Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5858/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5858/21 (Açar sözlər: birgə nikah dövründə yaranmış borcun bölünməsi) Bakı şəhəri, 11 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1058/2021 nömrəli, 01.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasi ya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 01.11.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahından uşağı olmamışdır. Tərəflər arasında bağlanmış nikah 11.09.2020ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı birgə nikah dövründə uşaqlarının doğulması üçün müalicələrə külli miqdarda xərc çəkdiyini əsas tutaraq həmin pulun qarşı tərəfdən tutulması barədə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat - cəmi 25.031 (iyirmi beş min otuz bir) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.11.2017-ci il tarixdə cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə uşaqları olmadığından uzun müddət müalicə olunmuşdur. Müalicələrin nəticəsi olmadığından süni mayalanma yolu ilə uşaq dünyaya gətirmək qərarına gəlmişlər. Ona görə də onlar “X6” Sonsuzluq Mərkəzinə müraciət etmiş, süni mayalanma və embrionun implantasiyasına (köçürülməsinə) dair hər ikisi ayrı-ayrılıqda razılıq ərizələri yazmışlar. Göstərilən xidmətlər üçün 07.01.2020-ci il tarixdə 3200 manat pul ödəməyə razılıq vermiş və həmin məbləği o özü ödəmişdir. Bundan sonra onlar hər ikisi Sonsuzluq Mərkəzinə getməli olduğu halda, cavabdeh həmin mərkəzə getməmiş, beləliklə, süni mayalanma və embrionun implantasiyasına (köçürülməsinə) dair əməliyyat da aparılmamışdır. Çünki, bundan ötrü cavabdehin də getməsi zəruri olmuşdur. Ancaq “X6” Sonsuzluq Mərkəzi onun ödədiyi 3200 manat pulu qaytarmamış və səbəb olaraq bildirilmişdir ki, onlar Sonsuzluq Mərkəzi ilə razılığa gələrək pulu ödəmişlər və bu barədə razılıq ərizələri vardır. Süni mayalanma və embrionun implantasiyasına (köçürülməsinə) qərar verənədək, yəni 2017ci ildən 2020-ci ilin yanvar ayınadək o, özünün və cavabdehin müayinə və müalicələrinə, cavabdehin əməliyyat olunmasına hissə-hissə olmaqla, cəmi 25.000 manat pul xərcləmiş, o cümlədən, süni mayalanma üçün “X6” Sonsuzluq Mərkəzinə 3200 manat pul ödəmişdir. Bütün xərcləri o özü və anası borc alaraq ödəmiş, bunun üçün bankdan kredit götürmüşlər. Cavabdeh həmin xərclərdən heç bir məbləğ ödəməmişdir. O özü isə bütün xərcləri ona görə çəkmişdir ki, övlad sahibi olsun və ailəsi dağılmasın. Müalicənin son nəticə verməməsinə səbəb isə cavabdehin onun süni mayalanma yolu ilə uşaq dünyaya gətirməsinə razı olmaması olmuşdur. Halbuki, cavabdeh buna razı olmadığını əvvəlcədən bildirsəydi, o, həm maddi, həm də fiziki cəhətdən əziyyət çəkib dəfələrlə müayinə və müalicələrə getməyə vaxt və vəsait sərf etməzdi. Eləcə də, qəbul etdiyi dərmanların bəziləri onun səhhətinə pis təsir etmişdir. Ona görə də o, cavabdehi təqsirkar bilir və hesab edir ki, cavabdeh ona maddi ziyan vurmaqla yanaşı, həm də nəticəsiz müayinə və müalicələrə getməsinə səbəb olmuşdur, bununla da ona, hətta mənəvi zərər də vurmuşdur.
4. Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-c i il tarixli, 2(054)-21/2021 saylı qətnaməsi ilə (hakim K.Süleymanov) İddiaçı Cavabdeh2 qarşı 25.000 manat pul və 31 manat dövlət rüsumu - cəmi 25.031 manat pul tələbi barədə iddiası təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etmişdir. 6. vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsi MK-nın 01.06.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Hüseynov (sərlik edən və məruzəçi), M.Əsədli və G.Abbasov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-21/2021 saylı qətnаməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh2 qarşı 25.000 manat pul tələbinə dair iddiası təmin edilməmiş, öənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 60, 72; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1; Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.3, 33.1-ci maddələrinə istinad etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə g öndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
12. Əlavə olaraq qeyd edilmişdir ki, nikaha daxil olandan yaranan borc, əməliyyatların keçirilməsi və kreditin götürülməsi ilə bağlı borclar tərəflərin birgə yaşadıqları dövrün öhdəlikləri olduğundan yalnız iddiaçının boynunda qalmamalı, tərəflər arasında bərabər şəkildə bölünməlidir. Çünki iddiaçı müalicə xərclərini ödəmək üçün bankdan kredit götürmüş və hazırda da həmin krediti ödəmək məcburiyyətində qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh2 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsi:
17. Maddə. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
18. Maddə. 32.2.1. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
19. Maddə. 32.3. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
20. Maddə. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə
53. İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa aə ya azaltmağa haqlıdır.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə cavabdehin müayinə və müalicələri üçün sərf edilmiş vəsait onların birgə nikahı dövründə ödənilmişdir. Həmin vəsaitin miqdarından asılı olmayaraq, ödənişlərin edilməsində iddiaçı ilə yanaşı cavabdehin də iştirak etdiyini hazırda iddiaçı da inkar etmir. X1 ərizə ilə müraciət edərkən göstərilən xidmətlərin ödənişli olduğu və həkim səhvi istisna olmaqla, nəticələrindən asılı olmayaraq, ödənilmiş məbləğin sonradan geri qaytarılmayacağı tərəflərə yazılı şəkildə izah edilmiş və onlar həmin şərtləri qəbul edərək razılıq ərizələri yazmışlar. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra əvvəlcə iddiaçı, sonra isə cavabdeh Sonsuzluq Mərkəzinə müraciət edərək transfer olunmasından imtina etmişlər.
29. Apellyasiya Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cav abdehin transfer olunmasından imtina etməsi onun tərəfindən iddiaçıya maddi ziyan vurulduğunu deməyə əsas vermir. İddiaçı müayinə və müalicə xərclərinin bilavasitə onun özü və ailə üzvləri tərəfindən ödənildiyini, məhz cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini bildirsə də, bu faktı təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 16.09.2020-ci il tarixli kredit müqaviləsinə aid sənədlərin olması hələ özüözlüyündə kredit məbləği kimi ayrılmış vəsaitin cavabdehin müalicəsinə xərclənmiş olmasını deməyə əsas vermir. Eyni zamanda, həmin vəsait kredit təşkilatından tərəflərin artıq faktiki olaraq ayrıldıqları vaxtdan sonra alınmışdır. Həmin əsaslarl a məhkəmə, həm də, X2 və X3 adlı şəxslər tərəfindən notariat qaydasında təsdiq edilməklə məhkəməyə göndərilmiş ərizələrin məzmununa da tənqidi yanaşır və qeyd etməyi zəruri hesab etmişdir ki, həmin şəxslər tərəfindən iddiaçıya borc olaraq verildiyi qeyd edilən məbləğlərin cavabdehin müalicəsinə xərclənmiş olması faktı da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
30. Kollegiya kassasiya şikayətində münasibətdə qeyd edir ki, əvvəla, iddiaçı ilkin olaraq tələbinin əsası kimi müayinələrə xərclənən pulun onun tərəfindən ödənilməsinə istinad edərək pul tələb edirdi. İş üzrə qətnamə qəbul edildikdən sonra isə başqa dəlil irəli sürərək kredit təşkilatından borc götürdüyünü və cavabdehin də həmin borca birgə öhdəlik kimi məsuliyyət daşıdığını bildirir. Bnununla bağlı məhkəmənin mövqeyi o ndan ibarətdir ki, iş üzrə qətnamə qəbul edildikdən sonra iddiaçının idddianın əsasını dəyişməsi qəbul edilən deyil (bax qərarın 22-ci bəndi). Bu baxımdan kassasiyanın həmin dəlili keçərli deyil.
31. Eyni zamanda, iddiaçı qeyd etdiyi halı təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında təqdim etməmişdir. Əksinə müalicə xərclərinin bir hissəsinin həqiqətən cavabdeh tərəfindən ödənilməsini etiraf etmişdir.
32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, nəticə etibarı ilə düzgün qərar qəbul etdiyindən qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1058/2021 nömrəli, 01.06.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova