Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5862/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Hacıyev Sənan Firudin oğlu Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1194/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı “FİNCA Azerbaijan” X4 Bank Kredit Təşkilatının cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc pul” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Pənahov) iddia təmin edilmiş, cavabdehlər X2, Cavabdeh2 və Cava bdeh3 bərabər qaydada ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq 7928,51 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “FİNCA Azerbaijan” X4 Bank Kredit Təşkilatına verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Q.B.Kərimov - sədrlik edən və məruzəçi, hakimlər Z.B.Babayev və N.F.Mirzəyev) 20 may 2020-ci il tarixli 2(106)1194/2020 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sabirabad Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 11 avqust 2020-ci il tarixli 2(106)-1194/2020 saylı qərardadı ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən), M.K.Həsənov və Z.A.Zeynalov) cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Yuxarıda qeyd edilən qərardaddan narazı qalan cavabdehlər Ə.Hacalıyev, Cavabdeh2 və Cavabdeh3kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilib, kassasiya qaydasında baxılması üçün mülki işin baxışa təyin edilməsini xahiş etmişdirlər. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkil orderi əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir, 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi əlavə edilməlidir. Lakin, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 408.1.3-cü maddəsinə əsasən kassasiya ş ikayətinə vəkilin orderi əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət onun geri qaytarılması məsələsinin həlli üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(106)1194/2020 nömrəli qərardadından cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti icraa ta qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5862/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5862/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver