 mənzilə görə ödəniş edərək onu əldə etmiş və daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək mübahisələndirilən əmlaka dair Çıxarışı da ala bilmiş, hətta mənzili daha sonra daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Beləliklə "xxxx" Mənzil Kooperativi (borclu) mənzili Cavabdeh1 (kreditor) mülkiyyətinə vermiş və ona qarşı öhdəliyini icra etmişdir. Və qanunvericiliyə əsasən, bu icra qorunur. MM-in 452.1-ci maddəsinə görə isə bu halda digər kreditor – İddiaçı "xxxx" Mənzil Kooperativindən dəymiş zərəri tələb etmək hüququna malik olur.

48. Cavabdeh1 qeyd etmişdir ki, məhkəmənin gəldiyi nəticənin maddi hüquqi əsası olmamışdır. Məhkəmə göstərməmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh1 satılması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş hansı şərtlərin pozuntusuna yol verilmişdir. Həmçinin məhkəmə iddia ərizəsini təmin edərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh1 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli, 01 nömrəli iclas protokolunu və həmçinin eyni tarixli maliyyə arayışını etibarsız hesab etsə də, gəldiyi bu nəticənin maddi hüquqi əsasını qətnamədə göstərməmiş, hansı əsasla sözügedən müqaviləni etibarsız etməsini əsaslandırmamışdır.

49. Cavabdeh daha sonra qeyd etmişdir ki, mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının və onun əsasında verilən çıxarışın ləğv edilməsi qənaət inə gəlsə də, məhkəmənin gəldiyi bu nəticənin maddi hüquqi əsası olmamışdır. Həmçinin məhkəmənin özü də bu barədə mövqeyinin hər hansı normaya istinad edərək əsaslandırmamışdır. Belə ki, işdən göründüyü kimi mübahisələndirilən mənzil Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 satılmışdır. Bu o deməkdir ki, hazırda mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat yazısı və ya çıxarış mövcud olmamışdır. Mövcud olmayan qeydiyyat yazısının isə ləğv edilməsi mümkünsüz olmuşdur. Başqa sözlə məhkəmənin gəldiyi nəticə icrası mümkün olmayan nəticə olmuşdur.

50. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 452.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

53. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

54. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

55. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

56. Maddə 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (q anunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandı ğı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəy işiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində qətnamə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qismən¸ yəni mübahisəli mənzilinin Cavabdeh1 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzillə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraqaq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Apellyasiya instansiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən edilmiş halları, yəni "xxxx" MK-nın İdarə Heyətinin sədri işləmiş Emil Məhərrəmov tərəfindən vəzifə saxtakarlığı kimi cinayət əməlləri edilərək başqasının mülkiyyətində olan mənzilə dair "xxxx" MK-nın xx.xx.2016-cı il tarixli, 01 nömrəli iclas protokolu, protokoldan çıxarış və həmin tarixli maliyyə arayışına əsasən həmin mənzili Cavabdeh1 satılması, Cavabdeh1 mənzilə mülkiyyət hüququnun həmin saxta sənədlər əsasında qeydiyyata alınması halları nəzərə almaqla iddia tələbini Rəvan Hacıyekvə münasibətdə təmin etmiş, göstərilən sənəd ləri etibarsız hesab etmişdir. Mənzil iddiaçı Mbrahim Kazımovun iradəsinin ziddinə onun sahibliyindən çıxmış, satılarkən kooperativə məxsus olmamış, kooperativin sədri cinayət əməlləri törədərək başqasına məxsus mənzili Cavabdeh1 satmışdır.

68. Mülki Məcəllənin 452-ci maddəsi də hazırkı mübahisənin həllində tətbiq oluna bilməz, çünki mənzil koopertivin sədri tərəfindən cavabbeh Cavabdeh1 satılarkən kooperativə deyil, İddiaçı məxsus olmüş, kooperativ sədri həmin əmlakı qanuni əsaslarla hər hansı üçüncü şəxsə vermək iqtidarında olmamışdır.

69. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən digər dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlilləri cavabdeh iddiaya etirazında da irəli sürm üş, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəəfindən hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

70. Cavabdeh1 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

71. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələb lərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3527/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzillə bağlı DƏDRX-in 1 saylı Bakı Əraz i İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar