Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5858/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Babayeva Ruhsarə Vəli qızının, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)4811/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabde hlə arasında bağlanmış nikahın pozulduğunu, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 50 manat aliment məbləğinin həmin məhkəmənin 01.08.2014-cü il tarixli qətnaməsi ilə artıraraq hər uşaq üçün 106 manat məbləğində müəyyən edildiyini, lakin uşaqların xərclərinin artdığını, ölkədə yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış münimumunun 2019-cu il üçün 160 manat təşkil etdiyini, cavabdehin maddi imkanının yetərincə yaxşı olduğunu irəli sürmüş, buna görə də Yasamal Rayon Məhkəməsinin 01.08.2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini, 13.05.2006-cı il təvəllüdlü X4 və 24.04.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimenti n tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)4811/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1377/2019 saylı, 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərarda obyektiv həqiqəti ifadə edən faktları nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırılmamış, işin faktiki və hüquqi halları aydınlaşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız qərar qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Babayeva Ruhsarə Vəli qızı kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat verdi. Cavabdeh və onun nümayəndəs i X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onların izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 18.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflərlərin birgə nikahlarından 13.05.2006-cı il tarixdə Rəsul, 24.04.2008-ci il tarixdə Şükran adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01.08.2014-cü il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 18.12.2009-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər bir uşaq üçün hər ay 50 manat sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 02.09.2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 106 manat olmaqla cəmi 212 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslar ını düzgün müəyyən etmişdir. Belə ki, hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəy yən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin 106 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin ma teriallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Bu zaman həm də nəzərə alınmalıdır ki, iş materiallarından, Yasamal Rayon Məhkəməsinin 19.09.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiasının təmin olunduğu, Bakı Apellyasiya Məhkəməsinin 08.11.2017-ci il tarixli qətnaməsi ilə isə İlham Niftəli oğlunun həmin qətnamədən verdiyi apellyasiya şikayətinin təmin edildiyi və qətnamənin ləğv olunaraq iddianın rədd edildiyi aydın olur. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin s əlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 18.04.2019-cu il tarixli, 2(103)-4811/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5858/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5858/2019
23.09.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver